41
Cədvəl 8.
Göstəricilərin adı
Əhənglər üçün normalar
Zəif hidravlik
Güclü hidravlik
Quru maddədə hesablamanın CaO+MgO faizlə
miqdarı
az olmamalıdır
çox olmamalıdır
15
60
1
15
Aktiv MgO-un faizlə miqdarı
5
5
CO
2
-nin miqdarı faizlə çox olmamalıdır
7
5
Itkisi faizlə çox olmamalıdır
9
7
Sıxılma zamanı möhkəmlik həddi
7 gün sonra
28 gün sonra
-
20
10
50
Narınlıq dərəcəsi faizlə çox olmamalıdır
№ 01 ələkdə
№008 ələkdə
1
10
1
10
Istehsaledici müəssisələr mineral yapışdırıcı materialların standartın
tələblərinə uyğunluğuna tam təminat verməlidirlər.
42
4. MINERAL YAPIŞDIRICI MATERIALLARIN KEYFIYYƏT
GÖSTƏRICILƏRI VƏ ONLARIN TƏYIN OLUNMASI
Mineral yapışdırıcı materialların əsas göstəricilərinə onların fiziki-mexaniki
xassə göstəriciləri aiddir. Buraya xüsusi çəki, narınlıq, normal qatılıq, tutuşma
müddəti, sıxılmaqda möhkəmlik həddi, həcmi bərabərlik və s. kimi xassələr
daxildir.
Mineral yapışdırıcı materialların keyfiyyətli olması üçün qeyd olunan bu
göstəricilər tələb olunan normaya malik olmalıdır.
Portland sement və gips xəmirinin normal qatılığının təyini
Portland sementin və ya gipsin xassələrini öyrənmək üçün əvvəlcə 100 q
yapışdırıcının bərkiməsi üçün lazım olan suyun miqdarı təyin edilir. Suyun
miqdarını yapışdırıcı inşaat materialının miqdarına olan nisbətinin faizlə ifadəsinə
həmin materialın normal qatılığı deyilir.
Gips xəmirinin normal qatılığı viskozometrin və ya avtomat kapilyar
viskozometrin köməyi ilə təyin edilir (AKV-3).
Viskozometrin diametri 3 sm, hündürlüyü isə 10 sm tunc silindrdən
ibarətdir. Silindrin ağız nahiyəsi və içəri hissəsi yaxşı cilalanmış olmalıdır.
Təcrübənin gedişində üzərində 6-20 diametrli 16-dan 14-ə kimi hər bir sm-dən, 14-
dən 20-yə kimi hər 2 sm-dən 1 çevrə çəkilməlidir (konsentrik çevrələr çəkilmiş
20x20 sm şüşə lövhəsi istifadə edilir). Əgər belə şüşə lövhə yoxdursa, onda üzərinə
çevrələr çəkilmiş kağız 2 şüşə lövhə arasında yerləşdirilmişdir.
Gips xəmirini hazırlamaq üçün çini kasaya su tökülür (quru gipsin 60-80%-ə
qədər). Sonra 250-260 q gips suda həll edilir. Təcrübəni aparsmaq üçün silindr və
şüşə lövhə yaxşı təmizlənməlidir. Təmizlənmədən sonra hər ikisi su ilə isladılır.
Silindr şüşə lövhənin üzərinə elə yerləşdirilir ki, silindrin mərkəzi konseptrik
çevrənin mərkəzinə düşsün.
43
Gips suda yaxşı həll edilərək 2 dəqiqə müddətində sakit buraxmaq lazımdır.
Sonra cəld hərəkətlə xəmiri silindrin içərisinə töküb, bıçaqla üstünü hamarlamaq
lazımdır. Əməliyyat üçün 30 saniyə vaxt sərf olunur. Silindri cəld qaldırmaq
lazımdır. Inşaat gipsinin normal qatılığı 60-80% olmalıdır. Möhkəm gips üçün isə
normal qatılıq 34-45%-dir.
AKV-3 viskozimetr vasitəsilə gipsin normalqatılığı təyin etmək üçün 100 q
gips xama halına düşənə qədər suda həll edilir. Həlletmə müddəti 30 saniyə
olmalıdır. Hazır xəmir viskozimetrin kamerasına yerləşdirilir. Yayların köməyi ilə
xəmir kütləsi silindrə yerləşdirilir. Cihazda işin nəticəsi qrafikdə karandaş
vasitəsilə qeydə alınır. Kağızın üzərində alınmış əyrini nümunə əyrisi ilə müqayisə
edərək gipsin normal qatılığını hesablayırlar.
Sement xəmirinin normal qatılığının təyini
Sement xəmirinin normal qatılığını təyin etmək üçün VIK cihazından
istifadə edilir. Təcrübəyə başlamazdan əvvəl cihazın işləməsini yoxlamaq lazımdır.
Cihazın iynəsi şüşə lövhəyə toxunan zaman şkala 0-ı göstərməlidir. Məhlul
yapışmasın deyə halqanı və lövhəni yoxlamaq lazımdır.
Normal qatılığı təyin etmək üçün 400 q sement su ilə qarışdırılır. Suyun
miqdarı 80-120 ml olmalıdır. Məhlul 5 dəqiqə müddətində qarışdırılır. Hazır
məhlul cihazın halqası içərisinə daxil edilir. Nəticənin düzgünlüyü üçün məhlul
halqaya daxil edilərkən onu silkələmk lazımdır. Sonra bıçaq vastəsilə xəmirin
halqanın qırağına yapışan və artıq qalan hissəsi kəsilib atılmalıdır.
Iynəni xəmirin səthinə yaxınlaşdıraraq səthə toxunan anda saniyəölçəni işə
salmaq lazımdır. 30 saniyədən sonra iynənin nə qədər dərinliyə getməsi qeydə
alınmalıdır. Iynə qatın dibinə 5-7 mm qalınlığında getməlidirsə, bu, normal
qatılıqlı sement xəmiri alındığını göstərir.
44
Gipsin və sementin narınlıq dərəcəsinin təyini
Təcrübə üçün 50-100 q miqdarında sement və ya gips götürülür və quruducu
neçdə 105-110
0
C-də 1 saat müddətində qurudulur. Sonra bu mexaniki xəlbirdən
keçirilir. Xəlbirdən keçən və xəlbirdə qalan hissələr tərəzidə çəkilir. Narınlıq
dərəcəsi aşağıdakı düsturla təyin edilir.
100
1
a
a
a
T
Burada, T – narınlıq dərəcəsi, %-lə.
a – qurudulmağa oqədər olan çəkisi, q-la.
a
1
– xəlbirdə qalan hissə, 2%-lə.
Gipsin normallıq dərəcəsi təyin edilərkən 100 q gips götürülür və 02№-li
xəlbirdən istifadə edilir. Qalıq I sort üçün 15%, II sort üçün 30% olmalıdır.
Sementin narınlıq dərəcəsi təyin edilərkən 008№-li xəlbirdən (5476 dm/sm
2
)
istifadə edilir. Qalıq 15%-dən çox olmamalıdır.
Sementin və gipsin mexaniki xassələrinin təyini
Gipsin sıxılmaqda möhkəmlik həddinin təyini
Gipsin sıxılmaqda möhkəmlik həddi normal özüllü gips xəmirindən
hazırlanmış tərəfi 70 mm olan 3 ədəd kub nümunəsinin sıxılması ilə müəyyən
edilir.
Təsir edən yük nümunə dolana qədər 2-3 kq/sm
2
sürətlə artmalıdır.
Nümunəni (1) prosesi aşağı meydançasında (2) elə yerləşdirmək lazımdır ki,
formaya yerləşərkən gipsin möhkəmliyi təmin olnsun. Nəticələrə görə standartların
Dostları ilə paylaş: |