24
az və 3,5%-dən çox olmamalıdır. Bu sementin tutma başlanğıcı 1 saat 30 dəq-dən
tez, tutma sonu isə 12 saatdan gec olmamalıdır. Sement nümunəsini 008№-li
ələkdən keçirdikdə azı 8,5%, çoxu isə 94% keçməlidir.
Tamponac portlandsementi.
Tampotaj sementi portlandsementin bir növü olub, çoxlu miqdar su ilə tez
bərkimək və ilk zamanlar yüksək möhkəmlik əldə etmək qabiliyyətinə malikdir.
Adi portlandsementdən fərqli olaraq tamponaj sementində C
3
A çox olur. Tamponaj
sementi neft və qaz quyularını sementləmək üçün işlədilir.
Tamponaj sementi «soyuq» və «isti» quyular üçün iki növə bölünür.
Bu sementdən hazırlanan 40x40x160 mm ölçülü tipciklərin 2 bərkidikdən
sonra əyilmədə möhkəmlik həddi «soyuq» quyular üçün 22
o
C temperaturda – 27
kQ/sm
2
-dən, «isti» quyular üçün 75
0
C-də 62 kQ/sm
2
-dən az olmamalıdır.
Alüminat sementi və genişlənən sementlər
Alüminat sementi tərkibində çoxlü alüminat olan xammalla əhəng daşı
qarışığının əriyənə və ya laxtanana qədər yandırılmasından və sonra narın
üyüdülməsindən alınan tezbərkiyən hidravlik yapışdırıcı maddədir.
Alüminat sementi hazırlamaq üçün əsas xammal voksit və əhəng daşıdır.
Voksitin tərkibində 80%-ə qədər alüminium oksidi vardır. Voksit başlıca olaraq
alüminium istehsalında istifadə olunur. Əhəng daşı təmiz olmalıdır, bunun
tərkibindəki zərərli qarışıqlar 2-3%-dən çox olmamalıdır.
Alüminat sementi əritmə üsulu ilə istehsal olunduqda xammal 1450
0
C-yə
yaxın temperaturda, laxtalaşma üsulunda isə 1250-1350
0
C temperaturda yandırılır.
Alüminat sementi almaq üçün ölkəmizdə daha sadə yeni bir üsul təklif edilmişdir.
Bu üsul üzrə voksit filizi, əhəng daşı və metal qırıntılarından ibarət müəyyən
nisbətli qarışıq domna sobasında əridilir. Bu zaman domna sobasından çuqun və
nosa alınır ki, həmin nosa alüminat sementinin klinkeridir. Bu üsul prof.
V.N.Yunq, S.M.Poyak, V.V.Serov və A.M.Kuznetsov təklif etmişlər.
25
Alüminat sementinin tərkibi portlandsementdən çox fərqlidir. Həmin
sementin tərkibində 35-55% alüminat, 35-45% kalsium oksidi və ancaq 5-10%
silisium oksidi vardır. Alüminat sementində ona əsas aktivlik qabiliyyəti verən
birləşmə birkalsiumlu alüminatdır (CaOAl
2
O
3
). Bundan başqa sementin tərkibində
ikikalsiumlu silikat (2CaOSiO
2
) və qalenet (2CaOSiO
2
Al
2
O
3
) vardır.
Alüminat sementini su ilə qarışdırdıqda birkalsiumlu alüminat suyu ilə
birləşərək aşağıdakı reaksiyaya girir:
2(CaOAl
2
O
3
)+11H
2
O=2CaOAl
2
O
3
8H
2
O+2Al(OH)
3
Alınan 2CaOAl
2
O
3
8H
2
O bərkimiş alüminat sementinin əsas tərkib
hissəsidir.
Alüminat sementinin hidratasiyasından alınan kolloid kütlələr az müddət
içərisində sıxlaşmaq və kristallaşmaq qabiliyyətinə malik olduğuna görə, həmin
sement tezbərkiyən və hətta bir gündən sonra yüksək möhkəmlik əldə edən
yapışdırıcıdır.
Alüminat sementinin tərkibində üçkalsiumlu alüminat yoxdur və bərkimə
zamanı sərbəst halda əhəng ayrılmır. Beləliklə, alüminat sementinin tərkibində, adi
portlandsementin korroziyasına səbəb olan, üçkalsiumlu alüminat və sərbəst əhəng
yoxdur. Buna görə də alüminat sementi sulfatlı, dəniz və başqa minerallı suların
təsirinə tamamilə davamlıdır.
Alüminat sementi bərkidikdə çoxlu (60-90 kkal/kq) istilik ayırır. Qış zamanı
beton işləri apardıqda bu istiliyin ayrılması çox əlverişlidir. Əksinə, böyük
konstruksiyaları betonladıqda və xüsusilə yay zamanı iş görüldükdə həmin istilik
təhlükəlidir. Buna görə də alüminat sementini kütləvi tikililərin betonlaşmasına
işlətmək məsləhət deyil.
Alüminat sementi tezbərkiyən yapışdırıcı maddədir və bir gündən sonra belə
yüksək möhkəmlik əldə edir. 3 gündən sonra onun möhkəmliyi tədricən artır.
26
Alüminat sementinin markaları: 400, 500 və 600-dür. Həmin markalar bərk
konsistensiyalı məhluldan hazırlanan üçgünlük nümunələrin sıxılmada möhkəmlik
həddidir. Həmin nümunələrin 24 saatdan sonra sıxılmada möhkəmlik həddi 400
markalar üçün 350 kQ/sm
2
-dən, 500 markalı üçün 450 kQ/sm
2
-dən, 600 markalı
üçün isə 500 kQ/sm
2
-dən az olmamalıdır.
Alüminat sementinin tutma başlanğıcı 30 dəq-dən tez, sonu isə 12 saatdan
gec olmamalıdır.
008№-li (1 sm
2
-də 4900 deşikli) ələkdən keçirildikdə qalın 10%-dən çox
olmamalıdır.
Alüminat sementinin sıxlığı və su keçirməmə qabiliyyəti daha yüksəkdir.
Alüminat sementini portlandsementlə və ya əhənglə qarışdırmaq olmaz,
çünki bu zaman onun möhkəmliyi kəskin surətdə azalır. Uzun müddət (6-12 ay)
saxladıqda möhkəmliyi cüzi azalır.
Alüminat sementi başlıca olaraq tez bir zamanda istismara veriləcək beton
və dəmir-beton konstruksiyalarda istifadə edilir. Bundan başqa, həmin sement
avariya işlərində, qış zamanı aparılan beton işlərində və ümumiyyətlə minerallı
sularda qalacaq konstruksiyalarda işlədilir. Istiliyə davamlı beton hazırladıqda
alüminat sementi ən əsas yapışdırıcı maddədir.
Nəzərdə tutmaq lazımdır ki, temperaturun artırılması alüminat sementinin
bərkiməsinə mənfi təsir edir. Buna görə, alüminat sementiindən hazırlanan beton
məmulat bərkidikdə temperaturu 25
o
C-dən artıq olmamalıdır. Bərkiməni
tezləşdirmək üçün buxarlandırmadan istifadə etmək olmaz.
Alüminat sementi ən bahalı yapışdırıcı maddədir, çünki onun istehsalında
qiymətli xammal olan boksitdən istifadə olunur.
Gips-alüminatlı genişlənən sement.
Məlumdur ki, kifayət qədər nəmlik olmadıqda bütün sementlər tutduqda və
bərkidikdə müəyyən qədər yığılır. Sementin yığılması nəticəsində konstruksiyanın
və ya birləşmə yerinin monolitliyi pozulur. Bu nöqsanı aradan qaldırmaq
məqsədilə yığılmayan və ya genişlənən sementlər təklif edilmişdir.
Dostları ilə paylaş: |