18
Lövhələrə aid dambeli məmulatı təknə formasında olmaqla damın pipiyini
örtmək üçün tətbiq edilir. Bunların bir uju digərindən bir qədər enli olur.
Dalğalı vərəqlər asbestsement dam örtüyü materialları içərisində ən çox rast
gələndir. Bunlar adi profili (marka BO) və qalın profili (marka BU) vərəqlərə
bölünür.
BO markası daşıyan dalğalı vərəqlər ən çox yayılmışdır, bunlar, adətən, 6
dalğadan (örtən və örtülən kənarları da daxil olmaqla) ibarətdir. Lakin 4-5 dalğalı
vərəqlərə də rast gəlir. Dalğalı vərəqlər boyaqsız, habelə qırmızı, sarı, yaşıl və s.
rənglərdə buraxılır.
BU markası daşıyan dalğalı vərəqlər BO markalı vərəqlərdən qalın və iri
olur. Dalğalı vərəqlərin detalları dambeli, bujaqlıq və novçalardan ibarətdir.
Yarımdalğalı vərəqlər dalğalı vərəqlərdən fərqlidir. Bunların ortadan bir
dalğası olur və vərəqin uzunu boyunja kənarları qatlanır. Yarımdalğalı vərəqlər də
dalğalı vərəqlər kimi boyaqsız və qırmızı, sarı, yaşıl və qara rənglərdə buraxılır.
Yarımdalğalı vərəqlər dalğalı vərəqlərə nisbətən az rast gəlir.
Asbestsement borular təyinat etibarilə su borularına (ən çox rast gələn) və
kanalizasiya borularına ayrılır.
Su boruları dörd markada (BT-3, BT-6, BT-9 və BT-12) buraxılır. Burada
rəqəmlər borunun hesablandığı hidravlik təzyiq kəmiyyətini göstərir. Həmin
boruların uzunluğu 3-4 m, daxili diametri isə 50 mm və daha çox olur.
Kanalizasiya boruları iki markada (KM-qolbaqlı boru və KM-gen ağız boru)
buraxılır.
Qolbaqlar (muftalar) su borularının və KM markalı kanalizasiya borularının
birləşdirilməsi üçün tətbiq edilir. Bunlar da müxtəlif markalarda buraxılır.
Quru suvaq (üzlük gips vərəqləri). Bu məmulat inşaat gipsindən hazırlanıb
kartonla möhkəm birləşdirilmiş lövhələrdən ibarətdir. Quru suvaq qalınlığına (8
mm və 10 mm) və ölçüsünə görə (uzunluğu 2700, 2900 və 3300 mm, eni 1200
mm) bölünür.
19
Gips bəzəkləri.
Bunlar karnizdən, tavan rozetkasından və inşaatda tətbiq edilən mürəkkəb
formalı digər məmulatdan ibarətdir.
Asbestsement məmulatının keyfiyyət şərtləri.
Quru suvaq və gips bəzəkləri keyfiyyət etibarilə 1-ji və 2-ji sortlara bölünür.
Həmin qrupa aid sair məmulat msə sortlara ayrılmır. Quru suvağın və gips
məmulatının sortu zahiri görünüşdəki qüsurlardan (formasının əyri olması,
kənarlarının zədələnməsi və s.) asılıdır.
Məmulatın forması düzgün, kənarları düz və hamar, səthi isə üz tərəfdən
hamar olmalıdır. Bu məmulatda çat rast gəlməməlidir. Yastı lövhələr ən çox 18%,
bütün yerdə qalan digər məmulat isə ən çox 30% su hopdurmalıdır. Asbestsement
məmulatı 25 dəfə dondurulub 25 dəfə də dondan azad edilə bilməlidir.
Portlandsementin xüsusi növləri.
Aşağıda izah etdiyimiz portlandsementin növləri, adi portlandsementdən
fərqli olaraq, tamamilə müəyyən və xüsusi xassələrə malikdir. Bu xassələr,
sementin tərkibini və texnologiyasını dəyişdirmək, habelə müxtəlif əlavələr
qarışdırmaqla əldə edilir.
Sulfatlara davamlı portlandsement.
Sulvatlara davamlı portlandsement almaq üçün sement klinkerində
sulfatlarla əlaqəyə girən üçkalsiumlu alüminatın miqdarını azaltmaq lazımdır.
Klinkerdə 3CaOAl
2
O
3
tamamilə olmadıqda, «sement basili» əmələ gələ
bilmədiyindən, belə sement sulfatlı sularda davamlı olacaqdır. Buna görə də
sulfatlara davamlı sement almaq üçün götürülən klinkerdə 3CaOSiO
2
– 50%dən,
3CaOAl
2
O
3
5%-dən və 3CaOAl
2
O
3
+ 4CaOAl
2
O
3
Fe
2
O
3
– 22%-dən çox
olmamalıdır. Belə tərkibli portlandsement klinkerinin üyüdülməsindən alınan
sementə sulfatlara davamlı portlandsement deyilir. Bu sementə aktiv və ya inert
mineral əlavələr qarışdırılmamalıdır.
Dəniz sularında olan beton və dəmir-beton konstruksiyalar, səviyyəsi
dəyişilə bilən su içərisindəki başqa tikintilər üçün həmin sementdən istifadə
20
olunur; çünki belə tikintilər dəfələrlə donu rvə donu açılır, yaxud dəfələrlə
nəmlənmə və qurumaqla bərabər sulfatlı suların təsirinə məruz qalır.
Sulfatlara davamlı portlandsementin markaları 300 və 400-dür.
Plastikləşdirilmiş portlandsement.
Adi portlandsement klinkeri ilə plastikləşdirici əlavələrin birlikdə
üyüdülməsindən alınan sementə plastikləşdirilmiş sement deyilir. Plastikləşdirici
əlavə kimi spirt sənayesində tullantı halında alınan sulfat-spirt bardası (SSB)
konsentratından istifadə olunur və bu əlavə sementin çəkisinin 0,15-0,25%-i
miqdarında götürülür. Sulfit-spirt bardası aktiv səthli maddə olduğundan sement
dənəciklərinin üzündə adsorbsiya xassəli pərdələr əmələ gətirir. Buna görə də belə
sementdən hazırlanan beton və məhlulların plastikliyi yüksək olur.
Plastikləşdirilmiş sement işləndikdə, su-sement nisbətini azaltmaq
mümkündür. Bu, betonun möhkəmliyini artırır, ya da sərf olunan sementin
miqdarını 8-10% azaltmaq imkanı verir. Plastikləşdirilmiş portlandsementdən
hazırlanan betonun su keçirməsi azalır, şaxtaya və sulfatlara davamlı artır.
Tikinti yerində beton və məhlul hazırladıqda, onların plastikliyini artırmaq
məqsədilə, plastikləşdirici əlavə qarışdırmaq da mümkündür.
Plastikləşdirilmiş sement əvvəllər bir qədər yavaş bərkiyir, lakin sonralar
nəzərdə tutulan möhkəmliyi əldə edir.
Plastikləşdirilmiş sementin markaları adi portlandsementinki kimidir.
Hidrofob portlandsement.
Adi portlandsement klinkeri ilə aktiv səthli hidrofob əlavələrin birlikdə
üyüdülməsindən alınan sementə hidrofob portlandsement deyilir. Hidrofob əlavə
olaraq asidollar, asidol-mılonaft, mılonaft və olein turşusu sementin çəkisinin 0,06-
0,30%-i miqdarında götürülür.
Hidrofob əlavələrin ən xırda hissəcikləri sement dənəciklərinin üzündə
adsorbsiya xassəli pərdə əmələ gətirir. Həmin pərdə sementin su ilə islanma
qabiliyyətini azaldır və bununla onu nəm şəraitdə daşıdıqda və ya uzun müddət
saxladıqda xarab olmaqdan qoruyur.
Dostları ilə paylaş: |