Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 381,83 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix08.03.2018
ölçüsü381,83 Kb.
#30821
1   2   3   4   5   6   7   8   9   10   ...   14

21 

 

Hidrofob maddələr eyni zamanda plastikləşdirici qabiliyyətə malikdir. Buna 



görə də  hidrofob sement, adi sementə  nisbətən az su  tələb edir  və beləliklə, beton 

və  məhlul hazırladıqda sərf olunan hidrofob sementin  miqdarını 10-12% azaltmaq 

və  daha  plastik  beton  almaq  mümkün  olur.  Hidrofob  sement  betonun  şaxtaya 

davamlılığını və su keçirməzliyini artırır. 

Hidrofob sement 5 dəq ərzində özünə su hopdurmamalıdır. 

Hidrofob sementin markaları eynilə adi portlandsementin  markaları kimidir. 

Həmin sementin texnologiyası M.I.Xiqeroviç və B.Q.Skramtayev tərtib etmişlər. 

Tezbərkiyən portlandsement.  

Beton və dəmir-beton yığma konstruksiyalar istehsalının artması ilə əlaqədar 

olaraq  adi  şəraitdə  1-2  gündən  sonra  yüksək  möhkəmlik  əldə  edə  bilən  betonlar 

hazırlamaq  lazım  gəlir.  Bu  tələbləri  kifayətləndirmək  üçün  tezbərkiyən 

portlandsement istehsal olunur. 

Portlandsement  klinkerinin  üyüdülməsindən  alınan  və  birinci  3  gün  ərzində 

möhkəmliyini intensiv surətdə artıran sementə tezbərkiyən portlandsement deyilir. 

Tezbərkiyən  portlandsement  almaq  üçün  tərkibində  50-60%  üçkalsiumlu 

silikat  və  8-10%  üçkalsiumlu  alüminat  olan  klinkeri  götürərək,  üyütdükdə  5%-ə 

qədər yarımyulu gips əlavə edilməsi məsləhət görülür. 

Həmin  sementin  xassələrini  nizama  salmaq  üçün  üyütdükdə  10%-ə  qədər 

aktiv  mineral  əlavələr  və  15%-ə  qədər  tezsoyudulmuş  domna  posası  əlavə 

edilməsinə yol verilir. 

1:3  nisbətli  məhluldan  hazırlanan  nümunələrin  3  gün  bərkidikdən  sonra 

əyilmədə  möhkəmlik  həddi  40  kQ/sm

2

-dən,  sıxılmada  möhkəmlik  həddi  isə  250 



kQ/sm

2

-dən az olmamalıdır.  



Sementin  bərkiməsini  sürətləndirməkdə  onun  narın  üyüdülməsi  böyük 

əhəmiyyətə malikdir. Bu məqsədlə tezbərkiyən sementin məxsusi səthi 3500-4000 

sm

2

/q olmalıdır.  



 

 


22 

 

Orta eksotermiyalı portlandsement.  

Bu sement adi portlandsementə  nisbətən az eksotermiyalı,  bir  qədər  yüksək 

sulfatlara davamlı olub, ilk vaxtlar tədricən bərkiyir. 

Orta  eksotermiyalı  portlandsementi  hazırlamaq  üçün  klinkerin  tərkibində 

üçkalsiumlu  silikat  50%-dən,  üçkalsiumlu  alüminat  8%-dən  çox  olmamalıdır.  Bu 

sementə aktiv və inert mineral əlavə olunmamalıdır. 

Orta  eksotermiyalı  portlandsement,  şirin  və  ya  zəif  minerallı  sularda 

dəfələrlə  donan  və  donu  açılan  şəraitdə  olan  kütləvi  hidrotexniki  tikililərin  xarici 

beton və dəmir-beton konstruksiyalarını hazırlamaq üçün işlədilir. Həmin sementin 

markaları 300 və 400-dür. 

Avtomobil yolları və aedromlar üçün portlandsement.  

Həmin  sement  adi,  plastikləşdirilmiş  və  hidrofob  sementlərin  bir  növü 

olaraq,  bunun  klinkerində  üçkalsiumlu  aluminatın  miqdarı  10%-dən  çox 

olmamalıdır.  Klinkeri  üyütdükdə  ona  sementin  çəkisindən  15%-ə  qədər  tez 

soyudulmuş  domna  posası  əlavə  etmək  olar.  Bu  sementin  tutma  başlanğıcı  2 

saatdan tez olmamalıdır. 

Sementin  markası  birqatlı  və  ikiqatlı  yol  örtükləri  üçün  400-dən, 

təkmilləşdirilmiş örtüklərin əsası üçün 300-dən az olmamalıdır. 



Dekorativ portlandsement.  

Dekorativ  portlandsementlərə  ağ  sement  və  onun  əsasında  hazırlanan  əlvan 

sementlər  aiddir.  Ağ  portlandsement  tərkibində  az  miqdar  dəmir  olan  ağ  sement 

klinkerinin  ağ  aktiv  əlavə,  məsələn,  ağ  diatom  torpağı  və  lazımi  qədər  gipslə 

birlikdə  üyüdülməsindən  alınır.  Ağ  sement  klinkeri  almaq  üçün  tərkibində  0,4-

0,5%-dən  az  dəmir  oksidi  olan  xammaldan  istifadə  edilir.  Xammal  elə  rejimdə 

yandırılır ki, dəmirin rəngləyici təsiri aradan qaldırılır. 

Ağ portlandsementin markaları: 300-400 və 500-dür. 

Ağlıq dərəcəsindən asılı olaraq ağ portlandsement 3 növə bölünür: əla, BS-I 

və BS-II. 




23 

 

Müxtəlif növlü sementlərin azlığı, barium sulfatın (BaSO



4

) ağlığına nisbətən 

parlaqlıq əmsalı ilə müəyyən edilir. Ayrı-ayrı növ sementlər üçün parlaqlıq əmsalı 

aşağıda göstərilən kimi olmalıdır (ən azı, %-lə). 

Əla növlü sement üçün   

 

- 80 



BS-I   

 

 



 

 

- 76 



BS-II  

 

 



 

 

- 72 



Ağ  portlandsement  klinkerini  işığa  və  qələvilərin  təsirinə  davamlı  mineral 

boyaqlarla – piqmentlərlə birlikdə üyütməklə əlvan portlandsementlər alınır. Əlvan 

sementlərə verilən tələblər adi portlandsementlərə verilən tələblərlə eynidir. 

Ağ  və  əlvan  portlandsementlər  memarlıq  bəzək  işlərində  müxtəlif  üzlük 

materialları istehsal etdikdə istifadə olunur. 

Asbest-sement məmulatı istehsal etmək üçün portlandsement.  

Müəyyən  tərkibli  portlandsement  klinkerinin  lazımi  miqdar  gipslə  birlikdə 

üyüdülməsi  yolu  ilə  asbest-sement  məmulatı  üçün  portlandsement  alınır.  Həmin 

sementin markaları: 400 və 500-dür. 

Asbest-sement  məmulatı  üçün  portlandsementdən  hazırlanan  nümunə 

tircikləri  əyilməyə  və  sıxılmaya  sınadıqda  möhkəmlik  hədləri  1-ci  cədvəldə 

göstərilən kimi olmalıdır. 

Cədvəl 1. 

Asbest-sement məmulatı üçün portlandsementin əyilmədə  

və sıxılmada möhkəmlik hədləri 

 

Sement markaları 

Möhkəmlik həddi, kQ/sm

2

 ilə, ən azı 

əyilmədə 

sıxılmada 

7 gündən sonra 

28 gündən sonra 

28 gündən sonra 

400 


500 

40 


45 

55 


60 

400 


500 

 

Portlandsementin klinkerində sərbəst əhəng – 1%-dən, MgO – 5%-dən, C

3



– 8%-dən çox, C



3

S  isə 50%-dən az olmamalıdır.  Hazır sementdə SO

3

 – 1,5%-dən 




Yüklə 381,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə