F. Köçərli adına


Heydər baba, oldun millət atası



Yüklə 459,27 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix21.06.2018
ölçüsü459,27 Kb.
#50285
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

27 

 

Heydər baba, oldun millət atası



 

Vətənin çox ağır gün-saatında,  

Yarandı Vətəni bölmək xətası. 

Tanrım pay göndərdi Heydər adında,  

Heydər baba, oldun millət atası. 

Tökülən qanları dayandıraraq,  

Yatmış vicdanları oyandıraraq,  

Dar gündə xalqına hayan duraraq,  

Heydər baba, oldun millət atası. 

Ölkəmiz əbədi müstəqil deyə,  

Üç rəngli bayrağı ucaltdın göyə,  

Durdun xalqa yiyə, xalq sənə yiyə,  

Heydər baba, oldun millət atası. 

Zəkanla susdurdun ölüm silahın,  

Qoydun təməlini parlaq sabahın,  

Hifz etdi qəsdlərdən səni Allahın,  

Heydər baba, oldun millət atası. 

Məşələ döndərdin od nəfəsini,  

Dünyaya çatdırdın xalqın səsini,  

Dincliyə çağırıb Yer kürəsini,  

Heydər baba, oldun millət atası. 

Keçmişi, bu günü, sabahı gördün,  

Ömrünü Vətənə, xalqına verdin,  

Köçdün, ürəyində Qarabağ dərdin,  

Heydər baba, oldun millət atası. 

 



28 

 

Vətəni bilərək könlünün quşu,  



Döndərdin bahara tufanlı qışı,  

Şərəflə yaşadın hər ötən yaşı,  

Heydər baba, oldun millət atası. 

Qorxmadan çapdın qeyrət atını,  

Şəhidtək qeyb etdin öz həyatını,  

Tarixə döndərib ölməz adını,  

Heydər baba, oldun millət atası. 

İdrakın yol açdı Bakı-Ceyhana,  

Tanıtdın Vətəni, xalqı cahana,  

Ömrünü pay verib Azərbaycana,  

Heydər baba, oldun millət atası. 

Vətəni tutaraq canından baha,  

İlhamla yol açdın nurlu sabaha,  

Ruhunla qovuşdun haqqa, Allaha,  

Heydər baba, oldun millət atası. 

Oqtay Zəngilanlı

 

     Həmçinin  məktəbli  oxucularımız  arasında  kitabxanada  ulu 

öndərdən  bəhs  edən  rəsm  müsabiqələri  də  təşkil  etmək  olar. 

Müsabiqə zamanı şəkilərin hazırlanması üçün uşaqlara iki həftə 

vaxt  verilir.  Bu  vaxt  ərzində  oxucular  ulu  öndər  Heydər 

Əliyevdən  bəhs  edən  kitablarla,  qəzetlərlə,  jurnallarla  tanış 

olurlar.  Bu  müddət  ərzində  kitabxanaçılar  uşaqlara  yaxından 

kömək  edirlər.  Ən  gözəl  məna  kəsb  edən  rəsm  işləri 

mükafatlandırılır. 

Həmçinin 

rəsm 


müsabiqələri 

üçün 


məktəblərarası  yarışmalar  da  təşkil  etmək  olar.  Rəsm 

müsabiqələri  ilə  yanaşı  başqa  müsabiqələrin  də  təşkili 

mümkündür.  Məsələn,  uşaqların  ifasında  Heydər  Əliyevdən 

bəhs edən mahnılar məktəbli oxucular tərəfindən ifa olunur. Bu 

vaxt  münsiflər  heyəti  yaradılır.  Münsiflər  heyəti  kitabxana 



29 

 

rəhbərindən, 



teatrımızın 

görkəmli 

nümayəndələrindən, 

bəstəkarlardan təşkil edilə bilər.  

     Bu  gün  Azərbaycanın  üçrəngli  bayrağı  BMT-də,  Avropa 

Şurasında,  başqa  mötəbər  beynəlxalq  təşkilatlarda  vüqarla 

dalğalanır.  Danılmaz  bir  həqiqətdir  ki,  Heydər  Əliyevin  həyat 

prinsipi  həmişə  ədalət,  sülh,  əmin-amanlıq  və  xalqın  rifahı, 

dövlətin  qüdrətinin  və  təhlükəsizliyinin  möhkəmləndirilməsi 

olmuşdur.  Heydər  Əliyev  ötən  əsrin  görkəmli  siyasətçisi  və 

dövlət  xadimi  kimi  bütün  dünyada  tanınmış  və  artıq  öz 

sağlığında tarixə düşmüş böyük şəxsiyyətdir. Azərbaycan tarixi 

inkişafının  son  illərində  yaşadığı  hadisələr,  Heydər  Əliyev 

varlığının,  onun  zəkasının,  nüfuzunun  və  dərin  təcrübəsinin 

dövrümüz  üçün  nə  qədər  əhəmiyyətli  olduğunu  əyani  şəkildə 

göstərmişdir.  Dahi  şəxsiyyətin  bu  müdrik  xüsusiyyətlərini 

oxuculara  tanıtdırmaq  məqsədilə  ümummilli  lider  Heydər 

Əliyevdən bəhs edən ədəbiyyatların icmalını  keçirmək, bu tarixi 

şəxsiyyətin  yaradıcılığından  bəhs  edən  diskussiyalar  da  təşkil 

etmək  olar.  İcmal  və  diskussiyaların  məktəblərdə  yuxarı  sinif 

şagirdləri  arasında  keçirilməsi  məsləhətdir.  Diskussiyalar 

keçirilərkən,  Heydər  Əliyev  haqqında  yazılmış  şeirlərdən, 

poemalardan, pyeslərdən  söhbət açılır və bu haqda oxucuların 

fikirləri öyrənilir. 



Heydər Əliyev və uşaqlar 

     Kitabxanada  Ulu  öndər  Heydər  Əliyevin  yubileyi  ilə 

əlaqədar  kitabxanaçı  oxucularla  “Heydər  Əliyev  və  uşaqlar” 

başlığı  altında  söhbət  keçirə  bilər.  Bunun  üçün  bu  mövzuda 

sərgi  təşkil  edilir,  slayd  hazırlanır.  Sonra  isə  kitabxanaçı  bu 

mövzuda maraqlı faktlarla uşaqları tanış edir.  

Kitabxanaçı:  Dövlətimiz,  uşaqların  şən,  qayğısız  böyüməsi 

üçün  həmişə  müxtəlif  tədbirlər  həyata  keçirir.  Ulu  öndərimiz 

Heydər  Əliyev  uşaqları  çox  sevirdi.  Onların  sağlam,  xoşbəxt 

böyüməsi,  düzgün  tərbiyə  olunması  naminə  əvəzsiz  xidmətlər 

göstərmişdir. Kinolentlərin yaddaşında yaşayan bəzi məqamlara 



30 

 

diqqət  yetirəndə  şahidi  olursan  ki,  unudulmaz  rəhbər  Heydər 



Əliyev  uşaqların  əhatəsində  necə  şən  və  bəxtəvər  görünürdü. 

Ulu  öndərin  uşaqlarla  səmimi  ünsiyyəti,  onlara  diqqət  və 

qayğı  göstərməsi bu gün hər kəs üçün bir örnəkdir. Ümummilli 

liderimiz həmişə bir məsələyə xüsusi diqqət verirdi ki, istedadlı 

uşaqların  peşə  seçimi  düzgün  istiqamətlənsin.  Onlar 

Azərbaycanın  gələcəyi  üçün  əsl  vətəndaş,  ləyaqətli  övladlar 

kimi  yetişərək  vətənə  xidmət  etsinlər,  onun  şöhrətini  dünyaya 

yaysınlar.  Ulu  öndər  Heydər  Əliyevin  sərəncamı  əsasında         

1996-cı  ildə  yaradılmış  "Qızıl  kitab"a  onlarla  istedadlı  uşağın 

adı düşmüşdür. İndi həmin gənclər Azərbaycan mədəniyyətinin 

müxtəlif sahələrində öz uğurlu addımlarını atmaqdadırlar. Ölkə 

başçısı cənab İlham Əliyev də bu estafeti uğurla davam etdirərək 

uşaqlara qayğı və diqqət yetirir. Möhtərəm Prezidentin 17 aprel 

2006-cı  ildə  "Xüsusi  istedada  malik  olan  uşaqların  (gənclərin) 

yaradıcılıq  potensialının  inkişafı  üzrə  Dövlət  Proqramı  (2006-

2010-cu  illər)"nı  təsdiq  etməsi  bu  qayğı  və  diqqətin  bariz 

nümunəsidir. Bu proqramın uğurla həyata keçməsində bir sıra 

nazirliklərin  üzərinə  mühüm  vəzifələr  qoyulmuşdur.  



     Azərbaycan 

Respublikasının  Birinci  vitse-prezidenti 

Mehriban  xanım  Əliyevanın  da  uşaqlara  göstərdiyi  məhəbbət 

hamıya  bəllidir.  Ölkəmizin  birinci  xanımının  təşəbbüsü  ilə 

respublikamızın ucqar güşələrində yeni məktəb binaları tikilmiş, 

uşaq  evləri  xüsusi  qayğı  ilə  əhatə  olunmuşdur.  İstedadlı 

uşaqların  iştirakı  ilə  müxtəlif  müsabiqələr,  festivallar  həyata 

keçirilməkdədir. Bu  gün  Azərbaycanda  dünyaya  gələn  hər  bir 

körpənin qayğısını yalnız valideynlər deyil, həm də dövlətimiz 

çəkir. Məqsəd birdir: gələcəyimiz olan körpələr şən və firavan 

böyüsünlər,  düzgün  tərbiyə  olunsunlar.  Buna  nail  olmaq  üçün 

yeni  yaradılmış  Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə  Dövlət 

Komitəsinin  də  üzərinə  bir  sıra  vəzifələr  düşür.  

Viktor Hüqonun təbirincə desək, "dünyada ən böyük himn körpə 

qığıltısıdır".  Ürəkdən  arzu  edirik  ki,  dünyamız  bu  qığıltıdan 

əskik olmasın.  




Yüklə 459,27 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə