2
Tərtibçilər: Ruhiyyə Məmmədli
Sevil Əhmədova
Redaktor: Könül Ağazadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
Əbədi müstəqillik tarixi yazan lider Heydər Əliyev:
Heydər Əliyevin 95 illik yubileyi münasibətilə mərkəzi
kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə,
kənd
kitabxana filialları üçün hazırlanmış metodik
vəsait / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, F.
Köçərli ad.Respublika Uşaq Kitabxanası; tərt.ed.R.Məmmədli;
ixt.red. və burax.məsul Ş. Qəmbərova; red. K. Ağazadə. - Bakı:
F. Köçərli ad.Respublika Uşaq Kitabxanası, 2018. – 63 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018
3
Tərtibçidən
Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın
zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya
nümayiş etdirir. Dünyanın zənginliyi məhz bənzərsiz
şəxsiyyətlərdir, onların əməllərinin sayəsində dünyanın
nuru artır. Tariximizin ən çətin və keşməkeşli dönəmlərində
Azərbaycanın və xalqımızın nicatı, quruluşu və xoşbəxt
gələcəyi naminə hakimiyyətə qayıtmış ulu öndər Heydər
Əliyev məhz belə bənzərsiz dahi tarixi şəxsiyyətdir. Ana
dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının
genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi
dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu
danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi
irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin
misilsiz xidmətlərindəndir. Heydər Əliyev öz siyasi dühası ilə
Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın
taleyində silinməz izlər qoymuşdur. Heydər Əliyev Azərbaycan
tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və
ümumən sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biridir.
Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş
bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə
malik idi. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti
nəticəsində Azərbaycan bu gün dünya miqyasında sivil, hüquqi,
demokratik, dünyəvi bir respublika kimi tanınır və böyük
perspektivlərə malik bir ölkə kimi qəbul edilir. Heydər Əliyevin
birbaşa rəhbərliyi və qayğısı sayəsində Azərbaycanda XX
əsrin 70-80-ci illərində milli özünüdərkin yüksəlişi başlanmış,
yazıçı və şairlərin əsərlərində milli ruha, millət və
xalq anlayışlarına, Azərbaycan dili ilə bağlı məsələlərə
önəm verilmiş, dünya azərbaycanlılarının təşkilatlanması,
soydaşlarımızla Azərbaycan arasında əlaqələrin qurulması
istiqamətində xeyli işlər görülmüşdür. Respublikamız dövlət
müstəqilliyini bərpa etdikdən sonra isə milli birliyin təminatı,
4
dünya azərbaycanlılarının vahid milli mənafe ətrafında
birləşməsi dövlət quruculuğunun əsas vəzifələrindən biri kimi
ortaya çıxmışdı. Təqdim olunan vəsaitdə ümummilli lider
Heydər Əliyevin azərbaycançılıq ideyasının inkişafında
xidmətləri ilə əlaqədar kitabxanalarda həyata keçirilən kütləvi
tədbirlər haqqında tövsiyələr öz əksini tapmışdır. Bu metodik
vəsait Azərbaycanımızın gələcəyi olan gənclərimizə nümunə
olacaq milli öndərmizin adının əbədiləşdirilməsinə bir töhfədir.
H.Əliyev elə bir şəxsiyyət və lider olmuşdur ki, onun irsinin
öyrənilməsi və təbliği ümumdövlət, ümumxalq işidir və bunun
üçün elmi-tədqiqat institutlarına və xüsusi akademiyaya ehtiyac
var. Yüksək milli-əxlaq nümunəsi olan ümummilli liderimiz
Heydər Əliyevin fenomenal irsi və mənalı həyat yolunun fəal
təbliği bu gün xüsusi əhəmiyyət kəsb edir. Gənc nəsli, uşaq və
yeniyetmələri milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda
tərbiyə etmək üçün biz Heydər Əliyev şəxsiyyətinə müraciət
etməliyik və bu dahi insanın həyatının əbədi milli örnək kimi
uşaq və yeniyetmələr arasında geniş təbliğ olunmasına
çalışmalıyıq. Yubileylə əlaqədar il ərzində bütün mədəniyyət
ocaqlarında silsilə tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur.
Yaxşı olar ki, hər bir kitabxanaçı vəsaitdə verilmiş müxtəlif
tədbir formalarından istifadə etməklə ulu öndərimizin şanlı
həyat yolunu öz oxucularına tanıtsın. Bu vəsaiti hazırlamaqda
əsas məqsəd uşaqları, gənc nəsli Heydər Əliyev irsi ruhunda
tərbiyə etmək, onları vətənpərvərlik ruhunda yetişdirməkdir.
“Əbədi müstəqillik tarixi yazan lider Heydər Əliyev” adlanan
metodik vəsait “Giriş” və “Keçiriləcək tədbirlər” hissəsindən
ibarətdir. Vəsaitin “Giriş” hissəsində bu böyük şəxsiyyətin
fəaliyyətindən, həyat və yaradıcılığından söhbət açılır. Vəsaitin
ikinci hissəsində yubileylə əlaqədar kitabxanalarda keçiriləcək
tədbirlərdən bəhs olunur.