F. Köçərli adına



Yüklə 459,27 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix21.06.2018
ölçüsü459,27 Kb.
#50285
1   ...   9   10   11   12   13   14   15   16   17

37 

 

     Böyük  ədibimiz  H.Cavid  sanki  bu  misraları  ümummilli 



liderimiz Heydər  Əliyevin haqqında demişdir.  

I aparıcı:  XX əsr bəşəriyyətə müdrik rəhbərlər, bacarıqlı dövlət 

xadimləri  bəxş  etmişdir.  Bu  gün  fəxrlə  deyə  bilərik  ki,  belə 

xoşbəxt  xalqlardan biri də Azərbaycan xalqıdır. Azərbaycanın 

tarixi  dahi  şəxsiyyətlərin  tarixidir.  Azərbaycanın  müasir  tarixi 

isə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 

Bəli, Azərbaycan dünyanın cənnət misalıdır. Heydər Əliyev də 

bu  cənnət  diyarın  rəşadət,  fədakarlıq,  mərdlik,  məğrurluq 

timsalıdır.  O,  Günəş  kimi  təmənnasız  bir  şəxsiyyət  idi.  Onun 

həyatının  mənası  Azərbaycan  üçün  daim  yanmaq  idi. 

Respublikamızın  mütərəqqi  fikirli,  təmiz  vicdanlı  vətəndaşları 

çox  gözəl  bilir  ki,  Azərbaycan  elminin,  maarifinin, 

mədəniyyətinin  inkişafı,  tərəqqisi  Heydər  Əliyevin  adı  ilə 

bağlıdır. Heydər Əliyev qəlbləri ehtizaza gətirən, heç bir dəlilə, 

sübuta ehtiyacı olmayan, inandırıcı, məntiqi çıxışları ilə nəhəng 

siyasətçiləri  heyran  edən  əvəzolunmaz  diplomat  idi.  Bunun 

nəticəsi olaraq bu gün müstəqil Azərbaycanın səsi ən mötəbər 

kürsülərdən gəlir. 

Bir neçə oxucu Heydər Əliyevin xatirəsinə yazılmış, Fikrət 

Qocanın “Vətən oğlu” şeirini söyləyirlər. 

I oxucu:    

 

Vətən oğlu, ata oldun bizə sən



                  

 

Ata kimi qayğımızı çəkirdin. 



                  

 

Şair kimi həssas idin sözə sən, 



                  

 

Danışıqda sözdən sözü çəkirdin. 



                  

 

Ölkə olduq sən arzuna çatanda



II oxucu:   

 

Bir əlin od, bir əlin su olurdu. 



                  

 

Millət rahat xumarlanıb yatanda, 



                  

 

Yuxun bir an quş yuxusu olurdu. 



                  

 

Yurdumuzda şan-şöhrətli hər nə var 



                  

 

Yatmadığın günlər, aylar, illərdi; 



III oxucu:  

 

Ziyarətə gəlir səni bu yollar... 



                   

 

Göz yaşımız məzarında güllərdi. 




38 

 

                   



 

Sənin rəmzin Azərbaycan bayrağı, 

                   

 

Baş qoymağa, can verməyə hazırıq. 



                   

 

Dan ulduzum-yurdumuzun mayakı. 



IV oxucu:  

 

Şeir də bir təsəllidir, yazırıq. 



                   

 

Adın-sanın yenilməz bir ordudu, 



                   

 

İndi odlar diyarının özüsən... 



                   

 

Azərbaycan Heydərlərin yurdudu, 



                   

 

Gələcəyə baxanların gözüsən. 



 

II aparıcı: Ümummilli  liderimiz  Heydər  Əliyev  Azərbaycan  

xalqı  üçün  böyük  lider  idi  və  o,  siyasətə  də  elə  lider  kimi 

gəlmişdi.  Liderlik  öz-özünə  baş  vermir  və  bunu  zorla  xalqa 

qəbul  etdirmək  də  mümkün  deyil.  Azərbaycan  xalqı  özü  onu 

lider kimi qəbul etdi və o, 30 ildən çox Azərbaycan dövlətinə 

başçılıq etdi. Çağdaş tariximizdə Azərbaycan dövlətinə bu qədər 

böyük  bir  zaman  kəsiyində  başçılıq  etmiş  Heydər  Əliyevin 

dövlətçilik  tariximizdə  qoyub  getdiyi  irs  bu  gün  də,  sabah  da 

öyrənilməlidir.  Çünki  bu  irs  o  qədər  zəngindir  ki,  onu 

araşdırmaq  və  lazımi  səviyyədə  öyrənmək  üçün   illər  tələb 

olunur. Heydər Əliyev hər şeydən əvvəl öz zəmanəsinin övladı 

idi  və  o  da  başqaları  kimi  keçmiş  Sovetlər  Birliyinin  bütün 

ağrılı-acılı  günlərini  görmüş,  o  dövrün  və  mövcud  quruluşun 

ideyalarına sədaqət ruhunda tərbiyə olunmuşdu.  



Oxucular səhnəyə çıxıb aşağıdakı şeiri söyləyirlər: 

Mən nə deyim, necə yazım layiq olsun sözüm sənə,  

Söyləmişəm dönə-dönə, söyləyirəm bunu yenə,  

Fövqəlbəşər bir insandan qayəsi nur, özü də nur,  

Ölümünü düşünəndə damarlarda qanım donur. 

Alim dedi alimdir o, şair dedi şairdir o,  

Novatordur, o rəssamdır, yaradıbdır canlı tablo. 

Bu tablonun adı nədir? – Qoy söyləyim bilsin cahan  

Müstəqillik biçimində formalaşıb Azərbaycan! 

“Sarsılmazdır müstəqillik” deyə-deyə car da çəkdin,  




39 

 

Sözdə deyil, bunun üçün sən həyatda min ev tikdin. 



Dünya dərdi neftlə bağlı siyasətin stoluna,  

İndi bunlar işıq saçır müstəqillik yollarına. 

Mədəniyyət, ədəbiyyat görünməmiş zirvə tutdu,  

Parçalanan Azərbaycan sabitliyə qədəm atdı. 

Yoxkən vardan mayalandı iqtisadi qüdrətimiz,  

İtib gedən mənəviyyat durulandı, oldu təmiz. 

Ordumuz da ayaq tutdu, püxtələşdi oldu mətin,  

Dünya gəlib tabe oldu bayrağına siyasətin! 

“Milli lider”, “Milli ata” sözlərində yatır vüqar,  

Həm də Milli Qəhrəmansan, bənzərsizlik timsalın var. 

Yazmamışam bu şeiri mən misra-misra, sətir-sətir,  

Birnəfəsə yazmışam ki, türk elinə tutsun çətir,  

Yer üzünə saçsın ətir! 

 

I  aparıcı:  İnsan  fəaliyyətinin  elə  bir  istiqaməti  yoxdur  ki, 

Heydər Əliyev dühası, Heydər Əliyev zəkası oraya işıq saçıb nur 

çiləməsin.  Heydər  Əliyevin  cəmiyyətin  iqtisadi,  siyasi,  sosial, 

mədəni  sahələrinin  ən  müxtəlif  aspektlərini  əhatə  edən  geniş 

diapazonlu  və  örnək  olası  fəaliyyəti,  müasir  dövrün  ən  aktual 

problemlərinə yaradıcı münasibəti onu milli liderdən, rəhbər və 

siyasi  xadimdən  bəşəri  ideyaların  carçısına,  ümumbəşəri 

dəyərləri  daim  zənginləşdirən  hikmət  və  söz  sahibinə 

çevirmişdir.  Mənim  fikrimcə,  Heydər  Əliyev  irsindən 

bəhrələnmək,  faydalanmaq,  onun  hər  bir  fikrini,  məsləhət  və 

tövsiyəsini  gündəlik  iş  prosesində  əldə  rəhbər  tutmaq  hər  bir 

Azərbaycan  vətandaşının  borcudur.  Çağdaş  tariximizdə 

Azərbaycan  dövlətinə  ən  çox  rəhbərlik  etmiş  Heydər  Əliyev 

özünə  belə  bir  şöhrət  çələngi  hörmüşdür.  Heydər  Əliyev  elə 

nadir şəxsiyyətlərdəndir  ki,  tarix belələrini  əməlləri,  fəaliyyəti 

ilə  yaranır. Azərbaycanın Heydər Əliyev dövrü tariximizin  ən 

şərəfli,  ən  şanlı  səhifəsi  hesab  edilməyə  layiqdir.  Ulu  öndər 

xarakter  etibarilə  qurucu,  yaradıcı  insandır.  Heydər  Əliyev 

bənzəri olmayan bir şəxsiyyətdir.Yaşadığı mənalı ömür, keçdiyi 




Yüklə 459,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə