Ətraf mühitə təsirin qiymətləndirilməsinin məqsədi, vəzifələri və onun tarixi haqqında məlumat verin


Torpaq kadastrının fasiləsizliyi prinsipi



Yüklə 56,88 Kb.
səhifə11/12
tarix23.12.2023
ölçüsü56,88 Kb.
#155050
1   ...   4   5   6   7   8   9   10   11   12
1.docx EMTQ (1).docx duz

Torpaq kadastrının fasiləsizliyi prinsipi.
Dövlət torpaq kadastrı fasiləsizlik prinsipi əsasında fəaliyyət göstərməlidir, yəni o, vahid torpaq fondunda baş verən istənilən dəyişikliklər haqqında daim məlumat verməlidir. Bu o deməkdir ki, torpaq kadastr məlumatları torpaq örtüyünün təbii, təsərrüfat və hüquqi vəziyyətində baş verən bütün dəyişiklikləri əks etdirməklə mütəmadi olaraq dəqiqləşdirilməlidir. Torpaq kadastr məlumatlarını həm müasir səviyyədə saxlamaq, həm də eyni zamanda bu məlumatların müəyyən müddət ərzində sabitliyinə nail olmaqdan ötrü dəyişikliklər və əlavələr torpaq kadastrı sənədlərinə ildə bir dəfə əlavə edilir.
Torpaq kadastrının obyektivliyi, əyanəliyi və sadəliyi prinsiplərinin mahiyyətini izah edin. (10 bal)
Torpaq kadastrının obyektivliyi prinsipi.
Dövlət torpaq kadastrı obyektiv, torpaq kadastr sənədlərinin göstəriciləri isə dürüst və həqiqətə tam uyğun olmalıdır. Kənd təsərrüfatı yerləri haqqında məlumat onların faktiki vəziyyətini əks etdirməlidir. Yalnız torpağın hüquqi rejiminə, təbii vəziyyətinə və təsərrüfat istifadəsinə dair obyektiv məlumatlar ölkənin vahid torpaq fondunun idarə edilməsində və ondan istifadə ilə bağlı məsələlərdə uğurla istifadə edilə bilər. Ona görə də torpaq kadastr sənədlərinin ilkin doldurulması və həmçinin cari dəyişikliklərin sənədlərə daxil edilməsi dəyişiklikləri təsdiq edən sənədlər əsasında həyata keçirilir. Bununla da torpaq kadastr məlumatlarının mötəbərliyi və onların torpaqdan istifadənin faktiki vəziyyətinə tam uyğunluğu əldə edilir.
Torpaq kadastrının əyanəliyi və sadəliyi prinsipi.
Torpaq kadastr məlumatlarından gündəlik istehsalat fəaliyyətində geniş istifadə etməkdən ötrü o, kənd təsərrüfatı mütəxəssisləri üçün kifayət qədər əyani və sadə şəkildə verilməli, əlavə göstəricilərdən, torpaqdan istifadəyə dair lüzumsuz qaydalardan və nəzarət sistemindən azad olmalıdır. Mürəkkəb torpaq kadastrı torpaq fondundan istifadəyə operativ rəhbərlikdə və nəzarətdə marağı olan dövlət təşkilatlarının, hüquqi və fiziki şəxslərin tələbinə cavab vermir, onların işini, əksinə, bir qədər də
çətinləşdirərək təsərrüfatsızlıq halları və sui-istifadələr üçün şərait yaradır. Digər tərəfdən, lüzumsuz məlumatlarla yüklənmiş torpaq kadastrı torpaq kadastr xidməti ştatının böyüməsinə və xərclərin artmasına gətirib çıxarır. Yalnız qeyd edilən prinsiplərin gözlənilməsi torpaq kadastrının düzgün aparılmasını və torpaqdan istifadəyə nəzarəti təmin edə bilər. Torpaq kadastrının məzmunundan və aparılma qaydasından asılı olaraq iki növü vardır: əsas və cari.
Əsas torpaq kadastrının vəzifəsi torpaqların hüquqi, təsərrüfat və təbii vəziyyəti haqqında ilkin məlumatları toplamaq və yaxud mövcud olanları dəqiqləşdirmək və onları torpaq kadastr sənədləri üzərinə keçirməkdən ibarətdir. Əsas torpaq kadastrında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin sərancamında olan torpaqların ümumi sahəsi, kənd təsərrüfatı yerlərinin tərkibi, torpaqların keyfiyyəti, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi haqqında məlumatlardan ibarət sənədlər və materiallar toplanılır, təhlil edilir və
sistemləşdirilir.
Cari torpaq kadastrının vəzifəsi əsas torpaq kadastrı aparıldıqdan sonra torpaqdan istifadədə baş verən bütün dəyişiklikləri üzə çıxarmaqdan və onları torpaq-kadastr sənədlərinə daxil etməkdən ibarətdir. Bundan başqa ilkin məlumatlarda buraxılmış səhvlərin götürülməsi və yeni tələblərə uyğun yeni göstəricilərin kadastr sənədlərinə daxil edilməsi cari torpaq kadastrının əsas vəzifələrindən biridir. Bununla da, cari kadastr torpaq kadastr məlumatlarının lazımi səviyyəsini təmin edir. Cari torpaq kadastrı əsas torpaq kadastrı kimi torpaq qanunçuluğuna uyğun olaraq torpaqların dövlət, bələdiyyə və xüsusi mülkiyyətə bölünməsi prinsipi əsasında formalaşmış torpaq münasibətlərini qoruyur və tənzimləyir, torpaq ehtiyatlarından səmərəli istifadəyə nəzarət edir.
Əsas və cari torpaq kadastrı dövlət torpaq kadastrının bir-birilə qarşılıqlı əlaqədə olan mərhələləridir. Əsas torpaq kadastrı cari torpaq kadastrının aparılmasından ötrü əsas yaradır və onun təsir dairəsini müəyyən edir. Cari torpaq kadastrı isə əsas torpaq kadastrındakı məlumatları təzələmək və onlara əlavələr etməklə, torpaq haqqında məlumatların sistemli şəkildə müasir səviyyəyə uyğun saxlanmasına köməklik edir. Ona görə də cari torpaq kadastrı əsas torpaq kadastrı tədbirləri başa çatdığı vaxtdan etibarən öz işinə başlamalıdır.



22

05

1 (Asan)

5 bal

Ətraf mühitə təsirin qiymətləndirilməsində atmosferin təbii mühitin bir hissəsi kimi onun ekoloji əhəmiyyətini səciyyələndirin.

Yer üzərində həyatın vvarlığı ilkin olaraq atmossferin mövcudluğu ilə əlaqədardır.


Atmosfer (yunan sözü atmos – buxar və sfera – şar) – Yerin, onunla birlikdə firlanan, qaz (hava kimi) örtüyüdür. Nə qədər ki, atmosfer mövcuddur o vaxta qədər də Yer səthində həyat mümkün olacaqdır. Bütün canlı orqanizmlər tənəffüs üçün atmosfer havasından istifadə edirlər, atmosfer kosmik şüaların zərərli təsirlərindən və canlı orqanizmlər üçün məhvedici temperaturdan, kosmosun soyuq ”nəfəs”indən qoruyur.
Atmosfer havası - Yer atmosferini təşkil edən, iysiz, şəffaf, kütləsi (5,15 - 5,9)1015 ton, həcmi – 13,2-1020 m3, sıxlığı 1,2928 q/l olan, maye halda mavi rəngə çalan qaz qarışığıdır. Yer səthində havasız, susuz və qidasız insanların yaşayışı mümkün deyil, lakin qeyd etmək lazımdır ki, insan qidasız beş həftəyə qədər, susuz beş gün yaşaya bildiyi halda havasız 4-5 dəqiqədən sonra təngnəfəs olaraq ölür. İnsanın təmiz havaya (“təmiz” hava dedikdə insan orqanizminə zərərli təsir göstərməyən, onun tənəffüsü üçün yararlı olan hava nəzərdə tutulur) tələbatı 5 dən 10 litr/dəq və ya 12 – 15 kq/gün təşkil edir. Bundan aydın olur ki, ekoloji probləmlərin həllində atmosferin çox böyük əhəmiyyəti vardır.
Atmosferin əsas tərkib hissəsi azot (78%), oksigen (21%), arqon (0,9%) və karbon qazından (0,03%) ibarətdir. Arqondan başqa atmosferin tərkibində kiçik qatılıqlarda digər inert qazlar da vardır. Atmosfər havasında həmişə su buxarı (təxminən 3 — 4%) və bərk hissəciklər – toz da olur. Atmosferin qaz tərkibi hündürlükdən asılı olaraq dəyişir. Atmosfər bütün təbii prosəslərdə çox böyük rol oynayır, ilk növbədə də istilik rejimini və ümumi iqlim şəraitini tənzimləyir, həmçinin də bəşəriyyəti zərərli kosmik şüalardan qoruyur.

23

05

1 (Asan)

5 bal

Ətraf mühitə təsirin qiymətləndirilməsində atmosferdə qazların balansının mahiyyətini izah edin.

Troposferdə atmosfre havasının nisbətən dəyişməz tərkibə malik olması bütün canlı orqanizmlər üçün çox böyük əhəmiyyət kəsb ədir. Atmosfərdə qazların balansı daima baş vərən prosəslər, onlardan canlı orqanizmlərin istifadəsi, qazların atmosferə daxil olması hesabına saxlanılır. Güclü geoloji proseslər (vulkan püskürmələri, zəlzələlər) və üzvi maddələrin parçalanması sayəsində azot ayrılır. Havadan azotun kənar edilməsi kök bakteriyalarının fəaliyyəti hesabına baş verir. Lakin son zamanlarda insanların təsərrüfat fəaliyyəti nəticəsində atmosferdə qazların balansının dəyişməsi müşahidə olunur. Azot gübrələrinin istehsalı prosesində azotdan istifadə olunması nəzərə çarpacaq dərəcədə artmışdır. Güman edilir ki, azotun sənayeyə cəlb edilməsi son dövrdə daha da artacaq və atmosfərə daxil olan azotun miqdarından çox olacaqdır. Azot gübrələrinin istehsalı hər ildən bir iki dəfə artır. Bu kənd təsərrüfatının azot gübrələrinə artan tələbatını ödəyir. Lakin atmosfer havasından sərf olunan azotun kompensasiyası məsələsi həll edilməmiş qalır. Eyni zamanda atmosferdə azotun ümumi miqdarının çox böyük olması bu problemin atmosferdə oksigən və karbon qazı balansından o qədər də ciddi olmadıgını göstərir. 3,5 – 4 mlrd.il bundan əvvəl atmosfərdə oksigenin miqdarı indikindən 1000 dəfə az idi, bələ ki, o zaman oksigenin əsas produsenti - yaşıl bitkilər yox idi.


Müasir dövrdə oksigen və karbon qazının nisbəti canlı orqanizmlərin həyat fəaliyyəti həsabına saxlanılır.Yaşıl bitkilər fotosintez prosesində karbon qazı sərf edərək oksigen qazı ayırırlar. Bütün canlı orqanizmlər tənəffüs zamanı oksigendən istifadə edirlər. CO2 və O2 tələb edən təbii prosəslər və onların atmosfərə daxil olmaları yaxşı tarazlaşdırılmışdır. Sənaye və nəqliyyatın inkişafı ilə oksigen bütün yanma proseslərində artan ölçülərdə istifadə olunmağa başlanmışdır. Məsələn, reaktiv təyyarə bir transatlantik reys etdiyi zaman 35 ton oksigen yandırır. Yüngül avtomobil 1,5 km məsafəni qət edərkən bir adamın bir gün ərzində tənəffüs etməsi üçün sərf edəcəyi oksigen qədər oksigen yandırır.

24

05

2 (Orta)

10 bal

Atmosferin təbii çirklənmə mənbələrinin mahiyyətini izah edin.

Atmosferin təbii çirklənmə mənbələri – vulkan püskürmələri, bataqlıqlar, məşə yanğınları, toz fırtınaları, suxurların külək ilə dağılması prosesləri, üzvi maddələrin parçalanması.


Atmosferin təbii çirklənmə mənbələri adətən faciəli xarakter daşıyır. Vulkan püskürmələri zamanı atmosferə çox böyük miqdarda qazlar, su buxarları, bərk hissəciklər, kül və tozlar atılır. Vulkan püskürmələrinin sönməsi nəticəsində atmosferdə qazların ümumi balansı tədricən bərpa olunur. 1912-ci ildə Alyaskada Katmay vulkan püskürməsi zamanı havaya 20 mlrd. tona qədər toz atılmışdır ki, o da uzun müddət havada saxlanmışdır. 1991-ci ildə Filippində baş verən Pinatubo vulkan püskürməsi atmosferə 20 mln.ton kükürd 4-oksidinin atılması ilə müşayət olunmuşdur. Vulkan püskürmələri zamanı atmosferin istilik çirklənmələri də baş verir, bələ ki, havaya güclü qızdırılmış maddələr atılır. Onların temperaturları çox yüksək olduğundan ətrafda olan hər şeyi yandırırlar. Böyük meşə yanğınları da atmosferi xeyli çirkləndirə bilir. Məşə yanğınları adətən quraqlıq illərində baş verir.
Tozlu fırtınalar – güclü küləklərin təsiri ilə yer səthindən qaldırılmış ən xırda hissəciklərin (zərrəciklər) aparılması ilə əlaqədar olaraq meydana gəlir.
Güclü küləklər – qasırğa və tufanlar – dağ suxurlarının iri qırıntılarını da havaya qaldırırlar, lakin onlar havada uzun müddət saxlana bilmirlər. Güclü fırtınalar zamanı atmosfer havasına 50 mln tona qədər toz hissəcikləri də qalxır. Tozlu firtınaların əsas səbəbi quraqlıqlar, quru və isti küləklər (qarayel) olur; onlara intensiv şumlanma, mal-qara otarılması, meşə və kolluqların məhdudlaşdırılması da səbəb ola bilir.

25

05

2 (Orta)

10 bal

Atmosferin süni çirklənmə mənbələrinin mahiyyətini izah edin.

Atmosfərin süni (antropogen) çirklənmə mənbələri – sənaye və istilik-eləktrik müəssisələri, nəqliyyat, mənzillərin isidilmə sistemləri, kənd təsərrüfatı, məişət tullantıları. Bunlar öz növbəsində 2 qrupa bölünür: stasionar (Sənayə müəssisələri) və qeyri-stasionar (nəqliyyat və hərəkətdə olan mənbələr). Bütövlükdə bu mənbələrdən havaya göstərilən zərərli təsirləri 4 qrupa bölmək olar:


1. Tozlar;
2. Üzvi və qeyri-üzvi qazlar;
3. Radioaktiv maddələr;
4. İstilik enerjisi ilə əlaqədar təsirlər.
Atmosferin süni çirklənmə mənbələri atmosfər üçün daha təhlükəli həsab olunur. Aqreqat halına görə bütün antropogen mənşəli çirkləndirici maddələr bərk, maye və qazşəkilli olmaqla 3 yərə bölünür. Atmosferə atılan çirkləndirici maddələrin ümumi miqdarının 90 %-i qazşəkilli çirkləndiricilərin payına düşür. Zərərli maddələrin yaratdığı problemlər planetin atmosfərinə göstərdiyi təsirin miqyasına görə iki qrupa bölünür.
1.qlobal problemlər;
2.lokal yaxud məhəlli problemlər.
Qlobal problemlər atmosferdə qazların və tozların qatılığının artması ilə planet miqyasında dəyişmələr yaradır. Bu hadisələrdən birincisi “istilik” effektidir. Antropogen tullantıların bəziləri (karbon qazı – CO2, metan – CH4, azot oksidi – NO2 və s.). Yerdən atmosferə çıxan istilik şüalanmasını udaraq onun fəzaya səpilməsinə mane olur. Bu isə yer səthində tempəraturun qalxmasına gətirib çıxarır. Proqnozlar göstərir ki, atmosfərdə CO2 qazının qatılığının 2 dəfə artması Yer səthində təmperaturun 1,5–3º dərəcə artmasına gətirib çıxara bilər. Qeyd edək ki, hazırda atmosferdə bir milyon hava molekullarından 330–u CO2 - moləkullarının payına düşür. Hər il biosferə 30 milyard tondan artıq CO2 qazı daxil olur. Bu temperatur artımı yerin qütblərində buzların əriməsinə, yerin quru hissəsinin azalmasına səbəb ola bilər. Yer atmosfərindən CO2 qazının tam yox olması nəticəsində isə Yer üzərində temperatur –19°C təşkil edərdi. Göründüyü kimi atmosfer havasının mikrokomponentləri Yer üzərində istilik balansının yaranmasında mühüm rol oynayır. Beynəlxalq sazişə görə sənaye ölkələri atmosferə CO2 qazının tullantısını 2025 ilə qədər 20% azaltmalıdırlar.
Təsirlərin fəaliyyəti üçün təhlil sxemi.
Təsirlərin proqnozlaşdırılması ümumiyyətlə ətraf mühitin ayrı-ayrı komponentləri üçün aparılır. Sonradan, fərqli mühitlərindəki dəyişikliklərin bir-biri necə qarşılıqlı təsir göstərə biləcəyi və bütün komponentlər üzrə ətraf mühitə təsirlərin ümumi əhəmiyyəti təhlili edilə bilər.
Tipik olaraq, təsirlər aşağıdakı amillər üzrə qiymətləndirilir:
1.Hava mühiti;
2.Su mühiti (səthi su);
3.Torpaq və yeraltı sular;
4.Səs-küylü mühit;
5.Ekosistemlər, flora və fauna;
6.Landşaft və vizual tənzimləmə;
7.Əhalinin sağlamlığı də daxil olmaqla sosial-iqtisadi vəziyyət;
8.Mədəni və tarixi irs.
29) )(Orta 10bal) Mədəni və tarixi irsə təsirlərin qiymətləndirilməsi sxeminin mahiyyətini izah edin.
Mədəni ve mədəni irsə təsirinin qiymətləndirilməsi. sxemi mühüm mərhələilə
xarakterizə olunur.
1ci merh-Tarix tarixi və mədəni abidələr, dini saytlar və saytlar daxil olmaqla, tanınmış mədəni, tarixi və arxeoloji qaynaqların müəyyənləşdirilməsini əhatə edir. Tarix və mədəniyyət abidələrinin qorunması üçün yerli hakimiyyət orqanlarından, cəmiyyətlərindən, abidələrin dövlət reyestrlərində, ali təhsil müəssisələrində və elmi müəssisələrdə onlar haqqında məlumatlar əldə edilə bilər.
2 ci merh- , potensial (yəni siyahıya alınmamış) mədəni və digər mənbələr, xüsusən də milli əhali və digər azlıqlar daxil olmaqla, yerli əhali üçün vacib olan mənbələrin müəyyən edilməsi aiddir. Bu məlumat yalnız sahə üsulları ilə (sorğular, sayt ziyarətləri və s. daxil olmaqla) əldə edilə bilər.
3 cu merh- bi mərhələdə 2-ci mərhələdə təsbit edilən obyektlərin tarix və mədəniyyət abidələri kimi təsnif edilə biləcək qədər əhəmiyyətli olub olmadığını anlamaq xüsusilə vacibdir.

Yüklə 56,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə