Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   76   77   78   79   80   81   82   83   ...   89

 
257 
halında    və  kollektiv  şəkildə  ola bilir.  Onların  hər üçü fay-
dalıdır  və  bir –biri ilə  əlaqəlidir. 
 
          
F
ərdi  sinifdənxaric  işlər məhz xüsusi  istedad və baca-
rığı olan şagirdlər üçündür, sırf  yaradıcı  səciyyə daşıyır.
 
Şa-
girdl
ərin arzu və maraqlarına əsasən, yəni onun fərdi imkanları 
n
əzərə  alınaraq  müəllimin  verdiyi  tapşırıqlar  üzrə  həyata 
keçirilir. Sinifd
ənxaric oxu, ədəbi-bədii yaradıcılıq, foto-albom 
hazırlamaq,  stendlər, foto-montajlar tərtib etmək, divar qəze-
tin
ə məqalə yazmaq, musiqi ifaçılığı və s. fərdi sinifənxaric iş 
növl
əridir.  Bu  işlərdən məqsəd  şagirdlərin fərdi qabiliyyətini 
üz
ə  çıxarmaqdır.  Onların  fərdi  yaradıcılıq  qabiliyyətlərini 
stimul
laşdırmaq üçün müsabiqə keçirmək, sərgi düzəltmək və 
bu q
əbildən olan digər işlər faydalıdır. Çünki belə işlər şagird-
l
ərin fərdi qabiliyyətlərinin  inkişafına  təkan  verir,  onları  daha 
da h
əvəsləndirir. 
           
Qrup  halında  keçirilən  sinifdənxaric    işlər xüsusi 
istedadlı,  yaradıcılıq,  tədqiqatçılıq  qabiliyyəti olan
 
şagirdlərin 
toplum f
əaliyyətinə  imkan  yaradır.  Dərnəklər, klublar, 
studiyalar, c
əmiyyətlər qrup  işlərinin çox yayılmış növləridir. 
Sinifd
ənxaric  işin  bu  forması  şagirdləri maraq dairəsinə  gorə 
birl
əşdirir,  onların  məktəbdaxili fəaliyyətini  genişləndirir, 
yaradıcılıq  qabiliyyətini  artırır.  Məsələn, məktəbdə  “Gənc 
riyaziyyatçı”,  “Gənc  ədəbiyyatçı”,  ”Folklor”,  “Bacarıqlı 
əllər”, “Ölkəşünaslıq”, “Dram”, “Gənc texnik”, “Bədii özfəa-
liyy
ət”dərnəkləri,  Şagird  Elmi  Cəmiyyəti, Kitabsevərlər 
C
əmiyyəti  və s. fəaliyyət göstərə bilər.  
            Kütl
əvi  işlər isə  yalnız istedadlılar və bacarıqlılar üçün 
deyil, bütün sinif v
ə  məktəbin  bütün  şagirdləri üçündür. Bu  
işlərdə  iştirakla hamını  sevindirmək,  diqqət  mərkəzində  sax-
lamaq, m
əqsədyönlü təlim və tərbiyəvi təsir  göstərmək  müəl-
limin öz  istedadından, işinə məhəbbətindən  və  pedaqoji  sə-
riştəsindən  asılıdır.
 
           Bununla b
ərabər, həm fərdi, həm də qrupdakı fəaliyyəti 
il
ə  seçilən  şagirdlər kütləvi  işlərdə  də  yer  alırlar  və  bu, 


 
258 
mütl
əqdir.  Çünki  onların  işinə  -kiminsə  musiqi  ifaçılığına, 
r
əsm çəkməsinə, şeir söyləməsinə, rəqslərə, səhnələşdirmələrə, 
elmi mükalim
ələrə, natiqlərə xüsusi ehtiyac olur. 
           Kütl
əvi  iş  növlərinə  müxtəlif mövzulara həsr  olunmuş 
s
əhərciklər,  axşamlar,  yarışlar,  viktorikalar,  müsabiqələr, 
bayramlar, disputlar, konfranslar, olimpiadalar,
 
im
əcliklər, 
turist g
əzintiləri, teatr və  kino  tamaşalarına  kollektiv  baxış, 
kitab
 
müzakir
ələri, tanınmış  şəxslərlə görüşlər, fənn axşamları  
v
ə s.daxildir.  
           H
ər  hansı  kütləvi tədbirin keçirilməsi  müvafiq  şagird  
kontingentinin f
əal  iştirakı  ilə  mövzu müəyyənləşdirməklə 
başlanır.  Sonra  plan  tərtib  olunur.  Şagirdlər  arasında  vəzifə 
bölgüsü aparılır, məsul icraçılar, köməkçilər müəyyənləşdirilib 
m
əlumatlandırılır,  tədbir  başa  çatdıqdan  sonra  nəticələr təhlil 
edilir,  uğurlu  və  kəsir cəhətlər ümumiləşdirilir  və  səmərəli 
t
əkliflər hazırlanır. Həmin təkliflər növbəti tədbirlərin hazırlan-
ması və həyata keçirilməsi prosesində nəzərə alınır.  
          Sinifd
ənxaric  işin  uğurlu  nəticələr verməsi üçün tərbi-
y
ənin ümumi prinsipləri rəhbər tutulmalıdır. Bundan başqa bir 
sıra tələblərə də riayət edilməlidir. Yəni sinifdənxaric iş yuxa-
rıda qeyd etdiyimiz prinsiplərə uyğun olaraq könüllü xarakter 
daşımalı,  şagirdlərin təşəbbüskarlığına  və  fəaliyyətinə  geniş 
meydan verilm
əlidir. Sinifdənxaric iş təlim materialları ilə əla-
q
ələndirilməlidir; bu baxımdan müvafiq təlim materiallarından 
əvvəl, sonra,  yaxud onunla paralel şəkildə keçirilə bilər. 
          Mü
əllim sinifdəki bütün şagirdləri fərdi xüsusiyyətlərinə 
müvafiq olaraq sinifd
ənxaric işə cəlb etməyi bacarmalıdır.
 
 
          3.M
əktəbdə  tərbiyə  işinin  planlaşdırılması. Məktəbdə 
t
ərbiyə  işlərinə  müvafiq direktor müavini rəhbərlik  edir. 
Görül
əcək işlər həm illik, həm də cari olmaqla dərs ilinin əv-
v
əlindən  planlaşdırılır.  Bu  zaman  tərbiyənin bütün istiqamət-
l
əri, tədris  materialları,  məktəbin  şəraiti,  imkanları,  yerləşdiyi 
region,  şagird  kontingenti  nəzərə  alınır.  Planlaşdırmada  uşaq 


 
259 
t
əşkilatı, şagird təşkilatı və sinif rəhbərləri fəal iştirak edirlər. 
Onların hər birinin qabaqcadan hazırlanmış ayrıca iş planı olsa 
da m
əqsəd birliyi, təkrara yol verilməməsi və vahidlik prinsi-
pinin gözl
ənilməsi baxımından həmin planlar  direktor müavi-
ninin r
əhbərliyi altında kollegial şəkildə tutuşdurulur  və mək-
t
əbin vahid iş planı hazırlanır. Plan əsasında kim hansı tarixdə, 
n
ə iş görəcəyini bilir; özü üçün qeyd edir. Beləliklə, məktəbdə 
keçiril
ən hər  hansı  tədbir  hamının  işinə  çevrilir,  hamını  mə-
suliyy
ətə cəlb edir. Tərbiyə işi vahid ritmlə yerinə yetirilir. 
 
 
          4.M
əktəbdənkənar tərbiyə anlayışı və məktəbdənkənar 
t
ərbiyə  işi.  Pedaqogikada  sinifdənxaric  iş  anlayışı  ilə  yanaşı, 
m
əktəbdənkənar iş anlayışı da işlədilir. Yadda saxlamaq lazım-
dır ki, sinifdənxaric iş asudə vaxt ərzində məktəbin şagirdlərlə 
apardığı  tərbiyəvi  işlərdir.  Bu  işlər məktəb daxilində  də  ola 
bil
ər, məktəbdən kənarda da. Məsələn, şagirdləri ekskursiyaya 
aparmaq m
əktəbdən kənarda yerinə  yetirilir. Amma sinifdən-
xaricdir,  çünki onu m
əktəb yerinə  yetirir. Bəs onda məktəb-
d
ənkənar iş nədir ? 
         M
əktəbdənkənar iş – məktəbdənkənar tərbiyə müəssisə-
l
ərinin  gördüyü  işdir.  Yəni məktəbdən  əlavə  olaraq  uşaq  və 
g
ənclərin tərbiyəsi ilə  məşğul  olan  müəssisələr mövcuddur. 
Onlar u
şaq  kitabxanaları,  uşaq  teatrları,  Gənc  Tamaşaçılar 
Teatrı, uşaq mətbuat orqanları, uşaq və gənclərin yaradıcılıq sa-
rayları,  uşaq  yaradıcılıq  mərkəziləri,  texniki  yaradıcılıq  mər-
k
əzləri,  yaradıcılıq  evləri, klublar, bədii, estetik, texniki, eko-
loji, turizm v
ə diyarşünaslıq yönümlü mərkəzlər, uşaq  -gənclər 
idman v
ə şahmat məktəbləri və s. təşkilat və müəssisələrdir. 
        
Əgər məktəb bu təşkilatlarla  əlaqıli  işləyərsə, bu, 
birl
əşmiş  iş  adlanır.  Yəni məktəbin həmin müəssisələrlə 
birlikd
ə gordüyü işdir. Məsələn, məktəb uşaq teatrı ilə iş birliyi 
quraraq  şagirdlərin  hansısa  tamaşaya  baxmasını,  sonra 
müzakir
əsini təşkil edə bilər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə