Əsmər Sadıq qızı Bədəlova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/89
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7720
1   ...   75   76   77   78   79   80   81   82   ...   89

 
254 
l
ərdən daim istifadə  etmişlər. Bu barədə  elmi  –pedaqji  ədə-
biyyatda  çox sayda  materiallar v
ə  fundamental  tədqiqatlar  
mövcuddur.  Lakin zaman  d
əyişdikcə  tələbatlar  dəyişir;  bu  
gün bütün dünyada qloallaşma  prosesi gedir. Bir zaman möv-
cud olmuş dövlətlər indi xəritədə yoxdur. Təbii ki, onun gənc  
n
əslin böyüməsi ilə  bağlı qarşıya qoduğu tələblər də işləmir. 
İndi   ümumdünya    təhsil   sisteminin   modeli   yaranmaqda-
dır. Bütün   bunlar sinifdənxaric işlərə,  onun  təşkili  və aparıl-
ma
sına da yeni baxış tələb edir.  
   Sinifd
ənxaric iş təlim və təhsilin təşkili formalarından 
biri olmaqla z
əngin məzmun və  mündəricəyə  malikdir. Qeyd 
etdiyimiz  kimi,  onun  faydası  həm təcrübədə, həm də  elmi  –
n
əzəri müddəalarla sübuta yetirilmişdir.  
   Sinifd
ənxaric işlərlə bağlı çox sayda tədqiqatlar və zən-
gin m
əktəb təcrübəsi məlumdur.  Lakin  iş  bununla  tamam-
lanmayıb və tamamlanmayacaq. Çünki həyat inkişafdadır və o, 
pedaqoji prosesi, t
əlim və  tərbiyə  işini  daim  özünə  tabe 
etmişdir  və  edəcəkdir. Tarixin ən qədim  qatlarından 
günümüz
ədək olan
 
m
ərhələləri nəzərdən keçirsək, bunun şahidi 
olarıq. 
   Baxmayaraq ki, tarixd
ə  sinif  –dərs  sistemi  şex  peda-
qoqu  Yan  Amos  Komenskinin  adı  ilə  bağlıdır  (XVII  əsr), 
amma 
ən qədim dövr məktəbləri belə  əsas verir deyək ki, 
kahinl
ər, ustadlar, öyrədənlər uşaqlara atəşgahda, hücrədə, ha-
radasa oturaq bir  yerd
ə  təlim verirdilərsə, yəqin ki, onlara 
t
əlim  ocağından  kənardakı  faktları  da  göstərməyə  çalışır  və 
göst
ərirdilər.  
  
Ana kitabımız adlandırdığımız   “Kitabi –Dədə Qorqud”  
dastanlarında (“Qazan  bəyin  oğlu  Uruz  bəyin  dustaq olduğu 
boy”)  Qazan  xan oğlu Uruza baş  kəsib  qan tökmək, haqqın 
(intiqam,  qisas)    alıb    ad  qazanmaq  təcrübəsinin olmamasını 
irad tutur. Uruz  cavabında  deyir  ki, sən məni haçan götürüb 
kafir s
ərhəddinə  çıxdın,  baş  kəsib qan tökdün ki, mən də 
s
əndən öyrənəm. Qazan razılaşır və oğlunu götürüb ova gedir. 


 
255 
Dastanın    ümumi    məzmunundan  bəllidir  ki, qədim 
oğuzlar həm  oğlanlara, həm də  qızlara  mükəmməl tərbiyə 
verm
əklə bərabər, təlimlərinə də xüsusi diqqət  yetirirdilər. Heç 
olardımı    ki,  Qazan    xan  tək  mötəbər  şəxsin  oğlu  təlimdən, 
t
ərbiyədən kənarda qalsın?  Bu mümkün deyildi. Əgər belə ol-
say
dı,  Qazan,  yay  çəkib ox atmağı,  at  çapmağı,  qılınc  
işlətməyi  bacarmayan bir cavanla necə  ova gedərdi?  
Olardımı?  Xeyir.  Uruz, şübhəsiz, mükəmməl  təlim və tərbiyə  
almışdı;  çatışmayan   “sinifdənxaric”  yönüm  idi:  atanın  onu  
daha  da kamill
əşdirmək  üçün  özü  ilə  səfərlərə, ovlara, 
döyüşlərə  aparmaması. Əgər  ata şəxsiyyətin  formalaşmasında  
bu  istiqam
əti  unutmasaydı,  sabahkı  gün  özü  dünyda 
olmayanda  oğlunun  bacarıqsızlığı  səbəbindən taxt –tacın  ona 
verilm
əyəcəyindən  narahat olub ağlamazdı. 
Dem
ək, böyüyən nəslin şəxsiyyət olaraq həm ailəsi, həm 
d
ə mənsub olduğu xalqın, dövlətin layiqli, güvəncli təmsilçisi 
olması    üçün  o,  mükəmməl təlim və  tərbiyə  prosesi ilə 
əhatələnməlidir. Bu prosesi tamamlayan, ona qüvvə verən  iki  
bir -birind
ən ayrılmaz  xətt var:  
1)sinif  d
ərs prosesi; 
2)sinifd
ənxaric  işlər. 
T
əhsil hər zaman mənsub olduğu dövlətə xidmət etdiyinə 
gör
ə dövrün tələbləri dəyişdikcə təhsilin məzmunu da dəyişir. 
Bununla yanaşı, sinifdənxaric işlər də zamanın tələbinə müva-
fiq  t
ərz  alır, məzmun yenilikləri ilə səciyyələnir.  
   
İndi pedaqoji kollektivlərin üzərinə düşən vəzifə Müs-
t
əqil Azərbaycan üçün kamil şəxsiyyətlər yetişdirməkdir. Onun 
bir  yolu  da    şagirdlərun asudə  vaxtlarını  düzgün  və  səmərəli 
t
əşkil etməklə bağlıdıır. 
Bel
ə  düşünmək  səhv  olar  ki, sinifdənxaric  iş  ancaq  
t
ərbiyə  edir. Xeyir. O həm də  təlim vasitəsidir. Ona görə  də  
müvafiq  t
əlim  materialı ilə, həyati hadisələrlə, tarixi  məqam-
larla  
əlaqəli  hazırlanan  sinifdənxaric  iş  mahiyyət  etibarilə  
pedaqoji prosesi z
ənginləşdirən,  şagirdlərə həm əqli,  həm də 


 
256 
m
ənəvi  zövq verən, onları   məktəbin  cazibəsində  saxlayan,    
ziyanlı  vərdişlərdən uzaqlaşdıran  təlim  və tərbiyə  vasitəsidir. 
M
əktəbdə  sinifdənxaric tədbirlərin keçirilməsindən  məqsəd  
d
ə budur.   
M
əqsədi həyata keçirmək üçün müəllim dövrün və  şə-
raitin t
ələblərinə uyğun  prinsiplər  seçməlidir. Prinsiplər həm  
ümumi –bütün kollektivl
ərə şamil edilə bilən,  həm də spesifik 
–m
əktəb və  məktəb  mikrorayonunun  imkanlarına  uyğun  ola 
bil
ər. Onları aşağıdakı kimi təsnif etmək olar: 
-sinifd
ənxaric  işin  həyatla,  inkişafla  əlaqələndirilməsi 
prinsipi; 
-sinifd
ənxaric işin təlim materialları ilə əlaqələndirilməsi 
prinsipi; 
-sinifd
ənxaric işin müvafiq təlim materialına fayda gətirə 
bil
əcək məqamda                      
(ondan  
əvvəl, onunla paralel, ondan sonra) keçirilməsi 
prinsipi; 
-sinifd
ənxaric işin tərbiyəedici prinsipi; 
-sinifd
ənxaric işin inkişafetdirici prinsipi; 
-
şagirdlərin sinifdənxaric işlərə cəlb olunmasında onların  
meyl, maraq, istedad v
ə bacarıqlarının,  fərdi  xüsusiyyətlərinin  
n
əzərə alınması  prinsipi; 
-
şagirdlərin sinifdənxaric  işlərə  cəlb  olunmasında    kö-
nüllülük  prinsipi; 
-sinifd
ənxaric  tədbirlərin    hazırlanmasında    şagirdlərin 
yaş  fərqlərinin    nəzərə alınmaması prinsipi; 
-sinifd
ənxaric 
işlərin təşkilində  şagird  
t
əşəbbüskarlığının nəzərə alınması prinsipi; 
-sinifd
ənxaric işlərin hazırlanması və keçirilməsi zamanı 
xüsusi    istedadlı    şagirdlərə  diqqətlə  yanaşılması,  yaradıcı  
müst
əqillik verilməsi prinsipı və s. 
 
        
 
         2.Sinifd
ənxaric işin növləri. Sadalanan prinsiplər nəzərə 
alınmaqla şagirdlərin sinifdənxaric işlərdə iştirakı  fərdi, qrup  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə