Əsl müəllim öz üzərində çalışaraq elm və insanlıq oduna qığılcım olmalıdır


yeni tədris strategiyalarını öyrənməkdən və ya yeni texnologiyaların



Yüklə 23,94 Kb.
səhifə8/8
tarix24.02.2022
ölçüsü23,94 Kb.
#84055
1   2   3   4   5   6   7   8
Əsl müəllim öz üzərində çalışaraq elm və insanlıq oduna qığılcım olmalıdır.

yeni tədris strategiyalarını öyrənməkdən və ya yeni texnologiyaların dərslərə daxil edilməsindən qorxmur.

Başda da qeyd etdiyim kimi, müəllim dəyişəndə cəmiyyət də dəyişir. Əgər bir müəllim bu keyfiyyətlərə sahib olarsa və özünü bu istiqamətdə inkişaf etdirərsə, yalnız özü deyil, cəmiyyət də inkişaf edər. Bu keyfiyyətlərə sahib müəllimlərə ehtiyyac yalnız indiki dövrdə yaranmayıb. Müxtəlif dövrlərdə yaşamış müdriklərin müəllim haqqında deyimləri göstərir ki, zamandan asılı olmayaraq, əsl müəllim hər zaman milli sərvət kimi qəbul edilmişdir.

Bəzən cəmiyyət müəllimlərin nə qədər önəmli olduğunu unudur. Albert Eynşteyn: Müəllimə qarşı laqeyd olan ölkə intihar edir deməkdir. Unutmamalıyıq ki, hər birimizin insan olaraq, layiqli vətəndaş olaraq yetişməyimizdə müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Dünya fatehi Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı". Gələcəkdə hansı dəyərlərin yaranacağı, hansılarının qəbul ediləcəyini indidən demək çətindir. Lakin bir şey dəqiqdir ki, öyrədən və öyrənənlər həmişə olub və həmişə də olacaqdır.

Lakin əsl müəllimlik müqəddəs bir anlayışdır. Bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə var: müəllimlik peşəsi.

Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" demişdir. O da təsadüfi deyil ki, Heydər Əliyev Azərbaycanda ona təklif olunan müxtəlif fəxri adlardan yalnız "Xalq müəllimi" fəxri adını məmnuniyyətlə qəbul etmişdir.
Yüklə 23,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə