Əsəd Əliyev
124
imamların adlarını təlqin edir, yanındakı adam isə meyitin sağ
çiynini yavaşca silkələyirdi ki, onun ruhu deyilənləri eşitsin.
XIX
əsrə aid tarixi ədəbiyyatda qeyd olunur ki,
M
əhəmməd dininə qulluq edənlər ölünün dirilməsinə və ona
qurulacaq vahim
əli məhkəməyə inanırdılar. Onların fikrincə,
öl
ənin meyidini qəbirə qoyandan sonra cəsədin yanına iki
qorxunc m
ələk-Hinkir və Minkir gəlir, onu sorğu-sual edir,
Allaha
, peyğəmbərə inanıb-inanmadığını öyrənirlər. Əgər
inanırsa onun cəsədini sakit buraxırlar. Yox, inanmırsa, onda
onu m
əhşər ayağına çəkirlər (138,655).
M
eyitin başının altına daş qoyulması adəti çox qədimdir.
Arxeoloqlar tunc dövrün
ə aid qəbirlərdə tədqiqat işləri
aparark
ən ölünün başının altında daş olduğunu müşahidə
etmişlər. Tədqiqatçıların qeyd etdiyi kimi (25,18), heç şübhəsiz
ki, bu ad
ət daşa inamla bağlı olub, mərhumu pis ruhlardan
qorumaq m
əqsədi daşımışdır.
Şəriətin göstərişinə uyğun olaraq, cənazəni qəbirə endirən
adamlar ayaqyalın və başıaçıq olmalı, qəbirdən isə meyitin ayaq
t
ərəfindən çıxmalı idi (39,51).
Bölg
ələrimizin sünni məzhəbindən olan kəndlərində
q
əbirin içərisində əhlət düzəldirdilər. Meyiti sağ böyrü üstə üzü
qibl
əyə tərəf əhlətə uzadıb, əhlətin üstünə palıddan kəsilmiş
yoğun ağaclar düzür, onun üstündən isə qaratikan kolları
döşəyirdilər. Bundan sonra qəbir torpaqla doldurularaq üstü
balıq beli formasında düzəldilirdi. Etnoqrafik ədəbiyyatda
XIX-XX
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti
125
“sappa” adlanan bel
ə qəbirlər Şərur (49,208) və Qazax
bölg
əsində daha geniş yayılmışdı (116,89).
Q
əbir torpaqlanarkən beli əldən-ələ verməzdilər. Qəbiri
torpaqlayan şəxs beli yerə qoyduqdan sonra başqa birisi götürüb
işi davam etdirərdi. Bel əldən -ələ verildikdə, yenə də yas
düşəcəyinə inanılardı. İstər Azərbaycanda, istərsə də tədqiq
etdiyimiz bölg
ələrdə mövcud olan bu adət Qafqazın digər
müs
əlmanları üçün də xarakterik idi. Tədqiqatçıların fikrincə,
bu ad
ətə əməl etməkdə məqsəd mərhumun ruhunun və ya digər
b
əd ruhların onu dəfn edənə vuracağı zərərin qarşısını almaq idi.
Düşünülürdü ki, ruhun mərhumu dəfn edənə keçə bilməsi üçün
əsas vasitə beldir (109,33).
Şiələrin qəbiri dördbucaqlı formada, dərinliyi təxminən
1,5, uzunluğu 2, eni isə 1 m olardı. Özü də sünnilərdə olduğu
kimi,
qadınların qəbiri kişilərinkindən dərin qazılardı.
M
ərhumun baş daşı ilk öncə müvəqqəti olaraq ağacdan qoyular,
sonra is
ə boz rəngli hündür daş və ya kərpic hörgüylə
d
əyişdirilərdi. Baş daşına mərhumun soyadı, adı, atasının adı,
doğulduğu və vəfat etdiyi tarix yazılırdı. Mərhum kişi olardısa,
onun baş daşına qoyun, qoç, at və ya tüfəng, qadındırsa qayçı,
tikiş maşını və s. kimi rəsmlər həkk edilərdi. Gümanımızca, bu
bir t
ərəfdən əhalinin mifoloji görüşləri, islamdan öncəki qədim
d
əfn adəti ilə bağlı idisə, digər tərəfdən onun peşə-sənət
f
əaliyyətini açıqlayan cizgilər idi. Türk alimi Y.Kalafata görə,
baş daşlarına həkk edilən at, qoç, silah rəsmləri mərdliyi,
qoçaqlığı göstərən əlamət idi. Belə rəsmlər süfrəsi açıq,
Əsəd Əliyev
126
qonaqp
ərvər adamların başdaşına işlənirdi (36,201). Onu da
əlavə edək ki, bölgələrimizin bir sıra kəndlərində qədim
tariximizin nişanəsi olan qoyun, qoç fiqurlu qəbir daşlarına da
rast g
əlirik. Arxeoloq alimlərimiz baş daşı üzərindəki heyvan
t
əsvirlərini və baş daşlarının qoç, qoyun fiqurunda
düz
əldilməsini totemizmin qalıqları hesab edirlər (25,31).
M
ərhum dəfn edildikdən sonra mərasim iştirakçıları molla
il
ə birlikdə onun həyətinə qayıdırdı. Burada mərhumun ruhuna “
Fatih
ə ” oxunub, ehsan verilirdi. Məclisdən duranlar mərhumun
ail
əsinə, qohum-əqrəbasına başsağlığı verib dağılışırdılar. Bir
c
əhəti də vurğulayaq ki, kişi və qadın məclisləri ayrı-ayrı
çadırlarda olurdu.
Etnoqraf H.Q.Q
ədirzadə yazır ki, ehsan vermək islamdan
çox-çox
əvvəllər mövcud olmuş qədim adətlərdəndir və
“...uzaq keçmişdə mərhumun qəbri üstündə kəsilmiş qurbanlar,
m
əzara qoyuimuş müxtəlif qab-qacaq və s. də ehsanla bağlı
olaraq yaranmışdır ” (49,219).
Aldığımız məlumata görə, XX əsrin 40-50-ci illərində bəzi
k
əndlərin əhalisi ehsanı qəbir üstə verərdi. Mərasim iştirakçıları
el
ə qəbir üstdən də öz evinə dönürdü. Tədqiqatçıların yazdığı
kimi, yasa g
ələnlərə evdə yox, qəbir üstə ehsan vermək yas
sahibini saysız-hesabsız çətinliklərdən qurtarırdı (78,84).
Yasa g
ələn qohum-əqrəbanın hər biri kömək məqsədi ilə 1
kis
ə un, 1 kisə qənd, ya da 1 baş toğlu gətirərdi (105,118). XX
əsrin 60-cı illərindən isə yası düşən ailələrə maddi yardım kimi
pul
yığmağa başladılar (86,192). Yığılan pullar “yas pulu” və ya
XIX-XX
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti
127
“x
ələt” adlanırdı. Bu pullar yas məclisində işlənəcək ərzaq üçün
x
ərclənirdi.
Mövcud qaydaya gör
ə mərhumun 3–ü, 7-i, 40-ı və ili
xüsusi qeyd edilirdi. Bu günl
ərdə bütün el-oba mərhumun
ail
əsinə toplaşır, onun ruhu şərəfinə ehsan verilirdi. Yuxarıda
qeyd etdiyimiz r
əqəmlər barədə M.Təhmasib yazır ki,
“dünyanın əksər xalqlarında üç, yeddi, qırx və s. kimi rəqəmlər
müq
əddəs sayılmışdır. Bu ümumbəşəri məsələ ...yalnız dini
görüşlərin müdaxiləsi baxımından izlənilsə aydınlaşar ki, burada
çox q
ədim görüş və təsəvvürlərin də, əsatirin də, müxtəlif dini
sisteml
ərin də, hətta onlarca təriqət və məzhəblərin də aydın
möhürl
əri və damğaları vardır” (78,69). Son dövrlər mərhumun
52-si d
ə qeyd edilir. Belə bir adət Anadoluda da mövcuddur
(36,214-215).
M
ərhumun qırxı çıxana kimi cümə-adına axşamlarında
qohum-
əqrəbalar onun ailəsinə toplaşardı. Qadınlar mərhumun
şəklini və ya paltarını ortaya qoyub, səriştəsi və istedadı olan
bir ağıçı qadının çox yanıqlı səslə dediyi ağı və ya bayatının
t
əsirindən hönkür-hönkür ağlaşardılar. Mərhumun anası isə
h
əyatdan nakam getmiş balası üçün aşağıdakı kimi bayatı
dey
ərdi:
Yanan ölsün,
Odlanan, yanan ölsün.
S
ən gözünü aç, oğul,
Yerin
ə anan ölsün.
Dostları ilə paylaş: |