ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə34/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   ...   29   30   31   32   33   34   35   36   37

Əsəd Əliyev 
 
 
128 
                                            
Bala vay
Bal yem
ədim, bala vay... 
Z
əhmətini çox çəkdim
Heç dem
ədim bala, vay! 
            Azar oldu, 
Canıma azar oldu. 
F
ələyə neyləmişdin, 
Yerin dar m
əzar oldu? 
N
ə gördün, 
N
ə yaşadın, nə gördün? 
 
Bala, vaxtsız köçünlə 
Anana q
əbir hördün və s. 
 
 
Mollanın da iştirak etdiyi bu “adına məclisi”ndə mərhuma 
“Quran” oxunar v
ə ruhu şərəfinə yemək verilərdi.  İnama görə, 
adına  axşamlarında  mərhumun ruhu evini, ailəsini  yoluxmağa, 
özünün yad edilib-edilm
ədiyini görməyə, haqqında danışılanları 
eşitməyə  gəlirdi.  Əgər o, ailə  üzvlərini bikef, süfrəni isə  boş 
gör
ərdisə, onda ailəsinin çətin vəziyyətdə olduğunu və özünün 
anılmadığını düşünərək qəmgin halda geri qayıdardı. Ona görə 
d
ə  mərhumun  ruhunu  şad  etmək üçün mütləq  adına 
axşamlarında yemək bişirilirdi. 
Araşdırdığımız,  həmçinin  Qazax-Ağstafa  bölgələrində 
q
ədim inam və  etiqadlara söykənərək,  ölünün  ruhunu  quş 
şəklində  təsəvvür edirdilər. Ona görə  də  “axşam  vaxtı  həyətə 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
129 
g
əlmiş  kiçik  bir  quş  səsini  eşitmiş  analar  əlindəki  işini  ataraq 
“öl
ənlərin birinin ruhu gəlmişdir”-  deyə,  quşa  qabın  içərisində 
çör
ək, su, şəkər və s. aparardılar” (46,153-154). 
M
ərhum  cavan  olardısa  ailə  üzvləri və  qohum-əqrəbası 
onun ilin
ə, qoca idisə  qırxına  kimi  yas  saxlayardı.  Yaslı 
olduqlarına  əlamət  kimi  kişilər  saqqal  saxlayar,  qadınlar  qara, 
tünd r
əngli paltar geyib, qara  yaylıq  bağlayardılar.  Mərhumun 
ili  tamam  olmamış  nə  kişilər, nə  də  qadınlar  toy-nişan 
m
əclislərində  iştirak  etməzdi.  Qocaların  söyləməsinə  görə, 
n
əinki qohum-əqrəba, hətta bütün kənd əhli mərhumun, xüsusilə 
d
ə  dünyasını  vaxtsız  dəyişmiş  şəxsin  ili  çıxmadan  xeyir  iş 
görmürdü.  Əgər buna zərurət  yaranardısa,  onda  toy  sahibi  el 
ağsaqqallarının və mollanın iştirakı ilə mərhumun ailəsinə gedib 
icaz
ə alardı. Bu isə bir-birinin ölüsünü dəyərləndirmək, hörmət 
qoymaq 
əlaməti idi. Təsadüfi deyil ki, xalq arasında “Toysuz ev 
tapılar, vaysız ev tapılmaz” kimi deyim də formalaşmışdır. 
Maraqlı  olduğunu  nəzərə  alaraq  vurğulayaq  ki,  döyüşə-
döyüşə ölməyi şərəf sayan əfqanların qədim adətləri  “Merana” 
v
ə  “Tura” görə  döyüşdə  qəhrəman kimi həlak  olmuş  igidin 
özünd
ən sonra qılınc tutanı vardırsa onlar evdə yas saxlamağı, 
ağlayıb şivən qoparmağı qadağan edərdilər. Əgər onun özündən 
sonra qılınc tutanı olmazdısa, onda hüzn və kədərlə deyərdilər: 
“qılıncı küncə söykəndi” (26,166).  
Xatırladaq ki, bəzi türk xalqları yaslı olmasına işarə kimi 
ağ  libas  geyinərdi.  Qırğız  və  Qazax türkləri  arasında  ölən 


Əsəd Əliyev 
 
 
130 
kişinin  arvadı  qara  geyinsə  də,  qızları  ağ  geyinib,  başlarına 
qırmızı yaylıq örtərdi (36,208).  
Yaşlı  adamların  dediyinə  görə, bəzi insanlar hüzürlu 
olduğunu bildirmək üçün paltarını tərs üzünə çevirib geyinərdi. 
Bu h
ərəkətləriylə onlar çərxi-fələyin tərsinə döndüyünü, ailədə 
b
ədbəxt hadisə-ölüm hadisəsi  baş  verdiyini  bildirirdilər. 
M
ərhumun  qırxı  və  ya  ili  çıxdıqdan  sonra  isə  ağbirçək 
qadınların  təklifi ilə  paltarlarını  düz  üzünə  geyinərək yasdan 
çıxardılar.  Belə  bir adət digər  türk  xalqları  arasında  da 
yayılmışdır (36,217).  
Yeri g
əlmişkən,  islam dini yas saxlamaq adətini heç də 
t
əqdir etmirdi. Macar  islamşünası  İ.Qoldsiyerə  istinad  edən 
Q.K
ərimov  yazır ki, “... ölənlərə sitayiş qalıqlarının heç birinə 
islam  ölü  üçün  yas  saxlanmasına  qarşı  olduğu  qədər ciddi 
mübariz
ə  aparmamışdır.  Bəzi yerlərdə  ölən üçün o qədər yas 
saxlayırlar ki, ta ona bərabər olan başqa birisi vəfat edir və bu 
zaman t
əzə  ölən  üçün  yas  saxlamağa  başlayırlar.  Halbuki 
M
əhəmmədin bir kəlamında  deyilir:  “  Mənim icmam bütpə-
r
əstliyin dörd adətinə-yaxşılığa görə öyünmək, başqalarının əsl-
n
əcabətinə  qara  yaxmaq,  münbitliyin  ulduzlarından  asılı 
olduğuna inanmaq və ölənlərin yasını saxlamaq adətlərinə dözə 
bilm
əz” (39,53). Söylənən bu fikrə baxmayaraq, ölən üçün yas 
saxlamaq m
əsələsində  xalq öz adət-ənənəsinə  dinin 
göst
ərişlərindən daha çox önəm vermişdir. 
M
ərhumun  qırxında  və  ilində  qadınlar  qəbir üstə  çıxıb 
ağlaşardılar.  Dünyasını  dəyişən  şəxs  yaşlı  olardısa  qırxından, 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
131 
cavan  v
ə  nakam idisə  ilindən sonra  ağsaqqalların  göstətişi  ilə 
onun ail
əsinin, qohum-əqrəbasının kişi üzvləri saqqalını qırxar, 
qadınlar  isə  qara  paltarlarını  dəyişməklə  yasdan  çıxardılar. 
M
ərhumun paltarları isə kasıblara verilərdi. Müəyyən vaxtlarda 
m
ərhumun qəbirini ziyarət edənlər onun baş daşının sinə daşı ilə 
birl
əşən hissəsinə  kiçicik  bir  daşla  üç  dəfə  yavaşca  vurardılar. 
İnama görə, onda mərhumun ruhu kim tərəfindən yad edildiyini 
bilmiş olurdu. 
B
ütün  türk  xalqlarında  olduğu  kimi,  Gürcüstan 
az
ərbaycanlıları  baba-nənələrinin, ata-analarının,  qohum-
əqrəbalarının,  bir  sözlə  əcdadlarının  uyuduğu  məzarlıqları 
müq
əddəs  saymış,  onların  qəbrinə  and  içmiş  və  qəbiristanlığı 
maddi-m
ənəvi  “  pasport  ”ları-sənədləri  hesab  etmişlər. Bu 
haqda t
ədqiq etdiyimiz bölgələrə aid etnoqrafik ədəbiyyatda yer 
alan  maraqlı  və  ibrətamiz bir əhvalata diqqət çəkək:  “  Yaşlı 
n
əslin nümayəndələri danışırlar ki, bir dəfə el yaylaqda olarkən 
t
əhləlilərin yaylaq yerlərində qalmaqal düşür, Təhlə yaylaqlarını 
t
əhləlilərin əllərindən almaq istəyirlər. Məsələnin ciddiləşdiyini 
gör
ən, qan-qırğın  başlanacağını  hiss  edən Məşədi  İsmayıl 
cavan-
comruqları  sakitləşdirib,  pis  niyyətlə  gələn  çağrılmamış 
qonaqlara üz tutub deyir:- Biz qan-
qırğına gedərik, amma dədə-
baba yaylaqlarımızı əldən vermərik. Çünki bu yaylaqların bizdə 
əbədilik sənədi var. Onlar sənəd tələb etdikdə, Məşədi İsmayıl 
onları  yaylaqdakı  Təhlə  qəbiristanlığına  aparır  və  barmağıyla 
q
əbirləri göstərib: bax, odur bizim əbədilik sənədimiz,-  deyir. 
Sözün
ə davam edən Məşədi İsmayıl onlara başa salır ki, buralar 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə