Əsas anlayışlar



Yüklə 468,27 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix21.06.2018
ölçüsü468,27 Kb.
#50195
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Çərçivələr 

 

Bir sıra səbəblərdən Avropada yüz minlərlə uşaqlar öz bioloji ailələri ilə birgə yaşaya bilmirlər, 



nəticədə  rəsmi müdaxilədən sonra uşaqlar evdən kənar qayğıya həvalə olunurlar. Uşaqların 

inkişafını  təmin etmək məqsədilə müxtəlif qayğı sistemləri təklif olunur. Qeyri-adekvat mühit 

uşaqların inkişaf imkanlarını azalda və onların bir sıra fundamental hüquqlarının çoxsaylı 

pozuntularına gətirib çıxara bilər. 

 

BMT UHK-da bu məsələyə xüsusi diqqət yetirilməsinə baxmayaraq Uşaq Hüquqları üzrə BMT 



Komitəsi 2004-cü ildə valideyn qayğısından məhrum olmuş  uşaqların müdadiəsi üzrə BMT 

standartlarının hazırlanması təşəbbüsü ilə çıxış etmişdir.  

 

Avropa səviyyəsində  Uşaq Hüquqları üzrə Avropa Şurasının tövsiyələri valideyn qayğısından 



məhrum olmuş və qayğı müəssisələrində yaşayan uşaqlarla iş zamanı həmçinin əsas kimi qəbul 

edilir. 


 

Avropa kontekstində beynəlxalq uşağa qayğı təşkilatları – FICE, IFCO və SOS Uşaq Kəndləri - 

öz təcrübələrindən çıxış edərək həmçinin evdən kənar qayğı sistemində keyfiyyət 

standartlarının hazırlanmasının vacibliyini qeyd etmişlər. Əsasən iqtisadi artıma maraq göstərən 

Avropada sosial ehtiyacların ödənilməsi üçün həmçinin pan-Avropa təşəbbüslərinin irəli 

sürülməsinə böyük ehtiyac var.  

 

Bütün bunları  nəzərə alaraq hər üç beynəlxalq təşkilat – FICE, IFCO və SOS Uşaq Kəndləri 



2004-cü ilin mart ayında layihə  təsis etdilər, bu layihə Avropada bioloji ailədən knar qayğı 

sistemində yaşayan uşaq və  gənclərin inkişaf imkanlarının təmin olunması  və artırılmasına 

yönəlib.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Missiya bəyannaməsi 



 

Baxış 

Uşaqlar üçün Keyfiyyət standartlarının bəyannaməsində deyilir: 

 

Valideyn qayğısından məhrum olmuş  uşaqların özünə arxayın, özünə yetərli, cəmiyyətin fəal 



iştirakçısı olması üçün ona öz gələcəyini qurmaq imkanı verilməlidir, bunun üçün isə onların 

bütün potensialını göstərməyə imkan verən dəstəkləyici, qoruyucu və qayğıkeş  mühit təmin 

olunmalıdır.  

 

Missiya 

Uşaqlar üçün Keyfiyyət standartlarının missiyası evdən kənar qayğı sistemində yaşayan 

uşaqların vəziyyətinin yaxşılaşdırılması  və onların inkişaf imkanlarının artırılması üçün 

aşağıdakı məqsədlər müəyyən olunmuşdur: 

 



 



Avropada evdən kənar qayğı sistemində yaşayan uşaqların hüquqlarının qorunması ilə 

məşğul olan maraqlı tərəflərin ümumi şəbəkəsini yaratmaq  

 

Evdən kənar qayğı sisteminə birbaşa aidiyyatı olan insanların müsbət təcrübəsindən istifadə 



edərək Avropada keyfiyyət standartlarını işləyib hazırlamaq 

 



milli  və Avropa səviyyəsində evdən kənar qayğı sisteminin keyfiyyət standartlarının 

qəbulu, tətbiqi və monitorinqinin təmin olunması  

 

Dəyərlər 

Uşaqlar üçün Keyfiyyət standartlarının hazırlanması zamanı eyni əhəmiyyətə malik 5 dəyər 

nəzərə alınmışdır: 

 

Iştirak:

 evdən kənar qayğıya birbaşa cəlb olunmuş insanlar 2004-cü ildən başlayaraq fəal 

surətdə layihəyə qoşulmuşlar. Bunlara aiddir: evdən kənar qayğı sistemində yaşayan/yaşamış 

uşaq və gənclər, bioloji ailələr, tərbiyəçilər/himayəçilər və sosial işçilər. 

 

Cins bərabərliyi və müxtəlifliyi:

 evdən kənar qayğıya cəlb olunmuş insanların cins bərabərliyi 

və müxtəlifliyi nəzərə alınmışdır. 

 

Əməkdaşlıq:

 evdən kənar qayğı sisteminə birbaşa cəlb olunmuş insanların və təşkilatların milli 

və beynəlxalq səviyyələrdə layihələrə qoşulmaq imkanı var. 

 

Sədaqət:

  ‘Uşaqlar üçün Keyfiyyət’standartları BMT-nin UHK-na istinad edir.  



 

Cavabdehlik və davamlılıq:

 ‘Uşaqlar üçün Keyfiyyət’standartlarına görə layihənin yaradıcıları 

olan 3 təşkilat cavabdehlirlər. Evdən kənar qayğı sistemində yaşayan uşaqların vəziyyətinin 

yaxşılaşdırılması və onların inkişaf imkanlarının artırılması üçün standartların yayılmasını və bu 

istiqamətdə əməkdaşlığın artırılmasını təmin etmək məqsədilə həmin üç təşkilat tərəfindən idarə 

olunan Avropa şəbəkəsi standartların davamlılığını təmin edir.  



 

 

 

 




 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Əsas anlayışlar 

 

Prinsiplər 

Evdən kənar qayğı sistemində  təcrübəsi olan insanların (əhvalat müəllifləri) verdiyi məlumat 

(əhvalatlar) ‘Uşaqlar üçün Keyfiyyət’ standartlarının əsasını təşkil etmişdir. Əhvalatların təhlili 

zamanı aşağıdakı bir sıra ümumi məqamlar müəyyən olunmuşdur: 



 

Ünsiyyət və iştirak 

Müsahiblər evdən kənar qayğı prosesində adekvat və  şəffaf ünsiyyətin vacibliyini qeyd 

etmişlər. Həmçinin tərəflərin dinlənilməsi və fikirlərinin nəzərə alınması vacib məqam kimi 

qeyd olunmuşdur.  



 

Uşaq müdafiəsi xidmətlərinin müdaxiləsi 

Bacı-qardaşların birgə yerləşdirilməsi, bioloji ailənin iştirakı  və prosesin monitorinqi kimi 

məsələlər daxil olmaqla operativ və adekvat fərdi qərarların verilməsinin vacibliyi bir çox 

müsahiblər tərəfindən qeyd olunmuşdur.  



 

Qayğı 

Ümumi mövzular müəyyən olunmuşdur: bir qayğı formasından digərinə hamar keçid, uşaqlar, 

bioloji və artırılmış ailə (yaxın qohumların – nənə, xala və s. yanında böyümə), həmçinin 

tərbiyəçi/himayəçi arasında ünsiyyət. 

 

Struktur, qaydalar, rituallar, limitlər, məhdudiyyətlərin qəbulu – bütün bunlar gündəlik həyatda 



gənclərin vacib saydıqları amillərdir.  

 

Uşaq və  tərbiyəçi arasında sabit münasibətlərin qurulması, emosional bağlılıq və  uşağın 



potensialının dəstəklənməsi həmçinin tərbiyəçilər üçün vacib sayılan məqamlardır.  

 

Qayğıdan ayrılma prosesi 

Müsahiblərin qeyd etdikləri kimi, qayğıdan ayrılma prosesinə hazırlıq zamanı tərbiyəçinin əsas 

diqqət yetirməli olduğu aspektlər aşağıdakılardır: müstəqil qərar verməsində  və  şəxsi, sosial 

həyatını qurmasında, özünü müstəqil həyata hazırlamasında uşaq/gəncin dəstəklənməsi və qayğı 

sonrası məsləhət və yardımın göstərilməsi.  

 

Istinad sənədləri 

‘Uşaqlar üçün Keyfiyyət’ standartları BMT UHK-nın çərçivəsində hazırlanmışdır, hər bir 

standart BMT UHK-nın bir və ya daha çox prinsipini özündə  əks etdirir: diskriminasiyanın 

aradan qaldırılması, uşaqların maraqlarına sadiqlik, yaşama, inkişaf hüquqları, uşaqların 

düşüncələrinə qarşı hörmət. 



 

 

 

 

 

 

 




Yüklə 468,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə