Uşaqlar üçün Keyfiyyət
2. Uşaq ən uyğun evlə təmin olunur
Uşaq Müdafiə Xidməti və qayğı təşkilatı uşağın qoruyucu, dəstəkverici, qayğıkeş ailə mühiti
ilə təmin olunmasına cavabdehdir.
3. Yeni yer uşağın ehtiyaclarına, həyat şəraitinə və sosial mühitinə uyğundur
Qayğı müəssisəsi yeni ailənin uşağın ehtiyaclarına, həyat şəraitinə və sosial mühitinə uyğun
olmasını təmin edir.
Uşağın çıxdığı icma/mühit və onun yeni evi arasında məsafə nəzərə alınır.
4. Yeni ev bağlılıq və mənsubiyyət hisslərini qurmaqda uşağa kömək edir.
Tərbiyəçi uşağı onun şəxsi məkanı ilə təmin edir və bağlılıq və mənsubiyyət hissləri yaratması
üçün uşağa uyğun atmosferi təmin edir.
5. Göstərilən qayğının keyfiyyəti vaxtaşırı olaraq nəzərdən keçirilir.
Uşaq Müdafiə Xidməti və qayğı təşkilatı vaxtaşırı olaraq göstərilən qayğının keyfiyyətini
nəzərdən keçirir.
C) Həyəcan siqnalları
•
Uşaq ailə əsaslı qayğı almaq imkanından məhrumdur.
•
Uşağın öz bioloji ailəsi və ya sosial mühiti ilə ünsiyyət saxlamaq imkanı yoxdur.
•
Uşaq, onun bioloji ailəsi və ya sosial mühiti arasında fiziki məsafənin böyük olması. Uşağın
düşdüyü mühit onlar arasında ünsiyyətə mane olur.
•
Uşağa öz dili, dini və mədəniyyətini qorumağa icazə verilmir.
•
Razılaşmalar realistik, düzgün və icbari deyil.
•
Uşaq hss edir ki, ona göstərilən qayğı inklusiv, dəstəkverici, qoruyucu və qayğıkeş deyil.
•
Uşaq hiss edir ki, tərbiyəçi ilə münasibətləri sabit və etibarlı deyil.
•
Uşağın məxfilik hüququ pozulur.
•
Tərbiyəçi daima dəyişir.
•
Tərbiyəçi uşağın vəziyyətinə qarşı həssaslıq göstərmir.
31
Uşaqlar üçün Keyfiyyət
Standart 8 Uşaq öz bioloji ailəsi ilə əlaqələri saxlayır
Uşağın bioloji ailəsi ilə əlaqələr saxalamsı üçün həvəsləndirilir və dəstəklənir, əgər bu,
uşağın maraqlarına uyğundursa.
“Onlar arasında ünsiyyət sosial işçi tərəfindən çox dəstəklənirdi. Əslində patronaj ana uşağa
qayğı göstərmək, onu bioloji ana ilə görüşlərə aparmaqla yanaşı, uşağın bioloji anası ilə
ünsiyyətdə olduğu saatlarda o, anaya tərbiyə metodları barədə bəzi biliklər öyrətmək imkanını
da əldən vermirdi. Onlar arasında müsbət münasibətlərin olması uşaq üçün olduqca vacibdir.
Bioloji anası və patronaj anasının bir-birilə yaxşı münasibətdə olduğunu bilmək uşağa çox
kömək edirdi..”
(Sosial işçi/Malta, kod 19.08.04)
“…O, uşaq və bioloji valideynlər arasında bağları və münasibətləri dəstəkləməlidir, o imkan
verməlidir ki, uşaq öz doğma valideynləri ilə hansı münasibətlər qurmağı müəyyənləşdirsin.”
(Sosial işçi/Estoniya, kod 7.08.01)
A) Öhdəliklər
Uşaq Müdafiə Xidməti
•
Uşaq və bioloji ailə arasında ünsiyyətin saxlanmasına əmin
olur.
Qayğı təşkilatı
•
Bioloji ailə ilə əlaqələri dəstəkləyir və təmin edir
•
Tərbiyəçini dəstəkləyir
Tərbiyəçi
•
Uşağın bioloji ailə ilə əlaqələrini dəstəkləyir
•
Uşağın bioloji ailəsi ilə əməkdaşlıq edir
B) Qaydalar
1. Uşaq Müdafiə Xidməti uşaqla bioloji ailəsi arasında ünsiyyəti dəstəkləyir.
Uşaq Müdafiə Xidməti uşaq, bioloji ailə və tərbiyəçi arasında münasibətləri dəstəkləyir, onlara
nəzarət edir.
Hər üç tərəf arasında əməkdaşlığı həvəsləndirir.
Uşaq Müdafiə Xidməti uşaq, bioloji ailə və tərbiyəçi üçün konsultasiyalar təmin edir.
32
Uşaqlar üçün Keyfiyyət
2. Qayğı təşkilatı və tərbiyəçi uşaqla öz doğma ailəsi arasında ünsiyyəti dəstəkləyir.
Qayğı təşkilatı tərbiyəçini dəstəkləyir, bioloji ailə ilə birlikdə işləmək üçün ona təlimlər keçir.
Tərbiyəçi uşağa öz həyat tarixçəsi ilə tanış olmağa, həmçinin bioloji ailəsi, sosial və dini-
mədəni mühiti ilə ünsiyyət saxlamağa kömək edir.
Tərbiyəçi mütəmadi olaraq bioloji aləni uşağın inkişafı haqda məlumatlandırır.
3. Bioloji ailə uşağın həyatında iştirak edir.
Qayğı təşkilatı və bioloji ailə milli qanunvericiliyə uyğun olaraq uşağın inkişafına dair
vəzifələri, hüquqları və öhdəlikləri müəyyənləşdirirlər.
Qayğı təşkilatı bioloji ailəni uşağın vəziyyətini anlamaqda və uşağa kömək etməkdə dəstəkləyir.
4. Ünsiyyətin mütəmadiliyi və keyfiyyəti vaxtaşırı qiymətləndirilir.
Uşaq və bioloji ailə arasında ünsiyyətin mütəmadiliyi və keyfiyyəti davamlı olaraq
qiymətləndirilməlidir. Əlaqələr fərdi qayğı planı və ya bu mövzuda hər hansı digər razılaşma
əsasında baş tutur.
C) Həyəcan siqnalları
•
Uşağın maraqlarına uyğun olmasına baxmayaraq onun bioloji ailəsi ilə əlaqələri yoxdur.
•
Bioloji ailə ilə əlaqələr uşağın maraqlarına zərər vurmasına baxmayaraq,
bu əlaqələr
mövcuddur.
•
Bioloji ailə uşağın maraqlarına zidd hərəkətlər edir.
•
Uşaq və bioloji ailə arasında münasibətlər dəstəklənmir.
•
Uşaq və bioloji ailə arasında ünsiyyətin təmin olunmama səbəbləri tam
əsaslandırılmamışdır.
33