Nitq mədəniyyəti müstəqil fənn kimi



Yüklə 13,02 Kb.
tarix22.03.2024
ölçüsü13,02 Kb.
#183063
nitq medeniyeti


Nitq mədəniyyəti müstəqil fənn kimi Networking Nədir?
Networking, bir-birinə qarşılıqlı fayda gətirmək üçün qurulmuş bir sistemdir. Bu sistem, peşəkarlar, işçilər və potensial müştərilərlə işgüzar və dostluq əlaqələrinin inkişafını dəstəkləyir. Networking-in əsas məqsədi biznesdə şəxsin özünü və biznesi başqalarına tanıtmaqdır. Bundan əlavə, bu insanları uzun müddətli müştəriləriyə çevirməkdir.
İş həyatında networking’in üstünlükləri. İş həyatında networking-in üstünlüklərini aşağıdakı kimi sadalamaq olar:

  • Məlumat və təcrübə paylaşmaq. Networking zamanı özünün təcrübə və biliklərini digərləri ilə paylaşmaq imkanı yaranır. Eyni zamanda, digər peşəkarların təcrübələrindən də öyrənmək olur. Bu isə işin inkişafında, yeniliklərin əldə olunmasında önəmli rol oynayır.

  • Brendi və məhsulu tanıtmaq şansı. Networking vasiəsilə iş sistemində peşəkarlara işi və markanı tanıtmaq üçün fərqli qapılar açır.

  • Yeni insanlarla tanış olmaq və əhatə dairəsinin genişləndirilməsi. Networking quraraq, öz sektorunda və sektordan kənar dah çox şəxslərlə tanış olmaq imkanı yaranır. Bu potensial yeni müştərilər qazanmaq, onlara biznes barədə daha çox məlumat vermək şansı qazandırır. Bundan başqa yeni işgüzar sövdələşmələr və ortaqlıqlar, müxtəlif və fərqli layihələr qazanmaq imkanı əldə edir.

  • İş üçün yeni imkanlar. Networking vasitəsi ilə yeni iş təklifləri, layihələr və digər imkanlarla qarşılaşmaq olur. Bu, işin genişlənməsinə və böyüməsinə kömək edir.

  • Rəqabət üstünlüyü əldə etmək. Networking zamanı müştərilər, tərəfdaşlar və digər peşəkarlarla əlaqə qurmaqla rəqabətdə üstünlük əldə etmək mümkündür. Bu, işin daha sürətli inkişaf etməsinə və geniş müştəri qazanmağa imkan yaradır.

  • İşgüzar fikirlər mübadiləsi. Networking vasitəsi ilə öz sektorunuzda və ya başqa sektorlarda fəaliyyət göstərən şəxslərlə işgüzar fikir mübadiləsi təşkil etmək imkanı yaradır. Bu, həm işiniz üçün faydalı təcrübələr toplamağa, həm də digər işgüzarlarla əməkdaşlığa imkan verir.

Bu taktika və üstünlüklər uğurlu bir networking qurmaq üçün lazımı olan məlumatlar hesab edilir.




Uğurlu networking üçün iş vizit kartlarından istifadə etmək faydalıdır. Yeni iş tanışlıqları zamanı iş vizit kartını təqdim etmək və onlardan da iş vizit kartlarını almaq onlarla daha sonra əlaqə saxlamağa və lazım olan məlumatları əldə etməyə təmin edəcəkdir. Uğurlu networking üçün lazımi tədbirləri seçmək, iş profilinə uyğun və əsasəndə faydalı networking tədbirlərində iştirak etmək lazımdır. Davamlı əlaqə saxlamaqda iş sisteminin uğurlu həyata keçməsinə kömək edir. Networkingdən sonra əldə olunan əlaqələri davamlı saxlamağa çalışmaq lazımdır. Sosial media platformalarında onlarla ünsiyyət qurmaq, yeni maraqlı fikirlər və təkliflər paylaşmaqla müştərilərə və tərəfdaşlara dəyərli təkliflər etmək şirkətlə çalışmaq istəyən insanların sayını artıracaqdır. Bundan başqa mütəmadi olaraq networking tədbirlərində iştirak etmək vacibdir. Networking tədbirlərində çox iştirak etmək yeni insanlarla tanış olmaq və öz işgüzar dairənizi genişləndirmək üçün daha çox imkanlar yaradacaqdır.
Yüklə 13,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə