Uşaqlar üçün Keyfiyyət
2. Uşaq öz Fərdi Qayğı Planının tərtibatında iştirak edir
Uşağın Fərdi Qayğı Planının tərtibatında və planın gələcəkdə təkmilləşdirilməsində iştirakı
təmin olunur. Iştirak səviyyəsi uşağın prosesləri anlama səviyyəsindən asılıdır.
3. Fərdi Qayğı Planı mütəmadi olaraq yenilənir
Tərbiyəçi Fərdi Qayğı Planının yerinə yetirilməsi və gələcəkdə təkmilləşdirilməsinə görə
məsuliyyət daşıyır. Qayğı planı bütün maraqlı tərəflərlə məsləhətləşmələr aparıldıqdan sonra
mütəmadi olaraq yenilənir.
C) Həyəcan siqnalları
•
Qiymətləndirmə prosesi kifayət qədər sənədləşdirilməmişdir, fərdi plan hazırlanmamışdır
•
Fərdi plan uşağın fərdi ehtiyaclarını nəzərə almır
•
Fərdi Qayğı Planının hazırlanmasına bütün maraqlı tərəflər cəlb olunmamışdır
•
Cəlb olunmuş tərəflər fərdi plan üzrə ümumi razılığa gəlməmişlər
•
Plan mütəmadi olaraq yenilənmir
28
Uşaqlar üçün Keyfiyyət
29
Standart Paketi 2
Qayğı göstərmə prosesi
Bu proses qəbul və qayğıdan ayrılma prosesləri arasında olan mərhələni əhatə edir.
Evdənkənar qayğıya cəlb olunmuş uşaq/gənclər öz gələcəklərini formalaşdırmaq və özünə
arxayın, inamlı və cəmiyyətin fəal iştirakçısına çevrilmək üçün dəstəklənirlər. Bütün
qoruyucu və qayğıkeş bir mühitdə yaşamaqla nail olunur.
Bu standart paketi aşağıdakı standartlardan ibarətdir:
Standart 7:
Uşaq ehtiyaclarına, həyat şəraitinə və mənsub olduğu sosial mühitə uyğun
olaraq yerləşdirilir
Standart 8:
Uşaq öz bioloji ailəsi ilə əlaqələri saxlayır
Standart 9:
Tərbiyəçilər ixtisaslıdırlar və adekvat iş şəraitinə malikdirlər
Standart 10:
Uşaqla tərbiyəçinin münasibətləri qarşılıqlı anlaşma və hörmətə əsaslanır
Standart 11:
Uşaq onun həyatına birbaşa təsir göstərən qərarların qəbul edilməsində fəal
iştirak etmək hüququna malikdir
Standart 12:
Uşağa uyğun bir həyat şəraitində qayğı göstərilir
Standart 13:
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar münasib qayğı ilə təmin olunurlar
Standart 14:
Uşaq/gənc davamlı olaraq müstəqil həyata hazırlanır
Uşaqlar üçün Keyfiyyət
Standart 7 Uşaq ehtiyaclarına, həyat şəraitinə və mənsub
olduğu sosial mühitə uyğun olaraq yerləşdirilir
Uşaq inkiluziv, dəstəkverici, qoruyucu və qayğıkeş mühitdə böyüyür. Bunun üçün uşaq
qayğıkeş ailə mühiti ilə təmin olunmalıdır.
Yeni mühitdə uşağın sabit münasibətlər qurmaq və mənsub olduğu sosial mühitlə əlaqə
saxlamaq imkanı olmalıdır
“Mənim patronaj valideynlərim hər addımlarını mənim üçün nəyin faydalı olması fikrini rəhbər
tutaraq atırdılar. Mənim üçün çox vacibdir ki, onlar məni olduğum kimi qəbul etdilər, onlar
mənim fikrimə və dinimə, məxfilik hüququma və ana dilimə hörmət bəsləyirlər.”
(Sloveniyalı qız, kod 27.02.01)
A) Öhdəliklər
Uşaq Müdafiə Xidməti
•
uşağın ehtiyaclarını, həyat şəraitini və sosial mühitini nəzərə
alaraq onun üçün ən uyğun yeri müəyyən edir və uşağın
oradayerləşdirilməsini təşkil edir.
Qayğı təşkilatı
•
Uşağın ehtiyaclarına və Uşaq Müdafiə Xidmətinin
tələblərinə
cavab verən qayğı modelləri təmin edir.
•
Uşaq Müdafiə Xidməti ilə birlikdə təklif olunan yerin uşağın
ehtiyaclarına, həyat şəraitinə və sosial mühitinə uyğun olub
olmamasını qiymətləndirir.
Tərbiyəçi
•
Yeni evin uşağın ehtiyaclarına, həyat şəraitinə və sosial
mühitinə uyğun olmasını təmin edir.
•
Proses zamanı uşaq və onun bioloji ailəsi ilə əməkdaşlıq edir.
B) Qaydalar
1. Uşaq və onun bioloji ailəsi mümkün qayğı modelləri haqda məlumatlandırılırlar.
Əgər uyğun ailə əsaslı qayğı imkanları mövcuddursa, uşaq və onun bioloji ailəsi bu haqda
məlumatlandırılır.
Uşaq Müdafiə Xidməti qayğı təşkilatlarını ailə əsaslı qayğı modellərinin təmin olunmasında
dəstəkləyir. Əgər uşaq müalicə üçün müəssisəyə daxil olmuşdursa, müəssisə bu müalicənin ailə
əsaslı qayğı ilə kombinə olunmasına çalışmalıdır.
30