Horadiz s
əni unutmadım...
21
bançılıq, sülhsevərlik, həmrəylik idealogiyası siyasətini yeridirdilər
v
ə biz məktəblilərə təkrar-təkrar oxutdurardılar. Ancaq erməni
nankorları, “daşnakçılar”-ı bizim torpaqların hesabına, öz torpaq-
larını genişləndirib “Böyük Ermənistan” yaratmaq xülyasında idilər.
Qeyd: - “M
ən 1960-63-cü illər əsgəri borcumu vermək üçün
h
ərbi xidmətimin bir hissəsini Yerəvanda xidmət etmişəm. Orda biz
dükana girib lazımi ərzaq almaq istədikdə, erməni qızları ermənicə
danışmasaq heç bir əşya verməzdilər. Halbuki, o dövrlərdə Bakı
şəhərində rusca danışmayana savadsız və ya təhqiramiz söz deyərək
bizi
alçaldırdılar. 1961-ci ildə Yerevanda hərbi əsgəri sürücüləri
avtomobill
ə məhsul yığımına kəndlərə köməyə göndərirdilər. Mən
is
ə Oktamberyan rayonu Verin-Talin kəndinə təhkim olunmuşdum.
Kolxoz sah
ələrindən günəbaxan, kələm, kartof, və ərik daşımaqda
onlara köm
ək edirdim. Bir axşam kolxoz sədri məni də kənd klubuna
d
əvət etdi. O vaxt həmkəndliləri Moskvanin Lomonosov adına
Universitetin professoru Q. Dallakyan qonaq g
əlib ki, öz kəndliləri
il
ə görüş keçirsin. O görüşdə Dallakyan deyirdi: “Ey mənim
mill
ətim, xalqım, biz ulularımızın tutduğu yolla getməliyik ki,
torpaqlarımızı genişləndirməkdə davam edək. Mən doğma kəndimə
g
əlmişəm ki, xalqımın qarşısında öz borcumu verim. Belə ki, mən bu
il onillik m
əktəbi qurtaranlardan 5 oğlan və 5 qızları seçib
aparacağam. Moskvada onları öz hesabıma oxutduracağam. Ali
t
əhsili başa vurandan sonra işlə təmin etdirəcəyəm. Qoy onlar böyük
v
əzifə sahiblərinin qeyri millətdən olan oğlanları və qızları ilə
evl
ənsinlər, çoxalsınlar, artsınlar, vəzifə sahibi olsunlar, özlərinə
dost-
tanış, tərəfdar yığsınlar ki, hər yerdə sözümüz keçsin. Əzizlərim
onu da siz
ə xatırladıram ki, biz türk düşmənlərimizə qarşı çox
amansız və barışmaz olmalıyıq. Bizlər həmişə öz uşaqlarımıza dönə-
dön
ə türklərin bizə qatı düşmən olduqlarını xatırlatmalıyıq”.
Doğrusu, mən çox məyus oldum və iclası tərk etdim. Hamı mənə
baxırdı, demə onlar mənim türk olduğumu bilirmiş və qapı ağzında
bir qoca erm
əni qadını məni saxlayaraq soruşdu: – turkes?” Mən
cavab verm
ədikdə, o iki barmağını gözümə soxmaq istədi, mən geri
ç
əkildim. Qadın isə dedi: “Sənin qanını içsəm, gözüm doymaz və
Ərşad Namazalı
22
ür
əyim soyumaz”. Kənara çəkilib ordan birbaş hərbi hissəyə gəlib öz
etirazımı bildirdim və bir daha belə millətpərəst kəndə
getm
əyəcəyimi qəti bildirdim”.
Əziz oxucu! Siz indi deyin bizim kəndimizdən olan hansı
professorlar v
ə ya hansı imkanlı şəxslər nə vaxt bizim doğma
k
əndimizə gəlib kənd camaatı ilə belə görüş keçirib? Yaxud da hansı
imkansıza kömək edib, onu aparıb oxutdurub və himayədarlıq edib?
M
ən Horadizliyəm deməklə hər kəs bu adı qazana bilməz.
Horadizli adını o adam qazana bilər ki, kəndi üçün, kənd sakinləri
üçün m
əscid, məktəb, yol, körpü tikdirsin, birinə yardım edib
oxutdursun, birinin
əlini çörəyə çatdırsın, birinin həyat tərzini
yaxşılaşdırsın, bax onda savab qazanmış olar və Horadizliyəm adını
daşımağa əsl layiqli bir insan olar.
Horadiz k
əndinaə
neç
ə-neçə əsrlər bundan qabaq insanlar buranı
özl
ərinə yurd yeri seçərək yaşamış və çoxalmışlar. Bu yerlərdə
münbit torpaq v
ə bol sular olduğuna görə ulu babalarımız burada
m
əskən salaraq əkib becərib təsərrüfatla və heyvandarlıqla məşğul
olmuşlar. İşğala qədər kəndimizdə 10 bulaq, 9 kəhriz və 4 su artezian
quyuları kənd camaatını su ilə təmin edirdi.
Ağsaqqallarımızın dediklərinə görə İmam Pirindəki təbii fəlakət-
d
ən sonra, ordakı tayfaların bəziləri başqa yerə köç etsə də, ancaq
Horadiz k
əndinin indiki ərazisində ilk məskən salanlar Yadigarlılar,
Namazalılar, Toppuzlular və Təhmirazlılar tayfaları olmuşlar.
Araz çayının sol sahilində, Qozlu çayı boyunca düzənlikdə əkin
torpaqlarımız olsada, Horadiz kəndinin nisbətən ondan hündürlükdə
t
əpəliklər arasında yerləşir. Ərgünəş dağından mənbəyini götürən
Qozlu çay k
əndimizi iki hissəyə bölərək axıb Araz çayına tökülür.
H
ər dəfə yaz və payız aylarında leysan yağışlar yağanda sel
g
ələrək, çay qırağı evlərə və həyətyanı bağlara ziyanlıqlar vururdu.
Qozlu çay ona gör
ə deyirlər ki, çayın ətrafında çoxlu qoz ağacları var
idi. Ona gör
ə sel gələndə özü ilə qoz da gətirərdi.
İkinci çay kəndimizdə nisbətən kiçik olan Dəli çaydır. Bu çay
adından da bəllidir və çox şıltaqlıqlar edərək oktyabrın 27-i 1957-ci
ild
ə 11 sakinin faciəli ölümünə səbəb olub və kənd camaatına böyük
Horadiz s
əni unutmadım...
23
ziyanlıqlar vurub. (Bu haqda geniş məlumat “Dəli çay” toponimində
veril
əcək).
H
ər kəs üçün doğulub boya-başa çatdığı doğma kəndinin
göz
əllikləri əvəzolunmaz bir məkandır ki, heç vaxt yaddan çıxmır və
unudulmur.
Ələlxüsus indiki dövrdə, məcburi köçkünlük həyatı
sürdüyümüz bir zamanda, onun göz
əlliyi və onda keçirdiyimiz əziz,
xoş, ən şirin xatirəli günlərimiz bizlər üçün nə qədər xoşdursa da,
indi ondan uzaqlarda olduğumuza görə, qəribçilik çəkə-çəkə nə qədər
acı, çətin, ağır və dözülməzdir.
.
Horadiz k
əndi şimaldan Füzuli şəhərindən 18 km, şimali-
q
ərbdən Musabəyli kəndindən 3 km, qərbdən Cəbrayıl rayonun
Nüzgar k
əndindən 3 km, cənub qərbdən həmin rayonun Cocuq
M
ərcanlı kəndindən 10 km, cənub-şərqdən Horadiz şəhərindən 12
km v
ə şimalı-şərqdən Əbdürrəhmanlı kəndindən 5 km məsafədə
yerl
əşir.
K
əndimiz Qozlu çay ətrafında Kiçik Qafqaz dağlarının
ətəklərindəki sıra təpələrin arasında yerləşir. Dəniz səviyyəsindən
250-300 metr yüks
əklikdədir. Horadiz qəsəbəsindən – Füzuli
şəhərinə gedən şosse yol kəndimizi tən ikiyə bölür.
Horadiz k
əndi əhalisinə və torpaq sahəsinə görə Füzuli
rayonunda
ən iri kəndlərdən biridir. Horadiz kəndində 1000-ə qədər
evl
əri və 4000 - dən çox əhalisi var. Kəndin ümumi sahəsi 5641
hektardır, O cümlədən: 1000 hektarı suvarılan, 300 hektarı şərti
suvarılan, 1500 hektarı dəmyə taxıl və qlanları otlaq sahələridir.
Horadiz k
əndimizdə 1000-dən çox şagirdi və 82-ə qədər müəllim
kollektivi olan 1 orta v
ə 1 natamam məktəb binası, 2 kitabxana, 25
çarpayılıq xəstəxanası və ambulatoriya binaları, doğum evi, 100
n
əfərə xidmət edən uşaq bağçası, 2 apteki, 400 nəfərlik mədəniyyət
sarayı, 200 nəfərlik yeri olan klubu, kino qurğusu olan binaları, XIX
əsrdə şərq memarlıq üslubunda tikilmiş 2 məscid, 2 məişət evi, 2
d
əyirmanı, hamamı, 1000 baş qaramal saxlamaq üçün mədəni tövlə,
avtomaşınlar və traktorlar üçün qaraj, qoyunları saxlamaq üçün 2-
ədəd güney və quzey yataqları, 2-ədəd toyuq ferması – Gölbağda və
Burğada, 10-dan çox taxıl və qeyri ərzaqlar üçün, həm də maşın-
traktor ehtiyyat hiss
ələri üçün anbarları vardı.
Dostları ilə paylaş: |