Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

65 
 
Elə  həmin  gün  erməni  yepiskopunun  təĢəbbüsü  ilə  ġamaxının  bütün 
xalqlarının və ruhanilərinin nümayəndələri yığıĢaraq and içirlər ki, sülh Ģəraitində 
yaĢayıb qayda-qanunu pozmayacaqlar. ġamaxıda olan kəndli müsəlman könüllülər 
evlərinə  dağılıĢmıĢlar.  Martın  18-də  sübh  çağı  ġamaxı  ətrafından  top  atəĢləri 
eĢidilməyə  baĢlayır.  Aydın  olur  ki,  gecə  ikən  Ģəhər  cənubdan  ermənilər,  Ģimal-
Ģərqdən isə molokanlar tərəfindən mühasirəyə alınmıĢdır və indi Ģəhərin müsəlman 
hissəsini  bombalayırlar.  Müsəlmanlar  əvvəlcə  müdafiə  olunmaq  istəyirlər,  lakin 
topların  qarĢısında  dayana  biləcək  vəziyyətdə  olmadıqlarından  geri  çəkilirlər. 
Ermənilər Ģəhərə atəĢi davam etdirir və hücum edirlər. AxĢama yaxın onlar Ģəhərin 
ən varlı hissəsi olan “Piran-ġirvan”a daxil olurlar. Evlər yandırılır, yanan evlərdən 
qaçan  kiĢilər,  qadınlar,  uĢaqlar  və  ümumiyyətlə,  küçələrdə  görünənlərin  hamısı 
güllələnir. 
ġəhərdə  qırğın  və  talanlar  Gəncədən  müsəlman  dəstəsi  köməyə  gələnə 
qədər  davam  etdi.  Martın  28  -  də  “Xan  dəstəsi”  ġamaxıya  daxil  oldu.  Ermənilər 
Qozlu  çaya  çəkildilər.  Gəncədən  köməyə  gələn  dəstənin  baĢçısı  Ġsmayıl  xan 
Ziyadxanov Qozlu çaydan molokanları dəvət edərək erməniləri təhvil vermələrini, 
ya da onları kənddən çıxarmalarını tələb etdi. Molokanlar iki gün vaxt istədilər. Ġki 
gün  ərzində  Bakıdan  əlavə  kömək  gələndən  sonra  molokanlar  verdikləri  sözdən 
imtina  etdilər.  Ġsmayıl  xan  geri  çəkilməli  oldu.  Geri  çəkilərkən  əhalini  xəbərdar 
etdi ki, ermənilər yenidən qayıdacaqlar, Ģəhərdən çıxsınlar. Camaatın xeyli hissəsi 
onunla  birlikdə  ġamaxını  tərk  etdi.  Ancaq  Göyçaydan  gələn  axund  yerdə  qalan 
camaatı  sakitləĢdirdi  ki,  ermənilərlə  münasibət  yaradacaq. ġəhəri tərk etməyənlər 
əsasən  imkansız,  kasıb  təbəqə  və  bir  də  qocalar  idi.  6  gündən  sonra  ġamaxı 
tamamilə erməni vəhĢiliyinin və qəddarlığının qurbanı oldu. 
Ġsmayıl xan Ziyadxanov kim idi? Tarix kitablarında ġirvan mülkədarı, əks-
inqilabçı  kimi  təqdim  olunan  bu  adamın  adı  Fövqəladə  Ġstintaq  Komissiyasının 
sənədlərində bir  neçə dəfə  xatırlanır.  Ancaq həmin  xatırlamalarda bu adama qarĢı 
qəribə bir məhəbbət hakimdir. Dar gündə kiçik bir dəstə ilə Ģamaxılı qardaĢlarının 
harayına yetiĢən bu igid azərbaycanlı haqqında daha nə bilirik? Əfsuslar ki, heç nə. 
Arxiv  sənədlərində  göstərilir  ki,  “Xan  dəstəsi”  gedəndən  sonra  ġamaxının 
əsl müsibəti baĢlandı. 
ġamaxı  ermənilər  tərəfindən  ikinci  dəfə  zəbt  olundu.  Müəyyən  edilmiĢdir 
ki, müsəlman dəstəsi ilə getməyib Ģəhərdə qalan bütün kiĢilər, qadınlar və uĢaqlar 
məhv  edilib.  Hamı  tərəfindən  hörmət  edilən  məĢhur  axund      Cəfərqulu  da 
vəhĢicəsinə  öldürülmüĢdür.  Onlar  onun    saqqalını  yolmuĢ,  diĢlərini  sındırmıĢ, 
gözlərini  çıxarmıĢ,  qulaqlarını  və  burnunu  kəsmiĢdilər.  Ermənilər  onun  evində  və 
həyətində  xilas  olmaq  istəyən  çoxlu  qadın  və  uĢaqları  da  öldürmüĢlər.  Onun 
tamamilə  yandırılmıĢ  evinin  həyətində  çoxlu  xırda  insan  sümükləri  də  aĢkar 
edilmiĢdir.  Meyitlərin  qalmıĢ  iri  sümükləri  isə  türklər  erməniləri  ġamaxıdan 
qovandan  sonra  toplayıb  basdırmıĢlar.  Bundan  baĢqa,  yandırılmıĢ  evlərin  və 
moscidlərin  həyətlərində  meyitlərin  yanmıĢ  sümükləri  toplanıb.  Məscidlərin 


66 
 
həyətlərində  Ģəhərin  hər  yerindən  yığılmıĢ  sümüklərin  torpağa  basdırıldığı  böyük 
miqdarda  təzə  qəbirlər  vardır.  ġəhərin  bütün  müsəlman  hissəsi  yandırılmıĢdır: 
yanğın  hər  Ģeyi  məhv  etmiĢdir.  Müsəlman  hissəsində  bir  dənə  də  olsun  ev 
qalmamıĢdır. ġəhərin bütün müsəlman hissəsi xarabalığı, böyük küllüyü xatırladır. 
Məscidlər və müqəddəs yerlərə də aman verilməmiĢdir: on üç məhəllə məscidi və 
böyük  “Cümə  məscidi”  yandırılmıĢdır.  Bu,  müsəlmanlar  üçün  təkcə  ibadət  yeri 
kimi  deyil,  həm  də  səkkiz  yüz  il  bundan  əvvəl  tikilmiĢ  qədim  arxitektura  abidəsi 
kimi  qiymətli  idi.  ġamaxı  qəzasının  yetmiĢ  iki  müsəlman  kəndinin  də  taleyi  belə 
olmuĢdur. 
Həmin dəhĢətli  günlər onilliklərin arxasında qalıb. Onilliklər bu gün-sabah 
bir  əsr  olacaq.  Ancaq  indinin  özündə  Fövqəladə  Ġstintaq  Komissiyasının 
məlumatlarını, Ģahid dindirmələrini oxuyanda damarda qan donur. 
Azərbaycan  hökuməti  yanında  Fövqəladə  İstintaq  Komissiyasının 
dindirilmə protokollarından: 
-  Adım  Sıracəddin,  familiyam  Əfəndiyevdir.  ġamaxı  Ģəhərinin  sakiniyəm. 
48  yaĢım  var.  20  ildir  ki,  Bakı  Ģəhərində  ticarətlə  məĢğulam.    Məlumdur  ki,  
ermənilərlə    müsəlmanlar  arasında  ziddiyyət    çoxdan    mövcuddur.    Xüsusilə  
ermənilərin  məkrli  niyyəti  1905-1906-cı  illərdə  bütün  kəskinliyi  ilə  aĢkar  olundu 
və  o    vaxtdan    onlar  yeni  həmlələr  üçün  məqam  gözləyirdilər.  Rusiyadakı  dövlət 
çevriliĢi,  bolĢevik  hərəkatı,  yaranmıĢ  anarxiya  Ģəraiti  onlara  bu  imkanı  verdi. 
DaĢnaklar  Bakı  bolĢeviklərini  inandırdılar  ki,  müsəlmanlar  köhnə  rejimin 
tərəfdarıdırlar.  Onlar  nəinki  Zaqafqaziyada  bolĢevik  ideyalarının,    ümumiyyətlə, 
inqilabın düĢmənləridirlər. Onlar  istədiklərinə  nail  oldular. Ermənilərin, eləcə də 
onların  əsas  nümayəndəsi  olan  ġaumyanın  məqsədi,    ümumiyyətlə,  
Zaqafqaziyanın    müsəlman    əhalisini  soyqırıma  məruz  qoymaq  idi.    Onlar  bu  
arzularına  nail    ola  bilmədilər.  Bu  məkrli  niyyətlərini  türklər  gələnə  qədər  ancaq 
Bakı quberniyasında həyata keçirə bildilər. 
ġaumyanın  cinayətkar  fəaliyyətində  köməkçiləri,  tərəfdarları  çox  idi. 
Onların  ən  fəalları  Atabəyov,  Lalayev,  ġamaxı  poçt-teleqraf  kontorunun  rəisi 
Gülbəndov və bərbər Ovanes idi. Hansı vasitələrləsə Bakı Ģəhərində icrakom sədri 
olmuĢ  Atabəyov  ġaumyanın  əsas  köməkçisi  idi.  Atabəyovun  da  öz  növbəsində 
ġamaxıda  köməkçiləri  çox  idi.  Onlar  qısa  müddətdə  ġamaxının  bütün  erməni 
kəndlərini  silahlandırmıĢdılar.  Gün  olmurdu  ki,  erməni  kəndləri  Bakıdan  bir  neçə 
furqon  silah  almasınlar.  Təxminən  fevralın  əvvəllərində  Mədrəsə  kəndində 
çoxsaylı erməni hərbi hissələrinin yerləĢdiyi xəbərini eĢidib bir neçə həmyerlimlə 
ġamaxıya  gəldik.  ġəhər  sübhdən  top  atəĢinə  tutuldu.  AxĢamüstü  artıq  ermənilər 
Ģəhərdə  idilər.  Qırğın,  talan  Ġsmayıl  xan  Ziyadxanovun  dəstəsi  ġamaxını  azad 
edənədək  davam  etdi.  Ġsmayıl  xan  geri  çəkilərkən  əhalini  xəbərdar  etdi  ki, 
ermənilər  yenidən  qayıdacaqlar,  Ģəhəri  tərk  etsinlər.  6  gün  sonra  isə  ġamaxı 
həqiqətən  erməni  vəhĢiliyinin  və  qəddarlığının  qurbanı  oldu.  Həmin  vəhĢiliklərin 
təsviri  çətindir.  Ermənilər  sanki  insanı  vəhĢi  heyvandan  fərqləndirən  bütün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə