ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə26/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

Əşir Bəşiroğlu 
78 
 
 
H.Z.TAĞIYEVĠN  SAHĠBKARLIQ FƏALIYYƏTĠ 
Bildiyimiz  kimi  H.Z.Tağıyev  o  dövrün  iri  kapitalistlərindən  biri  idi.  İndi  biz 
onun  bir  kapitalist  kimi  kənd  təsərrüfatı,  ticarət,  sənaye  və  balıqçılıq  üzrə 
fəaliyyətindən  danışacığıq.  O,  savadsız  olmağına  baxmayaraq  iqtisadiyyatı  dərindən 
bilirdi. Hər hansı mütəxəssis-iqtisadçı ilə mübahisəyə girməyə hazırdı. O, heç bir işə 
əvvəlcədən hər şeyi ölçüb-biçmədən başlamazdı. O, öz fəaliyyətində şəxsi mənafeyi 
ilə xalq mənafeyini qoşa yaşadırdı. 
H.Z.Tağıyevin varlanmasını bəxtlə, təsadüf və əfsanəvi hadisələrlə izah edənlər 
də  olmuşdur.  Məsələn,  Manaf  Süleymanovun  “Eşitdiklərim,  oxuduqlarım, 
gördüklərim”  kitabında  bu  əfsanələrdən  biri  təsvir  olunmuşdur.  Guya  çoxlu  balıq 
tutmaq  üçün  Hacının  öz  üzüyünü  balığın  quyruğuna  bağlayaraq  dənizə  atması  ilə 
balıqçıları  şirnikləndirmək  istəməsi  kimi  əhvalatlar  başdan  ayağa  uydurmadır.  Belə 
şeylər Tağıyevin təbiətinə yad idi. O, ağıllı kapitalist idi, hər şeyə açıq gözlə baxırdı. 
Əgər qoyduğu hər qəpik ona 3 qəpik mənfəət gətirməyəcəkdisə o, bu işə qoşulmazdı. 
1912-ci il sentyabr ayında “Qolos Moskva” və “Utro Rosii” qəzetlərində çap etdirdiyi 
açıq məktubunda o, öz-özünü çox gözəl xarakterizə etmişdir: “Hərgah mən ticarətgah 
satıb,  yainki  alıramsa,  bunu  mən  ancaq  ticarət    məqsədilə  edirəm.  Mən  alqı-satqını 
sərt-nəzər edərək iş görürəm.” 
H.Z.Tağıyev bir kapitalist kimi fəaliyyətinə neft sənayesində başlamışdır. XIX 
yüzilliyin  70-90-cı  illərində  ölkədə  baş  vermiş  burjua  dəyişiklikləri  məhsuldar 
qüvvələri  feodal  asılılıq  zənciri  buxovlarından  xeyli  dərəcədə  azad  etdi,  kapitalist 
istehsal  münasibətlərinin  inkişafına  şərait  yaratdı.  Feodal  qalılqarının  mövcudluğu 
ölkənin intensiv surətdə “burjualaşması” prosesinə müəyyən dərəcədə mane olsa da, 
ticarətin inkişafı müxtəlif təbəqələrin sahibkarlıq fəaliyyəti sahəsinə cəlb edilməsi ilə 
müşahidə olunurdu. Kəmiyyətcə xırda burjuaziya ən çoxsaylı idi. O hələ kapitalizmin 
təşəkkülündən  əvvəlki  mərhələdə  formalaşmağa  başlamışdı.  Mahiyyətcə  əmtəə 
təsərrüfatı şəraitindəki azad xırda istehsalçı əslində elə xırda burjuaziya nümayəndəsi 
idi.  O  nəinki  mülkiyyətə,  o  cümlədən  istehsal  vasitələri  üzərində  mülkiyyətə  malik 
idi, həm də əmək prosesində özü ondan istifadə edirdi. 


Hamının Sevimlisi 
 
79 
 
Qeyd  etdiyimiz  təkamülə  ən  səciyyəvi  məsələlərdən  biri  doğulmaqda  olan 
Azərbaycan  milli  burjuaziyasının  ən  görkəmli  nümayəndəsi  H.Z.Tağıyevdir.  Öz 
sahibkarlıq fəaliyyətinə xırda manufakturadan başlayan Tağıyev 60-cı illərin sonuna 
neft  məhsulları  tacirləri  içərisində  mühüm  simalardan  birinə  çevrilmişdir. 
V.A.Koxorevin  dəvəti  ilə  Bakıya  gəlmiş  böyük  rus  alimi  D.İ.Mendeleyev  yerli 
ticarət-sənaye  həyatının  ən  iri  sahibkarları  barədə  aşağıdakıları  yazmışdı: 
“Kokorevdən  sonra  burada  birinci  yeri  hökumət  tədbirləri  və  Bakıda  Burmeyster, 
Hacı  Tağıyev,  Lens  və  L.E.Nobel  kimi  xadimlərin  səyləri  tutur.”  XIX  əsrin  70-ci 
illərində  Azərbaycan  neft  sənayesində  baş  verən  köklü  dəyişikliklər  də  buna  şərait 
yaradırdı. 
1872-ci il 1 fevral qanununa müvafiq olaraq Abşeronun hər birində 10 desyatin 
olmaqla  48  sahəyə  bölünmüş  neftli  sahələrin  açıq  hərrac  vasitəsi  ilə  xüsusi  şəxslərə 
icarəyə  verilməsi  barədə  fərman  imzalandı.  Tağıyev  də  bu  sahədə  bəxtini  sınamaq 
istədi.  1873-cü  ildə  öz  şəriki  ilə  birlikdə  Bibiheybətdə  9  min  manata  torpaq  sahəsi 
aldı. Avadanlıq əlavə etdi, fəhlə və ustalar tutub quyu qazdırmağa başladı. Həmin ildə 
ilk  12  neft  hasilatı  müəssisəsi  yaradılmışdı,  bunlardan  biri  də  “H.Z.Tağıyevin  neft 
sənayesi  firması”  idi.  Özünün  25  illik  fəaliyyəti  dövründə  xırda  neft  hasilatı 
müəssisəsindən quyu qazmaq, neftin hasilatı, emalı və daşınmasını, başqa sözlə, neft 
işinin  bütün  sahələrini  birləşdirən  iri  istehsal  kombinatınadək  böyük  bir  yol  keçən 
kompaniya belə yarandı.  
Uzun  müddət  qazma  işləri  görülməsinə  baxmayaraq  neftdən  əsər-əlamət  yox 
idi, lakin Tağıyev ruhdan düşmür və əhatəsindəkilərə qəribə gələn bir inadla axtarışı 
davam  etdirirdi.  O,  həsəd  aparılacaq  dərəcədə  qətiyyət  və  əməksevərlik  göstərərək  
səhərdən  axşamadək qazma  işlərində  şəxsən  iştirak  edirdi. Eyni  zamanda  o, özünün 
ticarəd fəaliyyətini davam etdirirdi. 
Hələ  70-ci  illərin  əvvəllərində  Bakıda  ilk  ticarəd  evləri  meydana  çıxdı. 
Bunların  ən  məşhurlarından  biri  manufaktura  satışı  ilə  məşğul  olan  “Sarkısov 
qardaşları”  ticarət  evi  idi.  Sonralar  H.Z.Tağıyev  də  bu  ticarət  evinin  fəaliyyətinə 
qoşuldu.  Bu  zaman  o,  artıq  özünün  ticarət  əməliyyatlarını  genişləndirməyə  imkan 


Əşir Bəşiroğlu 
80 
 
verən müəyyən kapitala malik idi. Onun bir neçə ticarət dükanı var idi. 1877-ci ildə 
isə Hacı Axundovdan “ağ neft zavodları və digər sənaye məhsullarının tikintisi üçün” 
nəzərdə tutulmuş torpaq sahəsini icarəyə götürdü. 
1878-ci  ilin  əvvəlində  Tağıyevin  mədənində  çoxdan  gözlənilən,  neft  fəvvarə 
vurdu və onun bütün  səyləri axır ki, hədər  getmədi. Tağıyev  birdən-birə  Bakının ən 
varlı  adamlarından  birinə,  onun  az  tanınan  mədəni  isə  böyük  müəssisəyə  çevrildi. 
Güman  etmək  olar  ki,  əldə  olunmuş  kapital  ona  “Sarkısov  qardaşları”  ticarət  evinə 
müvafiq pay qoymağa imkan verdi. Artıq 1878-ci ildə bu ticarət evi “H.Z.Tağıyev və 
Sarkısov qardaşları” ticarət evinə çevrildi. Bu vaxtdan etibarən həmin evin fəaliyyəti 
daha böyük vüsət aldı. Başqa işlərlə yanaşı, bu ev neft və neft məhsulları ticarəti ilə 
məşğul  olmağa  başladı.  Ticarət  evi  ağ  neft  emalı  zavoduna,  iki  yelkənli  gəmiyə,  üç 
neftli  sahəyə,  Saritsın  və  Nijnı  Novqoroddakı  anbarlara,  manufaktura  mağazasına 
malik  idi.  Həm  də  əgər  70-ci  illərin  əvvəllərində  Azərbaycanın  neft  hasilatı 
sənayesində qarışıq Azərbaycan – erməni kapitalını təmsil edən cəmi bir kompaniya 
vardısa  və  ümumi  heft  hasilatında  onun  payı  çox  cüzi  idisə,  artıq  1878-ci  ildə 
gündəlik  neft  hasilatının  4,2  faizi  Azərbaycan,  1,6  faizi  Azərbaycan-rus,  8  faizi  izə 
Azərbayca-erməni kapitalını təmsil edən firmaların quyularının payına düşürdü. 
Azərbaycan kapitalı neftayırma sənayesində daha geniş təmsil olunmuşdur. 70-
ci  illərin  əvvəllərində  Bakıda  46  ağ  neft  zavodu  sahibindən  25-i  və  yaxud  54  faizi 
azərbaycanlılar  idi.  H.Z.Tağıyev  bunların  ən  irilərinin  sırasında  idi.  70-ci  illərin 
sonuna yaxın Tağıyevin artıq 3 ağ neft zavodu vardı. Bunlardan kifayət qədər “geniş” 
olan  biri  Bibiheybətdə  onun  mədənlərinin  yanında  tikilmişdi. 1878-ci  ildə  ticarət və 
sənaye  müəssisələrinin  baş  yoxlama  jurnalında  9-cu  nömrə  altında  H.Z.Tağıyevə 
mənsub  olan  “iki  qazanı  və  altı  fəhləsi  olan  ağ  neft  zavodu”  və  texniki 
xarakteristikası  verilməmiş  başqa  bir  zavod  qeydə  alınmışdı.  72-ci    nömrə  altında 
verilmiş  anbarı,  çəllək  emalatxanası  və  7  fəhləsi  olan  3  qazanlı  daha  bir  ağ  neft 
zavodunun  Hacı  Hüseyn  Tağıyevə  mənsub  olduğu  göstərilmişdir.  Hacı  Hüseyn 
Tağıyevin  H.Z.Tağıyevin  müvəkkili  olduğunu  nəzərə  alsaq,  zavodun  kimə  mənsub 
olduğu aydınlaşır. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə