ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə33/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   26   27   28   29   30   31   32   33   34

Hamının Sevimlisi 
 
99 
 
Nəhayət, Tağıyev məqsədinə nail oldu. Bu nəhəng kompleks ona 3 milyon 310 min 
manata başa gəldi.  
1897-ci il oktyabrın 11-də “H.Z.Tağıyevin Bakıda liftli  məmulatları emalı üzrə 
Qafqaz  səhmdar  cəmiyyəti”nin  nizamnaməsi  təsdiq  olundu.  Sonra  isə  onun  təsisinə 
icazə  verildi.  Cəmiyyət  öz  fəaliyyətinə  1898-ci  ildə  başladı.  Onun  hər  biri  1000 
manatlıq 2000 adlı səhmə bölünmüş 2 milyon manatlıq ilkin əsas kapitalı həmin ilin 
yanvarında Dövlət Bankının Bakı şöbəsinin hesabına daxil oldu.  
Cəmiyyətin  ilk  təsis  yığıncağı  1898-ci  il  mayın  28-də  keçirildi.  Tağıyevin 
ailəsinin  üzvləri  onun  təsisçiləri,  H.Z.Tağıyev,  S.Z.Tağıyeva  və  fabrikin  tikintisinə 
nəzarəti həyata keçirən K.A.İretski sərəncamçı direktorlar idilər. Səhm nəzarət paketi 
(1935 səhm) Tağıyevin özünə məxsus idi.  
Fabrikin  ətrafında  enli  küçələri  və  bağı  olan  fabrik  qəsəbəsi  ucalmışdır. 
Tikililər fəhlə və qulluqçular üçün bir və iki mərtəbəli binalardan ibarət idi. Fabriklə 
qəsəbənin  sərhəddində  böyük  pəncərələr  və  işıqlı  sinif  otaqları  olan  geniş  məktəb 
binası  yerləşirdi.  Bu  Abşeronda  xüsusi  planlaşdırılmış  ilk  fəhlə  qəsəbəsi  idi. 
H.Z.Tağıyevin  sənaye  obyektləri  istedadlı  memarlar  tərəfindən  yeni  memarlıq 
üsulları əsasında ucaldılmışdır.  
Fabrik  hazır  olandan  sonra  Rusiyanın  bir  sıra  maqnatları  narahat  olmağa 
başladılar.  Marozov  və  başqa  fabrikatlar  qorxuya  düşdülər.  Rus  və  dünya 
bazarlarında təzə rəqib çıxacağı fikri onları məcbur etdi ki, bu işə Peterburqun yüksək 
inzibatı  başçılarını  cəlb  etsinlər  və  onların  vasitəsilə  Tağıyevin  qarşısına  sədd 
çəkilsin. Onlar öz istədiklərinə nail oldular. H.Z.Tağıyevə ancaq bez buraxmağa icazə 
verildi.  Ilk  illərdə  fabrikin  zərərlə  işləməsi  Tağıyevi  məyus  etmədi.  Bütün  şərq 
ölkələri öz ölülərini dəfn etmək üçün Tağıyevin bezini alırdılar. Fabrik işə düşəndən 
sonra  Zaqafqaziyada  bezin  qiyməti  ucuzlaşdı.  Fabrikdə  Kokand,  Xivə,  Yevlax, 
Mazandaran, Qəzvin, Buxara pambığından istifadə olunurdu.  
1903-cü ildə müəssisənin tərkibi əhəmiyyətli dərəcədə genişləndi. Bu isə əlavə 
kapital qoyuluşu tələb edirdi. 1902-ci ilin yazında hər biri 1000 manatlıq 2 min və hər 
biri 250 manatlıq 8 min  səhm buraxmaq yolu ilə cəmiyyətin əsas kapitalı 4 milyon 


Əşir Bəşiroğlu 
100 
 
manatadək  artırıldı.  H.Z.Tağıyev  yenə  də  səhmə  nəzarət  paketinin  sahibi  və 
cəmiyyətin sərəncamçı direktoru olaraq qalırdı. İdarə heyətinin direktorları isə 4 nəfər 
idi. Tağıyevin fabriki Qafqazda ən iri toxuculuq fabrikinə çevrilmişdi.  
Müharibə  illərində  ticarət  əməliyyatlarının  ümumən  pozulması  fabrikin 
məhsuldarlığının  azalmasına  səbəb  olmuşdur.  1917-ci  ilin  yanvarında  toxuculuq 
söbəsində cəmi 525 dəzgah işləyirdi, lakin bu illərdə də fabrikin istehsalı azalmamış, 
1915-ci ildə 1545 min manat olmuşdur. 
1914-cü  ilin  yayında  “H.Z.Tağıyevin  birləşmiş  fabriklərinin  kontoru”  təşkil 
olundu. Kontor “H.Z.Tağıyevin Bakıda lifli məmulatların emalı üzrə Qafqaz səhmdar 
cəmiyyəti”ni  və  “Kaspi  manufaktura  şirkəti”nin  istehsal  fəaliyyətini  birləşdirirdi. 
1914-cü  ilin  iyulun  5-də  xaricdən  39140  manatlıq  pambıq  alınmışdır.  Lakin  1-ci 
dünya  müharibəsi  illərində  texniki  bitkilərin  azalması,  nəqliyyat  işinin  pozulması 
nəticəsində  xammal  daşınması  işi  pisləşmişdi.  Ona  görə  də  fabrikin  istehsalı  azaldı. 
Pambıq  parça sənayesi böhran keçirirdi. Hətta belə  əlverişsiz şəraitdə də  Tağıyevin 
“Kontoru”  öz  məhsulunun  cəbhəyə  göndərilməsi  barədə  dövlət  müəssisələri  ilə  bir 
sıra müqavilələr bağlayaraq, hərbi idarələrin tələblərini yerinə yetirirdi. 1914-cü ildə 
ordunun  ehtiyaclarını  ödəmək  üçün  0,5  milyon  arşın  paltar  bezi,  195  milyon  arşın 
parusun  istehsal  olundu.  1915-ci  ildə  4  milyon  arşın  bez,  300  min  arşın  parusun 
göndərilmişdi.  1916-cı  illərdə  təxminən  bu  qədər  məhsul  yola  salınmışdır.  Bundan 
başqa, digər müəssisələrə də yüz minlərlə arşın parça satılmışdı. Pambıq əkmək üçün 
Tağıyev Yevlaxda 26 min desyatinlik torpaq sahəsini satın almışdı.  
H.Z.Tağıyev  1909-cu  ildə  Bakı  quberniya  Cavad  qəzasının  Tataroymaq 
kndində pambıqtəmizləmə zavodu tikdirmişdir. Sonradan zavod genişləndirilmiş yeni 
avadanlıq quraşdırılmışdır. 
H.Z.tağıyevin 2 elektrik stansiyası var idi. Onlardan biri toxuculuq üçün, digəri 
isə passayda (indiki köhnə univermaqda) tikilmişdi. İstehsal gücü az olduğu üçün bu 
stansiyalar  onun  müəssisələrinin  tələbatını  ödəyə  bilmirdi.  Tağıyev  başqa  elektrik 
stansiyalarından da istifadə etməli olurdu.  
1903-cu  ildə  H.Z.Tağıyev  un  dəyirmanı  satın  almışdı.  Lakin  dəyirman 
quraşdırılıb işə salınmamışdır. Tağıyevin dizel matorlu vallı dəyirmanı tikildi, 1910-


Hamının Sevimlisi 
 
101 
 
cu ildə istismara verildi. Bakıdakı digər müəssisələrdə dizel mühərriki olmadığı halda 
Tağıyevin  dəyirmanında  3  dizel  mühərriki  var  idi.  1911-ci  ildə  dəyirmanın  istehsal 
həcmi 3 milyon manatdan az olmamışdır. Burada 105 fəhlə və qulluqçu işləyirdi.  
Şərabçılığın  gəlirli  sahə  olduğunu  nəzərə  alan  bəzi  sahibkarlar  üzüm 
plantasiyaları  salırdılar.  Tağıyev  də  Bakı  quberniyasının  Quba  qəzasında  üzüm 
plantasiyaları yaratmışdır. Torpaq sahibkarı M.V.Kolyubyakinin “Atlıxan Şahverdi” 
mülkündə  (Quba  şəhəri  yaxınlığında)  təşkil  etdiyi  üzümçülük-şərabçılıq  təsərrüfatı 
(sahəsi 40 desyatin) XX yüzilliyin əvvələrində Bakı neft sənayeçiləri H.Z.Tağıyev və 
O.Qukosova satıldı.  
1881-ci  ildə  balıq  sənayesində  iltizam  sisteminin  ləğvindən  sonra  bu  sahəyə 
maraq artdı. 1909-cu ildə Tağıyev 655 301 manata balıq vətəgələri aldı. O, bu sahəyə 
1  milyon  manata  qədər  vəsait  qoydu.  Qeyd  etmək  lazımdır  ki,  Kürdə  ən  böyük 
vətəgələrdən sayılan və 1910-cu ildən ona məxsus olan “Bankə” vətəgəsinə 120 min 
manat  qiymət  qoyulurdu.  Tağıyevə  məxsus  olub,  müxtəlif  yeni  avadanlıqla  təhciz 
olunmuş  30  balıq  vətəgəsinin,  çəllək  zavodunun,  vətəgələrə  xidmət  edən 
donanmasının ümumi qiyməti  6,5 milyon manat idi.  
Balıq məhsullarını saxlamaq üçün H.Z.Tağıyev Dağıstan vilayətinin Petrovsk 
şəhərində  soyuducu  zavod  tikdirdi.  Soyuducu  kameralar  və  buz  istehsalı  üçün 
maşınlar, hər biri 300 at qüvvəsində 2 dizel matoru 2 ammiak komprüssoru, 2 dinamo 
maşın, 2 elektrik matoru, buz generatoru və soyuducu qurğulara aid digər aparatların 
olması, bu müəssisənin texniki səviyyəsi barədə təsəvvür yaradır. Zavodda 12 fəhlə 
çalışırdı,  xəstə  qəbulu  otağı  var  idi,  xəstələr  firmanın  xəstəxanasına  göndərilirdi. 
Tutulmuş  balığın  daşınması  üçün  Tağıyev  elə  buradaca,  özünə  məxsus  olan 
vətəgələrin  ehtiyacını  ödəmək  üçün  taxta  çəllək  zavodu  tikdirmişdi.  Zavodda  12 
qulluqçu və 230 günəmuzd fəhlə, ümumiyyətlə 251 nəfər çalışırdı.  
Azərbaycan  iqtisadiyyatının  inkişafı  ilə  əlaqədar  rabitənin  teleqraf  və  telefon 
kimi müasir formaları meydana çıxdı. H.Z.Tağıyev telefon xətlərinin çəkilişinə də ilk 
qoşulanlardan biri oldu.  


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə