Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq dövlət bu Qanunun 6-
cı maddəsində göstərilən hər hansı fiziki və hüquqi şəxslərin müstəsna hüquqlarına xələl
gətirmədən bütün ilkin enerji materiallarının yataqları üzrə müstəsna mülkiyyət hüququna
malik olmaqla:
kəşfiyyat;
yataqların işlənməsi və energetika materiallarının və məhsullarının hasilatı;
yeraltı anbarların tikintisi və istismarı;
baş enerji nəqletmə sistemlərinin tikintisi və idarə edilməsi;
qanunvericiliyə müvafiq olaraq dövlətin təhlükəsizliyini və müstəqilliyini təmin etmək
məqsədilə energetika
ilə bağlı digər
fəaliyyət
sahələrində müstəsna
hüquqlardan
istifadə edir.
M a d d ə 6 . Energetika sahəsində fiziki şəxslərin və qeyri-dövlət hüquqi şəxslərin
müstəsna hüquqları
Fiziki şəxslərin və qeyri-dövlət hüquqi şəxslərin müstəsna hüquqları yalnız bu Qanunun
5-ci fəslinin müddəalarına uyğun olaraq bağlanılan energetika müqaviləsindən və ya
energetika sahəsinin müəssisələrinə qanunvericiliklə verilən hüquqlardan irəli gələ bilər.
M a d d ə 7 . Energetika sahəsində idarəçilik və nəzarət
Müvafiq icra hakimiyyəti orqanları bu Qanunun məqsədlərinə, tətbiq olunan qanunlara
və qərarlara uyğun olaraq aşağıdakı səlahiyyətlərə malikdir:
energetika sahəsində fəaliyyətin həyata keçirilməsinin tənzimlənməsi və ona nəzarət;
energetika materiallarının və məhsullarının istifadəsinin tənzimlənməsi və ona nəzarət;
energetika fəaliyyətinin ətraf mühitin qorunmasına və təhlükəsizliyə dair aspektlərinin
tənzimlənməsi və ona nəzarət;
energetika fəaliyyəti üçün qanunvericiliyə uyğun olaraq torpaq, su və yerin təki
sahələrinin ayrılması.
I V f ə s i l
ENERJİNİN SƏMƏRƏLİ İSTİFADƏSİ, ƏTRAF MÜHİTİN QORUNMASI,
TƏHLÜKƏSİZLİK VƏ SAĞLAMLIQ ÜZRƏ VƏZİFƏLƏR, XÜSUSİ İCAZƏLƏR,
SIĞORTA VƏ ZİYAN
M a d d ə 8 . Enerjinin, energetika materiallarının və məhsullarının səmərəli
istifadəsinə tələblər
1. Hər hansı bir hüquqi və fiziki şəxs qanunvericiliyə müvafiq olaraq enerjinin,
energetika materiallarının və məhsullarının səmərəli istifadəsinə, enerji resurslarından
istifadə qaydalarına
riayət
edilməsinə və normadan
artıq
tullantılara
yol
verilməməsinə görə məsuliyyət daşıyır. Bu məsuliyyət eyni dərəcədə enerji aqreqatlarının
və qurğularının layihələşdirilməsinə, quraşdırılmasına və istismarına da aid edilir.
2. Müvafiq icra hakimiyyəti orqanı enerjinin səmərəli istifadəsi sahəsində iqtisadi,
texniki və təşkilati tələbləri müəyyən edir. Yenidən istismara verilən hər bir enerji qurğusu
bu tələblərə uyğun olmalıdır. Müvafiq icra hakimiyyəti orqanının mövcud enerji
qurğuları barəsində aşağıda göstərilən qərarlar qəbul etmək hüququ vardır:
yeni tələblərə uyğunlaşdırılması və ya yeni qurğularla əvəz olunması üçün lazımi
müddətin verilməsi barədə;
bu müddət qurtardıqda və qurğular yeni tələblərə uyğun olmadıqda görüləcək tədbirlər
və qanunvericiliklə nəzərdə tutulmuş sanksiyalar barədə.
3. Hər bir istehlakçı istifadə etdiyi energetika materiallarının və məhsullarının
müqabilində paylayıcının təqdim etdiyi hesab üzrə ödəniş həyata keçirir. Bununla əlaqədar:
paylayıcı istehlakçıya enerji ötürən hər bir yeni enerji qurğusunu fərdi sayğacla təchiz
etməlidir;
sayğacı olmayan istehlakçının fərdi sayğacın quraşdırılmasını tələb etmək hüququ vardır
(Sayğacın
dəyəri
və quraşdırılması üçün çəkilən
xərclər
qanunvericiliyə müvafiq şəkildə ödənilə, o cümlədən sayğaca sertifikat verilən gündən bir
il ərzində istehlak
olunan
enerjinin
qiymətinə kompensasiyalar
vasitəsilə paylayıcı tərəfindən həyata keçirilə bilər və bu halda sayğac paylayıcının
mülkiyyətinə keçir);
müvafiq icra hakimiyyəti orqanı sayğacların quraşdırılmasına tətbiq edilən texniki
tələblər,
enerji
sərfiyyatının
fərdi
sayğaclarının
sertifikatlaşdırılması və yoxlanması qaydaları haqqında əsasnamələr qəbul edir.
M a d d ə 9 . Ətraf mühitin qorunmasına, təhlükəsizliyə və sağlamlığa dair vəzifələr
1. Energetika
sahəsində fəaliyyət
göstərən,
habelə energetika
materiallarını və məhsullarını istifadə edən
hər
bir şəxs ətraf
mühiti çirklənmədən
qorumalıdır.
Ətraf mühitin çirklənməsi qanunvericiliyə müvafiq norma və normativlərə uyğun olaraq
məhdudlaşdırılır.
2. Ətraf mühitin qorunması, təhlükəsizlik və sağlamlıq sahəsində görüləcək tədbirlərin,
aparılacaq bütün lazımi tədqiqatların və ekspert rəylərinin alınması üzrə xərclər energetika
sahəsində fəaliyyət göstərən müəssisə tərəfindən ödənilir.
3. Energetika müqaviləsinin bağlanması və ya xüsusi icazə alınması üçün hər
hansı bir ərizə daxil olduqda müvafiq icra hakimiyyəti orqanı müvafiq fəaliyyətin həyata
keçiriləcəyi ərazidə ətraf mühitə təsirin səviyyəsini və onun səbəblərini müəyyən edən
müstəqil ekspertlər tərəfindən keçirilən ekspertiza təyin edir. Bu ekspertizanın
keçirilməsi üzrə bütün xərclər ərizəçi tərəfindən qabaqcadan ödənilir. Müvafiq icra
hakimiyyəti
orqanı və ərizəçi
ekspertizanın
keçirilməsinə yardım
göstərə və öz
tədqiqatlarını apara bilər. Ətraf mühitə təsir və onun səbəbləri barədə ekspert rəyi tərəflərin
razılığı ilə əsas təsdiqedici sənəd kimi qəbul olunur. Ətraf mühitə mənfi təsirin müvafiq
normalara uyğun olaraq aradan qaldırılması üçün tədbirlər fiziki və ya hüquqi şəxs
tərəfindən təqdim edilməzsə, müvafiq icra hakimiyyəti orqanı müqaviləyə və energetika
fəaliyyətinə xüsumi icazə vermir.
4. Müəssisə tərəfindən energetika materiallarının və məhsullarının hasilatı, istehsalı,
paylanması və tədarükü ümumi dövlət əhəmiyyəti daşıdıqda və bu işlərin icrası başqa yolla
mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanı beş ildən çox olmayan keçid
dövrü müddətində müəssisəni
qanunvericiliklə müəyyən
edilmiş qaydada
müvafiq
tələblərdən azad etmək hüququna malikdir.
M a d d ə 1 0 . Energetika sahəsində fəaliyyətlərə xüsusi icazələrin verilməsi
1. Energetika sahəsində fəaliyyətlə məşğul olmaq istəyən hər bir fiziki və ya hüquqi şəxs
fəaliyyətə başlamazdan əvvəl
müvafiq
icra
hakimiyyəti
orqanından
qanunvericiliklə müəyyən olunmuş qaydada energetika müqaviləsi və ya ərizə əsasında