Energetika haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar



Yüklə 214,53 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix08.10.2017
ölçüsü214,53 Kb.
#4052
1   2   3   4   5   6   7

podratçı baş enerji  nəqletmə sistemlərinin  yaxınlığında  müqavilə fəaliyyətinə zərərli  təsiri 

olmayan 


və dövlətin 

infrastrukturlarına 

aid 

olan 


hər 

hansı qurğular 

yerləşdirdikdə və onlardan istifadə etdikdə podratçının etiraz etmək hüququ yoxdur. 

6.   Baş enerji  nəqletmə sistemləri  yalnız  bu  Qanunun  17-ci  maddəsinə uyğun  olaraq 

bağlanılmış müqavilələrin şərtləri əsasında enerjinin paylanması üçün istifadə edilə bilər. 

7.   Baş enerji nəqletmə sistemləri üzrə müqavilənin ilkin müddəti onun qüvvəyə mindiyi 

tarixdən  etibarən  20  ildən  artıq  olmamalıdır.  Tərəflərin  razılığı ilə bu  müddət  10  ilə qədər 

uzadıla bilər. 

M a d d ə   1 7 .   Enerjinin paylanması üzrə müqavilələr

 

1.   Enerjinin paylanması üzrə müqavilənin podratçısının aşağıdakı hüquqları vardır: 



müqavilə ərazisi  sərhədlərində bütün  istehlakçılara  müqavilədə müəyyən  edilmiş enerji 

məhsullarını paylamaq və tədarük etmək; 

bu Qanunun 16-cı maddəsinin 1-ci bəndində təqdim edilən hüquqlardan istifadə etmək; 

müqavilədə müəyyən  edilən  və ya  müqavilə fəaliyyəti üçün  lazım  olan  bütün 

qurğuları quraşdırmaq və istismar etmək. 

2.   Müqavilə ərazisi hüdudlarında enerji paylayıcısı aşağıdakı vəzifələri daşıyır: 

enerji  paylayıcı qurğularına  qoşulmanın  qiymət  və tariflərini,  habelə ümumi şərtlərini 

müəyyən etmək; 

müqavilə ərazisində sifariş vermiş hər 

bir şəxsə müəyyən 

edilmiş qiymət, 

tarif 


və şərtlər əsasında  vaxtlı-vaxtında  qoşulma  imkanları yaratmaq  və müqavilə üzrə enerji 

ilə təmin etmək; 

paylayıcının şəbəkəsinə qoşulmuş istehlakçıların 

tələblərini ödəmək üçün 

müqavilədə müəyyən 

edilmiş enerji 

məhsullarının 

lazımi 


miqdarda 

və keyfiyyətdə alınmasını və paylanmasını təşkil  etmək,  eyni  zamanda  başqa  istehsalçılar, 

nəql edənlər və paylayıcılar ilə birlikdə “sinerji” effektini yaratmaq və ondan istifadə etmək; 

sənaye  müəssisələri  və istehlakçılar  tərəfindən  xüsusi  sərfiyyatdan əlavə istehsal  edilən 

enerji məhsullarını müəyyən edilmiş həcmdə satın almaq. 

3.   Podratçı xüsusi  hallarda  istehlakçını öz şəbəkəsinə qoşmaqdan  imtina  etdikdə, 

podratçının  müstəsna  hüquqlarının  olmasına  baxmayaraq,  belə istehlakçıların  enerji 

təchizatı enerji  istehsal  edən,  nəql  edən  və ya  paylayan  başqa  müəssisə tərəfindən  həyata 

keçirilə bilər.  Belə hallarda  müvafiq  icra  hakimiyyəti  orqanı enerji  paylayıcısını həmin 

istehlakçının onun şəbəkəsinə qoşulması və onu enerji ilə təchiz edilməsi vəzifələrindən azad 

edilməsi barədə qərar qəbul edə bilər. 

4.   Bu Qanunun 16-cı maddəsinin 2-ci, 3-cü, 4-cü və 6-cı bəndləri eyni qaydada enerjinin 

paylanmasına tətbiq olunur. 

M a d d ə   1 8 .   Yeraltı anbarlar üzrə müqavilələr

 

1.   Yeraltı anbarlar üzrə müqavilənin podratçısının aşağıdakı hüquq və vəzifələri vardır: 



yeraltı anbarlar üçün yararlı geoloji yeraltı strukturların müvafiq qaydada işlənməsi; 

müəyyən 


edilmiş energetika 

materiallarının 

və məhsullarının 

saxlanılması üçün 

müqavilə ərazisi sərhədlərində müvafiq qaydada yeraltı anbarların quraşdırılması; 

müqavilə fəaliyyəti üçün  zəruri  olan  bütün  yeraltı və yerüstü qurğuların  müvafiq 

qaydada quraşdırılması və istifadəsi. 

2.   Bu  Qanunun  15-ci  maddəsinin  1-ci,  2-ci,  3-cü,  5-ci  bəndləri,  16-cı maddəsinin  3-

cü və 6-cı bəndləri eyni qaydada yeraltı anbarlar üzrə müqavilələrə tətbiq olunur. 

M a d d ə   1 9 .   Energetika müqavilələrindəki hüquqların qeydiyyatı

 



1.   Müvafiq icra hakimiyyəti orqanı bu qanunun 5-ci maddəsində qeyd olunan fəaliyyət 

növləri üzrə bütün  hüquqların  qeydiyyatını qanunvericiliklə müəyyən  edilmiş qaydada 

həyata keçirir. 

2.   Qeydiyyat  müvafiq  hüquq  daşıyıcısının ərizəsi,  habelə bu  hüququn əsasını təşkil 

edən müqavilənin və ya aktın təsdiq edilmiş nüsxəsi təqdim edildikdə aparılır. 

3.   Qeydiyyatda müvafiq energetika materiallarının və məhsullarının növləri, fəaliyyətin 

növləri  və müddəti,  müstəsna  hüquqlar  (əgər  verilibsə),  habelə hüquq  daşıyıcılarının 

və onların rəsmi nümayəndələrinin tam adı və hüquqi ünvanı əks etdirilir. 

M a d d ə   2 0 .   Mübahisəli energetika müqavilələri, mübahisəli fəaliyyət

 

1.   Müəyyən şəxslərə bir  sıra  energetika  müqavilələri  ilə fəaliyyət  növləri  və (və ya) 



müddətləri  kəsişən  müstəsna  hüquqlar  verildikdə daha  gec  qeydiyyata  alınan  müqavilə öz 

qüvvəsini itirir və etibarsız hesab edilir. 

2.   Enerji 

yataqlarının, 

yaxud 

yeraltı anbarların 



kommersiya 

kəşfi üzrə işlər 

müqavilə ərazisinin 

hüdudlarından 

kənar əraziyə çıxdıqda, 

onlar 


göstərilən ərazilərdə energetika 

müqavilələrinin 

podratçıları ilə birgə həyata 

keçirilir. 

Yataqlar 

və yeraltı anbarlar 

qüvvədə olan 

başqa 


energetika 

müqaviləsinin ərazisinə yayıldıqda,  müvafiq  icra  hakimiyyəti  orqanı podratçı (podratçılar) 

ilə razılaşdırılmışşərtlərlə göstərilən ərazi üzrə energetika  müqaviləsinin  (müqavilələrinin) 

tətbiq  sahəsini  genişləndirə və ya  göstərilən ərazi üzrə yeni  energetika  müqaviləsinin 

bağlanmasına icazə verə bilər. 

3.   Podratçı üçüncü tərəfin 

fəaliyyəti 

nəticəsində müqavilə fəaliyyətini 

həyata 

keçirə bilmədikdə və podratçı ilə bu üçüncü tərəf 



arasında 

birbaşa 


heç bir 

razılıq əldə edilmədikdə, 

müvafiq 

icra 


hakimiyyəti 

orqanı tərəflərdən 

birinin 

müraciəti əsasında  yaranmış mübahisənin  həll  edilməsi  barədə müvəqqəti  qərar  qəbul 

etməlidir.  Bu  halda  ziyanın ödənilməsi  barədə iddialar  da  daxil  olmaqla  bütün  iddialar 

qüvvədə qalır və məhkəmə qaydasında həll edilə bilər. 

M a d d ə   2 1 .   İş proqramı

 

1.   Podratçı müqavilə fəaliyyətini 



müvafiq 

icra 


hakimiyyəti 

orqanı ilə razılaşdırılmış iş proqramı üzrə həyata keçirir. 

2.   İş proqramı (proqramları)  bu  Qanunun  6-cı fəslinin  tələbləri  nəzərə alınmaqla  cəlb 

edilmiş dövlət və ya bələdiyyə orqanları ilə razılaşdırılmaqla yerinə yetirilir. 

3.   Müvafiq  icra  hakimiyyəti  orqanı iş proqramının  bu  qanuna  və energetika 

müqaviləsinə uyğunluğuna, podratçı tərəfindən onun yerinə yetirilməsinə nəzarət edir. 

M a d d ə   2 2 .   Qiymətqoyma, ticarətin kommersiya və texniki şərtləri

 

1.   Qanunvericilikdə digər  hallar  nəzərdə tutulmadıqda,  bu  qanunla  podratçılar 



sifarişçilərlə qiymətlərin,  ticarətin  kommersiya  və texniki şərtlərinin  razılaşdırılmasında 

sərbəstdirlər. 

2.   Enerji  paylayıcılarının,  yaxud  energetika  müqaviləsi  ilə energetika  materiallarının 

və ya  məhsullarının  nəqli,  tədarükü və ya  saxlanması sahəsində inhisarçı olan  hər 

hansı digər 

podratçılar 

tərəfindən 

müəyyən 


olunmuş qiymətlər, 

tariflər 

və ticarətin ümumi şərtləri 

xərclərin 

azaldılmasına 

və bazar 

qiymətlərinə istiqamətləndirilməlidir.  Onlar  yalnız  dövlətin  energetika  siyasətinin 

məqsədlərinə uyğun  olmasına  və podratçının  inhisarçı vəziyyətindən  sui-istifadə hallarına 

nəzarət şəraitində və müvafiq  icra  hakimiyyəti  orqanı tərəfindən  təsdiq  edildikdə tətbiq 



Yüklə 214,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə