Ən qədimdən b e. III əsri I å ë ì è ë



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə11/186
tarix23.01.2018
ölçüsü3,94 Mb.
#22077
1   ...   7   8   9   10   11   12   13   14   ...   186

23 

 

ibtidai  təsvirçilik  və  faktlara  aludəçilik  xasdır.  Ədalət  naminə  qeyd  etməmək  olmaz  ki, 



artıq  50-60-cı  illərin  əsərləri  daha  çox  tədqiqat  xarakteri  daşıyır  və  tənqidi  təhlildən 

uzaq deyildir. 

İran  müəlliflərinin  əsərlərinin  böyük  bir  hissəsinin  ən  mühüm  nöqsanı  onların 

paniranist  xarakter  daşımasıdır.  Bu  əsərlərin  müəlliflərindən  çoxu  üçün  "Azərbaycan 

tarixi" məfhumu yoxdur, bütün müddəalar bir dominant -"İran tarixi" nöqteyi-nəzərindən 

verilir.  Adları çəkilən müəlliflərin çoxu üçün azərbaycanlılar sonradan türk dilinə keçmiş 

farslardır (məhz farslardır!). Aşkar görünənin əksinə olaraq iddia edilir ki, Azərbaycanın 

qədim əhalisinin dili fars dili və ya "fars dilinin xüsusi ləhcəsi" olmuşdur və i.a. Bəzi İran 

müəllifləri tez-tez birbaşa Azərbaycan tarixi və mədəniyyətinin saxtalaşdırılmasına da əl 

atırlar. 

50-ci  illərin  ikinci  yarısı  -  60-cı  illərdə  respublikada  tədqiqat  işi  xeyli 

genişləndi. Çox güman ki, yeni mərhələnin başlanğıcı İ.M.Dyakonovun "Midiya tarixi" ilə 

qoyuldu.  Bütövlükdə  şərqşünaslıq  elminə  və  qismən  də  vətən  tarixşünaslığına  çox 

qiymətli töhfə olan bu sanballı əsər bütün məlum mixi yazılı materialının, Avesta və antik 

qaynaq  məlumatlarının  diqqətlə  öyrənilməsinə  əsaslanır.  Faktiki  materialın  zənginliyi, 

çoxsaylı  haşiyələr,  xeyli  yeni,  maraqlı  müşahidə  və  nəticələrlə  zəngin  olan  bu  əsər 

Azərbaycan tarixini öyrənənlər üçün mühüm əhəmiyyət kəsb edir. İ.M.Dyakonov Mada 

dövlətçiliyinin  bitkin  tarixini  vermiş,  etnik  xüsusiyyətlərə  toxunmuş,  Mada  dövlətinin 

ideologiya  və  mədəniyyət  məsələlərini,  Mada  tarixinin  bir  çox  digər  problemlərini 

nəzərdən keçirmişdir. İ.M.Dyakonovun Azərbaycan elmi qarşısında xidməti böyükdür. 

1957-ci  ildə  Azərbaycan  EA  Tarix  İnstitutunda  Azərbaycanın  qədim  tarixi 

şöbəsinin  yaradılması  nəticəsində  tədqiqat  işləri  bir  sıra  konkret  istiqamətlər  (Mada, 

Manna  tarixi,  albanşünaslıq,  Azərbaycanın  qədim  sakinlərinin  etnik  tərkibi  və 

etnogenezi  problemləri,  maddi  mədəniyyət,  digər  bölgələrin  qədim  tarixi  və  s.)  kəsb 

etdi. 1959-cu ildə İ.Əliyevin "Azərbaycan ərazisində ilk tayfa ittifaqları haqqında" əsəri 

işıq üzü gördü. Bu əsərdə e.ə. III-I minilliklərdə Cənubi Azərbaycan ərazisində etnik 

mənzərə nəzərdən keçirilir. 

Mingəçevir  zonasında  aparılan  geniş  miqyaslı  qazıntılar  albanşünaslıqda 

böyük bir hadisəyə çevrildi. 

SSRİ EA müxbir üzvü K.V.Trever 1959-cu ildə Qafqaz Albaniyasının tarixi və 

mədəniyyəti üzrə monoqrafiya çap etdirdi. İndiyə qədər öz əhəmiyyətini itirməmiş bu 

sanballı  əsərdə  qədim  və  ilkin  orta  əsrlər  Qafqaz  Albaniyası  tarixinin  və 

mədəniyyətinin,  demək  olar  ki,  bütün  cəhətləri  öz  əksini  tapmış,  qədim  Qafqaz 

Albaniyası  üzrə  bütün  yazılı  qaynaqlardan  və  xeyli  miqdarda  maddi  mədəniyyət 

abidələrindən  istifadə  olunmuşdur.  1962-ci  ildə  Bakıda  nəşr  edilmiş  "Qafqaz 

Albaniyası  tarixi  məsələləri"  toplusu  da  albanşünaslıq  problemlərinə  marağın 

əlamətidir. 



24 

 

Albanşünaslıq  problemlərinin  öyrənilməsi  ilə  Z.İ.Yampolski  məşğul  olurdu. 



Hazırda K.H.Əliyev bu işi müvəffəqiyyətlə davam etdirir. 

Z.İ.Yampolski  "Qədim  Albaniya"  monoqrafiyasında  məbəd  təsərrüfatına, 

hierodullara  (məbəd  qullarına),  habelə  Albaniya  və  Atropatenanın  siyasi  tarixinə, 

etnogenez  problemlərinə  və  s.  diqqət  yetirmişdir.  K.H.Əliyev  1974-cü  ildə  "Qafqaz 

Albaniyası"  monoqrafiyasını  çap  etdirmişdir.  Burada  antik  dövr  Albaniyasının 

sərhədləri, əhalisi, təsərrüfatı, ticarəti, məbəd torpaqları və dini haqqında məsələlər öz 

əksini  tapmışdır.  K.H.Əliyev  habelə  albanşünaslığın  ayrı-ayrı  problemlərinə,  etnik 

tarixi məsələlərinə həsr olunmuş məqalələr çap etmişdir. 

Üçcildli  "Azərbaycan  tarixi"nin  I  cildinin  nəşri  50-ci  illərin  sonunda 

Azərbaycanın  qədim  tarixi  üzrə  tədqiqat  işində  mühüm  nailiyyət  idi.  Burada 

Azərbaycanın  qədim  və  orta  əsrlər  tarixinin  ümumiləşdirilmiş  və  bitkin  şərhi 

verilmişdir.  Birinci  cildin  nəşri  Azərbaycan  tarixinin  bəzi  prinsipial  və  mübahisə 

doğuran  məsələlərinin  həllinə  sanballı  töhfə  verdi.  Ayrı-ayrı  fəsillərdə  ibtidai  icma 

quruluşu  dövrünün,  Mannanın,  Mada  dövləti,  Atropatena  və  Albaniyanın  sosial-

iqtisadi,  siyasi  və  mədəni  tarixinin  sistemləşdirilmiş  şərhi  verilir.  Burada  həmçinin 

Azərbaycan xalqının etnik tarixi məsələləri də nəzərdən keçirilmişdir. Mövcud cilddə, 

dünya  şərqşünaslığının  nailiyyətlərinə  uyğun  olaraq,  Atropatena  xalqının 

yaranmasından danışılır, türkdilli tayfaların Azərbaycanda qərarlaşması və orta əsrlər 

dövründə  burada  türk  dilinin  qələbəsinə  diqqət  yetirilir;  eyni  zamanda  göstərilir  ki, 

dillərin dəyişməsi heç də yerli əhalinin sıxışdırılıb aradan çıxarılması demək deyildir. 

Mada  tarixi  sahəsində  tədqiqatlar  davam  etdirilir.  1960-cı  ildə  İ.  Əliyevin 

fundamental  "Mada  tarixi"  monoqrafiyası  işıq  üzü  gördü.  Müəllif  burada  özünün 

çoxillik  tədqiqatlarına  yekun  vurmuş,  əvvəlki  nəticələrinə  düzəlişlər  vermiş  və 

əlavələr  etmiş,  əvvəllər  irəli  sürdüyü  ayrı-ayrı  müddəaları  geniş  şəkildə 

əsaslandırmışdır. 

60-cı illərin ortalarından etibarən müstəqil mövzu kimi Manna şahlığının tarixi 

ilə  S.M.Qaşqay  məşğul  olmağa  başlamışdır;  mətbuatda  onun  Manna  şəhərləri  və 

qalaları  haqqında  məqalələri  dərc  olunmuş,  "Manna  şahlığının  tarixindən" 

monoqrafiyası və s. əsərləri çapdan çıxmışdır. 

Tarixşünaslıq problemləri üzrə A.H.Fazilinin bir neçə əsəri nəşr olunmuşdur. 

50-60-cı illərdə bizim elmimizdə Azərbaycanın ən qədim əhalisinin - kutilərin, 

lullubilərin,  hurrilərin  və  b.  tayfaların  etnogenezi  ilə  bağlı  problemlərə  canlı  maraq 

göstərilmiş,  madalıların  etnik  mənşəyi,  Albaniyanın  etnik  mənzərəsi  tədqiq 

olunmuşdur.  1964-cü  ildə  respublika  EA  Tarix  İnstitutunda  fəaliyyətə  başlamış 

"Azərbaycan xalqının formalaşması və mənşəyi üzrə seminar" bu məsələlərin həllində 

mühüm rol oynadı. Seminarın işləri sırasından İ.M.Dyakonovun 1966-cı ildə oxuduğu 

"E.ə. III-I minilliklərdə Şərqi Qafqaz və Zaqafqaziya əhalisinin qədim Şərqlə əlaqələri 

probleminə dair bəzi linqvistik məlumatlar" adlı məruzəsini qeyd etmək lazımdır. 




Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə