Ən qədimdən b e. III əsri I å ë ì è ë



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə10/186
tarix23.01.2018
ölçüsü3,94 Mb.
#22077
1   ...   6   7   8   9   10   11   12   13   ...   186

21 

 

İ.H.Əliyev və b. son iyirmi-otuz ildə nəşr olunmuş tədqiqatları bizim mövzunun ayrı-



ayrı aspektləri üçün müstəsna əhəmiyyətə malikdir. 

Görkəmli rus iranşünası M.M.Dyakonovun qələminə məxsus olan "Qədim İran 

tarixinin  oçerki"ndə  bizi  maraqlandıran  süjetlər  üzrə  qiymətli  məlumatlar 

səpələnmişdir. 

1970-ci  ildə  E.A.Qrantovskinin  bizim  mövzu  ilə  birbaşa  əlaqəsi  olan  "Ön 

Asiyanın  İran  tayfalarının  ilkin  tarixi"  adlı  monoqrafiyası  çapdan  çıxmışdır. 

E.A.Qrantovskinin  tədqiqatı  bizə  Vətənimizin  qədim  tarixinin  bir  sıra  əsaslı 

məsələlərinə  yeni  nəzərlərlə  baxmaq  imkanı  verir.  Müəllifin  Şimal-Qərbi  İran 

vilayətlərində  irandilli  tayfaların  əvvəllərdə  düşünüldüyündən  daha  qabaq  meydana 

çıxdığını  iddia  etməyə  imkan  verən  əsaslandırılmış  fikri  çox  böyük  əhəmiyyətə 

malikdir. 

Moskva Universiteti nəşriyyatı tərəfindən 1977-ci ildə buraxılmış "İran tarixi" 

qabaqkı əsərlərdən fərqlənir. Kitabda son arxeoloji qazıntıların verdiyi məlumatlardan 

istifadə  olunmaqla,  bölgənin  ilkin  qədim  tarixinin  yığcam,  məzmunca  zəngin  oçerki 

verilmişdir.  Bizi  maraqlandıran  bir  çox  məsələlərin,  o  cümlədən  Manna  şahlığının 

tarixinin,  köçəri  maldarlığın  meydana  çıxması  və  yaylanın  dağ  rayonlarına  köçəri 

tayfaların yayılmasının, bölgədə irandilli tayfaların məskunlaşmasının və i.a. nəzərdən 

keçirildiyi  II  fəsildə  köhnə  problemlərə  yeni  şəkildə  baxılmasına  imkan  verən  xeyli 

maraqlı və mühüm fikirlər irəli sürülmüşdür. Bu, xüsusən irandilli tayfaların mənşəyi, 

onların  İran  yaylası  ərazisində,  o  cümlədən  Urmiyayanı  rayonda  məskunlaşması, 

Cənub  vilayətləri  və  onlarla  həmsərhəd  ərazilərdə  köçəri  maldarlığın  və  köçəriliyin 

yayılması məsələlərinə aiddir. 

V.Q.Lukoninin  "Qədim  İran  incəsənəti"  kitabında  Manna,  ilkin  İran  və  skif 

incəsənətinin  mürəkkəb  problemlərinin  nəzərdən  keçirilməsinə  xeyli  yer  ayrılmışdır. 

Müəllif bir sıra digər məsələlərə də toxunur. 

M.A.Dandamayev və V.Q.Lukoninin 1980-ci ildə çapdan çıxmış "Qədim İran 

mədəniyyəti  və  iqtisadiyyatı"  əsəri  müstəsna  dərəcədə  qiymətlidir.  Müəlliflər  öz 

qarşılarına  ən  yeni  arxeoloji  materiallar  və  yazılı  qaynaqların  məlumatları  əsasında 

e.ə. II minilliyin sonundan bizim e.ə. IV əsrinədək olan dövrdə bölgənin mədəniyyət 

və iqtisadiyyat problemlərini təhlil etmək məqsədini qoymuşlar. Xeyli miqdarda yeni 

arxeoloji  materialdan  istifadə  olunduğu,  bir  çox  məsələlərin  yeni  şəkildə  qoyulduğu 

"Ön  Asiyanın  İran  tayfalarının  ilkin  tarixi  və  mədəniyyəti"  adlı  I  fəsil  bizim  üçün 

xüsusən maraqlıdır. 

Bir  neçə  il  əvvəl  Moskvada  üçcildlik  "Qədim  dünya  tarixi"  [1982]  nəşr 

olunmuşdur.  Müəlliflərin  "Giriş"də  yazdıqları  kimi,  bu  əsər  "bütün  qədim  dünyanın 

bizim müasir biliklərimizə uyğun olan tarixinin yaradılması təcrübəsidir". 




22 

 

Təəssüf  ki, bu çox  maraqlı, qiymətli  və  yeni  fikirlərlə dolu  olan,  ən görkəmli 



alimlər tərəfindən yaradılmış əsaslı tədqiqat əsərində Manna şahlığının tarixi üçün yer 

tapılmamışdır. Hərçənd ki, Urartuya kifayət olduğundan da artıq yer verilmişdir. 

"Xüsusi olaraq Albaniya şahlığına ayrılmış yarım səhifə təəssüf doğurur. 

Azərbaycanın  ən  qədim  tarixi  problemlərinə  az-çox  yer  verilmiş  sanballı 

əsərlər  sırasında  Kembricdə  buraxılmış  "İran  tarixi"nin  adını  çəkmək  lazımdır.  Bizi 

maraqlandıran  material  II  və  III  cildlərdə  yerləşdirilmişdir,  lakin  bu  material,  təbii  ki, 

İran tarixi baxımından verilmişdir. 

Son zamanlar bir sıra alimlər irandilli miqrantların Zaqros zonasında, o cümlədən 

Cənubi  Azərbaycan  ərazisində  məskunlaşmasının  arxeoloji  cəhətdən  əsaslandırılmasına 

böyük  diqqət  yetirir.  Alimlərin  əksəriyyəti  göstərilən  ərazidə  saxsı  ənənələrinin 

dəyişməsini, boyalı keramikanın monoxrom, başlıca olaraq, boz saxsı ilə əvəz olunmasını 

buraya  irandilli  əhali  qruplarının  gəlməsi  ilə  bağlayır.  Bu  nöqteyi-nəzərin  daha  geniş 

əsaslandırılması öz tədqiqatlarının əsasına Həsənli, Göytəpə, Təpəgiyan, Xurvin, Sialk və 

s. keramika materiallarını qoymuş T.Kayler Yanğın əsərlərində verilmişdir. Lakin Yanğın 

bir sıra müddəaları, məsələn, onun monoxrom (birrəngli) keramikanın meydana çıxdığı 

zamandan  etibarən  bütün  bölgənin  mədəni  birliyi  (bu  da,  müəllifin  fikrincə,  bu  yeni 

mədəniyyətin  ümumi  mənşəyə  malik  olduğunu  göstərir)  iddiası  ilə  razılaşmaq  çətindir. 

Həmçinin  Yanğın  belə  bir  müddəası  ilə  də  razılaşmaq  çətindir  ki,  Şimal-Şərqi  İran,  o 

cümlədən III Hissar tipli abidələr birrəngli boz keramikanın yarandığı yerdir və s. 

R.Girşman,  L.Vanden  Berqe  və  b.  əsərləri  də  irandilli  tayfaların  İran  yaylasının 

şimal-qərb  və  digər  vilayətlərində  məskunlaşmasının  arxeoloji  cəhətdən 

əsaslandırılması  probleminə  həsr  olunmuşdur.  Göstərilən  aspektdə  M.N.Poqrebovanın 

tədqiqatlarında ciddi addımlar atılmışdır. 

E.A.Qrantovski  öz  əsərlərində,  xüsusən  də  "Ön  Asiyanın  İran  tayfalarının  ilkin 

tarixi"  adlı  tədqiqatında  müxtəlif  növlü  çoxlu  qaynaqlara  istinad  etməklə,  irandilli 

tayfaların  Ön  Asiya  ərazisinə,  o  cümlədən  Cənubi  Azərbaycan  ərazisinə  soxulması  ilə 

bağlı olan məsələlərin tədqiqi sahəsində əhəmiyyətli iş görmüşdür. 

İranda qədim tarix, arxeologiya və dilçilik üzrə xeyli əsər nəşr edilmişdir. Onların 

müəllifləri bizi maraqlandıran məsələlər dairəsinin bu və ya digər cəhətlərinə toxunurlar. 

Xüsusi  olaraq  qədim  Azərbaycanın  tarixinə,  dillərinə  həsr  olunmuş  monoqrafiyalar  da 

nəşr edilmişdir. 

Qədim  Azərbaycan  tarixi  problemlərinə  bu  və  ya  digər  dərəcədə  toxunmuş 

nüfuzlu  İran  tarixçiləri  arasında  Seyid  Həmzə  Kəsrəvinin,  Həsən  Pirniyanın, 

Məhəmməd  Muinin,  İbrahim  Purdavudun,  Cəmaləddin  Faqihin,  Məhəmmədcavad 

Məşkurun, Şəfəq Rzazadənin, Rza İnayətullanın və b. adlarını çəkmək olar. 

Bu  müəlliflərdən  bəzisinin  əsərlərində  xeyli  maraqlı  məlumatlar  var.  Onlarda 

əsaslandırılmış  mühüm  müddəalara,  məsələn,  Mada  etnik  elementlərinin  Atropatena 

tarixindəki mühüm rolu və s. haqqında iddialara rast gəlmək olur. Lakin bəzi əsərlər üçün 




Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə