Ən qədimdən b e. III əsri I å ë ì è ë



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə13/186
tarix23.01.2018
ölçüsü3,94 Mb.
#22077
1   ...   9   10   11   12   13   14   15   16   ...   186

27 

 

izləri  qoyub  getmiş  uzaq  əcdadlarımız  tərəfindən  tədricən  mənimsənilirdi.  İnkişaf 



mərhələləri  təxminən  1,5  milyon  il  bundan  əvvəl  başlanmış  Quruçay  çaydaşı 

mədəniyyətinin meydana gəlməsi bunu sübut edən dəlillərdən biridir. 

Arxeoloqlarımızın  axtarışları,  Azərbaycan  ərazisində  aşkara  çıxarılmış 

müxtəlif  maddi  abidələrin  müqayisəli  şəkildə  öyrənilməsi,  paleobioloqların, 

paleobotaniklərin,  paleomaqnitçilərin  tədqiqatları,  odun  meydana  çıxması,  ilk  daş 

konstruksiyalar  və  bir  çox  başqa  fenomenlər  Zaqafqaziyanın  ilkin  paleolit  dövrü 

sakinlərinin  həyatı,  zəka  qabiliyyəti  haqqında  bizim  təsəvvürlərimizi  əhəmiyyətli 

dərəcədə dəyişmişdir. O zaman insan öz varlığı uğrunda təbiətin amansız qüvvələri ilə 

gərgin mübarizə aparırdı. O, bu çox ağır, uzun mübarizə prosesində fasiləsiz və inadlı 

yaradıcı əməyi ilə dünyanı dəyişirdi. Təbii ki, insan özü də təkmilləşirdi. 

Azərbaycan  tarixinin  ən  qədim  dövrlərinin  öyrənilməsində  alimlərimizin 

böyük  müvəffəqiyyətlərinə  baxmayaraq,  hələ  də  xeyli  aydın  olmayan,  mübahisəli 

məsələlər  qalır.  Nəzəri  xarakterli  problemlər  mövcuddur.  Bütün  bunlar  predmetin 

özünün  ümumi  mürəkkəbliyi  ilə  yanaşı,  elmi-idraki,  həm  də  ideya-nəzəri 

dünyagörüşü  əhəmiyyətli  olan  ibtidai  icma  tarixinin  ümumi  çətinlikləri  ilə  izah 

olunur. 


Kitabın müəllifləri konkret arxeoloji material əsasında  Azərbaycan ərazisində 

ən qədim dövrün mənzərəsini yaratmağa çalışmışlar. 

B i r i n c i       bölmə    -  "Daş  dövrü.  İbtidai  icma  quruluşu"  -  Azərbaycan 

ərazisində  yaşamış insan  kollektivləri tarixinin ilkin  mərhələlərinə  həsr olunmuşdur. 

Bu, çaydaşı mədəniyyəti adlanan mədəniyyətin və paleolitin sonrakı mərhələlərinin - 

ilkin  və  Orta  Aşel,  final  Aşel,  Mustye  mərhələlərinin  inkişafı  zamanıdır.  Bu  dövrdə 

insan cəmiyyətinin təşəkkülü baş verir, ovçuluq və yığıcılıq inkişaf edir,  müasir tipli  

insan  - Homo  Sapiens  formalaşır. Cəmiyyətin tərəqqisinə baxmayaraq, insan bütün 

paleolit dövrü ərzində istehlakçı olaraq qalır, yüzminilliklər boyunca onun təsərrüfatı 

mənimsəmə xarakteri daşıyırdı. 

Yalnız  mezolit-neolit  dövründə  istehsal  edən  təsərrüfatın,  yaranması  prosesi 

başlayır  -  əkinçilik  və  maldarlıq  meydana  çıxır  ki,  bu  da  son  mərhələsi  çox  vaxt 

"neolit  inqilabı"  adlanan  möhtəşəm  bir  çevriliş  idi.  Mezolit-neolit  dövründə 

Azərbaycanda baş vermiş dəyişikliklər bir sıra çox mühüm hadisələr üçün stimul olur. 

Müntəzəm izafi  məhsulun meydana çıxması elə  yolun başlanğıcı oldu ki,  həmin yol 

bir neçə minillikdən sonra bölgədə ibtidai icma quruluşunun süqutuna gətirib çıxartdı. 

Mezolit dövrü kollektivlərin miqrasiyası (mədəni yeniliklərin sürətlə müxtəlif 

zonalara yayılması bununla bağlıdır), habelə, ehtimal ki, etnik qovuşmalar dövrüdür. 

Neolit  dövrü  təsərrüfatın  yeni  növlərinin  -  əkinçilik  və  maldarlığın  xeyli 

möhkəmləndiyi, arxaik keramikanın, orada-burada isə gil divarlı komaların meydana 

çıxdığı dövrdür. E.ə. VIII-VI minillikləri əhatə edir. 



28 

 

Açıq  səma  altında  özünəməxsus  şəkil  qalereyası  olan  Qobustan  qayaüstü 



təsvirləri  kompleksi  mezolit,  neolit  və  sonrakı  dövrlər  incəsənətinin  görkəmli 

abidəsidir.  Qobustan  zonasında  aparılan  qazıntılar  bölgədə  mezolit-neolit  dövrünü 

daha yaxşı təsəvvür etməyə imkan verir. 

E.ə.  VI  minilliyin  ortalarına  yaxın  Azərbaycan  və  bütün  Zaqafqaziya 

ərazisində  tədricən  Ön  Asiya  tipli  oturaq  əkinçilik  mədəniyyəti  formalaşır  -  insanın 

artıq  təbii  misdən  istifadə  edib  ondan  alət,  silah  və  bəzək  hazırladığı  eneolit  dövrü 

başlanır. 

Bütün Azərbaycan ərazisinə səpələnmiş "yaşayış təpələri" tipli onlarla eneolit 

məskənləri  bizdə  qonşu  vilayətlərlə  sıx  surətdə  əlaqədar  olan  sakinlərin  təsərrüfatı, 

mədəniyyəti və müəyyən dərəcədə ictimai münasibətləri haqqında kifayət qədər aydın 

təsəvvür yaradır. 

Eneolit  məskənlərinin  materialları  o  dövrdə  Azərbaycan  ərazisində  yaşamış 

əhalinin  böyük  tərəqqiyə  nail  olduğuna  dəlalət  edir.  Eneolit  dövrü  ilə  cildin  birinci 

bölməsi sona çatır. 

İ k i n c i  bölmə- "Azərbaycan ərazisində tunc dövrü. İbtidai icma quruluşunun 

dağılması"  -  təxminən  iki  minillik  bir  dövrü  (e.ə.  IV  minilliyin  ikinci  yarısı  -  II 

minilliyin sonu) əhatə edir. 

Tunc  dövrünün  arxeoloji  materialları  zəngin  və  misilsiz  möhtəşəmliyi  ilə 

fərqlənən,  əkinçilik  və  maldarlığın,  habelə  dulusçuluq  və  metal  emalının  coşqun 

inkişafı  əsasında  məhsuldar  qüvvələrin  səviyyəsinin  xeyli  yüksəldiyinə  dəlalət  edən 

qədim  mədəniyyətləri  bizə  çatdırmışdır.  Əhalinin  xeyli  artması,  ilk  böyük  tayfa 

ittifaqlarının  meydana  çıxması  kəskin  surətdə  nəzərə  çarpır;  hərbi  toqquşmalar  daha 

tez-tez baş verir, yaşayış məskənlərinin, möhkəm qalaların sayı artır. 

O dövrün iqtisadiyyatında aparıcı rol əkinçiliyə məxsus idi. 

Təsərrüfat  həyatının  yüksəlişi  öz  növbəsində  xammal  ehtiyatlarının  daha 

intensiv surətdə istismarını stimullaşdırdı. Dağ-mədən işi, metal emalı, saxsı istehsalı, 

toxuculuq və bir çox başqa sənətkarlıq sahələri coşqun surətdə inkişaf edir. 

Tunc dövrü özü ilə birlikdə çoxlu mühüm dəyişikliklər gətirmişdir. Bu dövrdə 

maldarlığın  xeyli  inkişaf  etməsi  və  dağ-mədən  sərvətlərinin  istismarı  hesabına  ayrı-

ayrı  şəxslərin  və  ailələrin  əlində  böyük  sərvət  toplanır  ki,  bu  da  sosial  və  əmlak 

təbəqələşməsinin  dərinləşməsinə  gətirib  çıxarır.  Bu  dövrdə  müharibə  maldarlıq  və 

əkinçiliklə yanaşı, Azərbaycan tayfalarının başlıca məşğuliyyətlərinin birinə çevrilir. 

Tunc dövründən etibarən Azərbaycan ərazisinin bir hissəsi öz əhalisi - kutilər, 

lullubilər, hurrilər və b. ilə birlikdə Şumer-Akkad yazılı qaynaqları orbitinə düşür. 

Kifayət  qədər  çoxlu  arxeoloji  materiallar  orta  və  son  tunc  dövründə  

Azərbaycan  ərazisində  təbəqələşmənin  kəskin  surətdə dərinləşdiyinə, ibtidai icma 

quruluşunun tənəzzülə uğradığına və dağıldığına dəlalət edir. 

Bu bölmənin sonunda Azərbaycan əhalisinin etnik tərkibi nəzərdən keçirilir. 




Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə