Emissiya Prospekti 2018
4
XÜLASƏ
Bu sənəd emissiya prospektinin giriş hissəsidir.
İstiqrazlara investisiya etmək barədə hər hansı bir qərar verməzdən əvvəl bu emissiya
prospektini ıoxuduqdan sonra həyata keçirilməlidir.
Bu Emissiya prospektində olan məlumatların yanlış, qeyri-dəqiq, ziddiyyətli olduğu və ya
qiymətli kağızlara investisiya edib-etməmək barədə qərar verən investorlara kömək etmək
məqsədilə əsas informasiyanın verilmədiyi zaman emissiya prospektini hazırlamış şəxslər mülki
məsuliyyət daşıyırlar.
Əsas anlayışlar
Anderraytinq – emitentin və ya üçüncü şəxslərin xeyrinə qiymətli kağızların kütləvi təklifi
və yerləşdirilməsi üzrə investisiya xidməti;
Emitent – İstiqrazların emissiyasını həyata keçirən hüquqi şəxs.
İnvestor – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alıcısı və ya onları almaq
təklifini verən şəxs;
Qiymətli kağızlar bazarı – qiymətli kağızların emissiyası, buraxılması, tədavülü,
ödənilməsi, mülkiyyətçiliyi, saxlanılması, kompensasiyası, öhdəliklərlə yüklənməsi,
dövlət tənzimlənməsi və digər əməliyyatların həyata keçirilməsi üzrə subyektlər arasında
olan hüquqi və iqtisadi münasibətlərin məcmusu;
Ödəniş agenti – bu istiqrazlar üzrə ödənişləri həyata keçirən PAŞA Bank ASC
Emissiya Prospekti 2018
5
Emitent haqqında məlumat
Emitentin tam adı:
“PAŞA Yatırım Bankası” Anonim Şirkəti
Emitentin olduğu yer və təşkilati-hüquqi forması, emitentin qeydiyyatda olduğu
ölkə: Türkiyə Respublikası,
İstanbul şəh., Maslak məh.a.o.s.55.küç.no:2, 42 Maslak ofis
3, M:205/206/207 SARIYER
Emitentə və onun əməliyyat apardığı sahələrə təsir edən məlum tendensiyaların
təsviri:
Pul bazarının vəziyyəti qlobal iqtisadi inkişaflarla bağlıdır. ABŞ FED tərəfindən nəzərdə
tutulan ehtimal dərəcəsinin artımı inkişaf etməkdə olan ölkələrin bazarlardan pul axınına
nəticələnə bilər. Bu, maliyyələşdirmə dəyərinin artımı ilə nəticələnə bilər.
Azərbaycan və / və ya Türkiyə suveren reytinqin aşağı düşməsi bankın gələcək artımına
da mənfi təsir göstərə bilər.
Türkiyə höküməti tərəfindən alınan təşviqlər, iqtisadi böyüməni dəstəkləyir və stabil
olaraq 4,5% səviyyəsinə çatır, buda öz yerində sağlam kreditlərin genişləndirilməsini
təmin edir.
Emitentin digər hüquqi şəxslərdə mövqeyinin qısa təsviri. Emitentin qrupda olan
şəxslərdən asılı olduğu təqdirdə bu barədə qeyd: “PAŞA Bank” ASC-yə PAŞA Bank
Gürcüstan CS (100 %) və PAŞA Yatırım Bankası A.Ş.
(
99.9196%
)
daxildirlər. PAŞA
Bank ASC isə “PAŞA Holding” MMC-yə daxildir.
Gəlir proqnozunun mövcud olduğu zaman bu barədə qeyd:
Bu və gələn il üçün proqnozlaşdırılmış gəlir 16.5 və 16.8 milyon Türk lirəsi təşkil
etməlidir (4.5 və 4.6 milyon ABŞ dolları, məzənnə 1 TL= 3.65 ABŞ dolları). Əsas
fərziyyələr aşağıdakı cədvəldə göstərilmişdir:
Proqnozda istifadə edilmiş əsas fərziyyələrin/ fikirlərin təsviri
2017
Proqnoz 2018 Proqnoz
Makroiqtisadi fərziyyələr
İqtisadi artım
3.0%
3.8%
Nominal kredit portfelin illik artımı (Bank Sektoru)
9.8%
12.4%
Cari hesab balansı, % of GDP
-4.2%
-4.2%
İnflasiya
8.0%
7.5%
Emissiya Prospekti 2018
6
Uçot dərəcəsi % (TR Mərkəzi Bank)
8.0%
7.5%
ABŞ dolları/TL orta illik məzənnəsi
3.55
3.80
Bankın kredit dərəcəsinin artım fərziyyəsi
*
40.0%
Bankın ümumi aktivlərin artım dərəcəsinin fərziyyəsi
*
50.0%
* 2017-ci il üçün proqnozlaşdırılmış rəqəmlər artıq nail olunmuşdur, yuxarıda qeyd
edilən rəqəmlər, 2017-ci ilin 3-cü kvartala nisbətən
2018-ci il üçün mənfəətin proqnozlaşdırılmasına baxmayaraq, faiz dərəcələri ilə birlikdə
kredit məbləği də nəzərdə tutulur. 2018-ci ildə bütün bank sənayesi üçün kredit
genişlənməsinin təxminən 15% olması gözlənilir, hələ də böyümə mərhələsində
olduğumuz üçün kredit artımının yüzdə 40% olması proqnoz edilir.
Audit edilmiş maliyyə məlumatlarına dair auditorun rəyinin qısa təsviri:
Hazırkı maliyyə hesabatları 31 dekabr 2016-ci il tarixinə PAŞA Yatırım Bankası A.Ş.-in
maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul
vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Beynəlxalq Maliyyə
Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir.
Son üç maliyyə ili ərzində hər maliyyə ili üzrə seçilmiş maliyyə məlumatı əsasında
emitentin maliyyə durumunun əsas göstəriciləri. Aralıq dövrlər üçün seçilmiş
maliyyə məlumatı verildiyi zaman əvvəlki maliyyə ilində eyni dövr barədə müqayisəli
məlumatlar verilməlidir. Son dərc olunmuş audit edilmiş maliyyə hesabatlarından
bəri emitentin fəaliyyətində dəyişikliyin olub-olmaması barədə məlumat. Aralıq
dövrlər üçün seçilmiş maliyyə məlumatı verildiyi zaman əvvəlki maliyyə ilində eyni
dövr barədə müqayisəli məlumatlar verilməlidir:
Bankın səhmləri Paşa Bank ASC tərəfindən 2014-ci və 2015-ci illərin dekabr ayları
arasında qismən satın alınmışdır, 2015-ci ilin sonunda Paşa Yatırım Bankası A.Ş.-nin
100% səhmdarı PAŞA Bank ASC olmuşdur. 2015-ci ilin yanvar ayında 175 milyon TL
məbləğində pul vəsaitləri cəlb olunduqdan sonra PAŞA Yatırım Bankası A.Ş. aktiv olaraq
fəaliyyətə başlamışdır. Cəmi aktivlər korporativ müştərilərə verilmiş kreditlər təşkil edir
(ümumi aktivlərin 75-80% -ni təşkil edir). 2015 və 2016-cı illərdə ümumi aktivlərin həcmi
müvafiq olaraq 429% və 59% artmışdır.