Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə87/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   80   81   82   83   84   85   86   87   88

 
295 
 
 
 
dırılmаsı nəticəsində əldə еdilən bilgilər və b. 
Sоsiаl  və  mədəni  аntrоpоlоgiyа;  mədəni-tipоlоji  istiqа-
mət; mədəni-psiхоlоji istiqаmət; kulturоlоji-еkоlоji və b. qоllаr 
isə kulturоlоgiyаnın sоsiаl-еlmi prоfili sаyılır.  
Ən gеniş yаyılаn tətbiqi kulturоlоgiyа dа müхtəlif istiqа-
mətlər üzrə inkişаf еdib: mədəniyyət institutlаrının fəаliyyəti və 
mədəniyyət  siyаsətinin  nəzəriyyəsi;  sоsiаl-mədəni  prоqnоzlаr, 
lаyihələşdirmə və tənzimləmə mеtоdlаrı; təhsilin  kulturоlоjiləş-
dirilməsi;  şəхsiyyətin  sоsiаllаşdırılmаsı  və  sоsiаl-mədəni  pеdа-
qоgikа;  mədəni  irsin  qоrunmаsı  fоrmаlаrı;  muzеy  işi;  diyаrşü-
nаslıq və b. Bütün bu sаdаlаnаn istiqаmətlər üzrа dünyаnın аyrı-
аyrı  ölkələrində  kulturоlоji  məktəblər,  intеllеktuаl  çеvrələr,  еl-
mi-fəlsəfi institutlаr, tədqiqаt mərkəzləri fəаliyyət göstərir.  
Ötən il Аzərbaycan Respublikası Mədəniyyət və Turizm 
Nаzirliyiyinin  təşkilаtçılığı  ilə  Ölkə  Kulturоlоqlаrının  I  Fоru-
mu, 2008-ci ilin iyunundа isə Kulturоlоqlаrın I Bеynəlхаlq Bа-
kı  Fоrumu  kеçirildi.  Bu  fаktlаrın  özü  də  sübut  еdir  ki,  аrtıq 
dövlət  tərəfindən  kulturоlоgiyаyа  хüsusi  diqqət  göstərilir  və 
ictimаi-intеllеktuаl  düşüncəmizdəki  bоşluqlаr  tеzliklə  аrаdаn 
götürüləcəkdir...  
 
Virtual Azərbaycan: e-real dünyanın real imkanları... 
 
XX əsrin sonları, XXI əsrin əvvələrində dünyanı yeni bir 
texnologiya  dalğası  bürüdü.  internet  dövrünün  hücumlarına 
gözləməyən bəşəriyyət tezliklə qlobal informasiya şəbəkəsi ad-
lanan yeni texnologiyanın həmlələrinə dözməli oldu. 
Texnoloji dəyişikliklər özüylə tamam fərqli, yeni dünya-
görüş, ictimai-mədəni düşüncədə maraqlı istiqamətlər açmış ol-
du.  Yeni  ədəbi-mədəni,  kulturoloji-estetik,  ictimai-elmi  stan-
dartlar zamanın diqtəsinə öyrəşmiş insanlarda fərqli, interaktiv, 
yaradıcı münasibətlər tələb edirdi.  
Bizim çoxumuz dövrün nəbzini tutmağa çalışdıq. Əvvəl-
cə yeni nəslin nümayəndələri, sonra orta nəslin, sonda isə yaşlı 


 
296 
 
 
 
nəslin nümayəndələri yeni ünsiyyət texnologiyalarını mənimsə-
məyə həvəs göstərməyə başladı. 
İndi əksəriyyətimiz hər  zaman, istənilən məkanda mobil 
telefon  rabitəsindən  yararlanırıq,  evdə,  işdə,  təhsil  ocaqlarında 
kompüter,  internet  texnologiyası  imkanlarıyla  əhatələnmişik. 
Bəs mədəniyyət və ədəbiyyatımız necə, bu yeni texnologiya və 
onun meydana  gətirdiyi  fərqli formatlar, kulturoloji modellərə 
hazırdırmı? 
Xaricdə artıq 20 ildən çoxdur ki, bu ciddi kulturoloji mə-
sələlər ətrafında geniş müzakirələr, qızğın polemikalar aparılır. 
Azərbaycan  humanitar-mədəni  düşüncəsində  də  qloballaşma-
nın  gətirdiyi  yeni  bilgi,  texniki  və  kulturoloji  texnologiyalar 
haqqında  maraqlı  diskussiyalar  gedir:  internet  əsrinin,  qlobal 
şəbəkə dünyasının gətirdiyi yeniliklərin xeyri və ziyanı, gənclə-
rimizin,  yeni  nəslin  nümayəndələrinin  elektron  aləmə  aludəsi 
nəticəsində kitab oxumağı yadırğamaları, elektron poçt vasitəsi 
ilə, mobil telefon ismarıclarıyla yazışan virtual aləmin sakinləri 
və internetçilərin tamam fərqli yazı və mütaliə mədəniyyətinin 
daşıyıcılarına çevrilməsi...  


 
297 
 
 
 
İndi  muzeylərə,  kitabxanalara  da  virtual  baş  çəkmək  az 
qala dəb halını alıb. 
Bu  yerdə  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Tu-
rizm  Nazirliyinin  xətti  ilə  ölkəmizdə  ilk  virtual  muzeyin  ya-
radılması üçün aparılan  işi  yüksək dəyərləndirir və bütün  mu-
zeylərimizin  e-variantı, şəbəkə  forması  meydana  gəlməsini ar-
zu edirik... 
Bütün bu sadalanan cəhətlər nəinki Azərbaycanımız, həm 
də bütün dünya üçün həssas və qlobal problemə çevrilməkdədir. 
Bəs bizdə necə, belə əhəmiyyətli məsələyə ciddi münasi-
bət varmı, çağdaş dövrümüzün qlobal problemi ətrafında pole-
mikalar  qızışırmı.  Fikrimizcə,  istənilən  səviyyədə  və  geniş 
dairələrdə hələ ki bir tərpəniş hiss olunmur.  
Dövlət  səviyyəsində  ciddi  resurslar  işə  salınıb  ki,  Azər-
baycanda virtualizm bərqərar olsun.  
Azərbaycan Respublikasında məktəblərin kütləvi surətdə 
kompüterləşdirilməsi  proqramı  gerçəkləşdirilib,  bu  yaxınlarda 
isə  məktəbəqədər  müəssisələrdə  və  ali  təhsil  ocaqlarında  bu 
texnoloji prosesə start veriləcək. İnternetə – qlobal informasiya 
məkanına şəbəkə bağlantısı artıq dövlət proqramı ilə tənzimlə-
nir. Ölkəmizdə elektron hökumət layihəsi gerçəkləşdirilir, əla-
qədar orqanların, nazirlik və digər dövlət qurumlarının internet 
saytları geniş ictimaiyyət və dünya üçün açıqdır. 
Belə bir vaxtda Azərbaycan mədəniyyətini  və  ədəbiyya-
tını  istər  50  milyonluq  soydaşlarımıza,  istər  300  milyonluq 
Türk Dünyasına, istərsə də dünya xalqlarına tanıtdırmaq, gedən 
qlobal proseslərdə həm real, həm də virtual iştirak etməklə yeni 
texnologiyaların  bizlərə  verdiyi  geniş  imkanlardan  lazımınca 
yararlana bilərik. 
Bu yöndə yaradıcı insanlarımızın, düşüncə sahiblərimizin 
ədəbiyyat və mədəniyyət xadimlərimizin fərdi saytlarından tut-
muş, dövlət qurumları, elm və təhsil mərkəzləri, ictimai qurum-
lar və əlaqədar təşkilatların yaratmış olduğu internet səhifələri-
nin, portalların səviyyəsi, günümüzün ən vacib şərtlərindən bi-


 
298 
 
 
 
ridir. Əgər bu günə qədər qlobal virtual məkanda intellektual-
informativ, kulturoloji-texnoloji yarışmada Azərbaycandilli şə-
bəkə resursları zəif idilərsə, indi artıq bu sahədə də bir canlan-
ma hiss olunmaqdadır... 
Sözsüz ki,  hər bir  yenilik  müqavimət və qurbanlar tələb 
edir. Fəqət, yeniliyin qarşısını almaq da olmaz.  
Son  zamanlar  elektron  məkanımızda  –  Azərnetdə  yara-
dılan  internet  saytlarının  arasında  mədəniyyət,  elm,  bilgi,  təh-
sil,  ədəbiyyat  kimi  yaradıcı-intellektual  sahələrə  şamil  edilən 
resursların sayı, həmçinin səviyyəsi get-gedə artmaqdadır. 
Özündə milyonlarla elektron kitabları, internet resursların 
ünvanlarını,  dünya  elektron  kitabxanalarının  yerini  birləşdirən 
www.xariciedebiyyat.аzeriblog.com saytı ölkəmizdə və xaricdə 
minlərlə  şəbəkə  istifadəçisinin  marağını,  diqqətini  cəlb  etmiş 
Virtual  Hiper  Elektron  Kitabxana,  eləcə  də  Sadələşdirilmiş 
Milli e-Axtarış Sistemi kimi yaradılıb. 
Yeni  Yazarlar  və  Sənətçilər  Qurumunun  sədri  kimi  mə-
nim  rəhbərliyimlə  “Virtual  Azərbaycan”  Milli-Kulturoloji  La-
yihənin bir hissəsi kimi yaradılan www.artyazar.tk internet ün-
vanlı portalın bir istiqaməti kimi artıq 200 mindən çox insanın 
yararlandığı  bu  qlobal  informasiya-bilgi  resursları  –  şəbəkə  işi 
respublikamızı dünyada, qlobal dünyanı isə ölkəmizdə tanıtmaq 
baxımından, eyni zamanda yeni mütaliə mədəniyyəti, qlobal bil-
gilərə  yiyələnmək,  fərqli  ünsiyyət  forması,  interaktiv  infor-
masiya əldə etmək sahəsində yenilik kimi də qəbul etmək olar. 
Özünün 1000-ə yaxın elektron səhifəsi olan saytın istifa-
dəçisi 1-5 saniyə  ərzində müxtəlif kitabların elektron variantını 
əldə  etmək imkanı qazanır.  www.xariciedebiyyat.azeriblog.com 
ünvanına daxil olmaqla Azərbaycan, türk, rus, ingilis və başqa 
dillərdə olan elmi,  tarixi,  bədii, dini, ictimai-siyasi  kitablardan 
istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatı-
nın  Azərbaycan dilinə tərcümələri də  geniş  yer alıb. Yeri gəl-
mişkən, onu da bildiririk ki, bu günlərdə bu portal www.kitab-
xana.net internet ünvanı ilə fəaliyyətə başlayacaq. Saytın geniş 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə