Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə82/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   78   79   80   81   82   83   84   85   ...   88

 
278 
 
 
 
Bu, konkret maddi dünyamız qədər dərin, zəngin, nəhəng dün-
yadır. Bu dünyada özümüzü necə hiss edirik, Azərbaycan özü-
nü necə hiss edir, Azərbaycan mədəniyyəti özünü necə  göstə-
rir? Bu, həddindən artıq vacib bir məsələdir. Ümumiyyətlə, əv-
vəlcə  fikirləşmişdik  ki,  Azərbaycan  mədəniyyətinin,  fəlsəfəsi-
nin,  müxtəlif  sahələrinin  elektron  məkanda,  internetdə  inkişaf 
tarixini, bu gününü bir xülasə eləyək. Sonra qərara aldıq ki, daha 
dəqiq, daha düzgün məlumat almaq üçün mövzunu iki sahə ilə 
məhdudlaşdıraq. Ola bilsin ki, gələcəkdə digər sahələrə də qayı-
dacağıq.  Amma  bu  gün  Azərbaycan  musiqisi  və  Azərbaycan 
ədəbiyyatının elektron məkandakı vəziyyətindən danışacağıq.  
 
Fikrin, sözün ötürülməsi. Teleqraf 
 
İndi  internet  xüsusilə,  gənclərin  həyatının  çox  mühüm 
hissəsidir. Elmlə, sənətlə, yaradıcı fəaliyyətlə məşğul olan yaşlı 
insanlar  da  bu  məsələni  diqqətdən  kənarda  qoya  bilmirlər. 
Ümumiyyətlə, insan tarix boyu öz yaradıcılığı haqqında məlu-
matı,  fikrini,  sözünü  yaymaq,  başqa  yerlərə  çatdırmaq  istəyib. 
Amma  bu,  elə  asan  olmayıb.  Qədim  dünyada  səs  ancaq  gözlə 
görünə bilən müəyyən bir məsafəyə çatırdı. Oradan o tərəfə nə 
etməli?  Ona  görə  də,  qədim  dünyada  xəbər  çatdırmaq  vasitəsi 
at və gəmi idi. Bu da məsafədən asılı olaraq, həftələr, aylar çə-
kə  bilirdi.  Təkər  icad  olundu,  arabalar,  karetalar  əmələ  gəldi. 
Maraqlıdır ki, XIX əsrin ortalarına qədər bu nəqliyyat vasitələri 
– torpaq üzərində at və suda gəmi dəyişmədi (gəmilər təkmil-
ləşsə də). Düzdür, qədim zamanlardan bəri tüstü və işıqla, alov-
la işarə vermək də vardı. Güzgü vasitəsilə işıq şüaları, şərti işa-
rələr göndərmək və onların digər güzgü ilə qəbulu 19-cu əsrdə 
Avropada yayılmışdı. 1780-ci ildə Fransada kəşf olunan və tət-
biqinə başlanan optik teleqraf (semafor) 19-cu əsrin ortalarında 
da  fəaliyyətdə  idi.  Qüllələrin  başındakı  hərəkət  edən  lövhələr 
vasitəsilə  işarələr  –  hərflər  digər  qüllə  tərəfə  göndərilirdi.  Bu 
cür  stansiyalar  şəbəkəsi  məlumatı  uzaqlara  ötürməyə  imkan 


 
279 
 
 
 
verirdi.  Napoleon  bu  sistemdən  uğurla  istifadə  edirdi.  Sema-
forlar  dəmiryolunda  daha  uzun  müddət  istifadə  olundu.  Yol 
işıqları  (rusca:  svetofor)  semaforların  sadələşdirilmiş  variantı 
idi, ilk dəfə 1868-də Londonda istifadə olundu.  
1837-ci ildə C.Morse elektromaqnit teleqrafı icad etdi. O, 
əlifbanın  hərflərini  nöqtə  və  tirelərin  kombinasiyası  ilə  ifadə 
edə bilən teleqraf kodundan istifadə edirdi (buna Morse əlifbası 
deyilir).  
1866-cı ildə transatlantik teleqraf kabeli çəkildi. T.Ediso-
nun səyi nəticəsində teleqraf sistemi təkmilləşdirildi və 1902-ci 
ildə Sakit Okeanı keçən teleqraf xətti ilə dünya teleqraf sistemi 
əmələ  gəldi.  Teleqrafın  icadı  ilə  yazılı  məlumatın  ötürülməsi, 
xəbər çatdırmaq vasitəsi və sürəti qeyri-adi dərəcədə dəyişdi. 
1895-ci ildə A.S.Popov və 1896-cı ildə G.Marconi simsiz 
teleqrafı icad etdilər, yəni kabelsiz siqnal göndərmək və qəbul 
etmək  məsələsi  həll  olundu.  Buna  radioteleqraf  və  ya  sadəcə 
radio adı verildi. Təqribən bir əsrə yaxın bir vaxt keçəcək, tele-
qraf dövrü tam bitəcək və insanlar bir-birinə e-mail, yəni elekt-
ron məktub göndərə biləcəkdilər.  
XIX əsrin ortalarında elektromaqnetizm və elektromaqnit 
dalğalarının təbiəti aydınlaşdırıldıqdan sonra dünya tamam ye-
niləşdi. Dəyişkən olan şey bir dalğa yaradır. O dalğalar müxtə-
lif  uzunluqda  ola  bilər,  yəni  o  dalğalar  fərqlidir  və  o  dalğalar 
məlumatı özlərinə yığıb başqa yerə apara bilər. Teleqrafı Krım 
müharibəsində artıq sınaqdan çıxarmaq oldu. İlk dəfə T.Edison 
səsin  yazılması  və  yenidən  səsləndirilməsini,  yəni  fonoqrafı 
kəşf  eləyəndə  (1877)  sifariş  almışdı.  Bu  nə  sifariş  idi?  Ölülər, 
onların yola salınması, basdırılması ilə məşğul olan bir cəmiyyət 
var idi. Onlar Edisondan xahiş elədilər ki, bir məsələnin həllinə 
kömək  etsin.  İnsanlar  öləndə  vəsiyyət  eləmək  istəyirlər;  yaxşı 
olardı ki, vəsiyyət edən insanın səsi yazılıb qalsın. Edisonun ix-
tirası bu məsələni həll etdi. Bunun əsasında qramofon və patefon 
əmələ gəldi. 
 


 
280 
 
 
 
Kompüterlər və İnternet 
 
Əlbəttə, kompüterin də böyük bir tarixi var. Amma müa-
sir kompüterlərə birbaşa dəxli olan ciddi sözü ilk dəfə XIX əs-
rin ortalarında 2 nəfər ingilis söylədi. Charles Babbage və Ada 
Lovelace (Lord Bayronun qızı). Lovelace (Lovleys) nəzəri ola-
raq,  müasir  kompüterlərin  ilk  dizaynını  hazırlamışdı.  Amma 
sonralar  məlum  oldu  ki,  o,  dövrünü  çox  qabaqlayııbmış,  ona 
görə  də  bu  fikrini  həyata  keçirə  bilmədi.  Müasir  kompüter 
1930-cu  illərin  sonları  və  1940-cı  illərin  birinci  yarısında 
quruldu. 1940-44-cü illərdə İBM-lə birlikdə qurulmuş “Mark I” 
kompüteri  Harvard  universitetində  işləməyə  başladı.  Kompü-
terin qurulması ilə dünya dəyişdi. Amma, amerikalılar deyirlər 
ki, kommunikasiya tarixində dünyanı dəyişdirən 2 çox mühüm 
hadisə  olub:  biri  1858-ci  ildə  Atlantik  okeandan  Avropa  ilə 
Amerika birləşdirən  kabel  çəkilməsidir. O kabel  cəmi 2-3 gün 
işlədi, sonra 1866-da onu tam təzələdilər. İkincisi, Sovet “Sput-
nik”inin  kosmosa  buraxılmasıdır.  Doğrudan  da,  1957-ci  ildə 


 
281 
 
 
 
meydana gələn peyk bütün Qərb dünyasını, onun elm və təhsil 
siyasətini dəyişdirdi. Amerika, həmçinin Avropa elmin, texno-
logiyanın  inkişafına  çox  böyük  sərmayə  qoymağa,  bir  növ, 
məcbur oldu.  
Biz  internetin,  bəzən  dünyanın  qan  dövranı  kimi  şərh 
edilən bu fenomenin  yaranması tarixinə çox qısa bir nəzər sa-
laq. 1969-cu ildə texnoloji bir məsələ qoyuldu və kompüter, in-
ternet  inqilabı  sanki  bununla  başladı.  APRANET  adlı  şəbəkə 
quruldu; Amerikada UCLA, Los-Anceles Kaliforniya Universi-
tetində dedilər ki, gəlin biz elə şey fikirləşək ki, burada kompü-
terimizdə  yazdıqlarımız  Standard  Research  İnstitut`dakı  kom-
püterdə  görünsün,  üzə  çıxsın.  Onlar  oktyabrın  29-da  saat 
10:30-da  yığıldılar,  telefonla  Standard  Research  İnstituta  zəng 
edib dedilər ki, biz burada bir iş görürük, siz kompüterinizə ba-
xın.  Kompüterdə  “LOGIN”  sözünü  yazmağa  başladılar;  tele-
fonla  dedilər  ki,  “L”  göründümü?  Cavab  gəldi:  “Var!”  Yenə 
soruşdular:  “O”  varmı?  Cavab  gəldi:  “Var”.  Sonra  “G”  varmı 
deyəndə, əlaqə kəsildi. Bu, tarixin böyük anı oldu. Bir saatdan 
sonra “Login” sözü tam ötürüldü. Dekabrın 5-də artıq dörd uni-
versitet arası şəbəkə işlədi. Sonra müxtəlif ölkələrdə kompüter 
şəbəkələri  qurulmasına  başlanıbdı.  1990-cı  ilin  əvvəllərində 
Amerikada, Avropada və Yaponiyada bir şəbəkə quruldu. Bu 3 
şəbəkə birləşdirildi və bununla da dünya şəbəkəsi əmələ gəldi. 
Dünyanı hörümçək toru kimi örtmək vəzifəsini üzərinə götürən 
bu şəbəkə, yəni – internet artıq insanların yeni fəaliyyət məka-
nına, onların ən azı bir qisminin zəruri ehtiyacına çevrildi. Ba-
carırsansa, internetə musiqi, şeir, film, şəkil, yazı qoya bilərsən 
və ona dünyanın hər yerində insanlar ona baxa bilərlər. Biz bu 
işdə hələlik o qədər də uğur qazanmamışıq. Milli internet sayt-
ların  sayı  ilə  bağlı  sizə  bəzi  statistikik  məlumatları  çatdırmaq 
istəyirəm. Görək, dünyada hər ölkədə nə qədər internet saytları 
var? Məsələn, Niderlandda 17 milyon sayt, Türkiyədə 1 milyon 
160  min,  Estoniyada  479  min,  Qırğızıstanda  68  min,  Ermə-
nistanda  60  min,  Azərbaycanda  cəmi  19  min.  Bu  işlə  gözəl 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə