Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə92/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   84   85   86   87   88   89   90   91   92

Elm haqqında elm   
 
- 301 - 
Bu cür dəlillərə istinad edən tədqiqatçılar unudurlar 
ki,  elmi  işçilərin  sayının  artması  elmin  inkişafını  təmin 
edən  yeganə  amil  deyil.  Bu  gün  elmin  tətbiqi  sayəsində 
istehsalatda  ekstensiv  inkişaf  xəttindən  intensiv  inkişaf 
xəttinə  keçildiyi  kimi,  elmin  öz  inkişafında  da  intensiv 
xəttə  keçid  təmin  edilərsə,  elmi  işçilərin  sayını  artırmağa 
ehtiyac  qalmaz.  İnformasiya  tutumunun  məhdudluğuna 
gəlincə,  burada  elektron-hesablama  maşınlarının  yaddaşı 
insanın köməyinə gəlir. Elm özü öz gələcək inkişafı üçün 
yol açır.  
Beləliklə, elmin üfüqündə yaxın gələcəkdə onun sür-
ətli inkişafına mane ola biləcək heç bir şübhəli qaraltı gö-
rünmür.  Hətta  texniki  tərəqqi  sahəsində,  təbii  enerji  ehti-
yatları  sahəsində  qarşıya  çıxan  bir  sıra  prinsipial  çətin-
liklərin də əlacı yalnız elmin tərəqqisində axtarılır.  
Lakin  elmin  inkişaf  imkanları  şübhə  doğurmadığı 
halda, bu inkişafın həmişə məhz müsbət nəticələrə gətirə-
cəyini hökm etmək mümkün deyil. Təsadüfi deyil ki, yeni 
elmi  nailiyyətlərin  tətbiqi,  ikinci  təbiətin  yaradılması 
sahəsindəki fəaliyyət zamanı müəyyən cəhətlərin nəzərdən 
qaçırıldığı  və  bunun  bəşəriyyət  üçün  böyük  təhlükəsi 
yalnız müasir dövrdə aşkar edilmişdir. İnsan təbiəti dəyiş-
dirərkən  milyon  illər  ərzində  formalaşmış  olan  təbii 
ahəngi,  qaydanı  pozduğuna  fikir  verməmişdir.  O  yalnız 
təbiət,  bunun  müqabilində,  qisas  aldığı  vaxt  ayrılmış  və 
səhvlərini  düzəltməyə  başlamışdır.  Lakin  bu  gün  qlobal 
miqyas kəsb edən və olduqca təhlükəli xarakter alan eko-
loji  problemi  uğurla  həll  etmək  insana  müyəssər 
olacaqmı?  
Elm  elə  böyük  nüfuz  qazanmışdır  ki,  insan  ekoloji 
problemi  də  məhz  elmin  öz  nailiyyətləri  sayəsində  həll 
edəcəyinə  böyük  inam  bəsləyir.  Elm  doğrudan  da,  bu 


Elm adamları elm haqqında 
 
- 302 - 
problemi həll etmək iqtidarındadır. Lakin yalnız bir şərtlə 
ki,  elmdən  planlı  və  məqsədəuyğun  surətdə,  ehtiyatla 
istifadə edilsin,  təkcə bugünkü nəticələr və şəxsi  mənfəət 
deyil, həm  də planetin  gələcəyi,  bütün  bəşəriyyətin  taleyi 
nəzərə alınsın. Bu isə artıq yeni təfəkkür deməkdir.  
 
 
 
Elmi-texniki tərəqqi hara aparır? 
 
Qalib gələcəkmi cahanda kamal?  
S.Vurğun  
 
İnsan  gələcək haqqında  düşünərkən  elmi-texniki tə-
rəqqiyə  böyük  ümidlər  bəsləyir.  Bəs  elmi-texniki  tərəqqi 
insanı hara aparır?  
Elementar  məntiqi  təhlil  göstərir  ki,  əgər  elmi-tex-
niki tərəqqi  insanı  aparırsa, son nəticədə qaranlığa apara-
caq.  Çünki  yüz  dəfə  işığa  doğru  getmək  hələ  bir  dəfə 
qaranlığa  getmək  ehtimalını  aradan  qaldırmır.  Yüz  gün 
meşədə gəzmək hələ o demək deyil ki, bir gün qurda rast 
gəlməyəcəksən. Lakin rast gəldikdə daha gec olur. Qaran-
lıq dünyaya gedən yol da əbədidir, oradan geriyə yol yox-
dur.  
Bir  dəfə  A.Eynşteyndən  üçüncü  dünya  müharibəsi 
haqqında nə düşündüyünü soruşurlar. O isə üçüncü dünya 
müharibəsi  haqqında  heç  nə  deməyərək,  dördüncü  dünya 
müharibəsinin  ox  və  kamanla  olacağını  söyləyir.  Lakin 
A.Eynşteynin  bu  ehtimalı  hərbi  texnikanın  40  il  bundan 
əvvəlki  səviyyəsi  üçün  doğru  sayıla  bilər.  Müasir  dövrdə 
dağıdıcı və kimyəvi qırğın silahlarının gücü elə bir həddə 
çatmışdır  ki,  müharibədən  sonra  harada  isə  Afrika  cən-


Elm haqqında elm   
 
- 303 - 
gəlliklərində  adamlar  qalacağına  və  bəşəriyyətin  keçdiyi 
bütün  tarixi  yolun  təzədən  təkrar  olunacağına  da  ümid 
yoxdur. Qarşıda Yer üzərində həyatın ümumiyyətlə qalıb-
qalmaması məsələsi durur.  
Nüvə  müharibəsi  təhlükəsi  bir  yana  dursun,  ətraf 
mühitin  tədricən,  lakin  müntəzəm  surətdə  zəhərlənməsi 
toplanıb gözlənilmədən elə bir həddə çata bilər ki, elə yeni 
keyfiyyət halı yaranar ki, insan "ha" eləyib çıxış yolu dü-
şünənə  qədər,  öz  nəhəng  elm  maşınının  səmtini  dəyişənə 
qədər artıq gec olar. 
Şər deməsən xeyir gəlməz, – deyiblər. Biz də şər eh-
timalını nəzərə almaqdan çəkinmirik.  Lakin şər o vaxt la-
büddür  ki,  insan  elmi-texniki  tərəqqini  deyil,  elmi-texniki 
tərəqqi insanı aparır. 
Biz elmi-texniki tərəqqiyə, onun gələcəyinə və insan 
həyatında  roluna  nikbin  yanaşırıq.  Lakin  bir  şərtlə  ki,  el-
mi-texniki  tərəqqi  son  məqsədə  çevrilməsin  və  insan  öz 
ixtiyarını  elmin,  texnikanın  əlinə  verməsin.  Əksinə,  elmi 
də, texnikanı da çilovlayaraq onlardan yüksək bəşəri ideal-
lara çatmaq üçün bir vasitə kimi istifadə etsin. 
Müasir  dövrdə  insan  özünə  elmin  vasitəsilə,  lakin 
dialektik  təfəkkür  əsasında,  zəka  işığında  yol  açmalıdır. 
Sual  oluna  bilər  ki,  məgər  zəka  elmdən  kənar  bir 
şeydirmi?    Xeyr,  zəka,  heç  şübhəsiz,  elmlə  də  bağlıdır. 
Lakin  təkcə  elmlə  yox,  həm  də  əxlaq  və  incəsənətlə, 
insanın  min  illərdən  bəri  formalaşmış  olan  mənəvi 
idealları  ilə,  humanist  fəlsəfi  fikirlə  və  nəhayət,  onun  ən 
ali  metodu  olan  dialektika  ilə  bağlıdır.  Zəka  -  bütün 
bunların  vəhdəti,  insanın  intellektual,  emosional  və 
mənəvi-əxlaqi  inkişaf  istiqamətlərinin  birləşdiyi  zirvədir. 
Bu  gün  yeni  təfəkkür  adlandırdığımız  düşüncə  tərzi  də 
məhz  dialektik  zəka,  sözün  böyük  mənasında  kamal 


Elm adamları elm haqqında 
 
- 304 - 
deməkdir.  Cahanda  kamalın  qalib  gəlməsi  üçün  əsas 
şərtlərdən 
biri 
isə 
elmi-texniki 
tərəqqinin 
humanistləşdirilməsi, onun insanın mənəvi ideallarına tabe 
edilməsidir. 
Antik dövrdə praktik biliklər elmdən, elm isə fəlsə-
fədən hələ tamamilə ayrılmamışdı. Ona görə də, bütün bi-
liklərin  mərkəzində,  istər  aşkar,  istərsə  də  qeyri-aşkar 
şəkildə  insan  dayanırdı.  Protaqorun  sözü  ilə  desək,  insan 
hər şeyin meyarı idi. 
Orta  əsr  Şərqində  elm  praktik  biliklərdən  ayrılaraq 
fəlsəfə  və  ilahiyyat  ilə  daha  çox  bağlandı  və  nəticədə  el-
min  ayağı  yerdən  üzülmüş  oldu.  Bu  dövrdə  elmin  huma-
nitarlaşması onun təbii zəmindən ayrılması ilə nəticələndi. 
İntibah  dövründə  praktik  biliklər  də  qanad  açıb  uç-
mağa  başladı  və  "səmada"  orta  əsr  Şərq  elminə  qovuşdu. 
Bu vüsal elmin vəznini artırdı və o, tədricən yerə enməyə 
başladı.  
Yeni  dövrdə  (kapitalizm  çəmiyyətində)  F.Bekonun 
dediyi kimi, "elmin qanadlarına qurğuşun bağlandı" və o, 
tamamilə  Yerə  enərək  praktik  fəaliyyətin  vasitəsinə  çe-
vrildi.  Elmi  tədqiqatların  istiqaməti  texniki  tələblərə 
uyğunlaşdırıldı  və  tədricən  vahid  elmi-texniki  proses  for-
malaşmağa  başladı.  Elmin  texnika  ilə  daha  çox 
əlaqələnməsi  və  riyaziləşməsi  onu  ilkin  sinkretik 
başlanğıcdan  daha  da  uzaqlaşdırdı.  Elmin  insana  yadlığı 
özünü  getdikcə  daha  çox  büruzə  verməyə  başladı.  Rasio-
nalizm  və  texnisizm  meyllərinin  təzyiqi  ilə  elmdə  huma-
nitar  çalarlar  solğunlaşdı  və  elmdən  insana  qarşı,  onun 
emosional  və  əxlaqi-mənəvi  ideallarına  qarşı  istifadə 
edilməsi  ehtimalı  artdı.  Elmin  insan  mənəvi  ahəngindən 
kənara  çıxaraq  onunla  ziddiyyətə  girməsi  Qərb 
sivilizasiyasının süqutunun təməlini qoydu. 


Elm haqqında elm   
 
- 305 - 
Bu gün ABŞ-ın ulduz müharibələrinə hazırlıq sahə-
sindəki  texniki  tədbirləri  artıq  insan  nəzarətindən  çıxaraq 
kompüterlərin nəzarətinə əsaslanır ki, bu da insanın özünü 
elmi-texniki tərəqqinin ixtiyarına verməsi deməkdir. Elmi-
texniki  tərəqqinin  insanın  hara  apara  biləcəyini  isə  biz 
artıq yuxarıda izah etmişik. Yaranmış vəziyyətin real təh-
lükəsini 
bütün  tərəqqipərvər  qüvvələrin  nəzərinə 
çatdırmaq və bəşəriyyəti bu təhlükədən xilas etmək bu gün 
dünya  sosializm  sisteminin  tarixi  vəzifələrindən  birinə 
çevrilmişdir.  
Qlobal  miqyaslı  yeni  təfəkkürə  keçidi  zəruri  edən 
mühüm səbəblərdən biri məhz elmi-texniki tərəqqidə insan 
amilinin  ön  plana  çəkilməsinə,  onun  humanistləşdirilmə-
sinə, elmin  hərbi sənayeyə və ümumiyyətlə, istehsala tət-
biqinin mənəvi meyar süzgəcindən keçirilməsinə olan eh-
tiyacdır.  Ona  görə  də,  ölkəmizdə  yenidəqurmanın  həyata 
keçirilməsi  bir  tərəfdən  elmi-texniki  tərəqqinin  sürətlən-
dirilməsini  və  onun  praktik  tətbiqinin  intensivləşdirilmə-
sini  tələb  edirsə,  digər  tərəfdən  də,  bu  hadisənin  yekun 
istiqamətinin  insanın yüksək  mənəvi ideallarına tabe edil-
məsini nəzərdə tutur. 
Elm və texnikanın bəşəriyyət üçün daha çox müsbət, 
yoxsa  mənfi  nəticələr  törətdiyi  barədə  mübahisələr  yeni 
deyil.  Elmə  müxtəlif  münasibət,  xüsusən  iki  kənar  möv-
qedən münasibət ictimai fikir tarixində dərin köklərə ma-
likdir.  Hələ  XVIII  əsrdə  Volterlə  Russo  arasındakı  mü-
bahisələr  həmin  məsələyə  əks  münasibətlərin  klassik  nü-
munəsi sayıla bilər. Sonralar burjua fəlsəfəsində dərin kök 
salmış fəlsəfi cərəyanlardan pozitivizm və ekzistensializm 
arasındakı  başlıca  fərqlərdən  biri  də  məhz  onların  elmə 
münasibətdə  bir-birinə  əks  olan  kənar  mövqelər 
tutmalarıdır. 


Elm adamları elm haqqında 
 
- 306 - 
"Elmi  tərənnüm  edən"  pozitivizm  insanın  mənəvi 
fəaliyyətin  digər  sahələrinə  etinasızlıq  göstərdiyi  kimi, 
"incəsənəti tərənnüm edən" ekzistensializm də elmə yalnız 
onun  törətdiyi  mənfi  nəticələr  prizmasından  baxır.  Elmə 
bu cür təzadlı münasibət müasir dövrdə ssientizm və antis-
sientizm kimi bir-birinə əks cərəyanların mövqeyində daha 
aşkar surətdə üzə çıxır. 
Elmin,  elmi-texniki  tərəqqinin  nailiyyətləri  artdıqca  
müasir  dövrün  burjua  futuroloqları  da  daha  çox  dərəcədə 
bir-birinə əks olan iki cəbhəyə ayrılırlar. Əgər ssientist fu-
turoloqlar  üçün  elmi  fetişləşdirmək,  onun  nailiyyətlərini 
həddindən  artıq  şişirdərək  bütün  ictimai  bəlaları  elmlə 
müalicə etmək ideyası səciyyəvidirsə, antissientist futuro-
loqlar  müasir  burjua  cəmiyyətinin  bütün  uğursuzluqlarını 
elmlə  bağlamağa,  elmin  bəşəriyyət  üçün  böyük  fəlakətlər 
mənbəyi olduğunu, törətdiyi ziyanların xeyrini üstələdiyini 
göstərməyə çalışırlar. 
Texnikaya  və  onun  sosial  nəticələrinə  münasibət 
baxımından da burjua fəlsəfi konsepsiyaları bir-birinə əks 
olan  mövqelərə  bölünərək  texnisizm  və  antitexnisizm 
mövqelərindən  çıxış  edirlər.  Lakin  ilk  baxışda  bir-birinə 
zidd  olan  bu  cür  kənar  mövqelər  əslində  eyni  məqsədə 
xidmət edir, müasir kapitalizm cəmiyyətinin sosial ziddiy-
yətlərini  pərdələmək  niyyətini  güdür.  Belə  ki,  antissien-
tizm  və  antitexnisizm  mövqeləri  kapitalizm  cəmiyyətinin 
bütün  uğursuzluqlarının  təqsirini  elm  və  texnikanın  üzə-
rinə atmaqla daxili sosial ziddiyyətləri gizlətməyə çalışır. 
Ssientizm və texnisizm mövqeləri (xüsusi halda tex-
noloji  determinizm,  postindustrializm  və  s.)  isə  elm  və 
texnikanın  inkişafına  kapitalist  ölkələrini  böhrandan  xilas 
edə  bilən  vasitə,  ümid  mənbəyi  kimi  baxır.  Belə  çıxır  ki, 
elm  və  texnikanın  yüksək  inkişaf  səviyyəsi  hətta  daxili 


Elm haqqında elm   
 
- 307 - 
sosial ziddiyətləri də aradan qaldırmaq imkanına malikdir. 
Bununla  da,  elmi-texniki  tərəqqi  ictimai  inkişafın  vasitəsi 
yox,  məqsədi  kimi,  bütün  sosial  ziddiyyətləri  həll  edən 
sehrli çubuq kimi qələmə verilir. 
Əslində  isə  elmə  xilaskar  kimi  baxmaq,  ondan 
səadət  ummaq  robotdan  mərhəmət  diləmək  kimi  bir 
şeydir.  Hər  şey  onun  qabaqcadan  insan  tərəfindən  necə 
proqramlaşdırılmasından asılıdır. 
Müasir elmin  böyük imkanlarına heç kim şübhə et-
mir.  Elmin  inkişafı  və  tətbiqi  nəticəsində  əvvəllər  sehr, 
möcüzə  sayılan  hadisələr,  insanın  əsrlər  boyu  arzusunda 
olduğu süni vasitələr indi real həyat həqiqətlərinə çevrilir. 
Göygöz Kosanın sehrli çubuğunu da, Həkim babanın qadir 
kəmərini və ecazkar suyunu da bu gün elm yaradır. Lakin 
elmin  qüdrəti  onun  kimin  əlində  olmasından  asılıdır.  Hə-
kim babanın əlində o, daşı əridir və çiçəkləndirir, Göygöz 
Kosanın əlində isə adamı daşa çevirir. 
Elm çırağını yandıran kimi, ağ qoçla yanaşı qara qoç 
da nazil olur. Zümrüd quşunun dediyi  kimi,  gərək çalışıb 
ağ  qoça  minəsən.  Çünki  ağ  qoç  işıqlı  dünyaya  aparır  - 
atom elektrik stansiyası neçə-neçə evə işıq gətirdiyi kimi; 
qara qoç isə qaranlıq dünyaya aparır - atom bombası Xiro-
sima  əhalisini  əbədi  zülmətə  qərq  etdiyi  kimi.  Lakin 
Zümrüd  quşu  unutmuşdu  desin  ki,  ağ  qoça  minmək  hələ 
azdır.  Çalış  büdrəmə,  azca  büdrəsən  ağ  qoç  səni  yenə  də 
qara  qoçun  üstünə  atacaq  –  «Çelencer»-dəki  və 
Çernobıldakı məsuliyyətsizliklərin nəticəsi kimi. 
Əsrimiz raket  əsridir,  – deyirlər.  Lakin  raketlər bizi 
yalnız  o  vaxt  işıqlı  sabaha  aparır  ki,  onun  sükanında  hu-
manist mənəviyyat, yeni təhsil paradiqması  dayanmış ol-
sun!  Sabah elmin necə idarə olunacağı, ondan hansı məq-
sədlər üçün istifadə ediləcəyi bu gün təhsilin məzmununda 


Elm adamları elm haqqında 
 
- 308 - 
texniki və humanitar aspektlərin tarazlaşdırıla bilməsindən 
asılıdır.   
 
*** 
 
İncəsənətin  məqsədi  insanın  emosional-mənəvi 
dünyasını  zənginləşdirmək,  onu  daha  saf,  daha  təmiz 
etmək - onun mənəvi imkanlarını artırmaqdır. 
Elmin  məqsədi  isə  insanın  intellektual  dünyasını 
zənginləşdirmək,  onu  daha  məlumatlı,  daha  bilikli  etmək 
və bu biliyin qüvvəyə çevrilməsi sayəsində onun imkanla-
rını artırmaqdır. 
Elmi  biliyin  maddi  qüvvəyə  çevrilməsi  təbiətlə 
mübarizədə  insanı  daha  güclü  edir.  Lakin  insanın  maddi 
gücü-qüdrəti  artdıqca  bu  gücü  düzgün  yönəldə  bilmək 
üçün  onun  mənəvi  kamillik  səviyyəsi  də  artmalıdır.  Zira 
elm  əhli  olmaq,  hələ  kamal  əhli  olmaq  deyil.  Kamalın 
qələbəsi  üçün  yüksək  elmi-texniki  səviyyə  ona  uyğun 
gələn  yüksək  elmi-texniki  səviyyə  ona  uyğun  gələn 
yüksək mənəvi-əxlaqi səviyyə ilə tamamlanmalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Elm haqqında elm   
 
- 309 - 
 
 
 
 
 
 
 
 
 
 
 
Mündəricat 
 
 
Ön söz ........................................................................................... 3 
Giriş əvəzi: Elm və onun sükanı ................................................. 9 
 
ELM və DİN .............................................................................. 19 
Elmə və millətə həsr olunmuş həyat ..................................... 21 
Əbdüs-Səlam.
 
ĠDEALLAR və GERÇƏKLƏR  .................. 27 
 
ELM və SƏNƏT ........................................................................ 63 
VətəndaĢ alim Xudu Məmmədov ........................................ 65 
Xudu Məmmədov.  QOġA QANAD..................................... 70 
 
ELM və DİL ............................................................................. 159 
Oqtay Sinanoğlu: həyat və yaradıcılığından səhifələr .... 161 
Beyin köçü ........................................................................... 164 
Oqtay Sinanoğlu. “BYE-BYE” TÜRKCE ........................ 169 
Elm və dil ............................................................................ 191 
 
ELM HAQQINDA ELM ......................................................... 207 
Səlahəddin Xəlilov: həyat və yaradıcılığından sətirlər ... 209 
S. Xəlilov. ELMI-TEXNIKĠ TƏRƏQQĠ:  
                  
BU GÜN VƏ SABAH  ...................................... 213 


Elm adamları elm haqqında 
 
- 310 - 
 

Document Outline

  • OLE_LINK1
  • OLE_LINK2
  • OLE_LINK3
  • OLE_LINK4

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə