Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə87/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   84   85   86   87   88   89   90   91   92

Elm adamları elm haqqında 
 
- 286 - 
olduğundan  onun  funksiyası  prinsipcə  maşına  da  keçirilə 
bilər. Doğrudan da texnikanın hər bir sonrakı inkişaf mər-
hələsində  əlin  əvvəlki,  funksiyasını  əvəz  edən,  insanın 
əməli vərdişlərinə «yiyələnmiş» olan maşınlar peyda olur. 
Kompleks  maşının  strukturuna  insanın  bu  və  ya  digər 
funksiyasını  əvəz  edən  müxtəlif  komponentlər  daxil  edil-
dikcə  o  daha  çox  avtomatlaşmış  olur.  İnsan  özü  isə  canlı 
avtomat  olmaq  xüsusiyyətindən  getdikcə  daha  azad  olur 
və  daha  çox  məhz  şüurlu  varlıq  kimi  fəaliyyət  göstərir, 
yaradıcı əməklə məşğul olur. Lakin bunula belə, müəyyən 
peşə sahələrində nə qədər ki, insan əməyini hələ avtomatla 
əvəz  etmək  mümkün  olmamışdır,  əməli  biliklərin  vərdiş 
halına  keçməsinə,  insan  əlinin  avtomatlaşmasına  böyük 
ehtiyac  vardır.  Məsələn,  cərrah  üçün  tibbi  biliklərə  yi-
yələnmək hələ kifayət deyil. Bu işdə qazanılmış biliklərin 
vərdiş  halına  keçməsi  daha  mühüm  şərtdir.  El  arasında 
yaxşı  cərrah  haqqında,  yaxşı  usta  haqqında  söylənən  «əl-
ləri, qızıldır» ifadəsi də təsadüfi deyil. Burada beyinin «qı-
zıl»  olması  köməyə  gəlmir,  məhz  əllər  «qızıl»  olmalıdır. 
Yəni  əl  qeyri-şüuri  surətdə  qazanılmış  vərdiş  əsasında 
hərəkət etməlidir. Digər tərəfdən də, hər bir konkret situa-
siya  özünəməxsus  cəhətlərlə  fərqləndiyindən  yalnız  stan-
dart vərdiş əsasında işləyən əllər heç də həmişə uğur gətirə 
bilməz.  Situasiyanı  düzgün  qiymətləndirmək  və  hər  bir 
məqamda  məhz  tələb  olunan  vərdişləri  avtomatik  surətdə 
işə  salmaq  üçün  müstəqil  düşüncə,  vəziyyəti  qısa  müd-
dətdə təıtil edərək qərar çıxarmaq qabiliyyəti də tələb olu-
nur.  Deməli,  insanın  əvvəlcədən,  tədricən  yiyələnmiş  ol-
duğu müxtəlif səpgili əməli vərdişlər toplusu sistemi vahid 
mərkəzdən şüurlü surətdə tənzim olunur. 
                                                                                                
 


Elm haqqında elm   
 
- 287 - 
Beləliklə, primitiv əmək həmişə  yalnız eyni bir vər-
dişin işə düşməsinə əsaslanırsa və burada aşkar şüur kom-
ponenti yoxdursa, nisbətən mürəkkəb əmək formaları belə 
vərdişlər  çoxluğunun  aşkar  şüur  sayəsində,  elə  bil  ki, 
müəyyən proqram əsasında fəaiiyyətə cəlb olunmasını nə-
zərdə  tutur.  Belə  mürəkkəb  əmək  daha  sadəcə  avtomatla 
əvəz  edilə  bilmir,  «süni  intellektlə»  təmin  edilmiş  avto-
matlara  –  robotlara  ehtiyac  yaranır.  Fəaliyyət  sahələrinin 
müxtəlifliyinə  uyğun  olaraq  robotlar  da  yalnız  istehsala 
xidmət etmir. Nəqliyyat, təbabət, məişət robotları getdikcə 
daha çox yayılır.  
Texnikaya  yalnız  geniş  planda  yanaşdıqda  aydın 
olur  ki,  elmi-texniki  tərəqqinin  rolunu  təkcə  istehsalın 
inkişafına olan təsirlə izah etmək cəndi nə qədər də qusur-
ludur. İnsanın ən qədim ixtiralarından olan od ilk dəfə is-
tehsal  sahəsində  deyil,  məişətdə  istifadə  olunmuşdur. 
Onun ictimai tərəqqidə oynadığı rol isə heç də əmək alət-
lərinin  rolundan  geri  qalmır.  Qədim  dövrün  ən  böyük 
ixtiraların  olan  sadə  əmək  alətləri  heyvan  qüvvəsindən 
istifadə  edilməsi  və sürtmə  yolu  ilə  od alınması, heç şüb-
həsiz, insanın praktik bilikləri ilə bağlı idi. 
Elmlə əlaqə texnikanın sonrakı inkişaf mərhələsində 
mümkün olmuşdur. Texnikanın elmlə əlaqə xüsusiyyətlə-
rinin daha dəqiq araşdırıla bilməsi üçün elm, texnika, elm 
texnikası anlayışlarından başqa, texniki elm, texniki bilik, 
elmi-texniki  bilik,  elmi-texniki  fənn  və  s.  bu  kimi 
anlayışların da müqayisəli təhlilinə böyük ehtiyac vardır. 
Elm  texnikası  həm  elm, həm  də  texnikanın  mühüm 
ünsürlərindən  biridir.  Bəs  texniki  elmlər  hansı  sistemə 
daxil olur? İkinci təbiətin, texniki qurğuların özünəməxsus 
qanunauyğunluqlarını  əks  etdirmək  baxımından  texniki 


Elm adamları elm haqqında 
 
- 288 - 
elmlər elm sisteminə daxildir. Texnika isə bu halda yalnız 
həmin fənnin predmeti kimi çıxış edir. 
Əgər  təbiətşünaslıq  fənləri  «təbii  təbiəti»  öyrənirsə, 
texniki  elmlər  «süni  təbiəti»,  nə  vaxtsa  insan  yaradıcılı-
ğının  məhsulu  olan,  lakin  sonralar  müstəqil  mövcudluq 
dövründə  yenidən  tədqiqat  predmetinə  çevrilən  texniki 
qurğuları, onların iş prinsipini və s. tədqiq edir, nə vaxtsa 
unikal  fərdi  fəaliyyət  sayəsində  ixtira  olunan  obyekt  indi 
normal  düşüncənin,  şablon  təfəkkürün  obyektinə  çevrilir, 
məntiqi  sxemlərə  salınır.  Əldə  edilən  biliklər  fənn  kimi 
formalaşaraq tədris olunur. 
Əslində  texniki  qurğular  tam  obyektiv,  insanla 
əlaqəsini kəsmiş, ondan asılı  olmadan işləyən sistem olsa 
idi,  onları  da  təbiətşünaslığın  predmetinə  daxil  etmək 
olardı (bu halda  «ikinci  təbiət» tədricən  «birinci  təbiətin» 
strukturuna  daxil  olur,  onunla  qaynayıb-qarışır,  ilkin  zid-
diyyətlər  aradan  qalxır).  Lakin  texnika  təbii  obyektlərə 
nəzərən bir sıra spesifik cəhətlərə malikdir və onun struk-
turunda  insan  komponenti,  mənəvi  yaradıcılığın  özgələş-
miş, maddiləşmiş formaları və s. iştirak edir. 
Biz  yuxarıda  koqnitiv  biliklərin  maddi  fəaliyyətin 
strukturuna daxil olmasının spesifik cəhətlərini araşdıraraq 
göstərmişdik  ki,  əgər  əməli  biliklər  bilavasitə  maddi 
fəaliyyətlə bağlıdırsa, koqnitiv biliklər müstəqilliyə malik-
dir  və  maddi  fəaliyyətlə  müəyyən  aralıq  vasitə  sayəsində 
əlaqələnir. Bu vasitə zəncirinin mərkəzi ünsürü texnikadır. 
Texnika öz funksiyasına görə insanın təbiəti dəyişdir-mə-
sinə xidmət etsə də, öz iş prinsiplərinə görə insanın təbiəti 
dərk  etməsinə  əsaslanır.  Bununla  da,  texnika  koqnitiv  bi-
liklərin də əməli nəticə verməsinə səbəb olur. 
Texnikanın 
bizim 
tərəfdar 
olduğumuz 
konsepsiyasına  görə  bu  anlayışda  yalnız  müəyyən 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə