Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə90/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   84   85   86   87   88   89   90   91   92

Elm haqqında elm   
 
- 295 - 
Keçmişdə də elmi və əməli fəaliyyətin müəyyən üs-
tün  istiqamətləri  var  idi.  Lakin  zaman  getdikcə  bu  istiqa-
mətlər dəyişir. Əvvəllər alim və sənətkarların, ixtiraçıların 
diqqət  mərkəzində  duran  məsələləri  bu  gün  arxa  plana 
keçir.  
Əməli  fəaliyyət  elmdən  asılı  olmadan,  müstəqil  su-
rətdə  inkişaf  etdiyi  vaxtlarda  onun  bir  sıra  sahələri  elə 
yetkinlik dərəcəsinə çatmışdı və burada insanlar elə xüsusi 
biliklərə, vərdişlərə yiyələnmişdi ki, onlar bu gün də əhə-
miyyətli  ola  bilərdi.  O  dövrdə  praktik  biliklərin  və  əməli 
vərdişlərin  yüksək  dərəcədə  inkişafı  koqnitiv  biliklərin 
məhdudluğuna 
baxmayaraq, 
mükəmməl 
qurğular 
yaratmağa imkan verirdi.  
Qədim Misir ehramlarından tapılmış və b.e.ə. IV-III 
minilliyə aid olan bir fiqur, mütəxəssislərin fikrincə, bütün 
incəlikləri ilə müasir təyyarənin modelini xatırladır. Bura-
da bütün fiziki xassələr və həndəsi nisbətlər olduqca dəqiq 
nəzərə alınmışdır.  
Ələddinin sehrli çırağı ilə assosiasiya yaradan başqa 
bir  qədim  tapıntı  qalvanik  elementin,  yaxud  kondensato-
run  qədim  Babil  sənətkarlarına  bəlli  olduğunu  göstərir. 
Hətta belə ehtimal olunur ki, lampanı yaxşı-yaxşı sürtdük-
dən sonra hasil olan cin, o vaxtın adamlarını dəhşətə gəti-
rən və lampa sahibinin qüdrətinə dəlalət edən elektrik bo-
şalması imiş.  
Bu  gün  kukla  teatrında  çox  vaxt  əlin  köməyindən 
istifadə edildiyi halda,  yunanlar hələ eramızdan əvvəl av-
tomat  teatr  düzəldə  bilmişdilər.  İskəndəriyyəli  Heronun 
təsvirinə  görə,  kimsənin  kənar  müdaxiləsi  olmadan  mex-
aniki qurğu qədim yunan qəhrəmanlarının döyüş səhnələ-
rini  və  hərəkətlərini  ifa  edir,  barabanları  səsləndirirdi.  O 
dövrün ixtiraçıları tərəfindən düzəldilən və Heronun təsvir 


Elm adamları elm haqqında 
 
- 296 - 
etdiyi  qurğulardan biri  – buxarın təsiri ilə fırlanan kürəvi 
cisim  müasir  buxar  turbinini  xatırladır.  Məşəl  yandırılar-
kən  məbədin  qapılarının  açılması,  ilk  su  avtomatları  və 
Platonun dostu Tarentli Arxitasın ağacdan düzəltdiyi uçan 
göyərçin  isə  qədim  dövrdə  avtomatikanın  yüksək  inkişaf 
səviyyəsindən xəbər verir.  
XVI-XVII  əsrlərdə  yaylı  və  kəfkirli  saatların  ixtira 
olunması  sonralar  android  adlandırılan  mexaniki  adam-
avtomatların düzəldilməsinə böyük təkan verdi. XVI əsrdə 
İspaniya  imperatoru  V  Karlın  sarayında  xidmət  edən  Ta-
riano qədim yunanların nailiyyətini təkrar edərək avtomat 
əsgərlərin  döyüş  səhnəsini  nümayiş  etdirirdi.  Deyilənə 
görə,  XVII  əsrdə  yeni  dövrün  böyük  filosofu  R.Dekart 
Fransina  adlı  mexaniki  qadın  düzəltmişdi.  XVIII  əsrdə 
fransız  ixtiraçısı  Jak  de  Vakanson  avtomat-eşşəyin  idarə 
etdiyi toxucu dəzgahı qurmuşdu. Onun düzəltdiyi android-
çoban isə fleytada on iki hava çala bilirmiş.  
Belə misalları çox çəkmək olar.  Lakin  belə bir sual 
ortaya  çıxır  ki,  müasir  mühəndislər  həmin  nailiyyətləri 
təkrar edə bilərlərmi? Bunun ehtimalı çox azdır. Bugünkü 
robotlar,  əlbəttə,  bilavasitə  istehsal  sahəsində  faydalı 
əməklə  məşğul  olmaqla  demonstrativ  xarakterli  əyləncə-
androidlərdən  üstündür.  Lakin  bizcə,  mühəndis  təxəyyü-
lünün  təkrarlanmazlığı  və  incə  strukturu  baxımından  sə-
ləflərin istedadı daha çox təqdirəlayiqdir.  
Sonrakı  tarixi  dövrlərdə  elmin  inkişafı  sayəsində 
texniki  yaradıcılıq  üçün  yeni-yeni  imkanlar  açıldığından 
və  yeni  keyfiyyətli  təbii-elmi  prinsiplər  əsasında  işləyən 
texniki qurğular yaradıldığından keçmiş texniki nailiyyət-
lərin  sirləri  tədricən  unudulmuşdur.  (Unudulmuş  texno-
logiyalar  içərisində  təbii  dərmanların  hazırlanması  üsul-


Elm haqqında elm   
 
- 297 - 
larını  və  xalq  təbabətinin  sirlərini  xüsusi  qeyd  etmək 
lazımdır).  
Elmi biliklər texnologiyaya getdikcə daha çox nüfuz 
etdiyindən  texniki  tərəqqi  elmdən  asılı  vəziyyətə  düşür. 
Hər  bir  yeni  elmi  nailiyyətin  geniş  miqyaslı  tətbiqi  ilə 
əlaqədar olaraq texnika yeni keyfiyyət halına keçir və əv-
vəlki texnologiya, praktik biliklər və  əməli  vərdişlər əhə-
miyyətini  itirir.  Praktik  biliklərin  nisbi  müstəqil  inkişafı 
tez-tez  kəsilməklə  diskret  xarakter  alır.  O  daha  vahid  və 
bütöv  bir  proses  kimi  davam  edə  bilmir.  Varislik  itdiyin-
dən  yeni  nəsil  əvvəlki  nəslin  ixtiraçılıq  məharətinə  yiyə-
lənə bilmir. Halbuki bilik və sənətkarlığın  yeni nəslə ötü-
rülməsi  mədəni  tərəqqisinin  ən  mühüm  şərtlərindən  biri-
dir.  
Əgər  keçmişdə  məhdud  zehni  biliklər  əsasında  bə-
zən  o  dövrün  ümumi  inkişaf  səviyyəsi  baxımından  ağla-
sığmaz  görünən  unikal  ixtiralar  edilirdisə,  müasir  texniki 
nailiyyətlər  elmin  bugünkü  inkişaf  səviyyəsində  açılmış 
böyük  imkanlar  müqabilində  heç  də  həmişə  heyrətamiz 
görünmür. Əksinə, mühəndis işi, ixtiraçılıq fəaliyyəti elm-
lə  müqayisədə  geri  qalır.  Səbəbi  isə  odur  ki,  elm  hələ 
XVII-XVIII  əsrlərdən  başlayaraq  vahid  sosial  və  qnoseo-
loji  sistem  kimi  formalaşdığı  və  daxili  tamlığa  malik 
bütöv, müntəzəm prosesə çevrildiyi halda, nə texnologiya, 
nə  də  elmi-texniki  fəaliyyət  hələ  sosial  institut  kimi  for-
malaşmamışdır. Ona görə də, elmi-texniki tərəqqinin pers-
pektivi  ən  çox  bu  sahədəki  təşkilati  işin  səmərəsi  ilə 
bağlıdır.  Nə  qədər  ki,  elmi-texniki  fəaliyyət  hələ  nisbi 
müstəqillik  statusu  kəsb  etməyib,  elm  ilə  istehsalat 
arasındakı  əlaqə  də  nizamlı  və  müntəzəm  xarakter  daşı-
mayacaqdır.  
 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə