Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə89/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   84   85   86   87   88   89   90   91   92

Elm adamları elm haqqında 
 
- 292 - 
nisbət  özünü  daha  aydın  şəkildə  biruzə  verir  və  insan-
insan münasibətinin daha bir çaları da ortaya çıxmış olur. 
Elm  və  texnikanın  müasir  mərhələdəki  inkişafı  yeni 
mənəvi,  əxlaqi  problemlər  qoymuş  olur  və  bunların  həlli 
müxtəlif ictimai-iqtisadi sistemlərdə müxtəlif olur. 
Elə  kənar  hal  da  təsəvvür  etmək  olar  ki,  insanın  tə-
biətə  təsiri  «insan  əli  dəyməmiş»  «saf»  təbiətin  özü  tərə-
findən həyata keçirilsin. Daha doğrusu, insan təbiətin «ob-
yektiv  məntiqini»  dərk  etməklə,  onun  müxtəlif  hissələrini 
elə  əlaqələndirə  bilər  ki,  və  ya  onlar  arasındakı  obyektiv 
əlaqəni elə yönəldə bilər ki, «təbii» (ciddi yanaşdıqda, tam 
təbii  prosesləri  heç  bir  dəyişikliksiz  nəzərdə  tutulan  is-
tiqamətə  yönəltmək  mümkün  deyil)  proses  insanın  məq-
sədinə  uyğun  nəticə  versin.  Tam  idealizasiya  halında  in-
sanla  təbiət  arasındakı  vasitələndirici  sistemə  insan  kom-
ponenti daxil olmur, insan ünsürü texnikadan çıxır. 
Təbiət  özü  həm  də  vasitə  rolunu  oynayır,  insan  isə 
istehsalçı,  əməkçi  deyil,  yalnız  istehlakçı  olur.  Bu  halda 
yenə də özünəməxsus mənəvi problemlər ortaya çıxır. 
 
 
 
Elmi-texniki tərəqqinin hüdudu varmı? 
 
      Elmin hüdudları üfüqü xatırladır: 
                                nə qədər çox yaxınlaşırsansa, o qədər 
                                                                      uzağa çəkilir.  
P.Buast  
 
Elm  və  texnika  min  illərdən  bəri  dönmədən  inkişaf 
edir  və  bu  inkişafın  sürəti  getdikcə  daha  da  artır.  Vaxtilə 
insanın  nağıllarda  vəsfi  etdiyi,  möcüzə  saydığı  hadisələri 


Elm haqqında elm   
 
- 293 - 
elm  artın  həqiqətə  çevirmişdir.  Bəs  bu  gün  insan  elmdən 
daha  nələr  gözləyir?  Elmi-texniki  tərəqqinin  son  həddi 
yoxdurmu? Və ya o heç olmazsa nəfəsini dərmək üçün da-
yanmırmı?  Dayanıb  keçdiyi  yolu  tənqidi  təhlil  süzgəcin-
dən  keçirmirsə,  özünü  dərk  etməyə  təşəbüs  göstərmirsə 
onun  gələcəyinə  nə  dərəcədə  nikbin  münasibət  bəsləmək 
olar?  
Hər  bir  dövrdə  insanın  texniki  tələbatı  elmi-texniki 
tərəqqinin  mövcud  inkişaf  səviyyəsi  ilə  müəyyən  olunur. 
Gələcəyə  gedən  yol  artıq  əldə  olunmuş  naliyyətlər  zirvə-
sindən daha aydın görünür. İnsan bu zirvədən elmi-texniki 
tərəqqinin  bütün  sahələrinə  nəzər  salaraq  onu  öz  məna-
feyinə  (sosializmdə  –  ictimai  mənafeyə)  uyğun  olaraq 
planlı surətdə idarə etməyə çalışır.  
Elmi-texniki  tərəqqinin  düzgün  planlaşdırılması  heç 
də  elmi  potensialın  bütün  sahələrdə  bərabər  nisbətdə 
paylanmasını  nəzərdə  tutmur.  Müasir  dövrdə  iqtisadi  və 
sosial tərəqqinin tələbləri baxımından daha aktual və daha 
səmərəli olan tədqiqat sahələrinin ön plana çəkilməsi elmi 
potensialın daha çox dərəcədə məhz həmin sahələrdə cəm-
lənməsini tələb edir.  
Baxmayaraq  ki,  müasir  dövrdə  elm  nisbi  müstəqil 
inkişaf  imkanı  əldə  etmişdir,  istehsalatın  real  tələbləri  bu 
gün  də  elmin  inkişafına  ciddi  təsir  göstərir  və  bu  təsirin 
plana  uyğun  surətdə  tənzim  edilməsi  elmi  idarəetmə 
qarşısında  duran  əsas  vəzifələrdən  biridir.  Bu  vəzifənin 
uğurlu həlli üçün həm iqtisadiyyatın, həm də elmin inkişaf 
perspektivlərini  qabaqcadan  düzgün  müəyyənləşdirmək 
tələb  olunur.  Ən  yaxın  gələcəkdə  və  nisbətən  sonrakı 
dövrdə hansı elm sahələrinin iqtisadiyyat üçün daha böyük 
əhəmiyyət  kəsb  edəcəyini  təyin  etmək  və  planlaşdırma 
zamanı bunu nəzərə almaq heç də asan məsələ deyil.  


Elm adamları elm haqqında 
 
- 294 - 
Müasir  dövrdə  ölkəmizdə  neft-kimya  sənayesinin, 
elektron-hesablama 
maşınları 
və 
mikroprosessor 
texnikasının  inkişafına  üstünlük  verilir.  Bu  sahələrin  in-
tensiv  inkişafı  isə  öz  növbəsində  fundamental  elmlərin 
müvafiq  aspektlərini  intensiv  inkişafını  nəzərdə  tutur. 
Üstün  istiqamətlərin  seçilməsində  başlıca  çətinlik  bundan 
ibarətdir  ki,  son  dövrlərdə  elm  istehsalata  nəzərən 
qabaqlayıcı  rol  oynadığından,  iqtisadi  və  texniki  tərəqqi 
proqnozlaşdırılarkən 
elmin 
perspektiv 
imkanları 
əvvəlcədən  nəzərə  alınmalıdır.  Elm  isə  yaradıcı  sahə  ol-
duğundan  burada  tam  dəqiq  proqnoz  və  konkret 
planlaşdırma mümkün deyil. Lakin elmin yaxın gələcəkdə 
nə  kimi  praktik  tətbiq  imkanlarına  malik  olacağı  funda-
mental elmlərin bugünkü real vəziyyəti və inkişaf meylləri 
əsasında müəyyənləşdirilə bilər. Belə ki, fundamental elmi 
yeniliklərdən praktik tətbiqə qədər olan bütün mərhələlərin 
keçilməsi bəzən bir neçə illik müddəti əhatə edir.  
Fundamental  elmlər  tətbiqi  elmlərin  proqnozu  üçün 
açar olsa da, onun özünün proqnozlaşdırılması xeyli dərə-
cədə çətindir. Buna görə də, fundamental elmlərin proqno-
zu dedikdə, mümkün olan ayrı-ayrı konkret elmi nailiyyət-
lərin qabaqcadan xəbər verilməsi deyil, onun inkişa  fında 
hansı  istiqamətlərin  daha  perspektivli  olacağının  müəy-
yənləşdirilməsi nəzərdə tutulur.  
Beləliklə,  istər  fundamental,  istərsə  də  tətbiqi  elm-
lərin inkişafında üstün tədqiqat istiqamətləri, bir tərəfdən, 
sosial-iqtisadi tələbatın nəzərə alınması, digər tərəfdən də, 
elmin  özünün  proqnozlaşdırılması  əsasında  seçilir.  Üstün 
istiqamətlər düzgün müəyyənləşdirildikdən sonra elmi po-
tensial  operativ  surətdə  həmin  sahələrə  yönəldilir.  İstər 
elmi-tədqiqat ləvazimatı, istərsə də elmi işçi kadrları daha 
çox dərəcədə məhz bu sahələrdə cəmləşdirilir.  


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə