Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə13/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

51
Hər kəsin taleyi öz əlindədir
Zəhmətlə səadət taparsan hökmən. 
Doğurdan  da,  zəhmətsiz  səadətə  çatmaq  mümkün  de­
yildir. Necə ola bilər ki, sən zəhmət çəkməyəsən, heç bir 
fəaliyyət  göstərməyəsən,  elə  durduğun  yerdə  taleyin  səni 
xoş bəxt liyə çatdırsın. Tutaq ki, sən lap elə zəhmət çəkmədən 
hər şeylə təmin olunmusan, yenə də bu yaşantı səni xoşbəxt 
etməyəcəkdir. İnsan yalnız öz əməyinin bəhrəsi ilə mükafat­
landırıldıqda özünü tam mənası ilə xoşbəxt hesab edə bilir. 
Tale qismətinə əlini açma, 
Ehtiyac yox ikən, gəl işıq saçma. 
Xoşbəxtlik təməlin sən özün yarat, 
Heç vaxt xoşbəxtliyin dalınca qaçma. 
Yaşa, yarat, fəaliyyət göstər, o zaman heç vaxt taleyindən 
şikayət etməzsən. Möhkəm iradə sahibləri əksərən xoşbəxt 
taleli kəslər olurlar. Xoşbəxt talelik insanın həyatda öz arzu 
və istəklərinə çatması deməkdir. Öz arzu və məqsədlərinə 
isə həyatla mübarizədə həmişə möhkəm iradə sahibləri olan 
şəxslər çatarlar. İnsanın taleyi – onun həyatla mübarizəsi, 
həyata  baxışı,  həyatda  tutduğu  əməllərin  nəticəsi  demək­
dir. Heç cür ola bilməz ki, sən həyatda yaxşı yaşayışın uğ­
runda mübarizə aparsan, həyatda hər şeyi düzgün qiy mət­
ləndirməyi bacarsan, saf, təmiz əməl sahibi olasan, amma 
taleyin sənə bədbəxtlik gətirsin, bu mümkün deyildir. 
İnsan, taleyindən şikayət neyçin? 
Əlində deyilmi öz səadətin?!


52
O zaman dünyada xoşbəxt yaşarsan, 
Ürəyində vardır yaratmaq eşqin. 
   
***
Qəzəblər anidir bacarmaq gərək
Süstlüklə hasilə yetməz dilək. 
Yalnız saf, müqəddəs arzuyla yaşa, 
Şəitin yuvası deyildir ürək. 
Ey insan, çalış taleyin sənin yox, sən taleyinin üzərində 
hökmranlıq et. Bunun üçün isə birinci növbədə, insan öz 
daxili  hissləri  üzərində  hökmranlıq  etməyi  bacarmalıdır. 
Əgər taleyin sənin üzərində hökmranlıq etməyinə imkan ya­
ratsan, onda getdikcə cəmiyyətin ümumi inkişafından geri 
qalıb, əl­ayağa dolaşan faydasız bir varlığa çevriləcəksən. 
Yox,  əgər  sən  taleyinin  üzərində  hökmranlıq  etməyi  ba­
carsan, onda cəmiyyətin ümumi inkişafı ilə ayaqlaşıb yeri 
gələndə öz yeni fikir və düşüncələrinlə sən də faydalı ol­
duğunu göstərib başqalarının hörmət və ehtiramını qazana­
caqsan. 
Baxma gözəlliyə biganə insan
Yaratmaq əzmiylə yaşa hər zaman. 
Layiqli hisslərin varsa bəşərə, 
Ey dostum, saxlama qəlbində pünhan. 
   
***
Acı, şirinlidir ömür yolları, 
İlləri mənalı keçirin bari. 
Nə qədər yaxşılıq edirsiz, edin, 
Ancaq üz tutmayın pisliyə sarı. 
Doğrudur, həyatla mübarizə aparmaq çox çətindir, lakin 
axı mübarizəsiz də yaşamaq mümkün deyildir. Ona görə də 


53
ey insan, mübarizə apar və öz taleyin üzərində hökmranlıq 
etməyə çalış, o zaman səadət səndən gen qaçmaz. Öz ta­
leyini xoşbəxt görmək istəyirsənsə, müvəqqəti çətinliklərə 
döz. Həyat bəzən insanı çox çətin sınaqlara salır. Elə məhz 
mətin,  qəhrəman,  xoşbəxt  taleli  kəslər  də  bu  mübarizə 
prosesində yaranır. Öz məqsədi uğrunda mübarizə aparan 
kəs  həm  də  uzaqgörən  olmalıdır.  Çünki  bəzən  qələbədən 
qabaq  müvəqqəti  çətinliklərin,  uğursuzluqların  sonrakı 
nəticə lərini  belə  kəslər  duyub  hiss  edə  bilərlər.  Dar  dü­
şüncəli,  öz  burnundan  uzağı  görməyən  şəxslər  müəyyən 
məqsəd uğrunda apardığı mübarizədə elə ilk uğursuzluqda 
ruhdan düşüb süstləşirlər. 
Aşağıdakı bir təmsilə nəzər salaq. 
Bir gün qırğı qartala yanaşıb belə dedi: 
– Mənə bir az kömək et sənin tək qalxım göyə. 
Qartal bir qədər susub sonra ona söylədi: 
– Razıyam zirvəyədək sənə kömək etməyə. 
Qartalın köməyiylə qırğı qalxdı zirvəyə,
Sonra da sözləşdilər burdan uçsunlar göyə,
Zirvədən xeyli baxdı, qırğının gözü axdı. 
Beləliklə, qalxsa da onlar birgə zirvəyə. 
Qartal göylərə qalxdı qırğı endi təpəyə. 
Heç  vaxt  unutmaq  olmaz  ki,  gərək  həmin  şəxsin  öz 
ürəyində təpər olsun, qıraqdan göstərilən təsirdən bu daha 
çox  fayda  verər.  Ataların  çox  gözəl  bir  misalı  var:  «Əl 
mərddi, göz namərd”. Müəyyən bir işə başlamaq istəyərkən, 
əgər ürəyində təpər olmasa, baxıb­baxıb həmin işə başla­
maqdan  çəkinəcəksən.  Çünki  cəsarətsiz  olduğundan  işin 
çoxluğu səni qorxudacaq. Lakin təpərli olsan, iş çoxsa da, 


54
həmin işə ürəknən başlayacaqsan və bir də görəcəksən ki, 
artıq onu qurtarmısan. 
Mərdliyə açardır cəsarət, hünər, 
İnsanı ucaldar ondakı təpər. 
Dünyada yaşamaq sanma asandır, 
Hər murad hasilə mərdi yetirər. 
   
***
Ürəyin hökmüdür əsil məhəbbət, 
Ürəkdə yaranır hünər, cəsarət. 
Gör ürək necə böyük məskənmiş ki
İnsan ondan alır ən böyük qüdrət?!
Doğurdan da ürəkdən gələn hiss ən güclü hissdir, ürəklə 
görülən iş daha keyfiyyətli olar. Qıraqdan verilən göstəriş 
və məsləhətlər nə qədər faydalı olsa da yenə də ürəyin hök­
mü ilə verilən qərar qədər güclü və qüdrətli olmaz. İnsan 
həyatla mübarizədə basılmaz müdafiəni amansız hücumla 
yarada bilər. İnsan üçün həyatda əlçatmaz arzu və istəklər 
çoxdur. Bu arzu və istəklərə yetişməsi üçün insan həyatda 
bir çox maneələrlə üzləşməli, onlarla mübarizə aparmalı­
dır. İnsan bu mübarizədə o zaman qalib gələr ki, qarşıdakı 
maneələri  dəf  etmək  üçün  daha  güclü  hücum  edilmiş  ol­
sun. Həyat bir növü bu cür mübarizə üzərində qurulmuşdur. 
Aşağıdakı bir təmsilə nəzər salaq. 
Pişik öz ömür payından heç olmasa bir gün də ləzzətli ət 
yeyə-yeyə azaltmaq üçün nəm torpaq üzərində dam dalın-
da, üfunətli zibilliklərdə saatlarla ov pusa-pusa şöngüməyi 
özü üçün borc sanırdı. Siçan isə öz ömür payının sonuna 
heç  olmasa  bir  gün  də  yaxınlaşmaq  üçün  çox  ehtiyatla 
hərəkət  edir,  hər  anı  ölümlə  nəticələnə  bilən  yerüstü  bir 
deşikdən başqa bir deşiyə keçmək üçün təkdənbir risk edir 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə