Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə12/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

47
daha çox dünyagörüşə malik olurlar. Ümumiyyətlə, atalar 
demişkən: «Məsləhətli don gen olar”. Ona görə də hər hansı 
bir işə başlamamışdan əvvəl o sahədə müəyyən məlumata 
malik adamlarla məsləhətləşmək lazımdır. 
Taparsan yerini öz əməlinlə
Çoxu hesablaşar onda, səninlə. 
qədər olsan da mövqeyi böyük
Yenə də ey dostum, məsləhət dinlə. 
Lakin insan bütün dinlədiyi məsləhətlərə, aldığı məlu­
matlara öz əqli ilə tənqidi surətdə yanaşıb nəticə çıxarma­
lıdır. İnsan öz arzu və istəklərinin həyata keçməsinə mane 
olan müxtəlif təsirlərlə üzləşir. Bu maneələrdən bəzisi öz 
şirinliyi ilə, bəzisi gözə və könülə xoş öz aldadıcılığı ilə, 
bəzisi  öz  qorxuncluğu  və  c.  ilə  səni  öz  yolundan  sapdır­
mağa çalışır. Əgər sənin tutduğun yolun düzlüyünə inamın 
varsa, ey insan, bütün maneələri dəf edib öz saf məsləkinin 
ardınca getməlisən. 
Badə tək əllərdə gəzməz sevənlər
Zirvədə görünər qrovlar, cənlər. 
Həyat dolayların asan sanmasın, 
Heç bir maneəsiz vəslə yetənlər. 
Öz arzu və istəklərinə çatmaq üçün kimsənin köməkliyi 
olmadan irəliləmək isə çətin, lakin şərəflidir. Aşağıdakı bir 
təmsilə nəzər salaq. 
Gövdəli bir ağaca dolanıb, 
Üzüm tənəyi ucaldı göyə. 
Yüksəkdən ətrafa boylanıb,
Güldü, yaşamaq asandır deyə. 


48
Gün keçdi, artdı yeni pöhrələr
Köməkli zirvəyə çatdı tənək, 
Köməksiz yüksəyə qalxan bilər, 
Batdı daha kənək oğlu kənək. 
Sənə qarşı göstərilən hiss və təsirləri daxilən araşdırıb 
qiymətləndirməyi bacar, o zaman dostunu və düşmənini ta­
nıya bilərsən. Adam tənha bir guşəyə çəkiləndə öz keçmiş 
və gələcəyi barədə xəyallara dalır, kənar şəxslərin ona qarşı 
göstərdikləri hiss və münasibətləri özü üçün arayıb aydın­
laşdırmağa çalışır. Bu zaman insan kənar şəxslərin ona olan 
münasibətlərini sanki kənardan baxan bir müşahidəçi kimi 
seyr edir. Bu zaman insan başqalarının özünə münasibətini 
və  özünün  başqalarının  yanında  hörmət  və  ehtiramının 
dərəcəsini aydınlaşdıra bilir. Nə qədər insanlarla rastlaşır­
sansa, hamısı sənə müxtəlif cür təsir göstərir, sən də başqa­
larına  təsir  göstərdiyini  unutmamalısan.  Ona  görə  də  saf 
niyyətli ol, qoy başqalarına təsirin müsbət olsun. Göstərilən 
təsiri  hərə  bir  cür  qarşılayır.  Misal  üçün  bəziləri  müsbət 
davranış və hərəkətlər göstərən şəxsə qibtə hissi ilə baxır, 
yeri gələndə özünü ona bənzətməyə çalışır. Bəziləri isə belə 
hərəkətə  paxıllıq  edir.  Özünü  müsbət  hərəkət  edən  şəxs 
kimi aparmaq, ondan nümunə götürmək əvəzinə istəyir ki, 
Həmin şəxs öz hərəkətlərindən əl çəksin, onun səviyyəsinə, 
hətta  ondan  da  aşağı  səviyyəyə  ensin.  Əlbəttə  ki,  burada 
birincilər, insanlara qibtə hissi ilə yanaşanlar kimi hərəkət 
etmək lazımdır. İnsan hər gördüyü, duyduğu və hiss etdiyi 
şeydən bir şey öyrənməsə, o, ən ibtidai halda qalmış olar. 
Deyildir cəvahir, ləllə gözəllik, 
Yaranmır ipəklə, şalla gözəllik. 


49
Məramın var isə hikmətlər ara
Yaranar əqillə, əllə gözəllik. 
   
***
Tərki dünyalığa meyl edən də var. 
Belə həyat sürmək nəyə yarayar? 
Çətin, müəmmalı həyat yolların, 
Yalnız düşüncəli kəslər arayar. 
İnsan  heç  vaxt  unutmamalıdır  ki,  onun  müxtəlif  hiss 
və  təsirlərə  qarşı  şəxsi  münasibəti  həmin  kəsin  insanlıq 
xa rakterini üzə çıxarır. Ona görə də hər hansı bir kəsə öz 
münasibətini  bildirən  kəs,  hökmən  düzgün  yol  göstər­
məlidir ki, kənardan baxanlar həmin şəxsin özünü müsbət 
qiymətlən dirsinlər. Aşağıdakı bir təmsilə nəzər salaq. 
Bulaq süzülərək dərəyə axdı, 
Dağlarla yaxınlıq etmərəm dedi. 
Qarğa altdan-altdan zirvəyə baxdı, 
Yüksəyə baş alıb getmərəm dedi. 
Yaxşı  olardı  ki,  hər  bir  şəxs  öz  imkan  və  vəziyyətini 
nəzərə alıb, yalnız özünə aid olan işlərlə məşğul olsun. Bir 
təmsilə nəzər salaq. 
Hündür ağacda sərçə qoydu yuva təməli, 
Hamıya gülünc gəldi, sərçənin bu əməli. 
Çünki bu böyük yuva leyləyə yaraşardı, 
Sərçənin bu cür işi görməyə gücü vardı? 
Buna görə yuvanı tikə bilmədi sərçə, 
Düşüncəsiz iş üçün zəhməti getdi heçə. 
Əsil insan da hər vaxt ağıl və kamalla hərəkət etməlidir. 


50
İnsanın  həyatda  müəyyən  məqsədə  çatması  üçün  mü­
ba rizədən əl çəkib özünü taleyin ixtiyarına verməsi, onun 
həm  acizliyini,  həm  də  məğlubiyyətlə  razılaşdığını  gös­
tərir.  Əsil  mübariz  insan  heç  vaxt  taleyin  oyunlarına  bo­
yun  əyməməlidir.  Özünün  xoş  gün  və  güzəranını  həyatla 
mübarizədə görməlidir. Fəal həyat mövqeyindən uzaqlaşıb 
süstlüyə  qapılmısansa,  taleyindən  irəliyə  doğru  inkişafı 
gözləmə, o getdikcə səni geriyə atacaqdır. Belə bir vəziyyətlə 
razılaşmaq isə aciz, iradəsiz insanların işidir. O insanların 
ki, onlarda az da olsa qürur hissi yoxdur. Haqlı da olsa onları 
danlasan, sənə canə cavab qaytarmazlar, öz düzgünlüklərini 
sübut etmək üçün hərəkət etməzlər. Belə kəslər demək olar 
ki, bir şəxsiyyət kimi yox dərəcəsindədirlər. Ona görə də 
onlar həyatla mübarizədə həmişə öz məğlubiyyətləri ilə ra­
zılaşırlar. Kimdənsə pay umur, kiminsə qarşısında əllərini 
həmişə rəzil bir dilənçi kimi açmağa hazırdırlar. 
Kədər üz veribsə, yetər ağlama
Qəlbini əlinlə özün dağlama. 
Taleyin əlində oyuncaq olub, 
Sonra da başın qara bağlama. 
   
   ***
Çalma öz əlinlə bəxtini daşa
Mübariz insan, ol vüqarla yaşa. 
Acizlik göstərsən onu bil ki, sən, 
Vurasan ömrünü pis günlə başa. 
İnsanın taleyindən şikayət etməyə haqqı yoxdur, çünki 
hər kəsin taleyi öz əlindədir. 
Heç də taleyindən gileylənmə sən
Təmiz əməlinlə yaşa gülər şən. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə