63
başa düşüb bir də təkrarlamamaq zərərin yarısından qayıtmaq
deməkdir. Eyni səhvin ikinci dəfə təkrarlanmağı isə həmin
şəxsin axmaqlığına dəlalət edir. İnsan nə qədər ki, həyatda
yaşayır, onun səhv edəcəyi ehtimalı da gözlənilir. Lakin əsil
insanlıq siması o vaxt özünü göstərir ki, səhv edən kəs öz
səhvlərini başa düşsün, o səhvləri bir də təkrarlamamağa
çalışsın. Əsil insan başqalarının səhvindən özü üçün nəticə
çıxarmalıdır. Belə bir atalar misalı var: “Ağıllıdan soruş
dular ağılı kimdən öyrəndin, dedi dəlidən”. Çünki ağıllı
adam başqalarının etdiyi səhvi öz həyatında təkrarlamır.
Do ğur dan da belədir, keçmişdə buraxılmış səhvlər bir
daha yenidən təkrarlanmasa, cəmiyyət xeyli fəlakətlərdən
qurtarmış olar. Unutmaq olmaz ki, bö yük səhvlərin gü
nahı bağışlanılmaz. Səhvin kiçiyi insanı hörmətdən salar,
böyüyü həyatın əlindən alar. Yeri gələndə kiçik səhvlərin
fəlakətli gələcəyinin qarşısını ilkin mərhələdən almaq olur.
Səhv sahiblərini isə müxtəlif üsullarla cəzalandırıb töh
mətləndirməklə gələcəkdə belə işlərdən yayındırıb uzaqlaş
dırmaq olar. Böyük səhvlər isə daha çox fəlakətli olduqla
rı üçün səhv sahiblərinin də cəzası böyük olur. Kimsələr
tərəfindən edilən hər kiçik səhvin qarşısı ilkin mərhələdən
alınsa gələcəkdə daha böyük fəlakətli səhvlərlə qarşılaşmaq
ehtimalı da azalar.
Üzüyə qiymət ver qaşına baxıb,
Palıda arxalan yaşına baxıb.
Doğrunu yalanı yoxlasan əgər,
Qiymət ver ilk təməl daşına baxıb.
Doğurdan da belədir, hər böyük fəlakətin bünövrəsi ki
çik səhvlərdən başlayır.
64
Hər kiçik səhvinə irad tut insan,
Hər səhv bir fəlakət köküdür inan.
Etdiyin səhvlərə göz yumsan əgər,
Başında fəlakət gözlə hər zaman.
Addımbaşı səhvə yol vermək ağılsız adamların işidir.
Çünki həyat insanın heç bir səhvini bağışlamır. Cəzadan
nəticə çıxarmamaq isə ən azı gönü qalınlıq deməkdir.
Dalbadal səhvə yol verənlərin aqibəti həmişə acınacaq
lı olmuşdur. Öz səhvini bilib nəticə çıxarmamaq isə sənin
iradəsizliyin, acizliyin deməkdir.
Aciz olma ömrün xəzana dönər,
Acizin qəlbinin odu tez sönər.
Həyat yollarında mübariz olmaq,
Ey insan, sayılır cəsarət, hünər.
***
Hikmətli sözləri aqillər arar,
Bacaran torpaqdan yaqut çıxarar,
Tutduğu əmələ, işinə görə,
Hər kəsin həyatda öz mövqeyi var.
Hər hansı bir hərəkətinin nəticəsi sənin həyatında müəy
yən dəyişikliyə səbəb olur. Bəllidir ki, səhv hərəkətinin
nəticəsi həyatında acınacaqlı halların baş verməsinə səbəb
dir. Onda səhvlərdən nəticə çıxar, yanlışlıqlara yol vermə.
Biləbilə səhv işlətmək kimsələrə qarşı xəyanətdir, nadan
lıqdır. Həmin səhvi işlədən bəd əməl sahibi isə cahil adam
dır. Öz xalqına, vətəninə, bəşəriyyətə ziyan vurmaq istəyən
kəsdən nə gözləmək olar. Bilməməzlikdən işlənən səhv
sahibləri ilə bilərəkdən işlənən səhv sahibləri arasında çox
böyük fərq var. Birincilər məsuliyyətsiz, ikincilər isə na
65
dan adamlardır. Biləbilə səhvə yol verən hər halda buna
müəyyən qədər vaxt və əmək sərf edir. Belə kəslərə demək
lazımdır ay alçaq şəxs nadanlıq etməkdənsə, öz fəaliyyətini
düzgün əməyə istiqamətləndir ki, cəmiyyət içərisində hör
mətin olsun. Unutmaq olmaz ki, cəmiyyətə ziyan vurub
ayrıayrı adamların hörmətini qazanmağa səy etmək qey
rətsizlik, alçaqlıq, yaltaqlıq deməkdir.
Səbəbsiz bir qanun həqiqət olmaz,
Sülhsüz yer üzündə səadət olmaz.
O kəsin ürəyi şərlə doludur,
Onda insanlara sədaqət olmaz.
***
İnsanı insana bağlayar ülfət,
Çalış qazanasan həyatda hörmət.
Ən alçaq şəxsiyyət sayılır məncə,
O kəs ki, özünə qoymayır qiymət.
Biləbilə səhvə yol verənlərin səhvini heç vaxt bağış
lamaq olmaz. Xüsusilə insan tərbiyəsində buraxılan səhv
bağışlanılmazdır. Çünki insan tərbiyəsində buraxılan səhv
cəmiyyətə ziyan verir. Gərginliyin artdığı, insan psixolo
giyasına təsir edən qüvvələrin çoxaldığı müasir dövrdə isə
buna xüsusiylə fikir vermək lazımdır.
Qəlbə od düşərmi ürək yanmasa,
İnsan insanmıdır duyub anmasa.
Həyat çeşməsinə xor baxılarmı,
Düşünən beyinlər dumanlanmasa.
Əzəldən düzgün tərbiyə görmüş şəxs ömrünün sonu
na qədər pak və saf məqsədlər uğrunda çalışar, öz faydalı
66
əməyiylə cəmiyyətə hər vaxt xeyir verər. Əks təqdirdə, düz
gün tərbiyə olunmamış kəsdən namərdlikdən, nadanlıqdan,
qeyrətsizlikdən başqa bir şey gözləmək olmaz. Aşağıdakı
bir təmsilə nəzər salaq.
Dolayı qohum oldu şir ilə tülkü lələ,
Tülkünün xoş günləri başladı bundan belə.
Canavara üç qoyun sifariş etdi keçdi,
Çaqqalın gətirdiyi gülab suyundan içdi.
Ayını kahadan qovub söylədi dincəlirəm,
Danıb tülkü mənşəyin dedi: – Mən də bir şirəm.
Etdiyin səhv üçün üzr istəməklə kifayətlənmə, səhvini
düzəltmək üçün hər hansı bir əməli fəaliyyət göstər ki, vic
danın da təmiz olsun.
Həqiqət olsa da nə qədər acı,
Şirin vədələrin olma möhtacı.
Bir zaman keçmişin araşdırılsa,
Bil ki, düzlüyündür başının tacı.
Səhv edib üzr istəməyi hamı bacarar, səhvi düzəltmək
üçün əməli fəaliyyət göstərmək isə mübariz şəxslərin işi
dir və insanın müsbət keyfiyyətlərindən biridir. Hər kəsin
güzgüsü öz vicdanıdır. Əgər öz vicdanında öz əməlinin
nəticəsini düzgün görməyi bacarırsansa, bəd əməllərindən
daşın. Çünki başqaları da səni kənardan bu cür görə bilər.
Ürək mənbəyidir bütün sirlərin,
Ürək yuvasıdır xeyirlə şərin.
Ürəyin hökmüylə elə işlər tut,
Sevimlisi ol sən bütün bəşərin.
Dostları ilə paylaş: |