Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə22/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

76
FƏSİL 7
Paris şəhəri. Şəhərin mərkəzində yerləşən malikanələrdən 
biri.  Sentigilin  hasarı  ilə  birləşən  malikanənin  mərkəzində 
yerləşən evi, üstündə bağban nəzarəti hiss olunan bağ əhatə 
edirdi. Evlə bağı birləşdirən üstü kirəmitli çardaq altında dal­
dalanan hər hansı bir canlını yağmurdan və günəş şüalarından 
asanlıqla qoruya bilərdi. Ümumiyyətlə, rəngbərəng çay daşla­
rı ilə hörülüb malikanəni əhatə edən hasar yaşılı rənglənmiş 
taxta  darvazada  birləşirdi.  Malikanəyə  nəzər  salan  hər  bir 
şəxs onun sahibinin varlı adam olması barədə düşünməliydi. 
Günəşli bir payız havasıdır. Başqa təbiət hadisələri nəzərə 
alınmazsa, havanın ilıqlığı, təmizliyi heç də yaz havasından 
fərqlənmirdi. 
Malikanədə yerləşən evin eyvanında iki nəfər qadın şirin­
şirin söhbət edir. Onlara xüsusi bir diqqətlə baxan hər han­
sı bir şəxs asanlıqla təyin edə bilərdi ki, bu iki nəfərdən biri 
xanım,  o  biri  isə  onun  qulluqçusudur.  Başına  nazik  çəhrayı 
örpək örtmüş xanım öz gözəlliyi ilə orta əsr madonnalarından 
fərqlənmirdi. Onun sakit baxışlı, ciddi görkəmli qulluçusu isə 
yalnız xanıma xidməti ilə öz vəzifəsini bəyan etdirirdi. Baxış­
larında bir qədər dalğınlıq hiss olunan xanım öz müsahibinə 
müraciətlə: 
– Şeyda, sən mənə xidmətçi yox, yaxın rəfiqə, bacı olmu­
san.  Bu  geniş,  böyük,  ulu  şəhərdə  bir­birimizə  olan  saf 
münasibətimiz  hal­hazırda  bizim  belə  bir  şəraitdə  yaşama­
ğımıza səbəb olmuşdur. Lakin indi mən, şəxsən məni əhatə 
edən yeni bir hissin təsiri altından çıxa bilmirəm. Həyat məni 
öz  sərt  rəftarı  ilə  imtahana  çəkmişdir. Artıq  bu  hiss  mənim 
narahatlığımı əlimdən almış və məni özündən asılı vəziyyətə 
salmışdır. Ancaq bu hissin mənə narahatlıqla birgə bəxş et­


77
diyi sevgidən razıyam. Lakin deyəsən sevgi bəslədiyim kəsə, 
Sentiyə olan məhəbbətimi özümlə birlikdə qəbrə aparacağam. 
Xanımının  gözündə  öz  mehribanlığı,  əxlaqi  davranışı  ilə 
adi  bir  qulluqçudan  ən  yaxın  rəfiqəyə,  bacıya  çevrilə  bilən 
xidmətçi  qadın  nəzakətlə  xanımının  –  Fridanın  gözlərinin 
içinə ani bir nəzər saldı. Sonra ona mərhəm bir münasibətlə 
sözə başladı: 
– Ax… mənim gözəl xanımım, sizin bir qədər dalğın gö­
rünməyinizin  mənim  üçün  nə  qədər  əzablı  olduğunu,  pəri­
şan lığınız  məni  nə  qədər  məyus  etdiyini  bilsəydiniz,  bəlkə 
də özünüzü mənim xatirimə bütün sadaladığınız hisslərdən 
kənar olmağa məcbur edərdiniz. Lakin artıq bu narahatlığın 
özü ilə birlikdə səbəbi də mənə aydın olmuşdur. Artıq sənin 
keçirdiyin hisslərin daxilində yaratdığı fırtınalar mənə aydın­
dır. Taleyimiz biri­biri ilə bağlanandan bəri əminsən ki, sənə 
qarşı həmişə saf əqidədə olmuşam. İnsanlar arasında ən yax­
şı  pak,  təmiz  münasibətlər  onların  biri­biri  ilə  saf  əqidəylə 
münasibət yaratmalarının nəticəsi olduğu kimi, bizim aramız­
da yaranan münasibətlər də belə bir saf əqidənin nəticəsidir. 
Lakin bütün bunlara baxmayaraq, öz intim hisslərini məndən 
gizlətməməyin, məni həddindən artıq məmnun edir. Bu mənim 
sənə olan etibarımın mükafatıdır. Mən özümü belə bir müka­
fata layiq olduğuma görə xoşbəxt hesab edirəm. Lakin Sentiyə 
olan münasibətinə gəlincə isə ona qarşı olan məhəbbətini nə 
üçün birtərəfli hesab edirsən? Nə üçün öz məhəbbətinin na­
kamlığından  şikayətlənirsən?  Bax  bu  hisslər  mənim  üçün 
naməlumdur.  Bəzən  taleyin  bəxş  etdiyi  töhfələrdən  istifadə 
etməyənlər də olur. Lakin necə töhfələrdən? Bir insan həyatı 
üçün o qədər də lazım olmayan töhfələrdənmi? Lakin ancaq 
sən Sentiyə olan məhəbbətinə belə bir münasibətlə yanaşma­
lısan.  Əgər  bu  belədirsə,  o  zaman  özünü,  öz  mənəviyyatını 


78
məhvə yuvarladığını unutmamalısan. Unutmamalısan ki, ta­
leyin sənə bəxş etdiyi bu böyük nemətə çoxları həsəd aparır. 
Lakin bu onlara nəsib olmur. Sən öz taleyinə sənə bəxş etdiyi 
məhəbbət töhfəsi üçün minnətdar olmalısan, xanım. 
Xidmətçinin  sözlərindən  daxili  narahatlığı  o  qədər  də 
sakitləşməyən Fridanın zahiri görkəmindən onun öz hissləri 
ilə bacarmağa qadir iradə toplaya bilməməsi aydın hiss olu­
nurdu. Hiss olunurdu ki, Frida bu vaxta qədər bəlkə də hə­
yatından gileylənə biləcək bir ömür yaşamışdır. Onun dalğın 
baxışlarından da fikirlərinin bir məsələ ətrafında dolanmama­
sını duymaq olardı. Nəhayət ki, o, asta­asta başını tərpədərək 
bir qədər qüssə hiss olunacaq səslə dilləndi: 
–  Aman  allah,  mən  nə  günahın  sahibiyəm  ki,  həyat  mə­
nimlə  bu  qədər  amansız  rəftar  edir. Anamın  heç  üzünü  də 
görməmişəm. Qardaş­bacı da mənə nəsib olmamışdır. Atam 
da  məni  bu  yad  diyarda  itirdikdən  sonra  mənə  qəyyumluq 
edən, məni özünə qızlığa götürən atalığım da dünyadan köç­
dü. Ümidimi təkcə Sentiyə olan məhəbbətimə bağlamışdım, o 
da ki belə… 
Xanımına diqqətlə qulaq asan Şeydanın gözlərindən hansı 
bir maddi və ya hissi ehtiyacınsa nəticəsi olan iztirab hiss olu­
nurdu. Bu belə də olmalı idi. O, xanımının pisliyindən, yaxşı­
lığından, xəsisliyindən, səxavətliliyindən asılı olmayaraq qul­
luqçu idi. Öz sərbəstliyini itirənlərdən xoşbəxtlik həmişə uzaq 
olar. Şeyda da belə vəziyyətdə idi. O, hətta daxilən belə bu 
cür fikirləri özündən uzaqlaşdırmağa çalışsa da, xoşbəxtliyin 
ondan  uzaq  olduğunu  anlayırdı. Anlayırdı  ki,  Frida  ona  nə 
qədər yaxın olsa da, nə qədər xoş münasibət bəsləsə də yenə 
də  onların  arasında  xidmətçilikdən  xanımlığa  qədər  böyük 
bir  məsafə  var,  uçurum  var.  Bütün  bunları  Şeyda  başa  dü­
şürdü. Lakin bununla belə, öz xanımından həmişə xoş rəftar, 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə