Əliağa Əlizadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans



Yüklə 14,13 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix31.10.2018
ölçüsü14,13 Mb.
#77217
1   2   3   4   5   6

30 oktyabr 2015-ci il

http://www.amu.edu.az

3

Elmi  seminarda  Müdafiə  Nazirliyinin 



Döyüş  Hazırlığı  və  Hərbi  Təhsil  Baş 

İdarəsinin nümayəndəsi Vaqif Dadaşzadə 

iştirak edib.

Elmi  seminarı  Hərbi  Tibb  Fakültəsinin 

rəisi,  tibb  xidməti  polkovniki  Fəxrəddin 

Ağayev  açaraq,  iclası  aparmaq  üçün 

sözü  Hərbi  Tibb  Fakültəsi  rəisinin  elmi 

işlər  üzrə  müavini,  tibb  elmləri  namizədi, 

tibb  xidməti  polkovnik-leytenantı  Pərviz 

Məmmədova verib.

Birinci  məruzəçi  Hərbi  Tibb  Fakül-

tə sinin  revmatologiya  ixtisası  üzrə  II 

kurs  rezidenti,  tibb  xidməti  leytenantı 

M.Məmmədov  “Vegener  qranulomatozu” 

mövzusunda çıxış etdi. Mövzuda “Vegener 

qranulomatozu”nun  ən  son  təsnifatı, 

müasir  yanaşma  üsulları,  klinikası  və 

müasir müalicə metodları haqqında geniş 

məlumat verildi.

Hərbi  Tibb  Fakültəsinin  rezidentləri 

R.Xəlilov,  E.Rüstəmov,  A.Məmmədov 

və  E.Abdullayev  məruzəçiyə  verdikləri 

suallara qane edici cavablar aldılar.

İkinci məruzəçi – Hərbi Tibb Fakültəsinin 

şüa  diaqnostikası  üzrə  II  kurs  rezidenti 

C.Nizamov    “Kəskin  və  xroniki  pan-

kreatidlərdə 

radioloji 

diaqnostikası” 

mövzusunda çıxış edərək  kəskin və xronik 

pankreatitlərin  radioloji  diaqnostikasının 

müasir  prinsipləri  haqqında  ətraflı 

məlumat  verdi.  Bu  məruzəçinin  də  çıxışı 

seminar  iştirakçıları  tərəfindən  yüksək 

qiymətləndirildi.

ATU-nun mətbuat xidməti

2015-2016-cı 

tədris 

ilin-

də  Azərbaycan  Tibb  Univer-

sitetinin hazırlıq fakültəsinə və 

I  kursa  qəbul  olunan  əcnəbi 

vətəndaşlar  ilə  Universitetin 

rəhbərliyi 

arasında 

görüş 

keçirilib.

Tədbiri  giriş  sözü  ilə  açan  ATU-

nun  Beynəlxalq  işlər  üzrə  prorek-

toru,  dosent  Rəhimə  Qabulova, 

əcnəbi  dinləyiciləri  və  tələbələri 

salamlayaraq,  onlara  karyera  yo-

lunda uğurlar diləyib. 

ATU-nun 


Xarici 

Tələbələrlə 

işlər  üzrə  dekanı,  dosent  İsmayıl 

Əfəndiyev  isə  bu  ali  ocaq  barədə 

tədbir  iştirakçılarına  məlumat  ve-

rib. O bildirib ki, bu il ATU-ya qəbul 

olunan xarici vətəndaşların sayı re-

kord  həddə  çatıb.  Belə  ki,  I  kursa 

və  hazırlıq  fakültəsinə  23  ölkədən 

335 əcnəbi vətəndaş qəbul olunub.

ATU-nun İdman Klubunun rəhbəri 

Kamal  Kəbirlinski  bildirib  ki,  Tibb 

Universitetində xarici vətəndaşlara 

müxtəlif  idman  növləri  ilə  məşğul 

olmaq imkanları yaradılıb.

Daha  sonra  söz  alan  Azər-

baycanda Oxuyan Əcnəbi Tələbələr 

təşkilatının  nümayəndələri  ATU-

da  təhsil  alan  xarici  tələbələrin 

ölkəmizdə 

asudə 

vaxtlarını 



səmərəli  keçirmələri  üçün  yaradı-

lan şərait barədə danışıblar.

Görüşdə eyni zamanda yataqxa-

naların  vəziyyəti,  xarici  tələbələrin 

qidalanmasının  təşkili,  ATU-nu 

vaxtı  ilə  bitirən  əcnəbi  tələbələrlə 

əlaqələrin 

qurulması 

və 

s. 


məsələlər müzakirə olunub.

Görüşün 


yekununda 

əcnəbi 


tələbələrdən  iki  nəfər 

Milad  Kes-



havarz  və  Muhammed  Turut 

Azərbay canda  Oxuyan  Əcnəbi 

Tələbələr təşkilatının nümayəndəsi 

seçiliblər.



Oktyabr  20-də  Azərbaycan 

Tibb  Universitetində  rezident-

lərin  Yekun  Attestasiyasına 

həsr olunmuş toplantı keçirilib. 

Universitetin  tədris  işləri  üzrə 

prorektoru, 

professor 

Sabir 

Əliyevin  giriş  sözü  ilə  açdı-



ğı    tədbirdə  rezidentlərin  2014-

2015-ci  tədris  ili  üzrə  yekun  at-

testasiyasının keçirilməsi barədə 

məlumat verilib. Qeyd olunub ki, 

rezidentlərin  yekun  attestasiyası 

məqsədilə  Səhiyyə  Nazirliyinin 

08 oktyabr 2015-ci il tarixli əmrinə 

əsasən 27 ixtisas üzrə Attestasi-

ya Komissiyası təşkil olunub. Ye-

kun attestasiyanın iki mərhələdə-

yazılı,  test  üsulu  ilə  və  praktiki 

vərdişlərin  yoxlanılması  forma-

sında  həyata  keçirilməsi  tədbir 

iştirakçılarının  diqqətinə  çatdırıl-

dı. Test imtahanı ATU-nun Virtual 

Test  Mərkəzində  (VTM)  baş  tu-

tacaq.  Yekun  attestasiyanın  test 

mərhələsindən  müvəffəqiyyətlə 

keçən  rezidentlər  ikinci  mərhə-

lədə-praktiki  vərdişlərin  yoxlanıl-

masında iştirak edə bilərlər.

ATU-nun  rezidentura  şöbəsinin 

müdiri  Rizvan  Məmmədov  çı-

xış  edərək  attestasiya  imtaha-

nının  keçirilmə  vaxtı  və  qay-

daları 


haqqında 

iştirakçıları 

məlumatlandırdı.  Yekun  attesta-

siyanın praktiki vərdişlərin yoxla-

nılması mərhələsi 29 - 30 oktyabr 

2015-ci  il  tarixlərində  saat  9.00-

da ATU-nun ixtisas üzrə müvafiq 

kafedralarında keçiriləcək.

Qeyd  edək  ki,  rezidentlərin  ye-

kun  attestasiyasının  test  mər-

hələsində  texniki  səhvə  yol 

verməmələri  üçün  19-20  okt-

yabr  tarixlərində  VTM-də  sınaq 

test  imtahanları  keçirilib.  Ötən 

tədris  ilində  yekun  attestasiya-

dan  keçmədiklərinə  görə  təkrari 

yekun  attestasiyadan  keçmək 

hüququ saxlanılan rezidentlər də 

yekun attestasiyada iştirak etmək 

üçün müraciət etməlidirlər.



Tibb Universitetinə qəbul olunan xarici 

tələbələrlə görüş

Həkim-rezidentlərin yekun 

attestasiyası olacaq

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində elmi 

işlərin planına uyğun olaraq rezidentlərin və kursantların iştirakı 

ilə elmi seminar keçirilib.

Hərbi Tibb Fakültəsində 

Elmi seminar

Azərbaycan  Tibb  Univer-

siteti nin  (ATU)  Beynəl xalq 

Əlaqələr  üzrə  prorektoru, 

dosent  Rəhimə  Qabulova  22-

23  oktyabr  2015  tarixlərində 

Azərbaycan 

Respublikası 

Səhiyyə  Nazirliyinin  təşəb-

büsü,  İsveçin  Ticarət  və 

İnves  ti siya  Şurası,  «Busi ness 

Sweden» 

şirkətinin 

təş ki-

latçılığı və İsveçin ölkəmizdəki 

səfir liyinin  dəstəyi  ilə  Stok-

holm şəhərində səfərdə olub.

Səfər  çərçivəsində  həm 

İsveçdə,  həm  də  Azər bay-

canda  tibb  və  əczaçılıq 

sahəsində  fəaliyyət  göstərən  müəssisələr 

və  şirkətlər  arasında  əlaqələrin  qurulması, 

əməkdaşlıq  yolları  və  müştərək  fəaliyyət 

sahələrinin 

araşdırılmasına 

yönəlmiş 

görüşlər keçirilib. 

Qeyd  etmək  lazımdır  ki,  tədbirdə  İsveçin 

ən  böyük  və  dünya  miqyasında  məşhur 

olan  “Astra  Zeneca”,  “CCC  Healthcare”, 

“GETİNGE”, “HERMES”, “SCA”, “Mölnlycke 

Health  Care”,  “Nordic  Med  Com”,  “Swe-

dish  Healthcare  Management”,  “SECTRA” 

və  s.  şirkətləri  iştirak  edib.  Azərbaycan  isə 

bu  tədbirdə  Azərbaycan  Tibb  Universiteti 

ilə bərabər, “Avromed”, “Vitta” və s. kimi iri 

şirkətlər ilə təmsil olunub.

Tədbirdə  dosent  R.Qabulova  “Azər bay-

canda  səhiyyə  sistemi  və  gələcəyə  ba-

xış”  adlı  məruzə  ilə  çıxış  edib.  Azərbaycan 

səhiyyəsində  baş  vermiş  inkişaf  və 

irəliləyişlər, tibb təhsili sahəsində son illərdə 

həyata  keçirilmiş  yeniliklər,  universitetdə 

müasir standartlara uyğun nəzəri və təcrübi 

biliklərin tədris edilməsi istiqamətində görül-

müş işlər haqqında geniş məlumat verib.

  Səfərin ikinci günü nümayəndə heyətimiz 

İsveçin  ən  məşhur  universitetlərindən  olan 

Karolinska  Universitetinin  qonağı  olub-

lar.  Görüşdə  Karolinska  Universitetinin 

Beynəlxalq əlaqələr üzrə prorektoru, profes-

sor Maria G Masucci çıxış edərək, bu ali ocaq 

haqqında  məlumat  verib.  Tibb  Xidmətləri 

üzrə  prorektor,  İntegrativ  tibb  üzrə  profes-

sor Martin İngvar isə çıxışında universitetin 

nəinki Avropanın, həmçinin dünyanın ən qa-

baqcıl  ali  təhsil  qurumlarından  biri  olduğu-

nu,  onun  əsas  fəaliyyətinin  tədris,  tədqiqat 

və  onların  nəticələrinin  tibbi  təcrübəyə 

yönəldiyini  vurğulayıb.  Beynəlxalq  layihələr 

üzrə  koordinator  Ylva  Olsson  universitetin 

ingilis dilində tədris olunan Bakalavr və Ma-

gistr proqramlarını nümayəndə hetyətimizin 

diqqətinə təqdim edib. 

    Görüşdə  dosent  R.Qabulova  ATU  haq-

da  məlumat  verib,  universitetimizin  Ka-

rolinska  Universiteti  ilə  bütün  sahələrdə 

əməkdaşlığın qurulmasında maraqlı olduğu-

nu söyləyib.

  Görüşdə  həmçinin  ikitərəfli  əlaqələrin 

qurulması  istiqamətində  atılacaq  addımlar 

müzakirə  edilib,  Avropa  İttifaqının  müxtəlif 

proqramları çərçivəsində əməkdaşlığın baş-

lanması planlaşdırılıb.



ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru 

Stokholm şəhərində keçirilən görüşlərdə iştirak edib


Yüklə 14,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə