Əliağa Əlizadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans



Yüklə 14,13 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix31.10.2018
ölçüsü14,13 Mb.
#77217
1   2   3   4   5   6

30 oktyabr 2015-ci il

http://www.amu.edu.az

7

 

Səyyarə xanım 1933-cü il yanva-

rın  22-də  Qax  rayonunun  məşhur 

İlisu  kəndində  qulluqçu  ailəsində 

anadan  olmuşdur.  Atasının  işi  ilə 

bağlı Bakıda yaşamalı olan gənc qız 

1950-ci ildə 132 saylı məktəbi bitirib, 

Azərbaycan  Dövlət  Universitetinin 

(indi BDU) filologiya fakültəsinə daxil 

olur. 1954-cü ildə universiteti uğurla 

bitirən  Səyyarə  bir  müddət  müəllim 

işləmiş,  ailə  qurmuş,  1962-ci  ildə 

Azərbaycan  dövlət  Pedaqoji  İnstitu-

tunun Azərbaycan dilçiliyi kafedrası-

nın aspiranturasına daxil olmuşdur.

 Səyyarə xanım namizədlik disser-

tasiyasını müdafiəyə təqdim etdikdən 

sonra–1965-ci  ildə  Azərbaycan 

Tibb  İnstitutunun  Azərbaycan  və 

rus  dilləri  kafedrasına  müəllim 

vəzifəsinə  göndərilib.  O,  1966-cı 

ildə elmlər namizədi alimlik dərəcəsi 

almaq  üçün  “Qax  rayon  şivələri” 

mövzusunda  dissertasiyasını  uğur-

la  müdafiə  edib.  1969-cu  ildə  gənc 

müəllimə yüksək etimad göstərilərək 

Azərbaycan dili və rus dilləri kafed-

rasına  rəhbərlik  etmək  tapşırılıb. 

S.Mollazadə  2008-ci  ilədək  həmin 

vəzifəni  ləyaqətlə  yerinə  yetirib. 

(Kafedraya  rəhbərlikdən  o,  öz  xa-

hişi ilə gedib).  Müdir işlədiyi 40 ilə 

yaxın  müddət  ərzində  Azərbaycan 

dilinin  rus  bölməsində,  rus  dilinin 

Azərbaycan  bölməsində  tədrisinin 

elmi-nəzəri 

və 

tədris-metodiki 



problemləri ilə bağlı tədbirlər həyata 

keçirmiş, dərslik, dərs vəsaiti, proq-

ram, əyani vasitələr və savadlı kadrlar 

hazırlanmasında köklü dönüş yarat-

mışdır.  (Professor  S.Mollazadə  10-

dan çox elmlər namizədi hazırlamış-

dır). 1984-cü ildə ayrıca Azərbaycan 

dili  kafedrası  yaradıldıqdan  sonra 

bu  işlər  daha  da  genişləndirilmiş, 

ana dilimizin ikinci dil kimi tədrisinin 

mühüm  məsələləri  diqqətdə  saxla-

nılmışdır.  Səyyarə  xanım  kafedraya 

təkcə  müdirlik  etməmişdi;  işçiləri 

özünə  övlad,  bacı,  qardaş  bilərək 

onların qayğılarını öz dərd-səri kimi 

qəbul edirdi. Kafedrasını ikinci ailəsi 

bilən Səyyarə xanım ömrünün sonu-

na kimi beləcə qalmış, 2012-ci ildən 

istirahətdə olsa da, kollektivlə əlaqəni 

kəsməmişdi. Bütün bunlara görə də 

kafedrada həmişə işgüzar mühit ol-

muş,  əməkdaşlar  Səyyarə  xanımı 

özlərinin  səmimi  məsləhətçisi,  qay-

ğıkeş himayədarı bilmişlər.

Elmi  araşdırmanı  özünün  vacib 

həyat amalı hesab edən S.Mollazadə 

1970-ci  ildən  dilçilikdə  çətin 

sahələrdən sayılan toponimiya üzrə 

gərgin tədqiqatlar aparmış, 1979-cu 

ildə  “Azərbaycanın  Şimal  rayonla-

rının  toponimiyası”  adlı  dissertasi-

yasını  müdafiə  etmişdir.  Filologiya 

elmləri doktoru alimlik dərəcəsi alan 

dosent S.Mollazadə 1988-ci ildə ka-

fedranın professoru vəzifəsinə seçil-

mişdir.


Bacarıqlı təhsil və elm təşkilatçısı 

olan  S.Mollazadə  tədqiqatçılıq  işin-

dən  bir  an  da  kənarda  qalmamışdı. 

O,  150-yə  yaxın  məqalə,  dərslik, 

monoqrafiya,  publisist  yazı  müəllifi 

idi.  Səyyarə  xanımın  Respublikada 

keçirilən  dilçiliyə  aid  elmi  konfrans-

lardakı  çıxışlarını  mütəxəssislər 

dərin  maraqla  qarşılayardılar.  Pro-

fessor  S.Mollazadə  keçmiş  SSRİ-

nin  Moskva,  Kiyev,  Tiflis,  Ufa,  Le-

ninqrad,  Volqoqrad,  Daşkənd  kimi 

şəhərlərində, qardaş Türkiyədə elmi 

ezamiyyətlərdə  olmuşdu.  Səyyarə 

xanımın  Azərbaycan  toponimiya-

sına  aid  çoxsaylı  araşdırmalarının 

nəticələrindən  2000-ci  ildə  nəfis 

şəkildə  nəşr  olunmuş  “Azərbaycan 

toponimlərinin  ensiklopedik  lüğəti” 

kitabında geniş istifadə edilmişdir.

Respublika  ziyalıları  arasında 

dərin nüfuz sahibi olan Səyyarə xa-

nım  uzun  müddət  bir  çox  elmi  şu-

raların,  komissiyaların  üzvü  kimi  iş 

aparmışdır. Azərbaycan dilinin ümu-

mi məsələlərinə və daha çox onoma-

logiyaya  aid  10-larla  namizədlik  və 

doktorluq dissertasiyasının rəsmi op-

ponenti olmuş, öz elmi mülahizələri 

ilə elmimizin inkişafına layiqli kömək 

etmişdir. 

Professor  S.Mollazadə  işlədiyi 

kollektivdə  böyük  nüfuz  sahibi  idi, 

onun şərəfli və təmənnasız zəhməti 

daim qiymətləndirilmiş, dəfələrlə Uni-

versitet rektorunun Fəxri Fərmanına 

və  mükafata  layiq  görülmüşdür. 

Səyyarə xanım gözəl ailə başçısı idi: 

onun övladları ölkəmizin fəal ziyalıla-

rı, vətənpərvər vətəndaşlarıdır. Ürəyi 

vətəninə, millətinə, işlədiyi kollektivə 

sonsuz  məhəbbətlə  dolu  xalqımızın 

bu  vətənpərvər  qızının  əziz  xatirəsi 

bizim  qəlbimizdə  əbədi  yaşayacaq-

dır.

Allah rəhmət eləsin, qəbri nurla 



dolsun!!

Tibbi profilaktika fakültəsinin 

dekanlığı və Azərbaycan dili kafedrası

Səyyarə Məmməd qızı Mollazadə

Azərbaycan elminə ağır itki üz vermişdir. Oktyabrın 19-da filologiya 

elmləri doktoru, professor S.Mollazadə uzun sürən xəstəlikdən sonra 

dünyasını dəyişib.

 

 



Azərbaycan  Tibb  Uni-

versitetinin 

mü ali-

cə-profilaktika, 

pe-

diatriya, tibbi-profilaktika 

fakültələri  üçün  stoma-

tologiya  kafedrası  uzun 

il lərdən  bəri  fəaliyyət 

göstərməsinə 

baxma-

yaraq  bu  sahədə  mü-

vafiq 

dərsliyin 

olma-

ması  fənnin  tədrisində 

və  tələbələr  tərəfindən 

m ə n i m s ə n i l m ə s i n d ə 

müəyyən çətinliklər yara-

dırdı.

Doğrudur, 

ATU-nun 

sto ma tologiya 

fakültəsi 

tələbələrinin  tədris  proqra-

mına uyğun şəkildə yazılmış terapevtik, ortopedik, cərrahi 

stomatologiyaya aid dərsliklər mövcuddur, lakin müalicə-

profilaktika,  pediatriya,  tibbi-profilaktika  fakültələri 

tələbələrinin  proqramları  stomatologiya  fakültəsi 

tələbələrinin proqramlarından bir qədər fərqləndiyinə görə 

həmin  fakültələrin  tələbələri  üçün  xüsusi  dərsliyin  yazıl-

masına ciddi ehtiyac var idi.

Bu ehtiyacı ödəmək məqsədilə kafedranın müdiri profes-

sor T.Hüseynova və müəllimlər–T.Talıbova, R.Şadlinskaya 

tərəfindən  qələmə  alınan  və  bu  günlərdə  işıq  üzü  görən 

Azərbaycan  dilində  «Stomatologiya»  adlı  ilk  dərslik  bu 

sahədə tibb təhsilinin tədrisini yaxşılaşdırmaq üçün məq-

sədəuyğun hesab edilən mühüm bir yenilikdir. 

Hal-hazırda çapdan çıxmış 188 səhifədən ibarət «Stoma-

tologiya»  dərsliyi  müalicə-profilaktika,  pediatriya,  tibbi-

profilaktika fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş 

plan və tədris proqramının tələblərinə tam cavab verərək 

mövzuların yığcamlığı və konkretliyi ilə diqqəti cəlb edir.  

Kitab «Ön söz»dən, «Giriş»dən, stomatologiya elminin 

inkişaf tarixinə aid məlumatdan və 16 fəsildən ibarətdir.

Beləliklə, Azərbaycan Tibb Universitetinin müalicə-pro-

fil aktika,  pediatriya,  tibbi-profilaktika  fakültələri  üçün 

ilk dəfə təqdim olunan «Stomatologiya» dərsliyindən sto-

matologiya  fakültəsinin  tələbələri,  rezidentlər,  həkim-

stomatoloqlar və müxtəlif profilli həkimlər də istifadə edə 

bilər.


 

Esmira xanım TARIVERDİYEVA,

dosent 

ÜMUMİ  PROFİLLİ  STOMATOLOGİYAYA  

AİD DİLİMİZDƏ  İLK  DƏRSLİK

Vərəmə  yoluxma  nəticəsində 

ölüm halları 1990-cı ildən təxminən 

iki dəfə azalıb. Buna baxmayaraq, 

hələ də bu təhlükəli xəstəlik hər 

gün  4  min  400  nəfərin  həyatına 

son qoyur.

AZƏRTAC  xəbər  verir  ki, 

bu  barədə  Dünya  Səhiyyə 

Təşkilatının 

(DST) 

hesabat 


məruzəsində bildirilir.

“Hesabat  göstərir  ki,  vərəmlə 

mübarizə  üzrə  həyata  keçirilən 

tədbirlər 

uğurlu 

nəticələrə 



gətirib”,-deyə  DST-nin  Baş  di-

rektoru  Marqaret  Çan  bildirib.

Onun sözlərinə görə, nailiyyətlər 

çox  təsirlidir,  amma  bu  epide-

miyanın  kökünü  kəsmək  üçün 

tədqiqatlara  sərmayə  qoyuluşu-

nu artırmaq lazımdır.

Məruzə müəllifləri qeyd ediblər 

ki,  xəstəliklə  mübarizədə  ən 

nəzərəçarpan  irəliləyiş  2000-ci 

ildən  sonra  müşahidə  olunub. 

Belə  ki,  2000-ci  ildən  2015-ci 

ilədək olan dövrdə vərəmin mü-

asir  diaqnostikası  və  müalicəsi 

nəticəsində  43  milyon  insanın 

həyatını  xilas  etmək  mümkün 

olub.  Amma  uğurlara  baxma-

yaraq,  vərəm  dünya  səhiyyə 

sistemində hələ də ciddi təhlükə 

yaradır.


Əziz 

Əliyev 

adına 

Azərbaycan  Dövlət  Həkimləri 

Təkmilləşdirmə 

İnstitutunun 

(ADHTİ)  rektoru,  professor 

Nazim  Qasımov  Qazaxıstanda 

səfərdə olub.

ADHTİ-dən 

AZƏRTAC-a 

bildirilib ki, səfər çərçivəsində 

N.Qasımov 

Qazaxıstan 

Davamlı  Tibbi  Təhsil  Uni-

versitetinin  rektoru  Qalım-

jan  Toqizbayevlə  görüşüb. 

Görüşdə hər iki tərəf arasın-

da əməkdaşlıq perspektivləri 

müzakirə  olunub  və  sonda 

anlaşma  memorandumu  im-

zalanıb.


Qazaxıstan Səhiyyə Nazirli-

yinin  Ali  Səhiyyə  Məktəbinin 

(QASM) rektoru Janna Alma-

tayeva  ilə  keçirilən  görüşdə 

hər  iki  ali  tibb  müəssisəsinin 

təcrübələri  və  fəaliyyətləri 

haqqında  danışılıb,  tərəflər 

arasında  elmi-təcrübi  müba-

dilə  və  birgə  layihələrin 

həyata  keçirilməsinin  inkişaf 

yolları  müzakirə  olunub.  Ye-

kunda ADHTİ ilə QASM ara-

sında  anlaşma  memorandu-

mu imzalanıb.

Hər  iki  sənəd  həkimlər 

üçün 


ixtisaslaşma 

və 


təkmilləşdirmə proqamlarının 

hazırlanması,  elmi  və  prakti-

ki tədbirlərin keçirilməsi, tibbi 

təhsilin əsas komponentlərini 

həyata keçirən mütəxəssislər 

arasında  təcrübə  mübadiləsi 

və s. məsələlərlə bağlı birgə 

əməkdaşlığın 

qurulmasını 

özündə əks etdirir.



Son 25 il ərzində vərəmdən ölüm 

halları iki dəfə azalıb

Azərbaycan ilə Qazaxıstan arasında tibbi 

təhsil sahəsində əlaqələr genişlənir


http://www.amu.edu.az

30 oktyabr 2015-ci il

Payız etüdləri

u

     



Hər birimiz qolu sallanmış 

(hərəkətsiz), ayağını çəkə-çəkə 

yeriyən insanları görəndə istər-istəməz 

bunların cavan yaşdan əlil olmasına görə heç 

olmasa heyfslənirik...

   

Sirr deyil ki, iflicin əsas səbəbi insultlardır. 

Bu  xəstəliyə  düçar  olanların  yaşı  cavan-

laşır  və  sayı  artır.  Azərbaycan  əhalisinin 

ölüm  səbəblərinin  birincisi  ürək-damar 

xəstəlikləri olaraq qalır–buna isə beyin qan-

damar xəstəlikləri və insult aiddir. 

İnsult beyin qan dövranının kəskin po-

zulması, yəni beyni qidalandıran damar-

lardan birinin və ya bir neçəsinin tamlı-

ğının  pozulması,  daralması  (spazmı)  və 

ya  tutulmasıdır.  Ağır  gedişli  insultlar-

dan  sonra  baş  beyin  funksiyasının  yal-

nız  qismən  bərpa  olunması  tez-tez  rast 

gəlinən  reallıqdır.

  Bu  xəstəlik  hər  yaşda 

və hər anda baş verə bilər (S.Davis, 2013). 

Hər  il  yer  kürəsində  16  milyon  nəfərdə  in-

sult baş verir və bunların 7 milyonu ölümlə 

nəticələnir 



(www.worldstrokecampaign.org).  

İnsult  müvəqqəti  əmək  qabiliyyətinin 

itirilməsi 

və 


əlilliklə 

nəticələndiyinə  görə  aktual 

tibbi-sosial  problem  olaraq 

qalır.  Bu  xəstəlik  hər  yaşda 

və  hər  anda  baş  verə  bilər. 

Elə  buna  görə  ötən  il  İstan-

bulda  9-cü  Ümumdünya  İn-

sult  Konqresində  ilk  dəfə 

insult  xəstələrin  hüquqlarına 

aid  sənəd  təqdim  olunub.  Bu 

sənəd  artıq  əksər  ölkələrdə 

dəstəklənib.

  Bu  sənəd  artıq 

əksər  ölkələrdə  dəstəklənib  və 

bunun  əsas  bəndlərini  həyata 

keçirmək üçün tibbi ictimayyət ardıcıl atdım-

lar atır. Bu qanun layihəsi 3 növ  hüquqdan  

ibarətdir:

1. İnsult xəstəliyi zamanı ən yaxşı müalicə 

almaq hüquqü.

2.  İnsult    xəstəliyi  haqda  məlumatlı  olub, 

ona hazır olmaq hüquqü.

3.  Bərpa  dövründə  dəstək  görmək  hüqu-

qü.


Bu  məqsədlərə  uyğun    təşkilatımız 

tərəfindən  5  il  ərizində  mütəmadi  aparılan 

müxtəlif  cəhdlər:  elmi-praktik  konfransların 

keçirilməsi, həkimlər üçün treninqlər, İnsulta 

Qarşı Milli Proqramın təqdimatının  səhiyyə 

strukturları tərəfindən rəsmi dəstəklənir. 

 Dilarə  GÜLABLI, 

İnsultla Milli Mübarizə Assosiasiyası 

İB-nin idarə heyətinin sədri

Mehdiyeva Hədiyə Mehti qızına 2010–cu ildə Azərbaycan Tibb 

Universiteti tərəfindən mikrobiologiya ixtisası üzrə verilmiş inter-

natura vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Məmmədova Lalə Cümşüd qızına 1985-ci ildə Azərbaycan Tibb 

Universiteti  tərəfindən  pediatr  ixtisası  üzrə  verilmiş  internatura 

vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Stomatologiya fakültəsinin III kurs, 741

a

 qrup tələbəsi Camalo-



va Nuriyyə Muxtar qızının adına verilmiş tələbə bileti itdiyi üçün 

etibarsız sayılır.

Əczaçılıq  fakültəsinin  IV  kurs,  890

b

  qrup  tələbəsi  Zəki  Səmir 



Ali oğlunun adına verilmiş qiymət kitabçası itdiyi üçün etibarsız 

sayılır.


Stomatologiya fakültəsinin V kurs, 795

b

 qrup tələbəsi Ali Attar 



Fadil oğlunun adına verilmiş qiymət kitabçası itdiyi üçün etibarsız 

sayılır.


I müalicə-profilaktika fakültəsinin IV kurs, 102

a  


qrup tələbəsi 

Qədirov  Əli  Məzahir  oğlunun  adına  verilmiş  tələbə  bileti  itdiyi 

üçün etibarsız sayılır.

Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat və sənaye 

fakültəsinin III kurs, 198-ci qrup tələbəsi Muxtarov Murad Azər 

oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

I  müalicə-profilaktika  fakültəsinin  VI  kurs,  168

a

  qrup  tələbəsi 



Soltanova Ayşən Ayxan qızının adına verilmiş tələbə bileti itdiyi 

üçün etibarsız sayılır.

Baş redaktor

ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə bilər.

Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

   


  

Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 100

2-ci mərtəbə,

Tel.: 595-24-97

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 4000

Sifariş: 266

Gündəlik  geyimlərin  toxumalarında  sağlamlıq  üçün 

təhlükəli kimyəvi maddələr gizlənib.

AZƏRTAC  svopi.ru  saytına  istinadla  xəbər  verir  ki, 

İsveç  alimləri  60  ədəd  müxtəlif  növ  parçanı  testdən 

keçirdikdən  sonra  bu  qənaətə  gəliblər.  Tədqiqat  üçün 

toxuculuq sənayesində istifadə olunan parçalar seçilib. 

Təhlillər nəticəsində məlum olub ki, parçalarda mindən 

çox  kimyəvi  maddə  var.  Bu  maddələrin  təsiri  insanlar-

da dəri xəstəliklərinin, eləcə də allergiyaların yaranması 

riskini artırır. Hətta paltarların yuyulması belə insanlara 

həmin maddələrin zərərli təsirlərindən yaxa qurtarmağa 

kömək etmir.

Alimlər  kimyəvi  maddələrin  insan  orqanizminə  mənfi 

təsirinin  qarşısını  almaq  məqsədilə  tədqiqatları  davam 

etdirmək niyyətindədirlər.

2016-cı il yanvarın 7-də Hindistan Ticarət və Sənaye Palatası Federasiya-

sının təşkilatçılığı ilə Karnataka ştatının paytaxtı Banqalor şəhərində “İNDİA 

PHARMA-2016” və “İNDİA MEDİCAL EXPO 2016” adlı sərgilər keçiriləcək.

Azərbaycan  Respublikası  Ticarət  və  Sənaye  Palatasından  AZƏRTAC-a 

bildiriblər ki, sərgilərin əsas məqsədi Hindistanın əczaçılıq və tibb sahəsini 

dünyaya  tanıtmaqdan,  tibbi  avadanlıqların  və  dərmanların  sərgilənməsi  və 

yeni investorların axtarışından ibarətdir. Sərgilər yanvarın 9-da başa çatacaq. 

Sərgilərdə iştirak etmək istəyən Azərbaycan sahibkarları Hindistanın Bakıda-

kı səfirliyinə müraciət edə bilərlər.

Geyimlər sağlamlıq 

üçün təhlükəli ola bilər

Azərbaycan sahibkarları Hindistanda səhiyyə sərgilərində iştirak edə 

bilərlər

Dünya  Səhiyyə  Təşkilatı  (DST) 

tərəfindən  hər  il  oktyabrın  29-u 

Ümumdünya 

İnsultla 

Mübarizə 

Günü kimi qeyd edilir. Bu təşkilatın 

məlumatına görə, hər il Yer kürəsində 

təxminən  16  milyon  nəfərdə  insult 

baş  verir  və  bunların  7  milyonu 

ölümlə  nəticələnir.  Məhz  buna 

görə  də  insultla  mübarizə  gününün 

keçirilməsi  maarifləndirici  tədbir 

kimi zəruridir.

Adətən  bu  xəstəliyə  tutulanların 

üçdə biri ölür, qalanları isə əlilə çev-

rilir. Amma insultun qarşısını almaq 

və  xəstələrə  yardım  etmək  müm-

kündür.  Damarların  tutulması  baş 

verən işemik insultdan sonra insan-

lar  salamat  qalsa  da,  əlilə  çevrilir. 

Əsas  məsələ  xəstəyə  ilk  3-4  saat 

ərzində yardım göstərməkdir.

Çoxları 

insult 


olduqlarını 

bilmədikləri  üçün  ölürlər.  İnsult 

simptomları çox sadədir: insult olan 

insan  anlaqsız  danışır,  güləndə 

ağız  küncləri  aşağı  düşür,  koordi-

nasiyası  pozulur,  ətraflarından  biri 

zəifləyir. Bu, təcili yardım çağırmaq 

üçün yetərlidir.

İnsult  riskinin  olub-olmadığını 

öyrənmək  üçün  mürəkkəb  tədqi-

qatlar  lazım  deyil.  Sadəcə  yuxu 

arteriyalarının ultrasəs müayinəsini 

aparmaq,  təzyiqi  nəzarətdə  sax-

lamaq,  normal  qidalanmaq  və 

siqaretdən  uzaq  durmaq  lazımdır. 

Üç əsas şey - hipertoniya, yüksək 

xolesterin  və  bədənin  artıq  çəkisi 

risk amilini artırır.

Həkimlərin qənaətinə görə, insult 

xəstəliyinə  qadınlarla  müqayisədə 

kişilərdə  daha  çox  rast  gəlinir. 

İnsult  keçirənlərin  sayı  55  yaş-

dan  sonra  iki  dəfə  artır.  Lakin 

onu  da  qeyd  edək  ki,  səhhətinə 

biganə  qalmayan  hər  bir  insan 

üçün  bu  xəstəlikdən  qorunmaq 

asandır.  Zərərli  vərdişlərdən  uzaq 

olan,  düzgün  qidalanan,  sağ-

lam  həyat  tərzi  keçirən,  siqaret 

və  içkidən  uzaq  olanların  insult 

keçirmək riski, demək olar ki, sıfıra 

bərabərdir.  Vaxtlı-vaxtında  həkim 

müayinələrindən  keçmək  də  vacib 

şərtlərdəndir. Mütəmadi açıq hava-

da gəzmək, orta sürətlə gündə heç 

olmasa  yarım  saat  yerimək  nəinki 

insult riskini azaldır, həmçinin insa-

nın əmək qabiliyyətini artırır.

Mütəxəssislər  belə  hesab  edirlər 

ki, yarmalar, meyvələr və balıq in-



sult riskini 30 faiz azaldır.

İnsult xəstəliyinə qadınlarla müqayisədə 

kişilərdə daha çox rast gəlinir

           29 oktyabr   ÜMUMDÜNYA  İNSULTLA  MÜBARİZƏ GÜNÜDÜR

Hər il yer kürəsində 16 milyon insult baş verir, bunların 7 milyonu ölümlə nəticələnir

Yüklə 14,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə