ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   21   22   23   24   25   26   27   28   ...   70

  - Elə isə nə etməliyik, Seyid? - deyə soruşdum. - İranın qılıncı paslanıb. Türklərə qarşı 
vuruşsaq çara kömək etmiş olarıq. Məgər Məhəmməd Peyğəmbərin adı ilə biz çarın xaçını 
xəlifənin ayparalı bayrağına qarşı müdafiə etməliyik? Axı nə etməliyik, Seyid? 
  Seyid Mustafa sonsuz bir kədərə bürünmüşdü. O, mənə baxıb dedi: 
  - Əli xan, soruşursan ki, nə etməliyik? Bunu mən özüm də bilmirəm. 
  Seyid Mustafa dəhşətli iztirab içində idi. 
  Mən pərt halda susdum. Seyidin otağındakı balaca neft lampası his eləyərək yanırdı. 
Lampanın sarımtıl zəif işığı namaz xalçasının rəngarəng naxışlarını işıqlandırırdı. Bu 
namaz xalçası qatlanıb yola götürülə biləcək qəribə bir boxçanı xatırladırdı. Seyid Mustafa 
da bu dünyaya bir səyahət dolayısıyla gəlmiş kimiydi. Zatən başqalarının günahlarını 
pisləmək Seyid üçün çox asan idi. On il, iyirmi il keçəcək və Məşhəddə gözə görünmədən 
və hiss edilmədən İranın taleyini idarə edən müdriklərin biri İmam Rzanın türbəsində 
imamlıq edəcəkdir. Onun gözləri artıq indidən qocaldığından xəbərdar olan bir qocanın 
gözlərini xatırladırdı. Əgər o, İranın yenidən böyük və qüdrətli bir dövlət olmasına gətirib 
çıxartsaydı da, yenə haqq və din məsələlərində zərrə qədər güzəştə getməzdi. O, günaha 
batıb dünyanın nemətlərindən həzz almaqdansa, məhv olmağın doğru olduğuna inanırdı. 
Seyid ona görə susur və nə edəcəyini bilmirdi. Həqiqi haqq və din astanasında tənha 
keşikçi olan Seyid Mustafanı mən elə buna görə çox istəyirdim. 
  Söhbətin mövzusunu dəyişdirmək üçün dedim: 
  - Seyid, talehimiz cənabi Allahın əlindədir. Qoy Allah bizi doğru yoldan ayırmasın. 
Ancaq mən bu gün səninlə o mövzuda deyil, bam-başqa şey haqqında danışmaq 
istəyirəm. 
  Seyid Mustafa xınalı əllərinə baxdı. O, kəhrəba təsbehini çevirməklə məşğul idi. Başını 
qaldırıb gülümsədi. Onun çopur sifəti elə bil bir az da enliləşdi: “Dərdini bilirəm, Əli xan. 
Evlənmək istəyirsən” - dedi. Özümü itirmiş bir halda yerimdən sıçradım. Mən Seyid 
Mustafa ilə şiə hərbi-siyasi gənclik təşkilatı qurmaq məsələsini müzakirə etmək 
niyyətində idim. Amma Seyid, artıq indidən mənim nikahımı kəsməyə hazır olan molla 
kimi danışırdı. 
  - Axı, sən mənim evlənmək istədiyimi haradan bilirsən? Bir də ki, evlənmək istəməyimin 
sənə nə dəxli var? 
  - Sənin niyyətini gözlərindən oxuyuram. Sən mənim dostum olduğun üçün də evlənmək 
istəyinin bir az da olsa mənə dəxli var. Sən məndən xoşu gəlməyən xristian Nino ilə 
evlənmək istəyirsən? Elədir mi? 
  - Düzdür, Mustafa. Bəs sən nə deyirsən buna? 
  Seyid Mustafa iti və ağıllı baxışlarını mənə dikib dedi: 
  - Mən sənə “hə” deyirəm, Əli xan. Kişi evlənib yuva qurmalıdır. Özü də ən vacib odur ki, 
bəyəndiyin qızla evlənəsən. Qadının kişidən xoşu gəlməsi vacib deyildir. Ağıllı kişi 
qadının iltifatını qazanmağa səy göstərməz. 
  Qadın bir tarladır, kişi də əkinçi. Məgər tarlanın hökmən əkinçini sevməsinə lüzum 
varmı? Yox, çünki əkinçinin torpağı, tarlanı sevməsi kifayətdir. Evlən. Amma heç bir 
zaman yaddan çıxartma ki, qadın yalnız və  yalnız sadəcə bir tarladır. 
  - Deməli, sən belə fikirdəsən ki, qadının ruhu da, zəkası da yoxdur? - deyə ondan 
soruşdum. 
  Seyid Mustafa canıyananlıqla mənə baxıb dedi: 
 
49


  - Bunu hələ soruşursan da, Əli xan? Təbii ki, bunların heç biri onlarda yoxdur. Bunlar axı 
ona nəyə lazımdır? Qadının bakirə olması və çoxlu uşaq doğması ona yetər. 
  Şəriət deyir ki, bir kişinin şahidliyi üç qadının şahidliyindən daha məqbuldur. Bunu 
yaddan çıxartma, Əli xan. Mən həyəcanla oturub gözləyirdim ki, dindar Seyid Mustafa 
zəhləsi gedən bir xristian qızı ilə evlənmək istədiyimə görə mənə lənətlər yağdırmağa 
başlayacaq. Lakin onun cavabı məni sakitləşdirdi. Bu cavab onun açıq və ağıllı insan 
olduğunu bir daha isbat edirdi. 
  Yavaşca ondan soruşdum: 
  - Deməli Ninonun xristian olmasına etirazın yoxdur? Bəlkə müsəlman olması şərtdir? 
  - Niyə şərt olsun? - deyə Seyid Mustafa soruşdu. Zəkası və ruhu olmayan bir məxluğun 
dini, imanı da olmaz. Qadın qisminə nə cənnətdə, nə də cəhənnəmdə yer var. Qadın qismi 
öləndən sonra dağılıb heçə dönür. Unutma ki, ondan olan oğlanlar, əlbəttə şiə 
olmalıdırlar. 
  Başımı razı halda yırğaladım. 
  Seyid Mustafa ayağa durub kitab rəfinə yaxınlaşdı. Onun meymun əllərinə bənzəyən 
uzun əlləri üstünü toz basmış bir kitabı rəfdən götürdü. Kitabın cildinə nəzər saldım. 
Orada farsca “Çeynabi Təvarix əl səlcuq” sözləri yazılmışdı. Yəni Səlcuq sülaləsinin tarixi. 
  Seyid kitabı açdı və dedi: 
  - Budur, səhifə 207. 
  Sonra yüksək səslə oxumağa başladı. 
  - Hicri 637-ci ildə Sultan Ələddin Keyqubad Qəbadiyyə sarayında vəfat etdi. Onun 
yerinə Səlcuq taxtına Qiyasəddin Keyxosrov keçdi. Çox keçmədən Qiyasəddin Keyxosrov 
bir gürcü prinsesi ilə evləndi. Onun gürcü qızına məhəbbəti o qədər güclü idi ki, 
sikkələrin üzərində öz şəkli ilə yanaşı, arvadının da şəklini vurmağı əmr etdi. Bir gün 
alimlərlə din xadimləri sultanın yanına gəlib deyirlər: “Sultanın şəriətə qarşı çıxması 
düzgün deyildir. Onun bu əməli günah işlətməkdən ibarətdir”. 
  Qüdrətli hökmdar Qiyasəddin bu sözləri eşidib qəzəblə cavab verdi: “Cənabi Allah məni 
sizə hökmdar təyin edib. Sizin vəzifəniz də itaət etməkdir”. Alimlərlə din xadimləri 
hökmdarın sözlərindən sonra gedib kədərə qərq oldular. Lakin Allah sultan Qiyasəddin 
Keyxosrovun gözlərini açdı və o, alimləri yanına çağırtdırıb onlara başa saldı ki, - ”Mən 
müqəddəs qanunları pozmaq istəmirəm, çünki onlara riayət etmək vəzifəsini Allah 
mənim boynuma qoyub. Elə buna görə də əmr edirəm: uzun yalı olan və sağ pəncəsində 
qılınc tutan aslan mənəm. Başımın üzərində parıldayan günəş də çox sevdiyim qadındır. 
Dediklərim də sizin üçün qanundur”. O zamandan bəri aslan və günəş İranın simvoludur. 
Ağıllı kişilər isə deyirlər ki, “gürcü qadınlarından gözəl qadın yoxdur”. 
  Seyid Mustafa kitabı bağladı və üzümə baxıb gülümsədi. Görürsən də, vaxtı ilə 
Keyxosrovun etdiyini indi sən edirsən. Heç bir qanun bunu qadağan etmir. Gürcü 
qadınları da Peyğəmbərin dindar möminlərinə vəd etdiyi qənimətin bir hissəsidir. 
Peyğəmbər Quranda deyir: “Gedin onları alın”. 
  Seyid Mustafanın dərdli sifəti birdən-birə yumşaldı. Onun muncuq kimi balaca gözləri 
işıqlandı. O, iyirminci əsrin balaca bir tərəddüdünü müqəddəs Qurani Kərimin kəlamı 
vasitəsilə aradan qaldırdığı üçün özünü xoşbəxt sayırdı. Onun bütün vücudu bəyan edib 
deyirdi: qoy, kafirlər əsl tərəqqinin harada olduğunu bilsinlər! 
 
50


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə