ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   2   3   4   5   6   7   8   9   ...   59

təşəkkürümüzü bildirib hər birimiz ona əlli qəpik pul verdik. Biz bir dəstə quldur dəstəsi kimi bağıra-
bağıra şəhərə dağılışdıq. 
Mən tələsə-tələsə evə gəldim. Evdəkilər məni iranlılar üzərində qələbə çalmış makedoniyalı İsgəndər 
kimi qarşıladılar. Xidmətçilər mənə qorxa-qorxa baxırdılar. Atam mənim üzümdən gözümdən öpdü və 
“Məndən üç şeydən birini diləyə bilərsən” - dedi... əmim isə dedi ki, belə ağıllı bir gəncin irəliyə 
getməsi üçün onun Tehrana getməsi lazımdır. İlk həyəcan dalğası sovuşandan sonra xəlvətcə telefona 
yanaşdım. İki həftə idi ki, Nino ilə danışmamışdım. Telefon aparatının dəstəyini götürüb, aparatın 
disqini saat əqrəbi istiqamətində fırlatdım və “33 – 81” nömrəni yığmağı istəyirəm deyə bağırdım. 
Ninonun səsi eşidildi: “Əli, imtahanı verdinmi?”. 
- Verdim, Nino. 
- Təbrik edirəm, Əli. 
- Çox sağ ol. Nə vaxt və harada görüşək Nino? 
- Saat beşdə Qubernator bağının gölməçəsi yanında, Əli. Daha artıq danışmağa imkan yox idi. Çünki 
arxamda dayanan qohumlarımın, və xidmətçilərin şəklənmiş qulaqları məndə idi. Ninonun arxasında 
isə aristokrat anası durub qulaq asırdı. Nə isə... 
Mən, yuxarıya, atamın böyük otağına qalxdım. Atamla, əmim divanda oturub çay içirdilər. 
Xidmətçilər ayaq üstə durub, gözlərini mənə zilləmişdilər. 
Kamillik imtahanı hələ axıra çatmamışdı. Köhnə  ənənəyə görə atamın həyatın astanasında duran 
oğluna həyatın bütün müdrikliklərini təfərrüatı ilə açması lazım idi. 
Atam: 
- ”Oğlum” deyə sözə başladı. Həyata qədəm basdığın bu anda mən sənə müsəlmanlığın vəzifələrini bir 
daha xatırlatmaq istəyirəm. Biz allaha inamın olmadığı bir Məmləkətdə yaşayırıq. Məhv olmamaq və 
ayaq altında qalmamaq üçün biz, qədim ənənələrimizi və köhnə həyat tərzimizi mütləq qorumalıyıq. 
Oğlum ibadəti unutma, içki içmə, tanımadığın qadınlarla durub oturma, yoxsullara və  zəiflərə 
mərhəmət göstər. Haqq din uğrunda da daima qılıncını sıyırmağa hazır ol. Döyüş meydanında can 
versən, bu mən qocanı ağrıdacaq, amma şərəfsiz bir yol seçsən, mən qoca kişi xəcalət çəkəcəyəm. 
Düşmənlərini heç bir zaman bağışlama, oğlum, biz xristian deyilik. Sabahın qayğısını düşünmə, çünki 
sabahını düşünən adam ürəkli olmaz. 
Axırıncı nəsihətim də budur ki, “Məhəmmədin imanını və İmam Cəfər təriqətinin şiəlik təməllərini 
heç bir vaxt unutma”. 
Əmim və evdəkilər atamı çox böyük maraqla dinləyirdilər. Sonra atam ayağa qalxdı, əlimdən tutdu və 
birdən-birə titrək və boğuq bir səslə dedi: - Sənə yalvarıram: siyasətlə məşğul olma! Nə istəyirsən elə
amma siyasətə qarışma.  
Atamın bu istəyini yerinə yetirəcəyimə  əmin idim. Çünki siyasət məndən çox uzaq idi. Nino isə, 
fikrimcə, siyasi bir problem deyildi. Atam məni bir daha qucaqladı. İndi mən, nəhayət tam kamil bir 
adam idim. 
Rəsmi gimnaziya uniforması hələ  də  əynimdə idi. Mən düz saat beşin yarısında yavaş-yavaş qala 
darvazasından keçib dəniz sahilinə  tərəf getdim. Sonra sağa dönüb qubernator sarayının yanından 
keçərək, Bakının qumlu torpağında böyük zəhmətlə salınmış bağa tərəf irəlilədim. 
İçimdə azad və qəribə bir hiss var idi. Şəhərin bələdiyyə rəisi faytonla yanımdan keçdi və mən səkkiz 
ilə ərzində ilk dəfə idi ki, onun qabağında nə fərəqət durmalı idim və nə də ona hərbi sayağı salam 
verməli idim,. Bakı gimnaziyasının uniformasından gümüşü kokapdını şapkamdan çıxarmışdım. 
Bunlar məzun olduğumdan irəli gəlirdi. İndi mən mülki bir şəxs kimi gəzib dolanırdım, və hətta elə 
bir an oldu ki, istədim hamının gözü qabağında siqaret yandırım. Lakin tütünə nifrətim olduğu üçün, 
siqaret çəkmək fikrindən imtina edib qubernator bağına girdim. 
Qubernator bağı böyük bir bağ idi. Orada nadir, görünüşləri qəmli olan ağaclar və asfalt döşənmiş 
cığırlar var idi. Sağda qədim qala divarı uzanıb gedirdi. Ortada isə şəhər klubunun ağ mərmər sütunları 


görünürdü. Ağacların arasında da çoxlu skamyalar qoyulmuşdu. Palma ağaclarının arasından batan 
günəşin qırmızıqtıl şüaları süzülürdü. Klubun yaxınlığında bir gölməçə vardı. Gölməçə dediyim iri 
qaya daşlarından hörülmüş nəhəng bir dəyirmi hovuz idi. Şəhər bələdiyyəsi hovuzu qu quşlarının 
orada məskən salıb gəzinməsi niyyətilə tikdirmişdi. Lakinbu sadəcə niyyət olaraq qalmışdı. çünki su 
çox baha idi və ölkədə də bir dənə də olsun qu quşu yox idi. Buna görə də hovuz ölü divin göz çuxuru 
kimi əbədi olaraq səmaya baxırdı. 
Skamyaların birində oturdum. Günəş dörd bucaq boz binaların dümdüz hamar damlarından işıq 
saçırdı. Arxamdakı ağacların kölgələri getdikcə uzanırdı. Başına mavi zolaqlı çadra örtmüş, ayaqlarına 
da şap-şup edən ev başmaqları geymiş bir qadın yanımdan keçdi. Çadranın altından qadının uzun 
dimdik burnu görünürdü. Dimdik burun məni izləyirmiş kimi mən tərəfə yönəldi. Tez başımı yan 
tərəfə çevirdim. Bu anda mənim üzərimə  qəribə bir yorğunluq çökdü. Nə yaxşı ki, Nino çarşab 
örtmürdü və onun burnu dimdik burun deyildi. Mən Ninonu heç bir zaman çadra örtməyə 
qoymayacağam.  
Batan günəşin parıltısında Ninonun siması durdu gözlərimin qabağında.  
Nino Kipiani... bu nə gözəl gürcü adı idi. Avropanın adət və  ənənələrini sevən alicənab valideynləri 
olan Nino! Ninonun ağappaq gözəl sifətindəki uzun qara kiprikləri altında iri, gülər, qığılcım saçan 
Qafqazlı gözləri var idi. Belə xoş və şən gözlər yalnız gürcü qızlarında olur. Nazik, hilal qaşlı Ninonun 
profili həzrəti Məryəmin profilini xatırladırdı. Bu oxşatmalar mənə xoş gəlirdi. Ancaq bu cür qadınlar 
o qəribə və anlaşılmaz dünyanın simvolu olan həzrəti Məryəmə bənzədilə bilərdi. 
Geniş çöllərdən  əsmiş küləklərin gətirdiyi göz qamaşdıran qumlarla örtülmüş qubernator bağına 
diqqətlə baxdım. Gözlərimi yumdum. Birdən yanımda şən bir gülüş səsi eşitdim: 
“Allah, Allah! Siz Romeoya baxın! Culyettasını gözləyərkən yuxuya gedib!” 
Yerimdən sıçradım. Nino düz yanımda dayanmışdı. Əynində müqəddəs Tamara qız litseyinin mavi 
rəngdə uniforması var idi. Nino şərqlilərin xoşuna gəlməyəcək qədər arıq və incə idi. Amma məndəki 
incə duyğuları oyadan da elə onun bu qüsuru idi. Onun on yeddi yaşı var idi və  mən onu ilk dəfə 
Nikolay küçəsindən litseyə getdiyi birinci gündən tanıyırdım. 
Nino yanımda oturdu. Onun gözəl kipriklərinin altından gözləri par-par parıldayırdı: “Deməli, axır ki, 
imtahanı verdin, hə? Sənə görə bir az narahat idim”. 
Əlimi onun çiyninə qoydum: “Bir az həyəcanlı idim. Amma görürsən də, qəlbində tanrı qorxusu olan 
Allah həmişə kömək edir”. 
Nino gülə-gülə: “bir ildən sonra sənin də mənim üçün Tanrı rolu oynamağın gərək olacaq. İstəyirəm 
ki, bizim imtahanlar başlayanda partamın altında gizlənib riyaziyyatdan verilən sualların cavablarını 
mənə pıçıldayasan. 
Hələ bir neçə il bundan əvvəl biz bu barədə razılığa gəlmişdik. O zaman on iki yaşlı Nino böyük 
tənəffüsdə gözləri yaşla dolu məktəblərimizin arasındakı yolu qaçaraq bizim tərəfə  gəldi və  məni öz 
siniflərinə dartıb apardı. Mən dərs boyunca onun partasının altında çömbəlib, müəllimin riyaziyyatdan 
soruşduğu sualların cavablarını kitaba baxıb Ninoya pıçıldayırdım. O gündən bəri mən Ninonun 
nəzərində bir qəhrəman olaraq qalmışdım. 
-  Əmin və onun xanımı necədir? - deyə Nino soruşdu. Deyəsən qərb təbabəti  əmimin xanımına 
yardım edib, amma Zeynəb xanımda heç bir əlamət görünmür. Buna baxmayaraq əmim göstərilən 
yardımın köməyinə böyük ümidlər bəsləyir – dedim. 
- Sən arvadını çadranın altında gizlədəcəksən mi? - deyə Nino dilləndi. 
- Onu qəti deyə bilmirəm. Vəziyyətə baxır. Çadra qadını günəşdən, tozdan və yadların pis 
baxışlarından qoruyur. 
Birdən birə Ninonun sifəti qıpqırmızı qızardı. 
- Sən həmişəlik olaraq Asiyalı qalacaqsan. Yad baxışlar sənə niyə mane olur? Qadın başqasının xoşuna 
gəlmək istəyərsə nə olar? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə