ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   2   3   4   5   6   7   8   9   ...   59

 
- ------------------------------------------ 
1. Buxur – dini ayinlər zamanı yandırılan ətirli qatran. 
-------------------------------------------- 
 
Keşiş duaya başlayınca hamımız ciddi görkəm almışdıq. Axı bu gün, çox həyəcanlı bir gün idi. Bu 
həyəcanlı gündə  mən də özümü qeyri-adi şəkildə aparırdım. O böyük günü ləyaqətlə başa vurmaq 
naminə  mən də  səhər tezdən hazırlıq işləri görməyə başlamışdım. Sübh açılan kimi özümə söz 
vermişdim ki, evdə hamı ilə  nəzakətli davranacağam. Lakin evdəkilər yatdıqları üçün bu mümkün 
olmadı. Sonra da məktəbə gedərkən imtahandan arxayın olmaq üçün yolda qabağımdan keçən hər bir 
dilənçiyə sadağa verirdim. O qədər həyəcanlı idim ki, dilənçilərin birinə beş qəpik əvəzinə bütöv bir 
manatlıq verdim. Dilənçi ağız dolusu mənə  təşəkkür edəndə, ona qürurla dedim: “Mənə  təşəkkür 
etmə, Allaha şükür elə ki, o məni belə comərdliyə sövq elədi”. 
Bu qədər dindarın duasından sonra hər halda imtahandan kəsilmək qeyri mümkün idi. 
Dua sona yetdi. Biz növbəyə duraraq imtahan komissiyasının masasına yaxınlaşdıq. Uzun masanın 
arxasında yan-yana oturmuş imtahan komissiyasının üzvləri qap-qara saqqallı, sərt baxışlı və qızıl rəngli 
ziyafət uniforması geymiş müəllimlərdən ibarət idi. Bütün bu mərasim həyəcan doğururdu, 
baxmayaraq ki, ruslar imtahanda müsəlmanları çox nadir hallarda kəsərdilər. çünki biz müsəlmanların 
çoxlu dostu var idi: dostlarımız da əli xəncərli və tapançalı aslan kimi güclü gənclər idilər. Müəllimlər 
də bunu çox yaxşı bilirdilər. Tələbələr müəllimlərdən qorxduqları qədər, onlar da tələbələrindən 
qorxurdular. Müəllimlərin çoxu, Bakıya təyinat almaqlarını Allahın bir cəzası hesab edirdilər. Çünki, 
müəllimlərə qaranlıq küçələrdə hücum edilməsi və onların sıxışdırılıb döyülmələri adi bir hal idi. 
Nəticədə isə döyənlər naməlum qalırdılar. Belə hadisələrdən sonra da müəllimlər təyinatla başqa 
yerlərə göndərilirdilər. 
Bu səbəbdən də tələbə Əli xan Şirvanşir imtahanda riyaziyyat dərslərinin cavablarını açıq-aydın parta 
yoldaşı Metalnikovun dəftərindən köçürürdü. İmtahanda iştirak edən komissiya üzvləri başlarını o biri 
tərəfə çevirərək özlərini görməməzliyə vururdular. Yalnız bir dəfə  mən riyaziyyat dərslərinin 
cavablarını köçürərkən müəllim mənə yaxınlaşıb pıçıltı ilə dedi: “Bu qədər göz görə-görə köçürtmə 
olar? Şirvanşir. Axı burada biz tək deyilik!”. 
Beləcə yazılı riyaziyyat imtahanını verdim. İmtahandan çıxdıqdan sonra sevinə-sevinə Nikolay 
küçəsindən yavaş-yavaş aşağı endim. 
Ertəsi gün ruscadan yazılı imtahan olmalı idi. Həmişə olduğu kimi sualların mövzusu möhürlü bir 
paket içində Tiflisdən gəlirdi. Həmin gün imtahan salonunda gimnaziyanın müdiri paketin möhürünü 
qoparıb təntənəli surətdə imtahanın mövzusunu elan etdi: “Türgenevin əsərlərində ideal rus qadın 
ruhunu təcəssüm etdirən qadın obrazları”. 
Bu asan mövzu idi. Necə istəsəydim elə də yaza bilərdim. Amma gərək rus qadınlarını tərifləyəydim, 
bununla da oyunu udmuş olurdum. Fizikadan yazılı imtahan daha ağır idi. Amma fizikadan biliyimin 
yetərsiz olduğundan köçürtmə kimi sınaqdan çıxmış “Sənət” köməyimə çatdı. Fizika baryerini də 
aşdım. Bundan sonra imtahan komissiyası tələbələrə bir günlük istirahət verdi. 
Sonra isə şifahi imtahanların növbəsi gəldi. Burada köçürtmə artıq kömək etməzdi. Şifahi imtahanda 
tələbə suallara öz başına cavab verməlidir. İmtahandan keçə bilmək üçün asan suallara, çox söyləməklə 
cavablar verməkdən başqa çarə yox idi. 
Birinci şifahi imtahan din dərsindən idi. Din dərsi müəllimimiz gimnaziya Mollası bütün ili arxa 
planda qalırdı. Lakin bu gün o masanın arxasında oturmuşdu. Onun əynində ipək kimi titrəyən geniş 
cübbəsi və peyğəmbərin varisi olduğunu göstərən yaşıl qurşağı var idi. Mollanın tələbələrə qarşı ürəyi 
çox yumşaq idi. O, məndən ancaq gəlməyi-şəhadəti soruşdu və  mən cəsarətlə bir şiə kimi: la ilahə 


illəllah Məhəmmədən Rəsulullah Əliyyələnvəliyullah. (1) - deyəndən sonra, din müəllimimiz mənə ən 
yüksək qiymət verib buraxdı. 
Kəlməyi-şəhadətdəki bu son sözlər  ən vacib sözlər idi, çünki şiələri sünni məzhəb mənsublarından 
ayıran da bu sözlər idi. Molla bizə söyləyirdi ki, əgər sünni qardaşlar doğru yoldan ayrılmış olsalar da, 
yenə cənab-i Allahın sünnilərə qarşı mərhəmətini onların üzərindən çəkməmişdir. Mollamız çox geniş 
fikirli adam idi. 
Tarix müəllimimiz isə son dərəcə dar düşüncəli bir adam idi. Mən imtahan biletini götürdüm. 
Biletdəki, sualı oxudum, kefim pozuldu. Sual isə belə idi: “Mədətovun Gəncədə qələbəsi”. Bu  
- ---------------- 
1. “Allahdan başqa Rəb yoxdur, Məhəmməd onun Peyğəmbəridir, Əli də Allahın canişinidir”. 
sual mənə düşmüş olduğu üçün müəllimin keyfi pozulmuşdu. Gəncə yaxınlığındakı döyüşdə ruslar, 
Bakıda knyaz Sisianişvilinin başını kəsən Hüseynqulu xana kömək eyləmiş olan babam görkəmli 
cəngavər İbrahim xan Şirvanşirə hücum edərək onu xaincəsinə öldürmüşlərdi. 
- Şirvanşir, siz hüququnuzdan istifadə edib, istəsəniz imtahan biletini dəyişə bilərsiniz” - deyə tarix 
məllimi dilləndi. 
Müəllimin sözləri yumşaq səslənirdi. Mən üzərlərinə tarixə aid suallar yazılıb bükülmüş kiçicik 
imtahan biletləri ilə dolu olan kasaya şübhə ilə baxdım. Hər bir tələbə götürdüyü imtahan biletini 
ancaq bir dəfə dəyişmək hüququna malik idi. Belə halda tələbə ən yüksək qiymət almaq imkanından 
məhrum olurdu. Mən də imtahan biletini dəyişdirərək talehimlə oynamaq istəmirdim. Heç olmasa 
babamın Gəncə yaxınlığındakı döyüşdə necə həlak olduğundan xəbərim var idi. Halbuki qabağımdakı 
kasada Prussiya hökmdarı Fridrix Vilhelmə  və ya Amerika vətəndaş müharibəsinin səbəblərinə dair 
müəmmalı suallar var idi. Bu sualların cavablarından kim baş çıxarda bilərdi? 
İmtahan biletimin dəyişdirməyəcəyimi bir işarə ilə müəllimə bildirib: “Çox sağ olun, mən öz imtahan 
biletimə cavab verəcəyəm” dedim. 
Ondan sonra isə, bacardığım qədər nəzakət çərçivəsindən çıxmayaraq, rusları Azərbaycandan qovmaq 
üçün İran şahzadəsi Abbas Mirzənin qırx minlik ordu ilə  Təbrizdən yola düşməsindən, milliyətcə 
erməni olan Çar generalı Valerian Mədətovun beş minlik ordu ilə  Gəncədə necə qarşılandığından, 
toplardan iranlılara atəş açmağı əmr etməsindən, həyatlarında top səsi eşitməmiş İranlıları necə top 
atəşinə tutduqlarından şahzadə Abbas Mirzənin də atdan yıxılıb sürünə-sürünə gedib bir xəndəkdə 
sığındığından, İran ordusunun pərən-pərən olmasından və İbrahim xan Şirvanşirin bir dəstə 
cəngavərlə çayı keçmək istəyərkən əsir alınıb güllələndiyindən danışdım. Sözümə yekun vurub dedim 
ki, “Bu qələbə qoşunların cəsarətindən çox, Mədətovun toplarının texniki üstünlüyü sayəsində  əldə 
edildi. Rusların qələbəsi nəticəsində Türkmənçay sülh müqaviləsi bağlandı. Bu müqaviləyə  əsasən 
iranlılar ruslara xərac verməli oldular və xərac-üzündən də beş vilayət xarabalığa çevrildi”. 
İşlətdiyim son cümlələr məni “yaxşı” qiymətindən məhrum etdi. Çünki “yaxşı” qiymətini almaq üçün 
gərək deyəydimki, “Qələbə rusların göstərdikləri böyük cəsarət sayəsində qazanıldı: bu cəsarətlə 
Ruslar özlərindən sayca səkkiz dəfə  və daha çox olan İran ordusunu qaçmağa məcbur etdilər. 
Qələbənin nəticəsində isə Türkmənçay sülh müqaviləsi bağlandı və müqavilə sayəsində İran qərb 
mədəniyyəti və qərb bazarları ilə təmas qurmaq fürsətini ələ keçirə bildi. 
Veriləcək qiymət məni heç maraqlandırmırdı. Çünki ulu babamın şərəfindən söz düşəndə  mənim 
üçün “yaxşı” və “kafi” qiymətləri arasında heç bir fərq yox idi. 
Bununla imtahanlar qurtardı. Gimnaziya müdiri böyük iftixar hissiilə bizə imtahanlardan 
müvəffəqiyyətlə keçib məzun olduğumuzu bildirdi. Bu sözləri eşidən kimi biz hamımız azadlığa çıxmış 
məhbuslar kimi böyük sevinclə pilləkənlərlə aşağı endik. Günəşin şüaları gözümüzü qamaşdırırdı. Sarı 
səhra qumunun incə  dənələri küçə asfaltının üstünü bürümüşdü. Səkkiz il ərzində bizim keşiyimizi 
çəkən küçəmizdəki polis nəfəri yanaşıb gimnaziyanı bitirmək münasibətilə bizi təbrik etdi. Biz də 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə