Ələkbərova İradə



Yüklə 6,35 Mb.
Pdf görüntüsü
səhifə32/44
tarix17.11.2018
ölçüsü6,35 Mb.
#80933
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

 
123 
t
ərəfindən yoxlanmayan məqalələri yalnız qeydiyyatdan keçmiş 
istifad
əçilər oxuya bilərlər (şəkil 50).  
Maraqlı haldır ki, qeydiyyatdan keçərkən istifadəçi mütləq 
m
ənsub olduğu dini göstərməlidir. 
 
 
Şəkil 50.  “Drevo”
 
açıq pravoslav ensiklopediyasının saytı 
 
7.1.17
. Qısa yəhudi ensiklopediyası 
Qısa  yəhudi  ensiklopediyası  (http://www.eleven.co.il), 
1976-2005-ci ill
ərdə  Yerusəlimdə  11 cilddə  nəşr  edilmişdir. 
Ensiklopediyanın  nəşri  Yerusəlimdəki  Yəhudi  Universitetinin  
d
əstəyi ilə həyata keçirilmişdir. Ensiklopediya rus dilindədir və 
dünyada "
Краткая  еврейская  энциклопедия  (КЕЭ)  adı  ilə 
m
əşhurdur (şəkil 51). 
 


 
124 
 
Şəkil 51. 11 cilddən ibarət Qısa yəhudi ensiklopediyası 
Qısa yəhudi ensiklopediyası üçün məqalələr yaratmaq və 
redakt
ə  etmək  üçün  dünyanın  müxtəlif yerlərindən 
müt
əxəssislər və  elmi məsləhətçilər dəvət  edilmişdilər. 
Ensiklopediyanın  yaradılmasında  rəhbərlik  Ş.Ettinqer  və 
X.Beynart t
ərəfindən edilirdi. Qısa  yəhudi  ensiklopediyasında 
m
əqalələrin ümumi sayı 5300, sözlərin sayı isə 6 mln.-dur. 
2005-ci ild
ə  Qısa  yəhudi  ensiklopediyası  İnternetdə 
Elektron y
əhudi ensiklopediyası (http://www.eleven.co.il) adı 
altında  yerləşdirilmişdir.  Ensiklopediyanın  zənginləşdirilməsi 
indiy
ə qədər davam edir (şəkil 52). 
 
7.1.18. Elektron dövl
ət ensiklopediyası 
Elektron  dövl
ət  ensiklopediyası  rus dilindədir.  Viki 
texnologiyası  ilə  işləyən ensiklopediya Rusiyada elektron 
dövl
ət yaratmağa xidmət edən layihə kimi nəzərdə tutulmuşdur 
(http://wiki.elrussia.ru/index.php/Elrussia). Burada informasiya-
kommunikasiya texnologiyalarına, informasiya cəmiyyətinə aid 
m
əqalələr  yaradılmaqla,  müasir  texnologiyaların  inkişafı  ilə 
bağlı  müzakirələr də  aparılır.  Hər bir istifadəçi məqalələrin 
redakt
əsində  və  müzakirələrdə  iştirak  edə  bilər. Layihədə 
v
ətəndaşların  dövlətə  olan  inamsızlıq  problemlərinə  də  diqqət 
yetirilir  v
ə istifadəçilər problemin aradan götürülməsi məqsədi 
il
ə  qanunda və  texniki məsələlərdə  müxtəlif təkliflər verə 
bil
ərlər (şəkil 53). 
 


 
125 
 
Şəkil 52. Qısa yəhudi ensiklopediyasının elektron variantı 
 
Şəkil 53 Elektron dövlət ensiklopediyasının saytı 


 
126 
7.1.19. Elm ensiklopediyası 
Elm 
ensiklopediyası 
(http://ru.science.wikia.com
)
 
universal virtual ensiklopediya olub, GNU FDL lisenziyası ilə 
işləyir. Ensiklopediya 13 sentyabr 2006-cı  ildə  fəaliyyətə 
başlamışdır.  Əsasən yeni elmi biliklər, tədqiqatlar, təcrübələr 
haq
qında məqalələrin daxil edilməsi üçün nəzərdə tutulmuşdur. 
Odur ki, bu ensiklopediyada orijinal t
ədqiqatlara və hipotezlərə 
rast g
əlmək olar. 2009-cu ilin yanvar ayına olan məlumata görə 
ensiklopediya 10 mind
ən çox məqaləyə malikdir (şəkil 54).  
 
 
Şəkil 54. Elm ensiklopediyasının saytı 
 
7.1.20
. Ensiklopediya dünyası 
Ensiklopediya  dünyası  (http://www.encyclopedia.ru)
 
adı 
altında fəaliyyət göstərən ensiklopediya İnternetdə ən populyar 
ensiklopediyalar siyahısındadır

Burada virtual ensiklopediyalar 
haqqında  məlumat  almaqla  yanaşı,  asanlıqla  həmin 
ensiklopediyaların  saytlarına  keçid  almaq  olar.  Ensiklopediya 


 
127 
dünyanın  ən  qabaqcıl  dillərində  bölmələrə  malikdir və  ümumi 
halda 350 min m
əqalənin saxlandığı açıq layihədir (şəkil 55).
 
 
 
Şəkil 55. Ensiklopediya dünyası virtual açıq ensiklopediyasının 
s
əhifəsi
 
 
7.2. Dig
ər ən populyar İnternet-ensiklopediyalar 
7.2.1. Britannik
a ensiklopediyası 
Britannik
a  ensiklopediyası  (
Encyclopaedia Britannica
http://www.britannica.com)  
dünyada 
ən populyar və  tam 
ensiklopediyalardan biridir. “Britannica” ensiklopediyası
 ingilis 
dilind
ə  universal  ensiklopediyadır.  Ensiklopediya ilk dəfə 
Şotland  maarifçiləri Adam Blek (Adam Black) və  Çarlz Blek 
(Charles Black) t
ərəfindən  Edinburq  şəhərində  yaradılmışdır. 
İlk  nəşri  ensiklopedik  lüğət  əsasında  1768-1771-ci illərdə  3 
cildd
ə həyata keçirilmişdir. 
Britannik
a ensiklopediyasının ilk 8 
n
əşri 
Edinburq  şəhərində  həyata  keçirilmişdir. 1870-ci ildə 
n
əşriyyat  «The Times»  qəzetinin himayəsi  altına  verilir  və 


 
128 
London şəhərinə köçürülür. Ensiklopediyanın on birinci nəşrini 
Kembric  universiteti  1500  ekspertin  iştirakı  ilə  həyata keçirir. 
1901-ci ild
ə 
Britannik
a  ensiklopediyası  ABŞ-ın  Çikaqo 
şəhərindən olan Huper adlı mülkiyyətçi tərəfindən alınır. 20-ci 
ill
ərdə  ensiklopediya 
«Sheers,  Roobeck  &  Co»  firması 
t
ərəfindən  satın  alınır  və  1941-ci ildə  Çikaqo universitetinə 
ba
ğışlanır. 
1974-cü ild
ə 
Britannik
a ensiklopediyasının sonuncu – 15-
ci n
əşri 
(“New Encyclopaedia Britannica” v
ə ya “Britannica 3” 
adı  altında) 
buraxılır.  1985-ci ildə  ensiklopediya Mortimer 
Adler t
ərəfindən yenidən  işlənərək iki hissəyə  ayrılır: 
“Mikropediya” v
ə  “Makropediya”.  Buradakı  məqalələr 
m
əlumatların  dərinliyinə  görə  fərqlənirlər. 1994-cü ildə 
Britannik
a  ensiklopediyasının 
CD-ROM-
da  elektron  variantı 
buraxılır.  
1996-
cı  ildə 
Britannik
a  ensiklopediyasının  hüquqları 
İsveçrə milyarderi Jak Safranın 
(Jacqui Safra) ixtiyarına keçir. 
Hal-
hazırda  Britannikanın  əmtəə  nişanının  hüquqları 
“Encyclopaedia Britannica Inc.” 
kompaniyasına  aiddir. 
Ensiklopediyanın  15-ci nəşrinə  120 min məqalə, 44 mln.  söz 
daxildir.  Çap  halında  32  cild,  32 min səhifə, 65 mindən çox 
m
əqalə, 24 min fotoşəkil, xəritə və təsvir vardır. Qiyməti 1400 
dollardır. 
İnternetdə  fəaliyyət göstərən 
Britannika 
on-line 
ensiklopediyasına  120  min  məqalə  daxildir. Layihə  pulludur. 
İstifadəçilər illik 60 dollara qeydiyyatdan keçə bilərlər. 
CD-ROM-da 
Britannik
a  ensiklopediyasının  100  min  məqaləsi 
toplanmışdır və qiyməti 50 dollardır. Nəzərə almaq lazımdır ki, 
1998-ci ild
ə  ensiklopediyanın  kompakt  disklərdə  buraxılan 
elektron variantının qiyməti 2000 dollar idi (şəkil 56). 


Yüklə 6,35 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə