“ ” 20 il (müqavilənin bağlanıldığı yer) Bundan sonra “İşəgötürən



Yüklə 41,71 Kb.
səhifə1/3
tarix30.12.2023
ölçüsü41,71 Kb.
#165923
  1   2   3
document hrclubaz 310 (1)





İş yerində təcrübə müqaviləsi
___
_________________________ “___” _______20__ il
(müqavilənin bağlanıldığı yer)

Bundan sonra “İşəgötürən” adlandırılacaq ______________________________________


(soyadı, adı, atasının adı)
________________________________________________________________________
(şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi)
şəxsində təmsil olunan______________________________________________________ ,
(idarənin, müəssisənin, təşkilatın adı və VÖEN-i)
Təhsilalan” adlandırılacaq _________________________________________________ ,
(soyadı, adı, atasının adı və şəxsiyyət
_________________________________________________________________________
vəsiqəsinin seriyası və nömrəsi)
bundan sonra Təhsilalanın peşə təhsili aldığı “Peşə təhsili müəssisəsi”______________________________________________________________
(idarənin, müəssisənin, təşkilatın adı və VÖEN-i)
adlandırılacaq müəssisənin rəhbəri____________________________________________
(soyadı, adı, atasının adı və şəxsiyyət
_________________________________________________________________________
vəsiqəsinin seriyası və nömrəsi)
arasında (bundan sonra – “Tərəf” və ya “Tərəflər” adlandırılacaq) İşəgötürənin iş yerlərində Təhsilalanın istehsalat təlimi və təcrübəsi (bundan sonra – təcrübə) keçməsi məqsədilə “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə uyğun olaraq aşağıdakı şərtlərə əsasən bu Müqaviləni bağladılar.

1. Müqavilənin predmeti və ümumi şərtləri
1.1.Müqavilənin məqsədi Peşə təhsili müəssisəsində ______________________ixtisası üzrə təhsil alan Təhsilalanın peşə ...(peşə ixtisasının şifri və adı) 3 təhsili və təlimi proqramının praktiki hissəsini mənimsəməsi məqsədilə təcrübənin həyata keçirilməsidir.
1.2.Təhsilalanın bilik, bacarıq və səriştəsinin qiymətləndirilməsi təcrübənin sonunda İşəgötürənin nümayəndələri və Peşə təhsili müəssisəsinin nümayəndələri tərəfindən birgə həyata keçirilir.
1.3.Təcrübənin sonunda Təhsilalana müəssisədə təcrübə keçməsinə dair İşəgötürən və Peşə təhsili müəssisəsi tərəfindən imzalanmış xasiyyətnamə verilir.
1.4.İşəgötürən təcrübə başa çatdıqdan sonra Təhsilalanı işlə təmin etmək öhdəliyi daşımır.
1.5.Təcrübə dövründə Təhsilalanın İşəgötürənlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən tənzimlənir. Təhsilalan ilə İşəgötürən arasında təcrübə dövrü üçün sınaq müddəti müəyyən edilmədən müddətli əmək müqaviləsi bağlanılır və Təhsilalana onun ixtisasına uyğun yerinə yetirdiyi iş və xidmətlərə görə aylıq iş vaxtı norması tam işlənildikdə, İşəgötürən tərəfindən minimum aylıq əməkhaqqından az olmamaq şərtilə əməkhaqqı ödənilir.


Yüklə 41,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə