Eşq dənizləri qovuşanda
63
qolunu aşağıda tutaraq bədənlərini müxtəlif şəkildə hərə-
kət etdirir və sağ ayağını yerə dayamaqla sol ayağı
vasitəsilə hərlənirlər. Bu mənzərədə əllərin ifadəsi “göydən
nə aldıqsa, torpağa, Haqdan nə aldıqsa, xalqa verdik”
mənasını, ayaqların ifadəsi isə eşq əhlinin pərgar kimi
olduğuna işarə etməklə, “bir ayağımız şəriət üstündə durur,
o biri ayağımızla 72 milləti dövr eləyirik” anlamını daşıyır.
Bundan başqa, Mövlana Cəlaləddin Səma rəqsini hərəsi-
nin özünəməxsus mənası olan yeddi hissəyə böldü. İlahi
sevgini tərənnüm edən, Peyğəmbərimizi mədh edən birinci
hissəyə “Nəti-şərif” deyilir. İkinci hissədə, Allahın kainatı
yaratdığı zaman “ol” əmrini verməsini təmsil edən kudüm
və ya davul səsi eşidilir. Üçüncü hissədə, İlahinin canlılara
nəfəs verməsini təsvir edən ney musiqisi dinlənilir. Dör-
düncü hissədə, gizli ruhun ruha salamını anladan bir mə-
qam, səmazənlərin bir-birinə üç kərə salam verməklə dairə-
vi şəkildə addımlaması izlənilir. Beşinci hissədə isə səma-
zən ağ donun üstündən geyindiyi qara çuxanı atır. Mövləvi-
liyə görə, bu məqam ruhun bədəni tərk edərək həqiqətə çat-
dığını göstərən əlamət hesab olunur. Sonra isə o, əllərini
çarpazlayaraq bir rəqəmini xatırladır. Səmazən bu vəziyyət-
də Allahın birliyinə şahidlik edir. Bundan sonra səmaya da-
xil olmaq üçün şeyx əfəndisinin əlini öpərək ondan izn alan
səmazən səma etməyə başlayır. Bu zaman o, mərasimin
qaydasına görə dörd dəfə salam verir.
Birinci salam, insanın həqiqətə yetişərək ulu Yaradanı
dərk etməsi və özünün Bir olana qul olduğunu təsdiq etmə-
sidir. İkinci salam, bütün aləmlərin, eləcə də insanın yara-
dılmasındakı intizamı və ilahi dəqiqliyi müşahidə edərək
Allahın qüdrəti qarşısında heyranlıqdır. Üçüncü salam, in-
sanın bu heyranlıq və minnətdarlıq duyğusunun Allah eşqi-
nə çevrilməsiylə yanaşı, həm də ağlın bütünlüklə bu sevgi-
yə xidmət etməsi, ona qurban verilməsidir. Dördüncü salam
isə insanın mənəvi yolçuluğunu tamamlayıb, taleyi ilə razı-
laşaraq yaradılışındakı vəzifəsinə, Allahın buyurduğu qul-
luğuna dönməsidir. Qaydaya görə, bu salama Şeyx əfəndi
Elbəyi CƏLALOĞLU
64
və səmazənbaşı da qatılırlar.
Səma mərasiminin altıncı hissəsi “Əl-Quranul-Kərim”in
“əl-Bəqərə – İnək” Surəsinin 115-ci ayəsinin oxunuşu ilə da-
vam edir: “Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəl-
səniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz
mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!”.
Yeddinci hissədə isə bütün peyğəmbərlərin, şəhidləri-
mizin, övliyaların, pirlərin, eləcə də, dünyasını dəyişmiş
olan bütün imanlıların, inamlıların ruhları üçün “əl-Fatihə”
Surəsi oxunur: “Bismillahir-rəhmanir-rəhim! Mərhəmətli,
rəhmli Allahın adı ilə! Həmd (şükür və tərif) olsun Allaha –
aləmlərin Rəbbinə, mərhəmətli, rəhmli olana, Haqq-hesab
(qiyamət) gününün sahibinə! Biz yalnız Sənə ibadət edirik
və yalnız Səndən kömək diləyirik! Bizi doğru yola yönəlt!
Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların
və (Haqqdan) azmışların (yoluna) yox!”. Surənin oxunuşu
sona çatdıqdan sonra mərasim dövlətin və dövlətçiliyin sa-
lamatçılığı üçün edilən dualarla sona yetir.
Dərvişlər səma mərasimindən sonra heç kimsə ilə danış-
madan zikr etmək üçün səssizcə hücrələrinə çəkilirlər. Zikr
mərasimi mövləvilərin gerçəyə çatması üçün bir üsul yox,
sadəcə onların düşüncəsini Tanrının dərkinə yönəldən bir
gedişdir...
Mövlana Cəlaləddin Rumi bütün bu islahatları etməklə
yanaşı, həm də daxilində Mürşidi-kamil Şəms Təbriziyə bir
mənəvi ehtiyac duyur, onun xiffətini çəkirdi. Kimi görürdü-
sə, ondan Şəms Təbrizini soruşur, hara gedirdisə, orada
Şəms Təbrizini arayırdı. Bir sözlə, hər vaxt onun gözü yol-
da, qulağı səsdə idi. Bir gün Mövlana Cəlaləddin belə bir
bəyanat yayımladı: “Şəms Təbrizidən xəbər gətirənə ən gö-
zəl libasımı verəcəm”. Bundan sonra Şəms Təbrizini gördü-
yü və ya eşitdiyi haqda Mövlana Cəlaləddini müjdələyən
hər kəs ondan hədiyyə aldı. Müjdəçilərin arasında yalançı
məlumatlarla gələnlər də az deyildi. Bundan narahat olan
Hüsaməddin Çələbi dostuna yaxınlaşıb, – axı, bu xəbərlər
yalandır, nədən onlara inanırsan, sən nəyə görə yalançılara,
Eşq dənizləri qovuşanda
65
fırıldaqçılara paltarını paylayırsan? – deyə təəccüblə ondan
sual etdi. Mövlana Cəlaləddin isə çox sakit tərzdə Hüsa-
məddin Çələbiyə, – dostun yalan xəbərini gətirənlərə libası-
mı verirəm, doğrusunu deyənlər tapılsaydı, onlara canımı
verərdim, – deyə cavab verdi.
Mövlana Cəlaləddinin müridləri bütün bu olub-keçənlə-
ri seyr edirdilər. Bir gün onlar bu narahatçılıqlara dözməyə-
rək məcralarından çıxdılar və öz mürşidlərinə çatdırdılar ki,
Şəms Təbrizi Konyaya gələndən bəri dərs üzünə həsrət qa-
lıblar, Mövlananın söhbətlərini dinləyə bilmirlər, bu kim idi
gəlib mürşidimizi bizdən aldı, özünə məftun elədi, hələ bir
Mövlana onun xiffətini də çəkir, onu bir daha Konyaya qay-
tarmaq istəyir. Biz buna yol vermərik. Hüsaməddin Çələbi
onların bu həyəcanlı müraciətini Mövlana Cəlaləddinə çat-
dıranda, o, yerindən durub müridlərinin qarşısına çıxdı və
belə dedi: “Dünyada düşmənçilik, nifrət və qisas deyil, əksi-
nə məhəbbət, barış, anlamaq və dözümlülük hökm sürməli-
dir”. Bu zaman müridlərdən biri, – biz düşmənçilik etmirik,
sizinlə olmaq istəyirik, – dedi. Mövlana Cəlaləddin onun sö-
zünü cavabsız qoymadı:
– Biz qovuşdurmaq üçün gəldik, ayırmaqdan ötrü yox.
Siz mənimlə bir yerdə olmaq, söhbətlərimi dinləmək, biliyi-
mə yiyələnmək istəyirsiniz, lakin bununla belə mənim dərs
aldığım mürşidimi inkar edir, onu qəbul etmirsiniz. Bu,
düşmənçilik deyilsə, bəs onda nədir? – o, belə deyib sözünə
qısaca fasilə verdi, sonra da heç kimdən səs çıxmadığını gö-
rüb, – ya olduğun kimi görün, ya göründüyün kimi ol! – de-
yərək ovqatı təlx vəziyyətdə yenə də hücrəsinə qayıtdı...
Beləcə, Mövlana Cəlaləddin günlərin birində Şəms Təb-
rizinin hələ də Şamda olduğu barədə məlumat aldı və oğlu
Sultan Vələdi mürşidinin dalınca göndərdi. Onun özü isə
bu xəbəri alalı yeni nicat tapmış kimi sevinirdi...
Dostları ilə paylaş: |