Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə19/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   15   16   17   18   19   20   21   22   ...   69

Elbəyi CƏLALOĞLU 
60 
sağ əlini bir qədər yuxarıya doğru qaldıraraq israrla dedi: 
–  Yox,  yox,  burada  qalaq,  Səlahəddin!  O  oxunan  azan 
səsi də, bu füsünkar musiqi səsləri də bizləri Haqqa çağırır. 
Lakin  onların  fərqli cəhətlərini  unutmaq olmaz. Belə  ki
azan insanın zahirini, görünən tərəfini öz vəzifəsini yerinə 
yetirməyə dəvət edir, musiqi isə insanın batinini, iç üzünü, 
ruhunu, bir sözlə, görünməyən tərəfini Haqqın sevgi və mə-
rifətinə səsləyir!.. 
Mövlana Cəlaləddin Rumi təşkil etdiyi ritualları tamam 
yeni bir üsulla keçirirdi. Burada musiqidən istifadə olunur 
və Səma rəqsləri oynanılırdı. Mövlana Səma rəqsləri ilə Al-
lahı dərkin yeni bir musiqi əsərini, ilahi üsulunu kəşf etmiş-
di. Bu rituallar elə ilk gündən Mövlana Cəlaləddinin mürid-
ləri tərəfindən “Mövləvi” adlandırıldı. 
Mövləvi təriqətinin ilkin şərtinə görə mürid özünü mür-
şidində yox etməli, yəni, özünə baxarkən onu görməlidir. O, 
tərəddüdləri özündən uzaq tutmaqla mürşidinin bütün ar-
zu və istəklərini qəbul etməli, ona itaətini isə Tanrıya, Pey-
ğəmbərə olan itaət hesab etməlidir. Çünki bu dünyada olan 
bütün  sevgi  nümunələri  İlahi sevginin  məcazıdır,  gerçəyə 
çatmanın  əsl yolu isə  Tanrı  eşqidir.  Bundan  başqa,  mürid 
onu mürşidindən uzaqlaşdıra bilən sözlərə qulaq asmamalı, 
şeyxinin  müqəddəsliyin  mütləq  nümayəndəsi olduğuna 
özünü  inandırmalı  və  onun  yanında  çox  danışmamalıdır. 
Mövləviliyin bir qayda olaraq, ədəbə ləkə gətirəcək ünsürlə-
rin  əleyhinə  olan  müstəqil bir təriqət olmasına  rəğmən,  o, 
insanın  əxlaqına  zidd  olan  üsullara qarşı  da  üsyankardır, 
çünki gerçəyə çatmağın yolunu bunda görür. Bu sufi təriqə-
tinin  məqsədi  insanın  özünə  qayıtmasını  təmin  etməkdir. 
Mövləvi təriqəti  insanlara Allah  xaricindəki varlıqlardan  – 
həvəs və  ehtiraslardan  təmizlənməyi təlqin  edir  və  bütün 
varlıqları əhatə edən Allahın varlığının yeganə gerçəklik ol-
duğunu onlara isbat etməyə çalışırdı. Təriqətə görə, varmış 
kimi görünən varlıqlar əslində yoxdur, mövcud olan isə Al-
lahın bu varlıqlar vasitəsi ilə görünən əksidir. Allahı əsl mə-
nada  tanımayanlar  dünyanın  var-dövlətinə,  naz-nemətinə 


Eşq dənizləri qovuşanda 
 
61 
qul olanlardır. Bu köləlikdən xilas olmağın yeganə yolu isə 
Tanrı sevgisi, Allah eşqidir... 
Mövlana Cəlaləddin Rumi yaxşı bilirdi ki, sufi rəqsləri-
nin kökü islamdan əvvəlki qədim inanclardan gəlir, necə ki, 
şamanilik dövründə də Türküstanda musiqi və səma rəqslə-
ri vasitəsilə Tanrını dərk etmə ənənəsi mövcud idi. Bu rəqs 
kamilliyə  doğru mənəvi bir yolçuluğu,  ruhən  gediş-gəlişi 
təmsil edən qədim türk ənənəsinin və inanclarının bir par-
çasıdır. Eyni zamanda qopuz, ney və rübab türk təsəvvüfçü 
şeyxləri və bəyləri tərəfindən sevilən musiqi alətləri idi. Bu 
minvalla əski qamların vəcdli hərəkətləri və ya onlardan gə-
lən  ənənə  indi  Mövlana  Cəlaləddin  Ruminin  ilhamıyla tə-
rəqqi edir, onun təsiriylə islamlaşırdı. 
Mövlana Cəlaləddin Rumi mövləviliyin mahiyyətini Sə-
ma rəqslərinə də tətbiq etməklə “bu, cənnətin və ölümsüz-
lüyün rəqsidir” deyirdi. O, öz əqidəsində əsas diqqəti ilahi 
sevgiyə  yönəldirdi.  Müridlərindən  biri  ondan  bu  sevgiyə 
aydınlıq  gətirməsini  istədikdə  Mövlana  Cəlaləddin  ona,  – 
hal  əhlinin  könlünü  sevgi paklaşdırar!  –  demişdi.  Onun 
yaratdığı Səma rəqsləri ruhən göylərə qalxıb, Haqqa qovuş-
mağı təlqin edirdi. Varlığı dönməkdə, kainata və göy cism-
lərinə xas olan dairəvi hərəkətdə görən Mövlana Cəlaləddin 
üzünü  müridlərinə  tutaraq,  –  Səma  aşiqlərin  qidasıdır,  sə-
mada sevgili ilə – Canlar Canı ilə görüş təsviri var, – deyir-
di.  O,  musiqi sədaları  altında  Səma rəqsləri vasitəsilə  zikr 
edərək “böyük sevgi”yə yetişməkdə inamlı və səbatlı idi. 
Mövlana Cəlaləddin Rumi son zamanlar vaxtını bütün-
lüklə  təriqətdə  islahatlar aparılmasına  və  Səma rəqslərinin 
nəzəriyyəsinin hazırlanmasına həsr etmişdi. O, mövləvi ol-
maq istəyənlər üçün yeni qayda qoymuşdu. Belə ki, mövlə-
vi olmaq istəyənlər sınaqdan keçməliydi və bu zaman o, tə-
riqətin  ilk  şərtinə  görə,  üç  gün  dərgahın  bir  küncündə  diz 
üstə oturub ətrafda cərəyan edənləri izləməli, səbir nümayiş 
etdirərək bu mühitlə ilk ünsiyyətə girməliydi. Təbii olaraq 
birinci sınaqdan keçməyənlər də çox olurdu. Buna görə də 
yeni tətbiq olunan qayda üzrə, sınağa qatılanların başmağı 


Elbəyi CƏLALOĞLU 
62 
cütlənərək pəncəsi içəriyə  doğru qoyulurdu.  Lakin  dərga-
hın rəhbəri üç gündən sonra başmaqların ucunu əks tərəfə 
çevirsəydi,  bu,  mövləvi olmaq arzusuna  düşənə  sınaqdan 
keçə bilmədiyi və çıxıb getməsi üçün edilən işarə idi. İlk sı-
naqdan  uğurla  çıxanlrı  isə  gərgin  öyrənişli və  imtahanlı 
1001 gün davam edən çilə gözləyirdi. Bunun üçün, şeyx əv-
vəlcə mövləvi olmaq arzusunda olan şəxsi qarşısında otur-
daraq, dünya sərvətindən və bütün günah işlərdən çəkinə-
cəyi, eləcə də yaxşılıq və təqva üzrə hərəkət edəcəyi barədə 
ondan söz alırdı. Şeyx bu sözi-tövhidi üç dəfə təlqin etdik-
dən sonra ona dua edirdi. Duadan sonra dünyanın hava və 
həvəsi ilə  əlaqəsini  kəsdiyini  rəmziləşdirmək məqsədilə 
şeyx onun saçından bir neçəsini kəsib götürürdü. Çilə baş-
landıqda isə mövləvi olmağa hazırlaşan şəxs 40 gün mehtər-
lik  edir,  40  gün  ayaqyolu təmizləyir,  40  gün  su  daşıyır,  40 
gün həyət süpürür, 40 gün odun yarır, 40 gün aşpaz işləyir-
di və s. O, bütün bu sadalananları etməklə mövləvi təriqəti-
nin  qaydalarına  əsasən  vacib hesab  edilən  yüksək  dözüm 
nümayiş  etdirirdi.  Yalnız  bu  cür  əzablı  sınaq  dövrünü  ke-
çəndən sonra o, cəmiyyətə qəbul olunur və mürşiddən dər-
viş xirqəsi alırdı. 
Mövləviliyin əsas tərkib hissəsi Səma rəqslərindən, vəcd 
musiqisindən  ibarətdir.  Buna  görə  də  Mövlana  Cəlaləddin 
əvvəlcə  rəqs  edənin  özünü  qaydaya salmaq haqqında  dü-
şündü. Belə ki, o, Səma rəqsi edənlərə başına “nəfsinin qəbir 
daşı” adlandırdığı papaq qoymağı, əyninə “nəfsinin kəfəni” 
adlandırdığı ağ rəngli, gen ətəkli don geyinməyi, onun üs-
tündən də qara çuxa –  xirqə keçirməyi, ayaqlarına isə məst 
geyinməyi qərara aldı. Sonra isə Mövlana Cəlaləddin Səma 
rəqsləri vaxtı istifadə olunacaq musiqi alətlərinin seçimi ba-
rədə götür-qoy etdi. O, qərara gəldi ki, həmin mərasim ney, 
kamança, yarımkürə şəklində bir cüt kiçik nağaradan ibarət 
olan kudüm və qoşa çubuqla vurulmaqla vəzn üçün istifadə 
olunan halilədən ibarət musiqi alətlərinin təranələri altında 
keçirilsin.  Mövlana Cəlaləddin Ruminin qoyduğu qaydaya 
əsasən, sufilər Səma rəqsləri zamanı sağ əlini yuxarıda, sol 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə