Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Nəql zamanı hidrosferdə yaranan ekoloji problemlər



Yüklə 4,53 Mb.
səhifə66/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   58   59   60   61   62   63   64   65   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Nəql zamanı hidrosferdə yaranan ekoloji problemlər.

Orta əsrlərdən etibarən özünün neft sərvətləri ilə məşhur olan Azərbaycan təəssüf ki, nəinki öz sərvətlərinin sahibi ola bilmədi, həm də ekoloji fəlakətin sərhəddinə çatmışdı. Əvvəl çar Rusiyası və onun icazəsi ilə müxtəlif xarici firmalar, daha sonra 70-ildən artıq SSRİ-tərkibində respublikanın neft sərvətlərinin vəhşicəsinə istismarı ətraf mühitə düzəlməz ziyan vurmuşdur. Hal-hazırda neft mədənlərinin çox böyük sahələri yerin dərin qatlarından çıxan və neft ilə örtülmüşdür. Yüz hektarlarla torpaq yararsız hala düşüb, neftçıxartma sahələrində radioaktivlik və qazlılığın səviyyəsi artıb. 


Ətraf mühitin çirklənməsi prosesi neft biznesinin bütün mərhələlərində neftin kəşfiyyatı, istismarı, saxlanılması və emalında gedir.
Azərbaycanın neft sənayesinin inkişafının ilkin dövrlərində neft sənayeçilərinin anlamazlıqları nəticəsində kəşfiyyat , qazma və istismar ancaq texniki məsələ kimi təsəvvür edilirdi. Bununla əlaqədar kəşfiyyat ərazilərində neft fontanları tez-tez və gözlənilmədən baş verirdi. Güclü qaz ifrazlı fontanlar gündə 20-25 t neft verərək yarğan boyu üzüaşağı çay kimi axırdı.
Əvvəlcədən hazırlanmış neft anbarları təqribən əlli min ton neft tutduqları üçün tez dolurdular, artıq neft axaraq ətraf sahələri batırırdılar. Yüzlərlə fəhlə neft axınının qarşısını saxlaya bilmirdi. Güclü fontanın qarşısını almaq çox çətin olurdu, bəzən 10-15 gündən də çox neft axaraq ətraf mühitə böyük ziyan vururdu. Quyular vasitəsi ilə qaz layları, əsasən də “qaz papaqları” açılanda 2-3 həftə davam edən güclü qaz fontanları vurması nəticəsində atmosferə külli miqdarda qaz atılırdı.
Çar Rusiyasının Dağ departamentinin “Dağ nəzarəti” adlı idarəsi Yerin dərinliklərini qorumaq funksiyası daşımalı idi, əslində bütün bunlar fiksiya idi və bu qanunlar ancaq kağızda idi və adətən yerinə yetirilmirdi.
Böyük ekaloji problemlər dəniz və okeanların çirklənməsi nəticəsində baş verirdi. Mövcud olan məlumatlara görə hər il dünya okeanına 10 milyon ton neft axır. Sputnik və aeroçəkilişlərdən nəzarət nəticəsində alınan məlumatlardan bilirik ki, dəniz və okeanların 1/3 hissəsinin səthi nazik əlvan örtük ilə örtülüb. Bu örtük nəticəsində suyun buxarlanması 60% aşağı enir. Bununla əlaqədar suyun səthi da
çox qızır, atmosfer ilə su səthi arasında qaz nisbəti artır ki, bu da dəniz və okeanlarda yaşayan balıq və digər canlılar üçün lazım olan su qatına daxil olan kislorodun azalmasına gətirib çıxardır. Su səthinə dağılmış 1litr neft məhsulu = 40 litr suyu kisloraddan məhrum edir, 1t neft isə =12 km2 okean səthini çirkləndirərək oradakı bütün canlıları məhv edə bilər.
Su səthinin çirklənməsinin səbəbləri çoxdur. Çox vaxt neft su səthinə sahilyanı şelflərdən, üzən və stasionar qazımada neft çıxarılması zamanı axır.Digər səbəb dəniz tankerlərində baş verən qəza və fəlakətlərdir. Əgər əsrin əvvəlində tankerlərin tutumu 5-10 min ton olduğu halda hal-hazırda yarım milyonlu tutumlular dəniz və okeanlarda hərəkət edirlər. Ötən əsrdə hər il 2 milyarddan az olmayaraq yanacaq əldə edilir və yandırılırdı ki, buna sərf olunan kislorod dünyada yaşayan bütün insanlara sərf olunan kisloraddan minlərlə dəfə çoxdur. Axır minilliklərdə atmosferdəki karbonun 9% artdığı, kislorodun isə bir neçə faiz azaldığı müşahidə olunub.
Axır illərdə dövlət rəhbərliyi ekologiya probleminə diqqəti artırıb.Neftmədən sahələrinin təmizliyinə başlanılıb, 2010-cu il isə “ekologiya ili” elan edilmişdir. 
Neft sənayesinin belə uzun inkişaf tarixinə baxmayaraq, cəmiyyətin inkişafı (sivilizasiyası) ayrı-ayrılıqda götürülmüş məhsuldan daha çox neftdən asılı olaraq davam etməkdədir. Yeri təzədən dolmayan neftqaz ehtiyatlarının uzunmüddətli işlənilməsi və əhalinin daim artması qlobal ciddi konfliktin yaranmasına gətirib çıxarır. Bu konflikdin səbəbi gözlənilən resurs (ehtiyyat) çatışmamazlılığıdır. 
Dünya, XIX əsrin axırlarında ehtiyatların hamıya çatmaması haqqında verilən məlumatın həyata keçməsi ərəfəsindədir. Hal-hazırki şəraitdə ölkə tamamilə neftdən təcrid olunmuş şəraitdə inkişaf edə bilməz.
Dayanılmaz prosesin qeyri-ənənəvi mənbələrdən alınan yanacaq ilə neft və qazı əvəz edəcəyini gözləyənlərin ümidləri hələlik doğrulmayıb. Neft sənayesinin uzun inkişaf tarixinə nəzər salaraq görərik ki, dünya ictimaiyyətinin hələ də ayrı-ayrılıqda götürülmüş daha çox məhsullardan neftdən asılıdır. Beləliklə, bu günə olan realizm göstərir ki resurs “aclığı” daha da artacaq. Bu problemin bir çətinliyidə ondan ibarətdir ki, neft qaz ehtiyyatları dünyada qeyri-bərabər paylanılıb. Onlara hamıdan çox ehtiyacı olanlara bu xammal çatmır. Başqa sözlə desək iqtisadi cəhətdən inkişaf etmiş ölkələr də ehtiyyatların qıtlığı müşahidə olunur ki, buna görə də onların nəzərləri digər ölkələrin ehtiyatlarına dikilib. Bu vəziyyət keçmişdəki müharibələrin əsas stimulyatoru olub və gələcəkdə də istisna olunmur.
Neftin bir çox dünya ölkələrinin siyasətinə təsiri, misal olaraq Kuveytdəki hadisələri, İraqda aparılan müharibəni göstərmək olar. Məşhur “Kim neftə sahibdir o, dünyaya sahibdir” aforizmi özünü təsdiq edir. Beləliklə, dünyanın dövlətlərin siyasi quruluşlarına görə bölünmədiyi daha çox aydın olur, müasir dünya əsasən 2 bloka bölünüb: birinci-neft və qaz ehtiyatlı ölkələr, ikinci bu ehtiyatlardan əsas istifadə edən ölkələr.
Azərbaycan orta əsrlərdə özünün çoxlu neftqazı ilə məşhur idi, keçən əsrin axırlarında və indiki əsrin əvvəlində dünya neft biznesində aparıcı yerlər tuturdu. Buna baxmayaraq, təəssüf ki, Azərbaycan heç vaxt öz sərvətlərinin tam ixtiyarlı sahibi olmamışdır. Azərbaycan suveren dövlət olanda elə bil ki, “qara qızılın” ecazkar qüvvəsinin də xalqın rifahı naminə istifadə etmək üçün əlverişli imkan yarandı. Əslində isə bu belə də asan deyildi. SSRİ dağıldıqdan sonra Azərbaycana neft sənayesinin inkişafı üçün lazım olan iri maliyyə resurslarının olmaması, dağılmış iqtisadiyyat qalmışdır.
Cənubi Xəzərin dərin hissələrindəki yataqların işlənilməsi üçün lazımi texnologiyaların olmaması bu vəziyyəti daha da çətinləşdirirdi. Bütün bunların nəticəsində Azərbaycan xarici investisiya və texnologiyaların cəlb edilməsinin labüdlüyü qarşısında qalaraq qərbi kompaniyalar ilə bizə məxsus olan ehtiyatları bölüşmək məcburiyyətində oldu ki, bu da öz növbəsində 100 ildən qabaqkı tarixin təkrarlanmasına gətirib çıxarıb. Ötən əsrin əvvəlində olduğu kimi Xəzər regionu, o cümlədən də Azərbaycan kəskin siyasi oyunların ortasına çevrilir. Burada iyirmidən artıq ölkələrin maraqlarını bir-birinə əks fikirlər ilə möhkəm düyün əmələ gətirmişdir. Ekspertlərin çoxunun rəyinə görə yeni yüzillikdə Xəzər regionu karbohidrogenlərin hasilatına görə dünya üzrə ön sıralara çıxa bilər. Lakin, bütün bunlar uzaq gələcəyə aiddir. Hal-hazırda isə Xəzər nefti bütün iqtisadi əhəmiyyəti ilə -qlobal siyasi məsələlərin həlli üçün bir alətdir. 
Hal hazırda 30-dan artıq neft kompaniyaları BP, Exxon Mobil , Unical, Statoil, Chevron, Lukoil və bir sıra daha xırda kompaniyalar və Xəzər dənizində Azərbaycanın neft sərvətlərinin istismarında iştirak edirlər. 
Xarici geoloqların sənədlərinə əsasən Xəzər regionunun dərinliklərində 40-200 milyard barel neft var. Müqayisə üçün, dünyada ən iri hesablanmış neft ehtiyyatı-260 milyard barel neft, Səudiyyə Ərəbistanındadır. Beləliklə müasir geosiyasətdə enerji ehtiyatlarının tendensiyası inkişafı dünyada yaxın perspektivdədir.
Bu tendensiyalar aşağıdakılardan ibarətdir.
1. Asanlıqla çıxardılan neft əsrləri qurtarır, neftin sonrakı tapıntısı və çıxarılması daha çətin geoloji şəraitdə gözlənilir; Dünya okeanının dərin suları zonasında, Arktika və Antraktidada. 
2. Neft ehtiyatlarından fərqli olaraq onun çıxarılmasına çəkilən xərclər artacaq ki, bu da neftin qiymətinin durmadan artmasına gətirib çıxardacaq. 
3. Dünya enerji balansında qazın rolunun artması müşahidə olunacaq, neft əsrini qaz əsri əvəz edəcək. BP, Exxon-Mobil, Shell kimi aparıcı neft kompaniyalarında çıxarılan qazın həcmi, ümumi çıxarılan karbohidrogenin həcmindən artıq 40% çoxdur. 
4. Əvvəl-axır elmi-texniki proqres qeyri-ənənəvi enerji mənbələrindən istifadəyə gətirib çıxardacaq və neft korporasiyaları enerji korporasiyalara çevriləcək.
Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə