Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]



Yüklə 4,53 Mb.
səhifə62/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   58   59   60   61   62   63   64   65   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

2.5.3. Ekoloji ekspertiza

Ekoloji ekspertizada məqsəd, istifadə olunan təbii resurs­ların və onların tullantılarının ətraf mühitə olan təsirini qiymət­lən­dirməkdən ibarətdir.


Ekoloji ekspertiza istifadə olunan təbii resursların ətraf mühitə olan mənfi təsiri haqqında istehlakçıya xəbərdarlıq etməklə yanaşı, ondan bu təsirlərin aradan qaldırılması üçün tədbir görməsini tələb edir.
Müəyyən bir sahədə qabaqcadan aparılan yoxlamalar xüsusi komissiya tərəfindən aparılsa, bu ekoloji ekspertiza hesab olunur.
Ekoloji ekspertizanın aşağıdakı formaları mövcuddur:
Dövlət ekoloji ekspertizası: Dövlət ekoloji ekspertizası dövlət və ekspert komissiyaları tərəfindən müxtəlif layihələrin, layihə-smetaların, normativ-texniki və normativ-hüquqi sənəd­lərin, həmçinin yeni texnika, texnologiya, material və maddələ­rin ekoloji norma, qayda və normativlərə uyğunluğunu müəyyən edən bir təşkilatdır.
Ekoloji ekspertiza üçün ilkin material layihədən əvvəl və sonrakı şəraitdə iqlim, geoloji, hidrogeoloji, genetik, torpağın özünütəmizləməsi, meşəlik, flora, fauna, əhali, sosial-iqtisadı və s. ilə əlaqədar olan göstəricilərdir.
Ekspertiza aşağıdakı halların öyrənilməsi və analizi əsasında qurulur:
– layihənin son məqsədi və onun rayon miqyasından regional səviyyəyə qədər olan təsirinin əhəmiyyətliliyini müəyyən etmək;
– layihənin həmin sahə üçün əhəmiyyətliliyini əsaslan­dırmaq;
– texniki, torpaq və digər vəsaitlərin imkanları əsasında texniki-iqtisadi hesabatı analiz etmək;
– ətraf mühitin mühafizəsi üzrə layihələrin növlərinin etibarlılıq dərəcəsini yoxlamaq;
– ətraf mühitə olan mənfi təsirlərin azaldılması yollarını analiz etmək;
– alternativ layihənin mövcudluğunu və onun tətbiqinin mümkünlüyünü öyrənmək;
– texniki imkanla ətraf mühitə vurulun zərər arasında olan optimal çıxış yolunu müəyyən etmək və s.
Beynəlxalq konvensiya ilə Dövlət səviyyəsində aşağıdakı təsərrüfat növlərində ətraf mühitə olan təsirin qiymətləndiril­məsi müəyyən edilmişdir:
1. Məhsuldarlığı sutka ərzində 500 tondan artıq olan neft- ayırma zavodları, qaz qurğuları, yanacaq kimi daş kömür və bitumdan istifadə edən müəssisələr;
2. Gücü 300 MW-dan yüksək olan istilik (İES) və AES;
3. Nüvə yanacağını istehsal və regenerasiya edən, onların tullantılarını təkrar emal edən qurğular;
4. Əlvan metallurgiya istehsalatının domna və marten sobaları;
5. İllik hasilatı 200 tondan çox olan azbest istehsalı ilə məşğul olan müəssisələr;
6. Kimya kombinatları;
7. Avtomobil, dəmiryol və aeroport yollarının inşaatı ilə məşğul olan müəssisələr;
8. İri diametrli neft-qaz kəmərləri;
9. Ticarət mərkəzləri (supermarket, hipermarketlər);
10. Tullantıları tutmaq üçün ayrılan qurğular, toksik və təh­­lü­kəli maddələrin təkrar emalı və basdırılması ilə məşğul olun müəssisələr;
11. İri su anbarları və hövzələri;
12. İllik hasilatı 200 tondan çox olan kağız emalı ilə məş­ğul olan müəssisələr;
13. Kontinental selfdə neft-qazçıxarma müəssisələri;
14. İri həcmli neft, neft-kimya və kimyəvi maddələr saxlanılan sahələr;
15. Böyük meşədə ağacqırma ilə məşğul olan sahələr.
Dövlət ekoloji ekspertinin çıxardığı nəticələrə aidiyyəti orqanlar mütləq riayət etməlidirlər.
Müvafiq idarələr tərəfindən aparılan ekoloji ekspertiza. Bu komissiyanın çıxardığı nəticələr Dövlət ekoloji eks­pertizasının nəticələrini inkar etmirsə o, həmin idarə nəzdində qüvvədə olur.
İctimai ekoloji ekspertiza. Bu, ictimaiyyətin öz istəyi ilə təşkil olunmuş qeyri-dövlət strukturudur. Onların çıxardıqları nəticələr məsləhət (təklif) xarakteri daşıyır.
Elmi ekoloji ekspertiza elmi tədqiqat və ya tədris müəssisələri tərəfindən aparılır. Onların çıxardıqları nəticələr informasiya xarakteri daşıyır.
Ekoloji ekspertiza öz fəaliyyətində faktları, elmi prinsip­ləri və qüvvədə olan qanunvericiliyi əldə rəhbər tutur. O, ayrı-ayrı şəxslərin və ya müəssisələrin yox, ətraf mühitin mühafi­zəsi prinsipini əsas götürməlidir.



Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə