Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Nəqliyyatda təbii ehtiyatlardan istifadə məsələləri



Yüklə 4,53 Mb.
səhifə5/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   2   3   4   5   6   7   8   9   ...   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Nəqliyyatda təbii ehtiyatlardan istifadə məsələləri. Nəqliyyatın fəaliyyəti təbiətə güclü mənfi təsirlərlə müşayiət olunur və bu təsir özünü təbii ehtiyatlardan istifadə etməklə və ətraf mühitin çirkənməsi ilə biruzə verir. Birinci hissə təbii ehtiyatlardan, xüsuilə də energetik ehtiyatlardan səmərəli istifadə, ikincisi isə - qlobal ekoloji böhran dərəcəsinin azaldılması məsələləri ilə əlaqəlidir.
Nəqliyyatın təbii ehtiyatlardan istifadəsinin əsas amillərinə aşağıdakıları aid etmək olar:
• nəqliyyat vasitələrinin daxili yanma mühərriklərində yanma proseslərinin getməsi üçün zəruri olan təbii ehtiyatın - atmosfer havasının istehlakı;
• daxili yanma mühərrikləri üçün yanacaq kimi istifadə olunan neft məhsulları və təbii qaz;
• nüvə enerjisi ilə işləyən nəqliyyat mühərrikləri üçün yanacaq kimi istifadə olunan radioaktiv maddələr;
• daxili yanma mühərriklərinin və maşınların yuyulması və soyudulması sistemləri;
• nəqliyyat müəssisələrinin sənaye və məişət ehtiyacları üçün su;
• avtomobil və dəmir yollarının, hava limanlarının, boru kəmərlərinin, çay və dəniz limanlarının və digər nəqliyyat infrastrukturunun tikintisi üçün özgəninkiləşdirilmiş torpaq ehtiyatları;
• nqəliyyat vasitələrinin və infra strukturlarının hazrılanması üçün dəmir, çuqun, mis və s. kimi faydalı qazıntılar.
Məlumdur ki, Yer kürəsinin quru sahəsi onun ümumi səthinin 29%-ni təşkil edir. Kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün yararlı olan münbit torpaqların sahəsi yerin ümumi sahəsinin 3%-ni təşkil edir. Halbuki iqtisadiyyatın inkişafı və əhalinin artması ilə əlaqədar yaşayış məntəqələrinin, sənaye müəssisələrinin, nəqliyyat tikililərinin (yollar, limanlar, stansiyalar, hava limanları, təmir zavodları və s.) tikintisi üçün torpaq sahələrinə təlabat getdikcə artır. Məsələn, kateqoriyadan asılı olaraq magistral dəmiryolu xətti dəmir yolu mənzili (iki stansiya arasındakı məsafə) hüdudlarında torpaq ayırma zolağının eni 100-150 m təkil edir. İri dəmir yolu tərtibat stansiyaları (dəmiryol qatarları tərtib olunan və açılan stansiyalar) eni 300-500m, uzunluğu 4-6 km olan torpaq sahələrində yerləşir. Bir qayda olaraq müasir iri hava limanlarına 25-50 km2 sahə tələb olunur. Məsələn, Texas ştatındakı (ABŞ) Dallas hava limanı 70 km2 sahəni əhatə edir. Buna əlavə olaraq demək olar ki, müasir hava limanının 120 km2-lıq zonasında əsasən uçuşların təhlükəsizliyi və həddən artıq səs-küy şəraitinə görə əhalinin yaşaması üçün əlverişsiz olur. Beləliklə, nəqliyyatın ekoloji olması Yer kürəsinin qoruyub saxlanılmasını tələb edir, yəni, quru ərazini nəqliyyat tikililəri üçün səmərəli istifadə etmək və münbit torpaqlara qayğı (ehtiyatla) yanaşaraq, onları kənd təsərrüfatı istehsalı üçün saxlamaq və qorumaq lazımdır.
Müasir nəqliyyat vasitələri enerjinin güclü istehlakçısına çevrilmişlər. Enerji ehtiyatlarının istifadəsinin yüksək tempi bununla izah olunur və enerji ehtiyatlarının balansında neft və neft məhsulları aparıcı yer tutur. Məsələn, Qərbi Avropa ölkələrində avtomobil nəqliyyatına 30%, ABŞ və Kanadada 52-55%, Yaponiyada 20%-dən çox neft məhsulları sərf olunur. Digər təbii ehtiyatlara nisbətən yanacaq –enerji ehtiyatlarının istehlakındakı əsas xüsusiyyət ondan ibarətdir ki, bu istehlak nəqliyyat vasitələrinin konstruksiyası və istismar şəraiti ilə əhəmiyyətli dərəcədə təyin olunur.
Nəqliyyat – şirin suların ən iri istehlakçılarından biridir. Belə ki, müxtəlif texnoloji və texniki məqsədlər üçün (turbin üçün buxar, mühərrikin soyudulması üçün su, nəqliyyat vasitələrinin yuyulması və digər proseslər üçün istifadə olunan su) nəqliyyatın bütün növləri ilə böyük miqdarda su istifadə olunur.

Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə