Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə15/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   11   12   13   14   15   16   17   18   ...   143

 

 

44 



«Mədəniyyət» («kulğtura») anlayışının  qədim tarixi 

vardır. Ərəb mənşəli anlayış olan «mədəniyyət» «oturaq, köçəri 

olmayan,  şəhər  həyatına  mənsubluq» mənalarını  daşıyır.

117


 

Avropa  mənbələrində, elmi araşdırmalarında  geniş  istifadə olu-

nan «kultura» anlayışı isə ilk dəfə antik Roma natiqi və filosofu 

Mark Tulli Siseronun e.ə. 45-ci ildə  yazdığı  «Tuskulan 

disputları» əsərində  işlədilmişdir. Antik müəllif  «kultura»nı 

nəzəri anlayış kimi işlədirdi.

118

 Bu anlayışı yeni mənada ilk dəfə 



elmi 

dövriyyəyə 1767-ci ildə 

Şotlandiya 

tədqiqatçısı 

A.Fergüsson daxil etmişdir. Anlayışın mahiyyəti haqqında elmi 

mübahisələr hələ də davam edir. 

Mədəniyyət  insanın  və  cəmiyyətin  dəyişdirici  fəaliyyəti 

prosesidir, bu fəaliyyətin  bütün  növlərinin,  habelə maddi və 

mədəni 

dəyərlərin dialektik məcmusudur. 



Mədəniyyət 

«cəmiyyətin maddi həyat  şəraiti  və ictimai münasibətlərinin 

başlıca cəhətləri ilə şərtlənmiş mənəvi həyatıdır ki, maddi həyat 

şəraitinə, ictimai münasibətlərə  özünün  əks-təsirini  göstərir».

119

 

Kulturoloji tədqiqat əsərlərində bu anlayışın müxtəlif izahı, tərifi 



verilir.

120


 

Mədəniyyət  nəzəriyyəsi olmadan mədəniyyət tarixinin 

nisbətən  müstəqil elm sahəsi kimi meydana gəlməsi,  təşəkkülü 

və  inkişafı qeyri-mümkün  olardı.  Mədəniyyət  nəzəriyyəsi  ilə 

mədəniyyət tarixi arasında  əhəmiyyətli  fərqlər var. Elmlərdə 

gedən  xüsusiləşmə prosesi tarix elmi üçün  də  səciyyəvidir. 

Mədəniyyət tarixi bu prosesin nəticəsidir və o, nisbi müstəqilliyə 

malik olan sahədir. Mədəniyyət tarixinin predmeti, tədqiqat ob-

yekti bəşəriyyətin, cəmiyyətin, konkret xalqın mənəvi həyatının 

inkişafı prosesidir. Əgər  mədəniyyət  nəzəriyyəsi bu prosesi 

konkret-tarixi  şəraitdən  uzaqlaşaraq,  yüksək  mücərrədləşdirmə 

səviyyəsində  tədqiq  edirsə,  mədəniyyət tarixi mənəvi  həyatın 

inkişafını konkret-tarixi səviyyədə,  dövrün, regionun, ölkənin 

xüsusiyyətlərini, konkret-tarixi şəraiti  nəzərə alaraq araşdırır. 

Mədəniyyət tarixinin mədəniyyət  nəzəriyyəsindən  başlıca  fərqi 

də  məhz bundadır.  Mədəniyyət  tarixçisinin  mənəvi  həyatın 

bütün  sahələri  üzrə (dil, ədəbiyyat,  incəsənət,  fəlsəfə, elmin 

müxtəlif sahələri, maarif və s.) mütəxəssis olması vacib deyil və 




 

 

45 



buna  lüzum da yoxdur. Mədəniyyət  tarixçisini  «birləşdirici 

ümumiləşdirmələrə yol arayan sintezatora» bənzətmək olar.

121

 

Mədəniyyət tarixi yeni sahədir. Hətta bir sıra Avropa ölkələrinin 



mədəni inkişaf tarixinə həsr edilmiş ümumiləşdirici əsərlər yox-

dur. 


Azərbaycan  mədəniyyəti  ümumbəşər  mədəni sisteminin 

tərkib hissəsidir və bütün xüsusiyyətləri, səciyyəvi inkişaf tarixi, 

rəngarəngliyi  ilə bu sistemdəki  qarşığlıqlı  təsir  prosesindən 

kənarda deyildir. Bu mədəniyyət  çoxəsrlik,  ziddiyyətli  inkişaf 

prosesinin 

məhsuludur 

və ona bəsit 

yanaşmaq elmi 

araşdırmalarda 

birtərəfliliyə 

gətirib 

çıxara bilər. Milli 

mədəniyyəti  qapalı sistem kimi öyrənmək meyli düzgün elmi 

nəticələr  çıxarmağa imkan vermir. Dinamik və  ziddiyyətli 

hadisə olan mədəniyyət ictimai, siyasi, iqtisadi, ideoloji 

amillərin güclü təsiri altında inkişaf edir, həmin amillərə özünün 

müəyyən  əks-təsirini  göstərir. Orta əsrlərdə siyasi və ideoloji 

amillərin  mədəni  həyata  təsiri daha çox  nəzərə  çarpırdı. 

Azərbaycan 

mədəniyyətinin orta əsrlərdəki 

inkişafı 

problemlərini  öyrənərkən  nəzərə almaq zəruridir ki, bu 

mədəniyyət doğma zəmininə bağlı olmaqla yanaşı universal, re-

gional kontekstlərin də məhsuludur. Yəni: 1. Azərbaycan nəinki 

coğrafi,  habelə  mədəni-tarixi  baxımdan  Şərq  ölkəsidir  və 

azərbaycanlılar  qonşu  olduqları xalqlarla çoxəsrlik  qarşılıqlı 

mədəni-tarixi  təsir  prosesində  olmuşlar; 2. VII əsrdən  etibarən 

Azərbaycan islam regionuna, «müsəlman 

mədəniyyəti» 

sisteminə daxil olan ölkə kimi təşəkkül  tapmışdır  və orta 

əsrlərdə islam dininin ictimai həyatın  bütün  sahələrindəki rolu 

aparıcı idi; 3. Türk  xalqlarından biri kimi azərbaycanlılar  türk 

dünyasında  baş  vermiş universal səciyyəli  mədəni-tarixi 

hadisələrdən kənarda ola bilməzdilər. Beləliklə, «azərbaycanlılar 

milliyyət  etibarilə  türk, din etibarilə islam, mədəniyyəti  – 

əsasiyyə etibarilə şərqlidirlər».

122

 

Milli  mədəniyyət monolit, daxilən vahid prosesdir və 



millətin (xalqın) konkret tarixi ilə bağlıdır. Azərbaycan xalqının 

yaşarılılığının,  dligər xalqlara güclü  mədəni-tarixi  təsirinin 

başlıca mənbəyi onun çoxəsrlik inkişaf prosesi ərzində yaratdığı, 



 

 

46 



daim  zənginləşən  mədəniyyət  potensialındadır.  Mədəniyyət ta-

rixçisinin vəzifəsi keçmişdə baş vermiş mədəni inkişaf prosesini 

öyrənməkdir. O, müasir mədəniyyət üçün xas olan keyfiyyətləri 

orta əsrlərin mədəni həyatına şamil etməməlidir. Mədəniyyət ta-

rixçisi müasir mədəni sistemlə keçmiş mədəniyyəti üzvi şəkildə 

əlaqələndirməlidir. Keçmiş mədəni proseslərə müasir meyarlarla 

yanaşmaq arzuolunmaz və qeyri-elmi mövqedir. «Mühakimə 

etməməli, lakin anlamalı. Tarixçinin və xüsusilə XX əsrin sonu-

nun tarixçisinin devizi belədir».

123


 

Mədəniyyət  nəzəriyyəsi  və  mədəniyyət tarixinin metodo-

loji 

problemlərinin 



təhlili, 

həlli olmadan Azərbaycan 

mədəniyyətinin  çoxəsrlik  inkişaf prosesini elmi, obyektiv 

surətdə  öyrənmək qeyri-mümkündür. Orta əsrlərin  Azərbaycan 

mədəniyyəti tam, vahid prosesin müəyyən  mərhələsi  olduğu 

üçün bu mədəniyyətin tarixi köklərinin nəzərdən keçirilməsi də 

zəruridir.  Azərbaycan  mədəniyyətinin  inkişafında  İntibah 

mərhələsinin xronoloji hüdudları, bu İntibahın  başlıca 

xüsusiyyətləri  məsələləri  də son dövrün elmi mübahisələri ob-

yektidir.  Göstərilən problemlər  məcmusunun  həlli xeyli 

dərəcədə  Azərbaycanın  mədəniyyət tarixinin konsepsiyasının 

işlənib hazırlanmasına yardım edə bilər. 

Mədəniyyət nəzəriyyəsi problemləri ilə ciddi şəkildə Qərbi 

Avropa tədqiqatçıları məşğul olmağa başlamışlar. «Mədəniyyət» 

(«kulğtura») anlayışını kulturoloji baxımdan, müasir mənada ilk 

dəfə  işlədən  tədqiqatçı XVII əsrdə  yaşamış alman hüquqşünası 

Samuel Pufendorf (1632-1694) olmuşdur.

124


 O, mədəniyyəti 

«insan fəaliyyətinin məcmusu» kimi başa düşürdü və qeyd edir-

di ki, mədəniyyət ictimai həyatın,  insanın  varlığı  ilə  bağlı olan 

fenomendir. Lakin mədəniyyət insan fəaliyyəti  nəticələrinin 

bəsit məcmusu deyildir. O, özünün hər bir inkişaf mərhələsində 

konkret-tarixi məzmuna malik olan prosesdir. Təbiidir ki, XVII 

əsrdə  Qərbi Avropada elmin inkişaf  səviyyəsi sosioloji 

tədqiqatlarda ictimai hadisələrə proses kimi (dəyişmədə, 

inkişafda  və dinamikada olan faktlar kimi) yanaşmağa imkan 

vermirdi. XVIII əsr  ərzində  Qərbi Avropada maarifçilik 

hərəkatının  görkəmli  nümayəndələri  (xüsusilə Mari Fransua 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə